Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda


BƏB-in İNKİŞAFININ ƏSAS AMİLLƏRİ VƏ ONUN SƏVİYYƏSİNİN QİYMƏTLƏNDİRİLMƏSİ



Yüklə 145,74 Kb.
səhifə11/19
tarix02.01.2022
ölçüsü145,74 Kb.
#1962
1   ...   7   8   9   10   11   12   13   14   ...   19
1.3. BƏB-in İNKİŞAFININ ƏSAS AMİLLƏRİ VƏ ONUN SƏVİYYƏSİNİN QİYMƏTLƏNDİRİLMƏSİ
BƏB-in inkişafını xarakterizə edən bir çox amillər vardır. Sadə şəkildə həmin amilləri BƏB-in meydana çıxması və inkişafının səbəbləri kimi başa düşmək olar. Bu amillərin dərindən öyrənilməsinin olduqca böyük nəzəri-praktiki əhəmiyyəti vardır. Çünki həmin amillərin müxtəlif kombinasiyası, müxtəlif dövrlərdə onlardan hansının üstünlük təşkil etdiyinin təyin edilməsi ayrı-ayrı ölkələrin müəyyən tarixi mərhələdə nə üçün məhz bu və ya digər BƏB modelini seçdiyini, nə üçün bu və ya digər sahələr üzrə BƏB- də ixtisaslaşdığını izah etməyə imkan verir.

Həm də inkişaf amillərinin hərtərəfli tədqiqi ölkənin BƏB-də prioritet məqsədlərinə çatması, BƏB sistemində səmərəli iştirak edə bilməsi üçün hansı amillərə əsaslanmalı olduğunu təyin etməyə imkan yaradır.

Eyni zamanda onu da qeyd etməliyik ki, BƏB-in inkişaf amllərinin tədqiqi sistemli surətdə həyata keçirilməlidir. Ona görə ki, kəskin rəqabətlə xarakterizə olunan, surətlə dəyişən, nisbətən qısa müddətlərdə əsaslı keyfiyyət sıçrayışları baş verən qlobal iqtsadi mühitdə hadisələrin axarından geri qalmamaq, zamanın tələbinə cavab verən real BƏB modeli qurmaq üçün onun inkişafına səbəb olan hər bir yeni amilin vaxtı-vaxtında identifikasiyası və bunun əsasında mövcud BƏB modelinə qısa müddət ərzində zəruri korreksiyaların edilməsi müasir dövrdə olduqca vacibdir.

BƏB-in inkişafının ən əsas amilləri sırasına aşağıdakıları aid etmək olar:



  1. Təbii resursların ölkələr üzrə paylanmasındakı fərqlər - bu BƏB-in inkişafını təmin edən ən qədim faktorlardan bilidir. Aydındır ki, ölkənin hər hansı bir resursla yüksək səviyyədə təminatlılığı, yaxud faydalı qazıntılarla aşağı səviyyədə təmin olunması onun BƏB-də iştirakını zəruri edir.

Əlbəttə, bu zaman I və II qrupa daxil olas ölkələr eyni istiqamətdə ixtisaslaşmırlar. Birincilər resursları, yaxud onlardan hazırlanmış əmtəələri ixrac edir, ikincilər isə ya onları idxal edir, ya da onlar vasitəsilə son məhsul hazırlayaraq təkrar ixracı həyata keçirirlər. Əgər resursların növ müxtəlifliyini də nəzərə alsaq, ölkələrin ixtisaslaşma istiqamətləri həddən artıq çoxalar. Odur ki, həmin fərqlərin BƏB-də əhəmiyyətli rolu danılmazdır.

Təəssüf ki, çox resurslarla yüksək səviyyədə təmin olunmuş ölkələr onunla aşağı səviyyədə təmin olunmuş ölkələrin iqtisadi-hərbi-siyasi təzyiqləri altında BƏB sahəsinə mövcud nəzəri fikirlərə zidd olaraq nisbətən bol resursların intensiv istifadə edildiyi hazır əmtəələrin ixracı üzrə ixtisaslaşma əvəzinə yalnız həmin resursların xammal formasında ixracı üzrə ixtisaslaşırlar. Belə vəziyyətin indiyə qədər davam etməsi BƏB sisteminin sağlam şəkildə inkişaf etdirilməsinə ciddi əngəllər törədir.



  1. Torpaq-iqlim şəraiti. Əslində bu amil təbii resurslar sırasına daxildir. Çünki faydalı qazıntılar kimi onlar da, insan əməyinin məhsulu deyildir. Odur ki, bu amilin də BƏB-in inkişafına təsir mexanizmi faydalı qazıntılarda olduğu kimi ayrı-ayrı ölkələr arasındakı təbii fərqlərə əsaslanır. Eyni zamanda faydalı qazıntıların hasilatı üzrə ixtisaslaşmış ölkələr kimi torpaq-iqlim amili əsasında ixtisaslaşmış ölkələrin də (yenə, əlbəttə ki, İEOÖ nəzərdə tutulur) əsas problemi BƏB-də özlərinin istehsal etdiyi kənd təsərrüfatı məhsullarının xammal şəklində ixracı vasitəsilə iştirak etmələridir. Məsələn, çay Hindistan, Seylon Keniyada istehsal olunur. Lakin Böyük Britaniyada da emal edilir, kofe, kakao Braziliya, Keniya, Kolumbiyada istehsal edilir, amma İsveçrə, Almaniyada emal olunur.

Ancaq qeyd edilən oxşarlıqlara baxmayaraq, torpaq - iqlim amilinə əsaslanan ixtisaslaşmanı digər təbii resurslar üzrə ixtisaslaşmadan fərqləndirən üç mühüm müsbət amil vardır ki, onları mütləq ayırmaq lazımdır:

Birincisi, faydalı qazıntılar tükənən resurslardır, lakin torpaq bərpa olunan, iqlim şəraiti isə demək olar tükənməyəli resurslardır. Ona görə də bu sahədə ölkələr daha ciddi şəkildə və uzun müddətli ixtisaslaşmaya məruz qalırlar, məsələn, vaxtı ilə bütün Avropa ölkələrinin iqtisadiyyatı özlərinin ərazilərindən hasil edilən faydalı qazıntılarla əsaslandığı halda, indi həmin resurslar tükəndiyi üçün, demək olar ki, xammalın yalnız xaricdən idxalına əsaslanır. Amma Avropa ölkələri hələ də kənd təsərrüfatı məhsullarının əsas ixracçısı kimi çıxış edir. O cümlədən, Amerika qitəsi kəşf olunandan bəri, Braziliya kofenin əsas ixracçısı kimi BƏB-də mövqeyini saxlamışdır.

İkincisi, faydalı qazıntılardan fərqli olaraq, bəzi hallarda, torpaq-iqlim şəraitinə əsaslanaraq BƏB-də iştirak edən ölkələrin məhz hazır istehsalı və ixracı üzrə ixtisaslaşması zəruri olur. Buraya əlbəttə ki, ənənəvi turizm xidmətləri və onun yeni növü olan aqroturizm üzrə ixtisaslaşma aid edilir.

Üçüncüsü, torpaq-iqlim amilinə əsaslanan ixtisaslaşmış ölkələr kənd təsərrüfatından intensivləşdirmə, ETT-in nailiyyətlərinin istehsala aktiv tətbiqi vasitəsilə xərcləri azaltmaq, əvvəlkinə nisbətən son məhsulu xeyli artırmaq imkanına malikdirlər, faydalı qazıntıların hasilatında isə resursların mövcud miqdarından artıq hasil etmək mümkün deyildir.

3. Ölkənin coğrafi mövqeyi. Coğrafi mövqe hazırda bu və ya digər ölkənin BƏB-də iştirak istiqamətlərini müəyyən edən ən vacib faktorlardan biridir. Əlverişli coğrafi mövqenin elementlərinə bunları aid etmək olar: iqtisadi mərkəzlərinə yaxınlıq, əsas istehlak bazarlarına ya beynəlxalq nəqliyyat marşumtlarına yaxınlıq, beynəlxalq ticarət axınlarının əsas kanallarına yaxınlıq.

Coğrafi mövqe amilinin ən müsbət tərəfi və BƏB-in inkişaf amillərindən fərqi ondan ibarətdir ki, o, hər ölkəyə nəzərən «xammal ixracçısı-hazır məhsul idxal problemini doğurmur. Coğrafi mövqenin yuxarıda verilən elementləri ölkələrin nisbətən az xərclərlə çox yüksək inkişafını təmin edən reixrac, tranzit, nəqliyyat xidməti hazırda isə bir çox hallarda emaledici sənayenin məhsulları üzrə ixtisaslaşmanın əsas səbəbidir. Məhz coğrafi mövqe sayəsində müasir dövrdə BƏB-də mövqeləri dinamik genişlənən və möhkəmlənən «boğaz ölkələri»-Misir, Sinqapur, Malayziya, BƏƏ, Cəbəllütarik, Türkiyə təşəkkül tapmışlar. Yaxud, sürətlə inkişaf edən cənub Asiya bazarına yaxınlığı Tayland, İndoneziya kimi ölkələr maşınqayırma sənayesinə külli xarici investisiya qoyulmasının və onların BƏB-də artıq bu sahə ixtisaslaşmalarının ən əsas faktorlarından biri kimi göstərmək olar.

4. Əmək resurslarının ölçülərindəki fərqlər, demoqrafik vəziyyət, potensial və ölkədə ixtisaslı kadrların olması bu amillə ayrı-ayrı ölkələrin müxtəlif səviyyədə təmin olunması BƏB-də onlardan bəzilərinin əməktutumlu - əmtəələrin istehsalı, işçi qüvvəsinin ixracçısı, digərlərinin isə işçi qüvvəsinin idxalçısı kimi ixtisaslaşmasına səbəb olur.

İxtisaslı kadrların olması BƏB-in inkişaf etdirilməsinin mühüm faktorlarından biri kimi ona görə qəbul olunmuşdur ki, hazırda hər hansı bir ölkənin müəyyən əmtəə istehsalı üzrə BƏB-də inhisarçı mövqeyi demək olar ki, yoxdur və ona görə də kəskin beynəlxalq rəqabət şəraitində məhz yüksək ixtisaslı insanlar öz bilikləri, şəxsi təşəbbüskarlıqları ilə ölkənin malik olduğu müqayisəli üstünlükləri ən əlverişli şəkildə reallaşdırmaq qabiliyyətinə malikdir iqtisadiyyat nə qədər obyektiv qanunauyğunluqlara əsaslansa da o, subyektlər tərəfindən idarə olunur. Odur ki, BƏB-də iştirakın ən səmərəli variantına nail olmaq üçün hər bir ölkə həmişə ixtisaslı subyektlərə ehtiyac duyur. Təsadüfi deyildir ki, sənayecə inkişaf etmiş ölkələr daim yalnız ixtisaslı kadrların siyasətini yürüdürlər. BƏB-də ölkənin potensial iştirakı imkanlarını, onun malik olduğu müqayisəli üstünlükləri reallaşdıran ixtisaslı kadrlar nəticə etibarilə BƏB-in inkişafını təmin edirlər.

Bu faktorun BƏB-in bütün digər inkişaf amillərindən ən əsas keyfiyyət fərqi ondan ibarətdir ki, siyasətçilər, dövlət orqanlarında çalışan iqtisadçılar və s. bu kimi ixtisaslı kadrlar yürütdükləri iqtisadi siyasətlə bir çox hallarda ölkənin BƏB-də əvvəllər ixtisaslaşmadığı sahələrdə müqayisəli üstünlüklər əldə etməsinə şərait yaradırlar. Buraya BƏƏ, Çin, Kipr və s. ölkələrdə AİZ-lərin yaradılması təcrübəsinin, «yapon möcüzəsi»ni və bu kimi bir çox misalları aid etmək olar.

Beləliklə, əmək resursları, ixtisaslı kadrlar amili BƏB-in həm üfiqi, həm də şaquli istiqamətlərdə dərinləşməsinin ən əsas səbələrindən biridir.

5. Ölkələrin daxili bazarlarının ölçülərindəki fərqlər, məhsuldar qüvvələrin inkişafı, əmək məhsuldarlığının artırılması, istehsalın ən yüksək səviyyədə effektivliyinin təmin edilməsi, istehsal xərclərinin azaldılması zərurəti - bunlar ümumiyyətlə daim bütün tarixi mənbələrdə BƏB-in inkişafının təkanverici qüvvələri olublar. Ona görə də qeyd edilən amillər BƏB-in. Inkişafının bariz faktorları kimi qəbul edilir.

Həmin faktorların BƏB-in inkişafına təsir mexanizmi qısa olaraq aşağıdakı ardıcıllıq əsasında izah, etmək olar:

Ölkədaxili əmək bölgüsü istehsalın həcmlərinin çoxalması, iqtisadiyyatda yeni sahələrin yaranması ilə nəticələnir, xammal, resurslara; olan tələbi artırır - lakin hər bir ölkənin daxili bazarının ölçüləri və təbii faydalı qazıntıların ehtiyatları məhduddur - bu şəbədən də müəyyən dövrdən sonra ölkə daxilində hər hansı əmtəə növü üzrə istehsal tələbi üstələdiyi zaman təsərrüfat subyektləri məhsuldar qüvvələrin ardıcıl inkişafını təmin etmək, staqnasiya vəziyyətinin qarşısını almaq, həm də resurslara olan tələbi ödəmək üçün xarici bazarlara çıxmağa məcbur olurlar bütün - ölkələrin istisnasız olaraq qeyd etdiyimiz zərurətlə üzləşməsi son nəticədə BƏB-in formalaşması və inkişafına səbəb olur.

6. Səmərəlilik amili və iqtisadi maraqlar. Qeyd etmək lazımdır ki, BƏB-in inkişafı prosesində əsas məsələ ondan ibarətdir ki, burada hər bir ölkə özü BƏB-də iştirakından iqtisadi maraqlarına uyğun mənfəət əldə edir. Yəni, ölkə müqayisəli üstünlüklərə malik olduğu əmtəələrin istehsalı və ixracı yzrə ixtisaslaşmaqla onları dünya bazarında daxili satış qiymətlərindən daha yüksək qiymətə satır. Müqayisəli üstünlüklərə malik olmadığı əmtəələrin istehsalından imtina edərək ölkə həmin əmtəələri dünya bazarından daxili qiymətlərə nisbətən daha ucuz qiymətlərə almaq imkanı qazanır. Bu səmərəlilik amili hər bir ölkəni müqayisəli üstünlüklərə malik olmadıqları əmtələrin istehsalı və ixracı üzrə ixtisaslaşmaqda maraqlı edir, beləliklə, BƏB-in inkişafı geniş vüsət alır.

7. Elmi-texniki tərəqqi-müasir dövrdə bu proses BƏB-in inkişafının ən vacib amili olmaqla bərabər həmin əlaqələrin genişlənməsində bir növ katalizator rolunu oynayır. ETT istehsalatda tətbiq olunan texnoloji prosesləri, əmtəə növlərinin sayını, onların keyfiyyət tərkibini üfüqi və şaquli istiqamətlərdə əsaslı surətdə dərinləşdirir. Ona görə də belə şəraitdə bir ölkə çərçivəsində bütün istehsal növlərinin optimal inkişaf səviyyəsinə nail olmaq mümkün deyildir. Bu isə onların hər bir hissəsinin başqa ölkələrdə yerləşdirilməsini zəruri edir. Yəni, ETT istehsal üsullarının, əmtəə növlərinin sayını külli miqdarda artıraraq ölkələrin müxtəlif istiqamətlərdə ixtisaslaşmaları üçün geniş imkanlar açır.

Bir şey də həqiqətdir ki, G.Vernonun «Əmtəənin həyat dövrü» nəzəriyyəsinə uyğun olaraq sürətli ETT prosesində İEÖ yalnız ən qabaqcıl texnoloji sahələri öz ərazilərində cəmləşdirərək nisbətən köhnəlmiş texnologiyaya əsaslanan istehsal sahələrini İEOÖ-də yerləşdirirlər, öz sənayesini bütün yollarla inkişaf etdirməyə çalışan İEOÖ də buna həvəslə razı olurlar. Sonradan İEOÖ həmin məhsulları İEÖ-ə ixrac etməyə başlayırlar. Beləliklə, ETT nəticəsində İEOÖ onlar üçün əvvəllər xarakterik olmayan istiqamətlər üzrə BƏB-də ixtisaslaşırlar. Son illər getdikcə daha qabarıq şəkildə nəzərə çarpan ekoloji cəhətdən təhlükəli sahələrin III dünya ölkələrində yerləşdirüməsini söylənənlərə bariz nümunə kimi göstərmək olar.




Yüklə 145,74 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin