AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 0,61 Mb.
səhifə4/7
tarix23.02.2017
ölçüsü0,61 Mb.
#9210
1   2   3   4   5   6   7

Cədvəl №2.2

İş stajı

Vəzifə maaşı (manat)

Ali təhsilli

Orta ixtisas təhsilli

3 ilə qədər

350

320

3 ildən 8 ilə qədər

375

335

8 ildən 13 ilə qədər

395

350

13 ildən 18 ilə qədər

420

370

18 ildən yuxarı

450

385

Müəllimlərin əmək haqqının hesablanması üçün aşağıdakı formuldan istifadə olunur:




M- müəllimin əmək haqqı

T- müəllimlərin iş stajı, təhsili üzrə aylıq tarif maaşı;

E- aylıq dərs yükü;

s- 1 stavka.


Məsələn: 5 illik iş stajı olan ali təhsilli müəllimin aylıq dərs yükü 22 saat olarsa, onun əmək haqqı aşağıdakı kimi olacaq:

Hesablanmış məbləğdən 14 % gəlir vergisi, 3% pensiya təminatı və digər tutulmalar çıxılır.

Gəlir vergisi: 458,33*14%=64,16

Pensiya təminatı: 458,33*3%=13,74

Həmkarlar ittifaqına tutulma: 2% 458,33*2%=9,16

Bütün tutulmalar çıxıldıqdan sonra qalan xalis əmək haqqı

458,33 - 64,16 - 13,74 - 9,16 = 371,27 manat olacaq.


İbtidai, əsas, orta məktəblərdə bədən tərbiyəsi üzrə şagirdlərlə sinifdənkənar işlərin aparılması həvalə olunan müəllimə siniflərin sayı 10-19-a qədər olduqda bir müəllim stavkasının 20 faizi, 20-dən 29-a qədər olduqda 50 faizi, 30 və daha çox olduqda isə 70 faizi miqdarında əlavə haqq ödənilir.

İbtidai məktəblərdə sinif komplektlərinin sayı 5-dən aşağı, şagirdlərin sayı isə 100 nəfər qədər, natamam musiqi və rəssamlıq məktəblərində şagirdlərin sayı 50 nəfərə qədər olduqda direktor vəzifəsi nəzərdə tutulmur. Məktəbə rəhbərlik üçün müəllimlərdən birinə aşağıdakı kimi əlavə haqq ödənilir.



  • İbtidai məktəblərdə şagirdlərin sayı 100 nəfərə qədər olduqda bir müəllim stavkasının 20 faizi miqdarında əlavə haqq ödənilir.

  • 7-8 illik uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində şagirdlərin sayı 50-yə qədər olduqda məktəbə rəhbərlik edən müəllimə bir stavkanın 15 faizi miqdarında əlavə haqq ödənilir. Şagirdlərin sayı 150-dən 200-ə qədər olduqda tədris hissə müdiri vəzifəsi həvalə edilmiş müəllimə bir stavkanın 20 faizi miqdarında əlavə haqq ödənilir.

Müəllim və digər işçilərə kargüzarlıq və mühasibat uçotu işlərini yerinə yetirmək üçün aşağıdakı kimi əlavə haqq ödənilir;

  • Ümumtəhsil məktəblərində sinif komplektlərinin sayı 50-dən 10-a qədər olduqda stavka və ya vəzifə maaşının 10 faizi miqdarında;

  • Sinif komplektlərinin sayı 10-dan 13-ə qədər olduqda stavkanın 15 faizi miqdarında;

Şagirdlərin sayı 160-dan çox olan ümumtəhsil məktəblərində kitabxanaçı vəzifəsi nəzərdə tutulmayan kitab fondu 1000-dən az olmayan halda kitabxana işlərinin aparılması həvalə olunmuş müəllimə və ya məktəb işçisinə stavka və ya vəzifə maaşının 10 faizi miqdarında əlavə haqq ödənilir.

Ümumtəhsil məktəblərinin saxlanmasının cari xərclərinin tərkibində aşağıdakı xərcləri də aid etmək olar:



  1. Dəftərxana ləvazimatı, cari təsərrüfat məqsədləri üçün mal-materialların alınması: dəftərxana və yazı ləvazimatı və materiallarının alınması, mühasibat, statistika kargüzarlıq kitablarının, blank və cədvəllərinin alınması, hazırlanması, sənədlərin cildlənməsi və tikilməsi, mətbəə və nəşr xərcləri, uçotun mexanikləşdirilməsi üzrə xidmətlərin ödənilməsi, müxtəlif cür başqa təsərrüfat xərcləri və s;

  2. Dərman və sarğı ləvazimatlarının alınması;

  3. Yumşaq inventar və paltarların alınması, təmiri xərclərinin ödənilməsi;

  4. Ezamiyyələr və xidməti səfərlər, işçilərə kompensasiya ödənişləri;

  5. Nəqliyyat xidmətləri haqqının ödənilməsi: əşkilatlara məxsus olan və kənardan cəlb edilmiş nəqliyyat vasitələri üçün yanacaq və sürtkü materiallarının alınması və s;

  6. Rabitə xidmətlərinin haqqının ödənilməsi: telefon və şəhərlərarası danışıqlar üçün abonent haqqlarının, bütöv növ poçt göndərişlərinin, o cümlədən teleqram, pul göndərişləri və s. haqqlarının ödənilməsi;

  7. Kommmunal xidmətləri haqqının ödənilməsi: isitmə, qızdırıcı, su ,qaz, kanalizasiya və s. xidmətlərin haqqının ödənilməsi;

  8. Inventar və avadanlığın alınması və təmiri xərclərinin ödənilməsi;

  9. Binaların cari təmiri xərclərinin ödənilməsi və s.

Əsaslı xərclər təhsil xərclərin çox az hissəsini təşkil edir. Əsaslı xərclərə aşağıdakı xərcləri aid etmək olar:

  • əsas vəsaitlərin alınması;

  • əsaslı tikinti;

  • əsaslı təmir.



2.2. Sosial yardıma və sağlamlığının bərpasına ehtiyacı olan uşaqlar üçün təlim-tərbiyə müəssisələrinin xərclərinin planlaşdırılması.
Sosial yardıma və sağlamlıqlarının bərpasına ehtiyacı olan uşaqlar üçün aşağıdakı təlim-tərbiyə müəssisələri fəaliyyət göstərir:

  • ailədə tərbiyə və təhsil alması üçün zəruri şəraiti olmayan uşaqlar üçün ümumtəhsil internat-məktəbləri;

  • yetim və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün uşaq evləri, internat-məktəblər;

  • uzunmüddətli müalicəyə ehtiyacı olan uşaqlar üçün sanatoriya tipli məktəblər, internat-məktəbləri, uşaq evləri;

  • əqli və fiziki cəhətdən qüsurlu uşaqlar üçün xüsusi məktəblər, internat-məktəblər, uşaq evləri;

  • əlahiddə şəraitdə tərbiyə olunması zəruri olan uşaqlar və yeniyetmələr üçün xüsusi ümumtəhsil və peşə məktəbləri;

  • yaşayış yerlərindən kənarda yaradılmış düşərgələrdə məskunlaşmış məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin uşaqları üçün təhsil standartlarına uyğun olan məktəbəqədər və ümumi orta təhsil müəssisələri və s.

Ümumtəhsil internat məktəbləri aztəminatlı, zəruri sosial-məişət şəraiti olmayan ailələrdən qəbul edilmiş, yetim və valideyn himayəsindən məhrum, sağlamlığının bərpasına ehtiyacı olan uşaq və yeniyetmələrin təlim-tərbiyəsinin təşkilində və onların layiqli vətəndaşlar kimi yetişməsində mühüm əhəmiyyətə malik təhsil müəssisələridir. Ümumtəhsil internat məktəbləri əsas və ya orta təhsil bazasında təşkil olunur.

Yaradılma məqsədindən asılı olaraq ümumtəhsil internat məktəblərinin aşağıdakı növləri var:



  • aztəminatlı, zəruri sosial-məişət şəraiti olmayan ailələrin uşaqları üçün ümumi tipli ümumtəhsil internat məktəbləri;

  • yetim və valideyn himayəsindən məhrum uşaqlar üçün xüsusi ümumtəhsil internat məktəbləri;

  • sanator tipli ümumtəhsil internat məktəbləri.

Ümumi tipli ümumtəhsil internat məktəblərinə:

  • çoxuşaqlı, lazımi maddi-məişət və tərbiyə şəraiti olmayan ailələrdən gələnlər;

  • tək anaların (ataların) övladları;

  • səhhəti ilə əlaqədar əmək qabiliyyətini itirmiş valideynlərin (yaxud onları əvəz edənlərin) uşaqları;

  • qəyyumluğa (himayəyə), övladlığa götürülən uşaqlar.

Xüsusi ümümtəhsil internat məktəblərinə:

  • hər iki valideynini itirmiş yetim uşaqlar;

  • müxtəlif səbəblərdən (valideynlərin həbs edilməsi, ruhi xəstə olması, valideynlik hüququndan məhrum olunması, valideyn tərəfindən imtina edilməsi və s.) valideyn himayəsindən məhrum olan uşaq və yeniyetmələr.

Sanator tipli ümumtəhsil internat məktəblərinə:

  • qan-damar sistemində xəstəliklər olan uşaq və yeniyetmələr;

  • vərəmin ilkin, kiçik, sönməkdə olan formalarına tutulmuş uşaq və yeniyetmələr;

  • tənəffüs orqanlarında xroniki qeyri-spesifik xəstəliklər olan uşaqlar.

Xüsusi və sanator tipli ümumtəhsil internat məktəblərində şagirdlər tam dövlət təminatında saxlanılırlar. Ümumtəhsil internat məktəblərinin maliyyə vəsaiti normativlər əsasında müəyyən edilən büdcə və büdcədənkənar təxsisatlardan yaranır. Ümumtəhsil internat məktəbləri tabelik qaydasına görə yerli təhsil orqanları, yaxud Təhsil Nazirliyi tərəfindən maliyyələşdirilir.

Ümumtəhsil internat məktəblərinin maliyyə fondu aşağıdakı mənbələrdən cəlb olunan vəsaitlərdən yaranır:



  • büdcədən ayrılmış vəsait;

  • mülkiyyət formasından asılı olmayaq, təsərrüfat hesabında olan müxtəlif müəssisələrin və təşkilatların vəsait qoyuluşları;

  • idarə və təşkilatların, xeyriyyə cəmiyyətlərinin, vətəndaşların könüllü olaraq verdiyi vəsait;

  • yardımçı təsərrüfatdan, tədris-təcrübə sahəsindən, tədris emalatxanalarında hazırlanan məhsulun satışından əldə edilən gəlir.

İnternat məktəblərinin büdcə vəsaiti və müxtəlif mənbələrdən toplanmış gəliri toxunulmazdır. İnternat məktəbinin maliyyə vəsaiti bütünlüklə öz ixtiyarındadır və həmin vəsaiti bölüşdürmək hüququna malikdir.

Ümumtəhsil internat məktəblərinin müstəqil mühasibatlığı olmalıdır. Mühasibat və statistika uçotunun aparılması, xərclər smetasının icrası mövcud qaydalar əsasında internat məktəbinin Nizamnaməsi ilə müəyyənləşdirilir.

İnternat məktəbinin ştat cədvəli, işçilərin əmək haqqı stavkası və vəzifə maaşları mövcud qaydalara uyğun olaraq, direktor tərəfindən müəyyən edilir.

Ümumtəhsil internat məktəblərində tədris prosesinin təşkilində sinif-dərs forması əvəzinə başqa formalardan istifadə olunarsa, əmək haqqı ümumi əmək haqqı fondu hesabına ödənilir.

İnternat məktəblərinin saxlanması xərcləri adətən bir şagirdə görə hesbalanır.

Ümumtəhsil inernat məktəblərində sair xərclər planlaşdırılarkən, onların tərkibinə tərbiyə alanların ehtiyac xərcləri, gediş haqları, həmçinin onların arasında mədəni-kütləvi işlərin aparılması xərcləri daxil edilir.

Internat məktəblərinin direktorlarının vəzifə maaşları, müəllimlərin əmək haqqı, əlavə ödənişlər ümumtəhsil məktəblərində olduğu kimidir.

Uşaq evləri yetim və valideyin himayəsindən məhrum olan uşaq və yeniyetmələrin təlim-tərbiyəsini, maddi-məişət şəraitini və sosial müdafiəsini təmin etmək məqsədilə təşkil olunur.

Uşaq evlərinin aşağıdakı tipləri var:



  • məktəbəqədər yaşlı uşaqlar üçün;

  • məktəbyaşlı uşaqlar üçün;

  • məktəbəqədər və məktəbyaşlı uşaqlar üçün qarışıq tipli.

Uşaq evləri 80 nəfərdən az uşaq olmamaq şərtilə komplektləşdirilir. Uşaq evləri bilavasitə yerli təhsil şöbələrinin tabeliyində fəaliyyət göstərdiyi üçün elə tabelik qaydasına görə, yerli təhsil orqanları tərəfindən də maliyyələşdirilir.

Uşaq evlərinin maliyyə fondu, əsasən, aşağıdakı mənbələrdən yaranır:



  • büdcədən ayrılmış vəsait;

  • mülkiyyət formasından asılı olmayaraq müxtəlif müəssisələrin və təşkilatların vəsait qoyuluşları və ianələr;

  • yardımçı təsərrüfatdan, tədris-təcrübə sahəsindən, tədris emalatxanalarında hazırlanan məhsulun satışından əldə edilən gəlir.

Ümumtəhsil internat məktəblərində olduğu kimi uşaq evlərinin də büdcə vəsaiti və müxtəlif mənbələrdən toplanmış gəliri toxunulmazdır. Uşaq evinin maliyyə vəsaiti bütünlüklə öz ixtiyarındadır və həmin vəsaiti bölüşdürmək hüququna malikdir. Uşaq evlərinin ştat cədvəli, işçilərinin əmək haqqı stavkası və vəzifə maaşları mövcud qaydalara uyğun olaraq direktor tərəfindən müəyyən edilir.

Xüsusi təhsil müəssisələri sağlamlıq imkanları məhdud olan şəxslərin təlim-tərbiyəsi, peşə hazırlığı, sağlamlığının mühafizəsi və bərpası üçün müvafiq şərait yaratmaq məqsədilə təşkil edilir.

Xüsusi təhsil müəssisələrinin aşağıdakı tipləri var:

Kar şəxslər üçün, zəifeşidən və sonradan karlaşmış şəxslər üçün; nitqi qüsurlu şəxslər üçün, kor və zəifgörən şəxslər üçün, əqli cəhətdən zəif inkişaf etmiş şəxslər üçün, poliomelit və beyin iflici qalığı olan şəxslər üçün, dayaq-hərəkət aparatının funksiyalarının pozuntuları və skalioz xəstəliyi olan şəxslər üçün, ağır çatışmazlığı olanlar, o cümlədən kar-kor şəxslər üçün, xroniki somatik xəstəlikləri olan şəxslər üçün, emosional-iradi sahədə və davranışında çatışmazlıq olan şəxslər üçün.

Xüsusi təhsil müəssisələri müvafiq kadr potensialı, maddi-texniki və pedaqoji-metodiki baza nəzərə alınmaqla sağlamlıq imkanları məhdud olan şəxslərin sayı 100 nəfər və daha çox olduğu halda yaradılır.

Xüsusi təhsili həyata keçirən dövlət və bələdiyyə müəssisələri müvafiq olaraq dövlət və bələdiyyələrin vəsaitləri hesabına maliyyələşdirilir. Xüsusi təhsili həyata keçirən özəl müəssisələr müəssisələrin təsisçilərinin vəsaiti hesabına maliyyələşdirilir. Bundan başqa xüsusi təhsili həyata keçirən müəssisələr hüquqi və fiziki şəxslərin ianələri, eləcə də qanunvericiliklə qadağan olunmayan mənbələr hesabına maliyyələşdirilə bilər.

İnternat tipli xüsusi təhsil müəssisələrinin büdcədənkənar xüsusi vəsaitləri qanunvericiliyə uyğun olaraq xərclənir.

Xüsusi təhsil müəssisəsinin, xüsusi təhsil bölməsinin və inteqrasiya təlimli təhsil müəssisəsinin maddi-texniki bazasına xüsusi təhsil müəssisəsinin tipindən asılı olaraq binalar, qurğular, yeməkxanalar, yardımçı binalar, tibb, korreksiya və reabilitasiya kabinetləri, idman qurğuları, təlimin texniki vasitələri, kitabxana fondu daxildir. Xüsusi təhsili həyata keçirən müəssisənin maddi-texniki bazası müvafiq olaraq dövlət, bələdiyyələr və təsisçi (təsisçilər) tərəfindən formalaşdırılır.Xüsusi təhsil almaq hüququ olan sağlamlıq imkanları məhdud şəxslər dərslik, dərs vəsaitləri, fərdi texniki vasitələrlə təhsil orqanları, bələdiyyələr və təsisçi (təsisçilər) tərəfindən təmin olunurlar.

Ümumi tipli internatlarda, litseylərdə, gimnaziyalarda, körpələr evində(uşaq bağçası, körpələr evində körpə qruplarda) çalışan pedoqoji işçilərin əmək haqqı stavka və vəzifə maaşlarının 15%-i miqdarında artırılır.

Xüsusi tipli intenatlarda (əqli və fiziki inkişafında qüsurlu, ciddi tərbiyəyə, uzunmüddətli müalicəyə ehtiyacı olan internat–peşə sağlamlıq məktəbində), uşaq evlərində, həddi-buluğa çatmayanlar üçün qəbul-bölgü məntəqələrində, xəstə uşaqlar üçün məktəblərdə, ümumtəhsil məktəblərinin nəzdində xüsusi təyinatlı qurup və siniflərdə çalışan pedoqoji işçilərin əmək haqqı stavka və vəzifə maaşlarının 20 %-i miqdarında artırılır.

2.3. Məktəbəqədər təhsil müəssisələrinə büdcə xərclərinin planlaşdırılması və maliyyələşdirilməsi.
Məktəbəqədər təhsilin əsasında məktəbəqədər tərbiyə durur. Məktəbəqədər tərbiyə ailədə və məktəbəqədər uşaq tərbiyə müəssisələrində həyata keçirilir. Məktəbəqədər tərbiyə müəssisələrində uşaqlar ailə ilə sıx əməkdaşlıq şəraitində tərbiyə olunurlar. Dövlət körpələrin tərbiyəsi, sosial müdafiəsi üçün maliyyə və maddi yardım göstərilməsinə təminat verir.

1-5 yaş arasında olan uşaqların məktəbəqədər təhsili onların formalaşmasına, eləcə də sosial və idrakı inkişafına musbət təsir gostərir. Maddi sərvətlərin insan kapitalına çevrilməsinin təməli məhz məktəbəqədər təhsil müəssisələrdə qoyulur. Bu yaş qrupuna daxil olan uşaqların məktəbəqədər təhsilə cəlb edilməsi 2007-ci ildə respublika üzrə 17,2%, o cümlədən şəhərlərdə 27%, kənd yerlərində 9% olmuşdur. Muqayisə üçün, bu göstərici Finlandiyada 99%, Almaniyada 80%, bir sıra MDB olkələrində 30-50% təşkil edir. Ölkə Prezidentinin 2007-ci il 12 aprel tarixli 2089 nomrəli Sərəncamı ilə “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı” təsdiq edilmişdir. Proqramda müəssisələrin şəbəkəsinin optimallaşdırılması və maddi-texniki bazanın möhkəmləndirilməsi, idarəetmənin yeni iqtisadi münasibətlər zəminində təkmilləşdirilməsi, məktəbəqədər təhsil xidmətlərinin əhalinin aztəminatlı təbəqəsi üçün əlçatan olması, kadr təminatının yaxşılaşdırılması, yeni tədris proqramlarının hazırlanması, bütövlükdə məktəbəqədər təhsilin ictimai statusunun yuksəldilməsi vəzifələri qarşıya qoyulmuşdur. Proqramda eyni zamanda dünya təcrubəsinə uyğun olaraq 5 yaşlı uşaqların icbari məktəbəqədər təhsilə cəlb edilməsi də nəzərdə tutulmuşdur.

Məktəbəqədər təhsilin məqsədi uşağın fiziki, psixi, emosional, sosial və intellektual potensialının inkişafı üçün şərait yaratmaq, uşaqların sadə əmək vərdişlərinə yiyələnməsini təmin etmək, uşaqlarda məntiqi və yaradıcı təfəkkürün ilkin elementlərini formalaşdırmaq və istedadlı uşaqların erkən yaşdan üzə çıxarılmasını təmin etməkdən ibarətdir.

Bu məqsədin reallaşdırılması üçün aşağıdakı vəzifələrin həyata keçirilməsi nəzərdə tutulur:



  • ailədə və məktəbəqədər müəssisələrdə uşaqların təhlükəsizliyinin qorunması;

  • uşaqlarda sağlam həyat tərzinə aid müvafiq bacarıq və vərdişlərin formalaşdırılması;

  • uşaqların fiziki, psixi,emosional, intellektual inkişafının təmin edilməsi;

  • uşaqlarda Vətənə məhəbbət, millətinə, dilinə, dininə, dövlət rəmzlərinə, Azərbaycan xalqının, həmçinin digər xalqların milli-mənəvi dəyərlərinə hörmət hissinin yaranması və inkişafı;

  • uşağın tələbat və maraqlarının müəyyən edilməsi, təhsildə bu amillərin nəzərə alınması;

  • uşaqların məktəb təliminə hazırlanması.

Məktəbəqədər tərbiyə müəssisələrinə daxildir: körpə evləri, körpə evləri-bağçalar, uşaq bağçaları, ailə-bağçalar, məktəb-bağçalar, bağça-internatlar, uşaq evləri, ahıl evləri yanında uşaq evləri-internatlar, əqli və fiziki cəhətdən qüsurlu uşaqlar üçün məktəbəqədər tərbiyə müəssisələri və s.

Ölkəmizdə 1706 dövlət və qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Son 6 ildə ölkə ərazisindəki məktəbəqədər təhsil müəssisələrinin sayının və həmin müəssisələrdə təhsil alan uşaqların sayının dəyişməsini aşağıdakı cədvəldə görmək olar.



Cədvəl №2.3

Dövlət və qeyri-dövlət məktəbəqədər təhsil müəsisələri.




2010

2011

2012

2013

2014

2015

Məktəbəqədər təhsil müəssisələrinin sayı - сəmi

1635

1638

1666

1677

1680

1706

körpələr evləri-uşaq bağçaları, körpələr evləri

1151

1127

1133

1135

1101

1035

uşaq bağçaları

479

506

527

537

572

658

məktəb-uşaq bağçaları

5

5

6

5

1

4

xüsusi uşaq bağçaları

-

-

-

-

6

9

Məktəbəqədər təhsil müəssisələrində uşaqların sayı - сəmi, nəfər

107954

112892

113517

111090

107699

116049

körpələr evləri-uşaq bağçalarında, körpələr evlərində

83953

87128

87103

84794

82265

82542

uşaq bağçalarında

23606

25354

25936

25916

24798

32426

məktəb-uşaq bağçalarında

395

410

478

380

50

145

xüsusi uşaq bağçalarında

-

-

-

-

586

936

Məktəbəqədər təhsil müəssisələrində qızların sayı, nəfər

49306

51752

52368

51635

50403

53839

Hər 100 yerə düşən uşaqların sayı, nəfər

87

88

89

86

89

89

Uşaqların məktəbəqədər təhsil müəssisələri ilə əhatəliliyi (1-5 yaşlı uşaqların ümumi sayına nisbətən, faizlə)

16,9

16,9

16,3

14,8

13,3

14,2

Məktəbəqədər tərbiyə müəssisələri tabeliyindən asılı olmayaraq, uşaqların ictimai tərbiyəyə cəlb edilməsində ailə və cəmiyyətin tələbatını ödəyir, milli və ərazi xüsusiyyətlərinə uyğun olaraq məktəbəqədər yaşlı uşaqların harmonik inkişafını və tərbiyəsini təmin edir.

Məktəbəqədər uşaq müəssisələri tərbiyə olunan uşaqların tərkibinə görə ümumi və xüsusi tipli olur. Xüsusi tipli məktəbəqədər uşaq müəssisələrində əqli və ya da fiziki inkişafında qüsuru olan, uzunmüddətli müalicəyə ehtiyacı olan uşaqlar tərbiyə olunur.

Yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan məktəbəqədər uşaq müəssisələri respublika və yaxud yerli büdcədən ayrılan maliyyə vəsaiti hesabına fəaliyyət göstərir.

Özünümaliyyələşdirmə prinsipləri əsasında fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların tabeliyində və balansında olan məktəbəqədər uşaq müəssisələri onların vəsaiti hesabına maliyyələşdirilir.

Məktəbəqədər uşaq müəssisələri büdcədənkənar vəsait də əldə edə bilərlər .

Məktəbəqədər uşaq müəssisəsində uşağın saxlanılması üçün verilən valideyn haqqının ödənilməsi qüvvədə olan normativ sənədlər əsasında həyata keçirilir.

Uşaq bağçalarının saxlanmasına çəkilən xərclər uşaqların orta illik sayından, qrupların sayından və bir uşağın uşaq müəssisəsində qalma müddətindən asılıdır.

Məktəbəqədər müəssisə uşaqlara xarici dilin öyrədilməsi, xoreoqrafiya, ritmik məşğələlər, həmçinin digər əlavə xidmətlər də göstərə bilər ki, buna da müəyyən olunmuş qaydada icazə verilir.

Məktəbəqədər uşaq müəssisəsində büdcədənkənar vəsait hesabına maddi həvəsləndirmə, istehsalat və sosial inkişaf, valyuta ayrılmaları fondları müəyyən olunmuş qaydada yaradıla bilər.

Məktəbəqədər uşaq müəssisəsində əməyin təşkili və əmək haqqının ödənilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir. Əmək haqqı xərcləri təsdiq edilmiş ştat cədvəlinə əsasən və vəzifə maaşlarının ödəniş dərəcəsi əsasında planlaşdırılır. Ştat vahidiqrupun sayı və uşaqların bağçada qalma günlərinin sayı əsasında planlaşdırılır.

Məktəbəqədər təhsil müəssisələrində müdürlərin vəzifə maaşları qrupların və ya uşaqların sayı əsasıında müəyyən edilir: ümumi tipli məktəbəqədər müəssisələrdə qrupların sayı 1-4 olduqda 12-ci, 5-8 olduqda 13-cü, 9 və daha çox olduqda 14-cü dərəcə ilə; xüsusi təyinatlı məktəbəqədər müəssisələrdə qrupların sayı 1-3 olduqda 13-cü, 4-6 olduqda 14-cü, 7-8 olduqda 15-ci, 9 və daha çox olduqda16-cı dərəcə ilə.

Uşaq evi müdürünün təlim-tərbiyə işi üzrə müavininin vəzifə maaşı müdürün vəzifə maaşından 10% aşağı, təsərrüfat işləri üzrə müavinin vəzifə maaşı isə 20% aşağı təyin olunur.

Müəllimlərin və tərbiyəçilərin stavka üzrə vəzifə maaşları onların təhsili, pedoqoji iş stajı və vəzifə maaşının dərəcəsindən asılıdır. Ali təhsilli baş tərbiyəçinin vəzifə maaşı iş stajından asılı olaraq 13-14-cü, ali təhsilli tərbiyəçinin 10-14-cü, orta ixtisas təhsilli tərbiyəçinin 9-13-cü, ali təhsilli musiqi müəlliminin 9-13-cü, orta ixtisas təhsilli musiqi rəhbərinin 8-11-ci dərəcə ilə müəyyən edilir.

Məktəbəqədər uşaq müəssisələrində dəftərxana və təsərrüfat xərcləri ümumtəhsil məktəblərində olduğu kimi binanın kubaturasından asılı olaraq müəyyən edilir.

İcmal planlaşdırma zamanı büdcə vəsaitləri bir uşağa düşən əmək haqqıya, ərzağa, avadanlığa,yumşaq inventara və s. çəkilən xərclərə görə müəyyən olunur.

Məktəbəqədər təhsil müəssisələrində valideynlərin ödədiyi haqq xərclərin müəyyən, cüzi hissəsini təşkil edir.


Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin