Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda


AZƏRBAYCANIN BƏB-də MÖVQE SƏMƏRƏLİLİYİNİN QİYMƏTLƏNDİRİLMƏSİNİN ƏSAS İSTİQAMƏTLƏRİ



Yüklə 145,74 Kb.
səhifə16/19
tarix02.01.2022
ölçüsü145,74 Kb.
#1962
1   ...   11   12   13   14   15   16   17   18   19
3.2.AZƏRBAYCANIN BƏB-də MÖVQE SƏMƏRƏLİLİYİNİN QİYMƏTLƏNDİRİLMƏSİNİN ƏSAS İSTİQAMƏTLƏRİ
Azərbaycanın BƏB-də mövqeyinin inkişafına təsir edən stimulların yaradılması üçün əsas istiqamətlər aşağıdakılardır:

  1. İxracyönlü BƏB modelinin ölkə iqtisadiyyatına hərtərəfli tətbiqinə nail olmaq;

  2. Respublikamızı xarici birbaşa investisiyaların yatırılmasının dünya miqyasında ən cəlbedici obyektlərindən birinə çevirmək;

  3. Ölkədə elmi-texniki prosesləri hərəkətə gətirmək, sürətləndirmək, Azərbaycanın əmtəə idxalçısından müasir texnologiyaların idxalçısı və istehsalçısına çevirmək;

  4. Milli təsərrüfatın fəaliyyətinin əsas hissəsinin resursların təkrar emalı üzərində qurulmasına nail olmaq.

Respublikamızın BƏB-də mövqeyinin yaxşılaşdırılması yolunda atılmalı ən birinci addım iqtisadi artımın ixracyönlü modelə əsaslanandırılmasıdır. Bu sahədə dünya təcrübəsinə əsaslanan effektiv dövlət proqramının yaradılması artıq zamanın tələbinə çevrilmişdir. Fikrimizcə, ixracın stimullaşdırılması üçün aşağıda göstərilən təkliflər həmin proqramın bəzi elementləri rolunu oynaya bilər:

  1. Yalnız emal sənayesinə aid ixracların fəaliyyətinin stimullaşdırılması;

  2. İxracın kommersiya bankları ilə dövlət tərəfindən birgə kreditləşdirilməsi;

  3. Milli ixracçıları kreditləşdirən banklara dövlət qarantlarının verilməsi;

  4. Azərbaycan məhsullarını alan xarici firmalara dövlət tərəfindən, yaxud dövlət qarantı ilə kommersiya bankları tərəfindən kreditlərin təqdim edilməsi;

  5. İxracçıların kreditlərə görə kommersiya banklarına ödədikləri faizlərin bir hissəsinin dövlət tərəfindən subsidiyalaşdırılması;

  6. İxracçılara milli nəqliyyat tarifləri ilə beynəlxalq nəqliyyat tarifləri arasındakı fərqin ödənilməsi;

  7. İxracın birbaşa dövlət tərəfindən sığortalanması;

  8. İxrac kreditlərinin dövlət tərəfindən sığortalanması;

  9. İxracçı müəssisələrin idxal etdikləri əsas fondlardan tutulan gömrük rüsumlarının ləğvi;

  10. İxracçı firmaların əsas fondlara görə öhdəlikləri əmlak vergisinin ləğvi;

  1. İxracçı firmaların malların reklamlaşdırılmasına vergidən azad edilməsi;

  2. İxracçı firmaların qiymətli kağızlarından gələn gəlirə qoyulan veginin azaldılması və ya ləğvi;

  3. İxracçı müəssisələrdə əsas fondların amartizasiya müddətinin qısaldılması;

  4. İxrac artımından tutulacaq mənfəət vergisinin ləğv edilməsi;

  5. İxracçılara müəyyən əlavə imtiyazların verilməsi (məsələn, su, elektrik, qaz və s. tariflərdə bir qədər güzəştlər);

  6. Dövlət tərəfindən ixracçılara informasiya, marketinq, konsultativ xidmətlərin göstərilməsi;

  7. İxracçı firmaların xarici bazarların tədqiqi üzrə marketinq proqramlarının dövlət tərəfindən maliyyə cəhətdən dəstəklənməsi;

  8. İxracyönlü müəssisələrin elmtutumlu, mürəkkəb avadanlıqların quraşdırılması, mənimsənilməsi, eləcə də onların istismar olunması ilə bağlı kadr hazırlığı xərclərini dövlətin öz üzərinə götürməsi;

  9. Beynəlxalq tender və torqlarda milli firmaların iştirakı ilə əlaqədar xərclərin dövlət tərəfindən konpensasiya olunması;

  10. Bilavasitə dövlətin təşəbbüsü ilə faktorinq əməliyyatlarının təşkili və genişləndirilməsi, bu sahədə müvafiq qanunvericilik bazasının formalaşdırılması;

  11. Fəaliyyətini xarici lisenziyalar əsasında qurmuş ixracyönlü firmalara əlahiddə güzəştlərin tətbiqi;

  12. Elmi-tədqiqat institutlarının, ali təhsil ocaqlarının kadr potensialının dövlət tərəfindən fəal surətdə xarici iqtisadi fəaliyyətin problemlərinin araşdırılması məsələsinə cəlb edilməsi və onların elmi araşdırmalarının nəticələrinin aktiv şəkildə ixracyönlü formalara ötürülməsi.

Qeyd etmək lazımdır ki, ölkə iqtisadiyyatında ekstensiv ixrac modelinin istifadə olunması üçün zəruri resursların əksər hissəsi məhdudlaşmışdır. Dünya bazarına xammal ixracının genişləndirilməsi imkanları getdikcə ölkənin mövcud resurs potensialı ilə daha ciddi ziddiyyət təşkil edir. Qeyd edilən şərtləri nəzərə almaqla Azərbaycanın ixrac potensialının sonrakı genişləndirilməsi yalnız o zaman haqlı əsaslandırılmış olar ki, bu genişləndirmə yüksək səviyyədə əlavə edilmiş dəyərə malik məhsulların ixracının artırılması istiqamətində inkişaf etdirilmiş olsun.

Azərbaycanı birbaşa investisiyalar üçün cəlbedici ölkəyə çevirə bilməsək onun BƏB-də iştirakının milli maraqlar baxımından səmərəliliyinin artırılması üçün hazırlanan tədbirlərin əksər hissəsi kağız üzərində qalacaqdır (aydındır ki, burada məsələnin əsas mahiyyəti xarici birbaşa investisiyaların qeyri-neft sektoruna, qeyri-resurs sektoruna, emal sənayesinə cəlb edilməsindən ibarətdir). Çünki, Azərbaycan özü hazırda iqtisadiyyatı kapital resurslarının çatışmamazlığı ilə xarakterizə olunan dövlətlər sırasına daxildir.

Digər tərəfdən isə ekspertlərin hesablamalarına görə ölkəmizin təkcə emal sənaye müəssisələrinin fəaliyyətini yenidən qurmaq üçün 9,64-10,64 milyard ABŞ dolları investisiya tələb olunur. Elektroenergetika sahəsini yeniləşdirmək üçün tələb olunan məbləğ 2,5 milyard, kimya, neft kimya sənayesi üçün 1,1 milyard, kənd təsərrüfatında ən azı 450 milyon, yüngül sənayedə isə 350 milyon ABŞ dollarına bərabərdir. Bütünlüklə neft-qaz kompleksinin ehtiyaclarını da nəzərə alsaq, bu məbləğ 20 milyard ABŞ dollarına çatacaqdır. Aydındır ki, respublikamızın ÜDM- dan çox olan bu qədər vəsaiti müasir dövrdə ölkə daxilində tapmaq qeyri-mümkündür. Onların hamısının kreditlər şəklində cəlb edilməsi isə iqtisadi cəhətdən təhlükəli, səmərəsiz və yolverilməzdir. Odur ki, yaranmış vəziyyətdən yeganə çıxış yolu birbaşa investisiya axınlarının mümkün qədər çox hissəsinin Azərbaycana yönəldilməsinə nail olmaqdan ibarətdir. Bunun üçün ilk növbədə ölkəmizdə rəqabətqabiliyyətli investisiya mühiti formalaşdırılmalıdır.

İnvestisiya mühiti kapital qoyuluşlarının effektivliyini və təhlükəsizliyini təmin edən faktorların məcmusudur.

Azərbaycanda rəqabətqabiliyyətli investisiya mühitinin yaradılması siyasətinin aşağıdakı sxem üzrə reallaşdırılması, fikrimizcə, məqsədəuyğun olardı.
Sxem 1

Azərbaycanda investisiya mühitinin təkmilləşdirilməsi üçün ilk növbədə bu sahədə qanunvericilik bazasının qüsurlarının aradan qaldırılması lazımdır. Fikrimizcə, «Xarici investisiyaların qorunması haqqında» qanunun əsas nöqsanları bunlardır:



  1. qeydiyyat və lisenziya alınması proseduru həddindən artıq reqlamentləşdirilmişdir;

  2. investisiya fəaliyyətinin mühüm hissəsi olan portfel investisiyaları mövzusuna heç toxunulmamışdır;

  3. qanundakı bəzi qeyri-dəqiqliklər ucbatından bir sıra vacib məsələlər kifayət qədər işıqlandırılmır: məsələn, gəlirin və kapital repatriasiyasına qanun tərəfindən zəmanət verilsə də bu məsələnin valyuta rejimi ilə əlaqəsi açıqlanmır;

ç) birbaşa və dolayı konfıskasiya daxil olmaqla ekspropriasiyaya qarşı heç bir zəmanət verilmir;

  1. konfıskasiya və konpensasiya anlayışlarının mahiyyəti qanunla açıqlanmır;

  2. münsiflər məhkəməsi nəzərdə tutulmamışdırsa konfliktlərin nizamlanma prosedurunun necə olacağı (yerli məhkəmə, yoxsa yerli arbitraj) dəqiqləşdirilməmişdir.

Azərbaycanda innovasion inkişaf modelinə keçidi sürətləndirmək üçün bu işə rəhbərlik edəcək konkret orqanın yaradılması vacibdir. Həmin qurumun yürüdəcəyi elmi- texniki siyasətin əsas vəzifəsi milli innovasiya sisteminin formalaşdırılması, milli iqtisadiyyatı ETT-nin nəticələri və yeni texnologiyalarla təmin edəcək mexanizmin bütün həlqələrinin yaradılması, inkişaf etdirilməsi olmalıdır.

Bu sistem innovasiya fəaliyyətinin hüquqi tənzimlənməsi, elmi-texniki fəaliyyətin aktivləşdirilməsi, innovasion infrastrukturunun formalaşdırılması tədbirlərini elmi-texniki fəaliyyətə dövlət tədbirlərinin iqtisadi və inzibati instrumentlərinin işlənib hazırlanması, ümummilli, sahəvi, regional innovasiya mərkəzlərinin yaradılmasını əhatə etməlidir. Respublikada innovasion siyasətin həyata keçilməsi onun iştirakçılarının dəqiq müəyyənləşdirilmiş qarşılıqlı əlaqələr sisteminin olmasını tələb edir. Qarşılıqlı əlaqə sxemlərindən biri aşağıdakı kimi ola bilər:


Sxem 2

Azərbaycanın BƏB-də mövqeyinin yaxşılaşdırılması üçün milli iqtisadiyyatın mövcud resursların intensiv istifadəsinə keçməsinə nail olmaq vacib şərtdir. Resurslardan istifadənin intensivləşdirilməsi xammal, hazır əmtəə istehsalı prosesində aralıq proseslərin azaldılması, təkrar emal üçün ehtiyatların istifadəsi, yüksək resurstutumlu sahələrin ləğv edilməsi, material və enerjiyə qənaət proqramlarının tərtib edilməsi və reallaşdırılması, ilkin resurs hasilatı sahələrinin istehsal güclərinin resursların təkrar emalına yönəldilməsi, yeni enerji mənbələrinin yaradılmasını nəzərdə tutur. Bu sadalanan tədbirlərin həyala keçirilməsi milli iqtisadiyyatın fəaliyyətinin tullantısız və az tullantılı texnologiyalar üzərində qurulması vasitəsilə mümkündür.




Yüklə 145,74 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin