Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti beynəlxalq magistratura və doktorantura məRKƏZİ



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə25/42
tarix02.01.2022
ölçüsü1,36 Mb.
#39249
1   ...   21   22   23   24   25   26   27   28   ...   42
Mirizad-A-amir-Ba-r-o-lu

        qiymətləndirilməsi . 

 

          Gənc  mütəxəssislər-  tələbələr,  ali  məktəb  məzunları  professional 



mütəxəssislərdən  daha  ucuz  olduqlarına  görə  kifayət  qədər  ucuz  ehtiyat  hesab 

olunurlar.  Bununla  bərabər  onlar  yaşlı  nəsildən  dinamik  düçüncə,  çeviklik, 

kreativlik,  yeniliyə  can  atmaları  ilə  üstünlük  təmin  edirlər.  Gənc  mütəxəssislərin 

cəlb edilmısində bir necə  variant var: 

     Daha  populyar  cəlbetmə  metodu  vakansiya  yarmarkası  və  ali  məktəblərdə 

təqdimatların keçirilməsidir. 




62 

 

     Əsas  odur  ki,  kadr  şöbəsi  gənc  mütəxəssisləri  daha  uyğun  formada  işə  dəvət 



edir. Sonucda əsas məqsəd onların işə daha çox fayda gətirməsindədir. Bunun üçün 

uyğunlaşma proqramı vacibdir.  

       Uyğunlaşma  prosesini  sosial-iqtisadi  və  yeni  profesional  əmək  şəraitində 

tədricən daxil olması  ilə  müəyyən  etmək  olar. Şərtsiz olaraq bu  prosesdə əsas  rol 

istehsal təhsili təlimçilərinin üzərinə düşür. Bu işçilərin yeni kollektivə alışmasına 

adaptasiya olunmasına səbəb olur. 

       Gənc mütəxəssislərin adaptasiyasının qiymətləndirilməsi məqsədi ilə sosioloji 

seçmə sorğu aparılır. Bu sorğu firmanın işçiləri arasında aparılmışdır (əlavə).  33 

adam,  onlardan  21  nəfər  əməkçi,  12  nəfər  isə  professionallardır.  Araşdırma  bu 

formada məslələrin yekununda ortaya çıxır: 

-  Təşkilatın əsas tapmacasının gənc insanlar üçün vacib olan əməyin ödənilməsidir. 

-  Gənc  insanların  bərkiməsinə  ən  çox  təsir  göstərən  istehsal  işgüzarlığının  əsas 

səbəbini tapmaq. 

-  Sosioloji sorğu reytinqini müəyyən edərkın onlardan hansının gənclər üçün önəmli 

olduğunu müəyyən etmək. 

-  Professional vərdişlərin istehsal prosesində hər işçi bir neçə addıma mənimsəyir.     

      İlk  öncə  yeni  işə  qəbul  olunanlar  istehsalat  haqqında  təlim  verən  instruktorun 

abstrak  məşğələlərində  nəsə  dərk  etməyə  çalışırlar.  Bu  məşğələ  ilk  növbədə  işə 

götürülənlərin peşəkarlıq bacarıqlarının öyrənilməsinə istiqamətlənib. 

Bütün  əməkdaşlar,  hansılar  ki  ilkin  hazırlıq  keçirlər  təlimatın  qarşısında  əldə 

olunan biliklərini  təcrubədə  möhkəmləndirirlər. Və  bu  yeni işə  qəbul  edilənlər öz 

mentorları  ilə  öz  peşəkarlıqlarını  artırırlar.  Bu  onların  kollektivə  alışmalarını  da 

sürətləndirir.  

      Bütünlükdə  işçilər  öz  mentorları  ilə  işi  yeksək  qiymətləndirirlər.  Ümumilikdə 

“Bazarstore”də  mentorlarla  işi  həm  mütəxəssislər  (97%),  həm  də  yeni  işçilər 

(100%) yüksək qiymətləndirilər.  

Mentorlarla işin müsbət cəhətlərini belə qeyd edirlər: 

-  Professional vərdişlərin bir başa iş yerində təkmilləşməsi




63 

 

-  Praktik məsələlərin həllinə kömək; 



-  Təhsilin əl çatan olması.  

Aşağıdakı tədbirlər yerinə yetirilmişdir: 

-  Şöbələr üzrə ekskursiya, məhsullarla tanışlıq; 

-  Daxili qayda-qanunlarla tanışlıq 

-  Əsas vəzifə təlimatları, normativ sənədlərlə tanışlıq 

-  İş yeri ilə tanışlıq  

-  İş sualları üzrə məsləhət  

-  İşin keyfiyyətlə yerinə yerinə yetirilməsinə kömək 

-  Daha rahat medlinin məşğələlər üçün seçilməsi 

-  Profesional vərdişlər, ixtisaslaşmadan . 

Əmək  şəraiti  heç  də  gənc  insanlara  az  təsir  etmir.  Gərək  onların  kollektivə 

psixoloji  uyğunlaşması  təmin  olunsun.  Əməkçilərin  öyrənilməsi  zamanı  belə  bir 

sorğu qoyuldu: 

 

Sizin  kollektivinizdə  yeni  işçi  haqqında  hansı  fikir  var?  İşçilər  yeni 



kriteriyalara tez vərdiş edirlərmi? Bu suallara aşağıdakı cavablar alındı: 

-  Yetişgin işçilər fasiləsiz olaraq yeni işçilərə kömək edirlər (60%) 

-  Kollektiv  yeni  işçiyə  xeyirxah  yanaşır.  Onların  kollektivə  uyuşmasına  yardımçı 

olurlar (40%) 

      Yekun  olaraq  qeyd  edək  ki,  mentor  və  təlimatçıların  fəaliyyəti  yeni  işçilərin 

həm  iş  vərdişlərinin  möhkəmlənməsinin  həm  iş  yerində  kollektivə  uyuşmasına, 

normal psixoloji iqlimin yaranmasına səbəb olur. Bütün bunlardan sonra, keçirilən 

sorğu  nəticələrinə  görə  yeni  işçilərin  kollektivə  daha  çox  xeyr  vermələri  üçün 

aşağıdakı işlərin görülməsi təklif olunur. 

-  Ticarət  mərkəzinin  bütün  şöbələrinə  ekskursiyalar  təşkil  oluna  və  yeni  peşəkarlar 

məhsul istehsalı ilə yerində tanış olsalar yaxşı olar 

-  İş yerində bütün təlimatlar, əsas normativ sənədlərlə tanışlıq. 

       Mağaza  öz  işini  daha  yaxşı  quraraq  istehsalat  təcrübəsi  və  diplom  qabağı 

təcrübə  keçən  tələbələrlə  əvvəlcədən  iş  görə  bilənlər,  ən  yaxşı  təcrübə  keçən 




64 

 

tələbələri seçə bilərlər. Bu firma üçün daha sərfəlidir. Tələbə təcrübə keçərkən ona 



heç bir əmək haqqı verilmir.  

        Tələbədə hələ kifayət qədər bilik, təcrübə yoxdur, bu baxımdan onun iş üçün 

yararlı  olub-olmaması,  əmək  potensialının  yüksək  olub-olmamasını  müzakirə 

etmək  düzgün  olmaz.  Bu  baxımdan  ancaq  onun  şəxsi  keyfiyyətləri  üzrə 

qiymətləndirmək  daha  düzgün  olur.  Özünü  aparmaq  qabiliyyəti,  məlumatlarla 

işləmək qabiliyyəti, yenilikləri yadda saxlaması və sair diqqətə alına bilər.  

       Amma  mentorların  20%-i  ancaq  istehsal  müəssisələrinə  ekskursiya  təşkil 

etmişdi.  Satılacaq  məhsullarla  istehsal  yerində  tanışlıq  işçinin  həmin  məhsul 

haqqında  daha  çox  bilgi  almasına  səbəb  olar.  Bu  firma  bu  faktı  gərək  nəzərdə 

saxlasın. 100% ancaq yeni işçilər mentorların iş yerləri ilə tanışlıq və işin yerinə 

yetirilməsinə nəzarətin hansı formada olması haqqında məlumatlar verilmişdir.  

        Hər 10 işçidən biri daxili qayda-qanunla, vəzifə təlimatı ilə tanış olmamışdır. 

51% soruşulan işçilər və 66% peşəkarların peşəkar öyrətmənin əhəmiyyətini dərk 

edir  və  öz  ixtisas  və  peşəkarlıqlarını  artırırlar.  Əsas  soruşulanlar  (82%)  üçün  ən 

üstünlük verdikləri öyrətmə sistemi bu tərbiyədir. Onlar hesab edirlər ki: 

-  İstehsal  işgüzarlığı  sistemində  yeni  bacarıq  və  dərketmənin  möhkəmlənməsinin 

faktiki istiqamətlərinin öyrənilməsi 

-  İşçi medlisinin şüurlu tətbiqi.  

Eyni zamanda onun peşəkar bilikləri yadda saxlamasında önəmlidir.  

    Aparılan  təhlillərin  nəticəsi.      Aparılan  təhlillərdən  aşağıdakı  nəticələrə  gələ 

bilərik: 

Mağazanın ümumi işçi sayı 23 nəfərdir. Əksər işçilərin ali təhsili yoxdur. İşçilərin 

orta yaşı 30-40 yaşdır. Verilmiş tədbirlərin tətbiqindən sonra bir sonrakı nəticələrə 

gətirir: 

1)  İşdən razı qalan müştərilərin sayının yüksək olması firmaya onun potensial artımı 

üçün imkan verir. 

2)  Şəxsi  həyatın  digər  aspektlərinin  olanlaşması  imkanları  və  şəxsi  professional 

perspektivləri daha aydın görmək 

3)  Gələcək professional fəaliyyətə məqsədyönlü hazırlıq imkanı. 



65 

 

Müəssisəyə bu halda aşağıdakı üstünlükləri qazanmaq üçün nə aiddir: 



1)  Əmək məhsuldarlığının yüksəldilməsində daha maraqlı olan personal; 

2)  İşçilərin karyera yüksəlişinin yüksəldilməsi imkanı;  

3)  Kadr axınını azalmaq. 

Bu  məqsədlə  qiymətləndimənin  2-ci  blokundan  istifadə  etməni  məqsədəuyğun 

hesab edirəm və kriteriya kimi aşağıdakılardan istifadə edilməsini tövsiyyə edirəm: 

1.  Real  əldə  olunmuş  iş  nəticələri  və  təhsilin  nəticəsi-  əldə  olunan  iqtisadiyyat 

təhsildən sonra istehsal, iş göstəricilərinin yüksəldilməsi nəticələri; 

2.  İşə 


qarşı  davranış  dəyişikliyinin  təlimdən  sonra  rəhbəri  tərəfindən 

qiymətləndirilməsi. 

Heyətin  idarə  ediləsi  sisteminin  təkmilləşdirilməsi  tədbirləri  mağazada  kadr 

axınının  qarşısını  almağa  və  heyətin  əmək  məhsuldarlığının  yüksəldilməsini 

stimullaşdırmağa imkan verir.  


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin