Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti «magistratura məRKƏZİ»



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə11/61
tarix02.01.2022
ölçüsü1,37 Mb.
#40669
1   ...   7   8   9   10   11   12   13   14   ...   61
S-f-rov-H-mid

Polistiren (PS). Polistiren məlum olan ən qədim vinil polimerlərdən biridir. İlk 

dəfə  fransız  kimyaçı  M.  Berthelot  tərəfindən  1851-ci  ildə  benzol  və  etilenin  isti 

borucuqlardan  keçirilməsilə  əldə  edilmişdir.  Ümumi  məqsədli  və  kristalın 



11 

 

homopolimerleri ilə, stirol-akrilonitril (SAN), stirol-maleinli anhidrit (SMA), stiren-



bütadien  (SBR)  və  stiren-akrilikler  kimi  müxtəlif  kopolimerləri  olur.  Stirol  mühit 

temperaturunda  belə  çox  asanlıqla  polimerleşən  bir  monomerdir.  Ancaq  bu  şəraitdə 

polimerləşmənin  başa  çatdırılması  aylarla  sürər.

 

Temperaturun  artması  polimer-



ləşməni  sürətləndirir,  məsələn,  150ºC-də  polimerləşmənin  müddəti  yalnız  bir  neçə 

saatdır.  Temperaturun  yüksəldilməsi  ilə  bərabər  bir  katalizator  əlavə  edildikdə 

reaksiyalar daha qısa  müddətdə bitər. Yüksək molekulyar  çəkili və davamlı  məhsul 

əldə  etmək,  yan  reaksiyaları  minimuma  endirmək  üçün  proseslərin  çoxu  orta 

dərəcələrdəki temperaturlarda və bir katalizatorla həyata keçirilir.  

Polimerizasyon  şərtləri  və  istifadə  edilən  katalizator  sistemlərinə  bağlı  olaraq 

izotaktik, sindiyotaktik və ataktik quruluşlu polistiren əldə edilir. 

Ziegler-Natta  katalizator  sistemi  ilə  keçirilən  polimerizasyon-da  izotaktik 

polimer yanında bir miqdar amorf məhsul da əldə edilir. 

Katalizatorda  müəyyən  bir  səviyyədən  aşağı  düşən  Al  /  Ti  nisbətinə  paralel 

olaraq amorf polistiren miqdarı artır; reaksiya katyonik polimerləşmə mexanizmi ilə 

baş verir. 

Polistirol  asanlıqla  qırılan,  zərbəyədavamlılığı  aşağı  olan  və  çox  məhdud 

yerlərdə istifadə edilə bilən bir plastikdir. 

 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin