AZƏrbaycan respublikasi təHSİl naz



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə49/50
tarix13.01.2020
ölçüsü4,43 Mb.
#30137
1   ...   42   43   44   45   46   47   48   49   50
4 biznes


30.2. Xüsusi İqtisadi Zonaların tipləri 

 

XİZ – iqtisadi inkişafı təmin etmək məqsədilə, sürətli iqtisadi islahat-



lar aparan ölkələr üçün yeni iqtisadi alət rolunu oynamaqla yanaşı, bu ölkə-

lərin  dünya  təsərrüfat  sisteminə  inteqrasiyasının  genişləndirilməsinə  və 

inkişafdan  geri  qalmış  ərazilərin  iqtisadiyyatının  inkişafına  əlavə  stimul 

yarada bilir. 

Dünya  sivilizasiyasının  müxtəlif  guşələrində  ticarət  əlaqələrinin 

təşəkkül tapdığı ilk dövrlərdə belə, insanlar ticarət məsələlərində səmərəli və 

gəlirli  alqı-satqı  qaydalarına  can  atırdı.  Bu  əlaqələrdə  müxtəlif  növ 

vergilərin azaldılması, sərfəli şərtlər bütün əsrlər boyu insanları düşündürən 

faktorlardandır.  Xüsusi  işgüzarlıq  zonalarının  və  bu  zonalarda  qanuni-

ləşdirilmiş  şərtlərə,  ticarət  rejiminə,  vergi  qaydalarına  əsaslandırılmış,  eyni 

zamanda,  təcridlənmiş  müəyyən  ərazinin  həm  yerli  ticarət  iştirakçıları  və 

həm də kənardan gələn tərəfdaşlar üçün əlverişli məkan olması artıq tarixin 

sınağından çoxdan çıxmışdır.  

XİZ-in genişlənməsi, onların formalarının təkmilləşməsi əsasən dünya 

ölkələrinin  keçən  əsrin  ortalarından  başlayaraq  sürətlənən  iqtisadi  inkişaf 

dövrünə təsadüf edir.  

XİZ-in  yaranması  və  onun  fəaliyyəti  bir  sıra  formalara  və  tiplərə 

bölünmüş  və  özünün  bir  sıra  səciyyəvi  xüsusiyyətləri  ilə  fərqlənir.  Sərbəst 

iqtisadi zonaların təsnifatına nəzər salsaq, bu tipli fəaliyyət zonalarının 20-

25 arası müxtəlif formalarını görərik və bunlar da 5 əsas qrupda verilmişdir: 



 

Cədvəl 30.1. 

 

 

Sərbəst iqtisadi zonaların təsnifatı 

 

I qrup- 


ticarət 

 

II qrup- 



ixrac yerləri 

 

III qrup- 



istehsal 

 

IV qrup- 



iqtisadi fəaliyyət 

V qrup- 


ümumi 

 

Gömrük zonası 



Vergidən azad 

ixrac istehsal 

zonası 

Azad ixrac 



istehsal zonası 

Sərmayə yardımı 

zonası 

Azad zona 



Azad gömrük 

zonası 


Azad ixrac 

zonası 


İ

xrac istehsal 

zonası 

Müştərək 



müəssisə zonası 

Azad liman 

Azad ticarət 

zonası 


Azad ixrac 

istehsal zonası 

Azad ixrac 

istehsal zonası 

Texnologiya 

zonası 


Makviladora 

Vergidən azad 

ticarət zonası 

İ

xrac istehsal 



zonası 

Azad istehsal 

zonası 

Xüsusi iqtisadi 



zona 

Vergidən azad 

zona 

 

Azad  ixrac 



istehsal zonası 

Sənaye 


istehsal zonası 

Müştərək 

sahibkarlıq 

zonası 


 

 

İ



xrac istehsal 

rejimi 


Azad sənaye 

zonası 


Beynəlxalq 

xidmət zonaları 

 


Бизнесин тяшкили вя идаря едилмяси 

452 


Xüsusi İqtisadi Zonalar milli və xarici sahibkarlar üçün xüsusi iqtisadi 

şə

rt  və  şərait  imkanlarına  malik  milli  dövlət  ərazisinin  məhdud  hissəsini 



təşkil edir. Bu məhdud zonada sahibkarlar müəyyən güzəştlər şəraitində öz 

biznes  fəaliyyətini  qururlar.  Güzəştli  şərtlər  sistemi  geniş  şəbəkəlidir,  bura 

aşağıdakı  güzəştlər  sisteminin  elementləri  daxildir:  gömrük;  icarə;  valyuta; 

vizit; əmək rejimi; vergi; normativ-hüquqi. 

Müasir  dövrdə  ofşor  termini  kontinental  şelfdə  neft-qaz  hasilatında 

geniş  istifadə  olunur.  Xəzərin  Azərbaycan  sektorunda  yerləşən  «Azəri», 

«Çıraq» və «Günəşli» yataqlarının birgə işlənilməsini nəzərdə tutan «Əsrin 

müqaviləsi»   1994-cü il sentyabrın 20-də imzalanmışdır. Bu müqavilə çər-

çivəsində hasilat və işləmələri həyata keçirən Azərbaycan Beynəlxalq Əmə-

liyyat  Şirkəti  də  ofşor  təyinatlı  orqandır.  Onun  ofşorluğunu  təkcə  Azər-

baycandan  aldığı  imtiyazlar  deyil,  həm  də  bir  şirkət  olaraq  Xüsusi  İqtisadi 

Zonadan qeydiyyatdan keçməsidir. Bir çox iqtisadçılar ofşor terminini artıq 

Xüsusi İqtisadi Zonalar kontekstində istifadə edirlər. 

Məlumdur ki, ofşor mərkəzlər çox da böyük olmayan ada dövlətlərdə 

təşəkkül  tapmışlar.  Körfəz,  vergi  sistemli  zonadan  fərqli  olaraq  ofşor 

zonalar xarici borc kapitalının cəlb edilməsi sistemində təzahür edirlər.  Bu 

gün dünyada məşhur ofşor zonalara aşağıdakıları aid edirlər: 

- Cəbəllüdtariq – Böyük Britaniya; 

- Cersi və Qrensi adaları – Böyük Britaniya; 

-  Terksi və Kaikos adaları – Böyük Britaniya; 

-  Britan və Virgin adaları – Böyük Britaniya; 

-  Baham adaları; 

-  Honkonq; 

-  Delever ştatı – ABŞ. 

Ofşor  zonada  fəaliyyət  göstərən  müəssisə  və  ya  biznes  subyektləri 

mənfəətdən  vergi  ödəmirlər.  Mənfəət  vergisini  qeydiyyat  rüsumları  əvəz 

edir. Belə firmaların qeydiyyat prosedurası da çox asandır, üstədik də, hətta 

sahibkar  görüntüsü  sənədləşmədə  gizlidir.  Ofşor  zonada  kapital  ixracına 

məhdudiyyətlər yoxdur və yalnız burada vergi güzəştləri mövcuddur. 

Bir  qayda  olaraq  ofşor  zonada  öz  ölkələrindəki  vergi  pressinqindən 

çəkinən  firmalar,  qeyri-qanuni  və  kölgə  iqtisadiyyatı  ilə  məşğul  olanlar 

toplaşırlar.  Müasir  dövrdə  ofşor  zonalarında  3  trilyon  dollarlıq  kapital 

dövriyyədədir.  Ofşor  zonalarda  «çirkli  pullar»ın  yuyulmasının  qarşısını 

almaq  məqsədi  ilə  beynəlxalq  qurumlar  müvafiq  tədbir  və  sanksiyalar 

həyata keçirirlər. 

 

 



 

 

 



Бизнесин тяшкили вя идаря едилмяси 

453 


Xüsusi İqtisadi Zonaların quruluşuna, təyinatına 

və fəaliyyətinə görə təsnifləşdirilməsi 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sxem 30.1. Xüsusi iqtisadi zonaların təsnifləşdirilməsi

  

 



Xüsusi  İqtisadi  Zonalar  sistemində  digər  mühüm  tipik  forma  körfəz-

vergi zonasıdır. Mahiyyətcə bir-birinə oxşasalar da körfəz-vergi zonası ofşor 

zonadan xeyli fərqlənir. Belə ki, körfəz-vergi zonası vergi və digər güzəştlər 

verməklə  xarici  ssuda  kapitalının  cəlb  edilməsi  funksiyasını  yerinə  yetirir. 

Bu funksionallıq ofşor zonadakı məqsədlərlə üst-üstə düşsə də fərq miqyası 

nəzərəçarpandır.  Ofşor  zonadan  fərqli  olaraq  körfəz-vergi  zonasında 

güzəştlər yerli şirkətlərə də şamil edilir. Burada kiçildilmiş vergi güzəştləri 

spesifik  funksiyalarda  bir  neçə  vergi  növünə  aid  edilir.  Məsələn,  Lük-



Xüsusi İqtisadi Zonalar 

İ

qtisadi və 



elmi-texniki 

inkişaf 


zonası 

 

1.Sahə tex-



noloji inkişaf 

zonası 


 

2.Xüsusi 

elmi-iqtisadi 

zona 


 

3.Texnopolis 

  

İ

xtisasla-



ş

an zonalar 

 

 

1.Bank 



üzrə frank 

zonası 


 

2. Sığorta 

üzrə ixti-

saslaşan 

zona 

 

3.Sərmayə 



yardımı 

zonası 


 

 

İ



stehsal 

olunmuş 


məhsulun 

təyinatına 

görə 

zonalar 


 

1.İxrac-


istehsal 

zonası 


 

2.İdxal-


isteh- 

sal zonası 

 

3.İdxal-


ixrac 

qarışıq 


zonası 

 

Fəaliyət 



ə

lamətlə-


rinə görə 

zonalar 


 

1.Ticarət 

zonası  

 

2.İstehsal 



zonası 

 

3.Beynəl-



xalq  

xidmət 


zonası 

 

4.Elmi-



texniki 

inkişaf 


zonası 

 

Zonaya 



daxilolma 

rejiminə 

görə 

zonalar 


 

1.Açıq 


zona 

 

2.Qapalı 



zona 

 

Vergi 



rejiminə 

görə 


zonalar 

1.Xüsusi 

gömrük 

zonası 


 

2.Vergidən 

xüsusi 

ticarət 


zonası 

 

3.İdxal olan 



xammalın 

vergidən 

xüsusi 

zonası 


 

4.İxrac olan 

məhsulun 

vergidən 

xüsusi 

zonası 


 

Бизнесин тяшкили вя идаря едилмяси 

454 


senburqda yumşaldılmış vergi rejimi yalnız banklara şamil edilir. İsveçrə və 

Lixtenşteyndə isə holdinq şirkətlərinə, ticarət və vasitəçi firmalara. Bu gün 

dünyada 70-ə qədər körfəz-vergi zonaları fəaliyyət göstərirlər. 

Xüsusi  İqtisadi  Zonaların  təsnifatında  güzəştli  gömrük  rüsumu  stra-

tegiyasına aid edilən zonalar fərqli mahiyyət daşıyırlar.  

Güzəştli  gömrük  rüsumu  strategiyasına  aid  edilən  zonalar  içərisində 

valyuta  portları  və  rüsumsuz  anbarlar  əhəmiyyət  kəsb  edir.  Həmin  bazar 

seqmentlərindən  Xüsusi  İqtisadi  Zonalarda  fəaliyyət  göstərən  firmalar 

faydalanaraq biznes dairəsini genişləndirir. 

Xüsusi  İqtisadi  Zonalar  qrupunda  milli  və  xarici  kapitalın  güzəştli 

vergi, gömrük rüsumu strategiyasına aid edilən zonalarında biznesin iqtisadi 

səmərəsi daha yüksək qiymətləndirilir. İstehsal və sənaye funksiyaları daha 

çox  olan  belə  zonalarda  biznes  fəaliyyətini  genişləndirmək  üçün  geniş  im-

kanlar  vardır.  Eksport  sənaye  zonaları  biznes  fəaliyyətinin  mühüm  iqtisadi 

komponentini təşkil edir. 

Güzəştli  rejimli  əməliyyatlara  əsaslanan  xidmət  təyinatlı  XİZ-ləri  isə 

bank  və  sığorta  zonaları  rövnəqləndirir.  Bu  şəbəkədə  qurulan  bank  və 

sığorta şirkətləri çoxlu imtiyazlar əldə edərək xüsusi vergi sistemli fəaliyyət 

təşkil edir. 

Yeni  texnoloji  nailiyyətləri  gerçəkləşdirən    Xüsusi  İqtisadi  Zonalar  

içərisində  isə  texnopolislər  fərqlənirlər.  İnnovasiya  prosesinin  və  fəaliy-

yətinin genişləndirilməsinə xidmət edən texnopolislər yeni yaranışların daşı-

yıcılarına  çevrilirlər.  Aydındır  ki,  əksər  müəssisə  və  firmalar  innovasiyalı 

fəaliyyətə  üstünlük  verirlər.  Bu  xüsusiyyəti  dəyişkənliyi  fəaliyyət  leytmo-

tivinə çevirmiş firmalara şamil etmək olar. İnnovasiya bir sistem olaraq Xü-

susi  İqtisadi  Zonaların  mühüm  element  çalarlarındandır.  Bazar  iqtisadiy-

yatında rəqabət mübarizəsi üsullarından birinə çevrilən innovasiyalı inkişaf 

ə

mək  məhsuldarlığının  yüksəldilməsinə  və  mənfəətin  artırılmasına  səbəb 



olur. Rəqabət mübarizəsində o şirkət qalib gəlir ki, lazımi zaman kəsiyində 

yeni  texnika  və  texnologiyaları  tətbiq  etməklə  böyük  uğurlar  əldə  edir. 

İ

nnovasiya  zamanı  yeni  tələb  formalaşır  və  bunun  müqabilində  alıcılar 



mənəvi  köhnəlmiş  malları  almaq  istəmirlər.  Məhsulun  əmtəə  növünün 

yaxşılaşdırılması  üzərində  aparılan  işlər  dinamik  keyfiyyət  yaradır,  əmtəə 

imicini  daimi  dəyişən  və  inkişaf  edən  məcraya  yönəldir.  İnnovasiyalar 

çağdaş  zamanda  reputasiyalı  təşkilatın  fəaliyyət  missiyasının  leytmotivinə 

çevrilmişdir.  Bununla  belə  innovasiyon  tərəqqi  təkcə  firma  reytinqi  hədəfi 

deyil,  o,  başlıca  olaraq  dayanıqlı  inkişafın  mühafizəsində,  bazar  kon-

yunkturunun fəth edilməsində daim təkmilləşən, sadiq və çevik təşkilati bir 

alətdir.  Təşkilati  innovasiyon  fəaliyyəti  elmi-texniki  və  intellektual  po-

tensialı  səfərbər  edərək  daha  optimal  və  davamlı  səmərəliliyə  müvəffəq 

olmanı şərtləndirən tədbirlər sistemidir. 



Бизнесин тяшкили вя идаря едилмяси 

455 


Çoxprofilli  fəaliyyət  şəbəkəsi  texnopolisləri  fundamental  və  tətbiqi 

tədqiqatların genişləndirilməsində əsas alətə çevirir.  

Kompleksli  və  çoxfunksiyalı  Xüsusi  İqtisadi  Zonaların  əsas  hissəsini 

xüsusi  sahə  və  zonalar  təşkil  edir.  Xüsusi  İqtisadi  Zonaların  konfiqurativ 

müxtəlifliyinə  baxmayaraq  Azərbaycan  Respublikasında  da  müvafiq  zona 

növlərinin  yaradılması  imkanları  vardır.  Xarici  kapitalın  ölkəyə  cəlb  edil-

məsində  neft  amilinə  istinad  edərək  XİZ  yaratmaq  təşəbbüsləri  artmışdır. 

Azərbaycan  Respublikasında  Xüsusi  İqtisadi  Zonalar  yaratmaq  imkanları 

genişdir.  Lakin  müəyyən  mülahizələrə  görə  beynəlxalq  maliyyə  qurumları 

bu  reallığı  düzgün  qiymətləndirmir.  Çeşidli  Xüsusi  İqtisadi  Zona  növləri 

içərisində  Azərbaycan  iqtisadiyyatına  uyğun  seqmentlər  tapmaq  imkanı 

vardır.  

 

30.3. Xüsusi İqtisadi Zonaların idarə olunması xüsusiyyətləri 

 

Xüsusi  İqtisadi  Zonaların  spesifik  cəhətləri  bazar  iqtisadiyyatının 



inkişaf  etdirilməsi  tələbindən  doğmuşdur.  Məhz  elə  bu  mənada  XİZ  bazar 

iqtisadiyyatının prinsipial atributu kimi dəyərləndirilir. XİZ dünya təsərrüfat 

sistemində  iqtisadi  artımın  sürətlənməsini  təmin  edir  və  beynəlxalq  əmtəə 

dövriyyəsinin  aktivləşməsinə  yardımçı  olur.  Bu  spesifik  cəhət  XİZ-in  in-

kişaf  etmiş  ölkələrdən  inkişaf  etməkdə  olan  ölkələrə  transferini  əsaslan-

dırmışdır. İndi XİZ-lərə dünyanın əksər ölkələrində rast gəlinir. Hazırda İran 

İ

slam  Respublikasında,  Çin  Xalq  Respublikasında,  Latın  Amerikasının 



ə

ksər ölkələrində, Rusiyada və başqa ölkələrdə XİZ-lər fəaliyyət göstərirlər. 

XİZ investisiyaların mobilləşməsi və iqtisadi inteqrasiyon proseslərinin də-

rinləşməsi konteksində də faydasını nümayiş  etdirir. Bir çox ölkələr, məhz 

XİZ-in inteqrasiya yaratmaq effektinə istinadən onun formalaşmasını təmin 

edirlər. Bu ölkələrdə yaxşı dərk olunur ki, məhz dərinləşən inteqrasiya xarici 

kapitalın  gəlişinə  zəmin  yaradır  və  ölkə  iqtisadiyyatının  inkişafını  təmin 

edir. 


Xüsusi  İqtisadi  Zonalar,  həmçinin  spesifik  cəhət  və  xüsusiyyətlərə 

malikdirlər.  Onların  spesifik  xüsusiyyətləri  bazar  strukturunun  anlayış  və 

kateqoriyası tərifində öz əksini tapır. Kioto konvensiyasının 1973-cü il qəra-

rına görə Xüsusi İqtisadi Zonalar ölkənin elə bir ərazi hissəsidir ki, burada 

ə

mtəələrə  milli  gömrük  ərazisinin  sərhədləri  kənarındakı  obyektləri  kimi 



baxılır. Bu şərtliliyindən irəli gələrək həmin əmtəələrin adı gömrük nəzarə-

tinə  və  vergiqoymaya  məruz  qalmır.  Bu  vəziyyət  «gömrük  eksteritoriyalı» 

prinsipi adlanır. 

Xüsusi  İqtisadi  Zonalara  məxsus  dünya  ölkələrinin  qanunvericiliyi 

müvafiq  təsərrüfat  subyektlərinin  fəaliyyətini  aşağıdakı  tənzimləmə  ele-

mentləri əhatə edir: 

-  idxal-ixrac əməliyyatlarının gömrük tənzimlənməsi; 


Бизнесин тяшкили вя идаря едилмяси 

456 


-  vergiqoyma; 

-  lisenziyalaşdırma; 

-  vizalaşdırma; 

-  bank və sığorta fəaliyyəti; 

-  əmlak və girov münasibətləri; 

-  zonanın idarə edilməsi; 

-  Xüsusi İqtisadi Zonalara məxsus digər spesifik məsələlər. 

Xüsusi İqtisadi Zonalara məxsus spesifik bir xüsusiyyət də idxal-ixrac 

üzrə  vergi  və  rüsumların  bir  qayda  olaraq  bu  şəbəkədə  nəzərdə  tutulma-

masıdır. Belə məqam isə investisiyaların rentabelliyini təmin edir.  İnvestor 

firmalara formalaşmış praktikaya uyğun olaraq 5 ildən 35 ilə qədər vergi fa-

silələrlə tətbiq olunur. Bir sıra hallarda bu mərhələ təyin olunmuş sərhədlər 

bilmir və əksər halda ixrac əmtəəsinin istehsal tsikli ilə üst-üstə düşür. 

Xüsusi  İqtisadi  Zonaların  səciyyəvi  xüsusiyyətlərinə  aşağıdakıları  aid 

etmək olar: 

I. Müxtəlif imtiyaz və stimulların tətbiqi. O  cümlədən: 

-  xarici ticari (idxal-ixrac rüsumlarının azaldılması və ya ləğvi, xarici 

ticari əməliyyatlarının qaydalarının sadələşdirilməsi); 

-  fiskal-vergi stimullaşdırılması ilə bağlı güzəştlər; 

-  maliyyə-subsidiyaların müxtəlif formaları; 

-  inzibati-müəssisələrin  qeydiyyat  prosedurunun,  vətəndaşların  viza 

rejiminin sadələşdirilməsi. 

Xüsusi  İqtisadi  Zonalarda mənfəət normasında güzəşt 30-35 faiz, bə-

zən orta hesabla 40 faiz nəzərdə tutulur. Burada kapital qoyuluşunun özünü-

ödəmə müddəti azalır, yəni 3-3,5 ildən çox olmur. 

II. Geniş iqtisadi spektrdə müstəqil qərarvermə hüququ. 

III. Lokal və nisbi sadə idarəetmə sistemi. 

IV. Mərkəzi dövlət hakimiyyət strukturları tərəfindən hərtərəfli dəstək. 

Xüsusi  İqtisadi  Zonaların  spesifik  xüsusiyyətləri  sırasında  yaranış 

şə

rtləri  də  vacibdir.  Belə  ki,  burada  Xüsusi  İqtisadi  Zonaların  yaranması 



sferasında  bir  sıra  tələblər  formalaşmışdır.  Bu  tələblər  arasında  mühümlə-

rinə aşağıdakıları aid etmək olar: 

-  nəqliyyat və kommunikasiya imkanlarının genişliyi; 

-  bazarlara münasibətdə əlverişli coğrafi mövqe; 

-  inkişaf etmiş istehsal potensialı; 

-  münbit istehsal və sosial infrastruktur; 

-  mineral xammal resursları potensialına maliklik. 

Dünya təsərrüfatında Xüsusi İqtisadi Zonaların funksional cəhətlərinə 

aşağıdakılar aiddir: 

-  iqtisadi artımın sürətlənməsi; 

-  beynəlxalq əmtəə dövriyyəsinin aktivləşməsi; 

-  investisiyaların mobilləşməsi; 



Бизнесин тяшкили вя идаря едилмяси 

457 


-  iqtisadi inteqrasiyon proseslərin dərinləşməsi. 

XİZ  effektiv  təsərrüfatçılığın  diversifikasiyasında  xüsusi  əhəmiyyət 

kəsb  edir.  Əmtəə  çeşidinin  artmasına  səbəb  olur.  XİZ-in  yaranmasında 

bütün bu spesifik xüsusiyyətlər bir amala xidmət edir. Bu amalın fövqündə 

isə  biznes  fəaliyyətinin  genişləndirilməsi,  sahibkarlığın  inkişaf  missiyası 

dayanır.  Məlumdur  ki,  işgüzar  münasibətləri  ümumi  məxrəcə  gətirən  təş-

kilati-hüquqi formaların məcmusu kimi biznes və onun infrastrukturu çıxış 

edir.  Biznes  infrastrukturu  kredit,  gömrük  sistemi,  kommersiya  bankları, 

fond, valyuta, əmtəə, xammal və əmək birjalarında vasitəçilik təşkilatlandı-

rılması, qeyri-birja vasitəçiliyi, hərraclar, vergi sistemi, sığorta, reklam, au-

ditor, konsaltinq kompaniyaları, informasiya agentlikləri və kütləvi informa-

siya vasitələri, ticarət palataları, fondlar və digər müvafiq təsisatlarla əhatə 

olunur.  Mükəmməl  biznes  infrastrukturunun  formalaşması  isə  Xüsusi 

İ

qtisadi  Zonaların  yaradılmasından  kənarda  qala  bilməz.  Beləliklə,  XİZ 



effektivliyi  daim  kapital  artımı  təmin  edən  səciyyəlidir.  Məhz  buna  görə 

bazar  iqtisadiyyatlı  ölkələr  Xüsusi  İqtisadi  Zonalar  yaratmadan  dayanıqlı, 

səmərəli inkişaf edə bilməzlər.  

Xüsusi  İqtisadi  Zonaların  yaranması  və  təşəkkülü  həmin  zonaların 

yaradıldığı ölkələrin iqtisadi siyasətinin tərkib hissəsi kimi diqqəti cəlb edir. 

Burada məqsədlər müxtəlif və genişşaxəli olsalar da, bu zonaların ən vacib  

prinsipləri  konkret  olaraq  iqtisadi  dirçəliş  və  ticarət-iqtisadi  əlaqələrin 

genişləndirilməsinə  istiqamətlənəndirlər.  Bir  çox  mənbələrdə  XİZ-in  qarşı-

sında duran prinsipial məqsədləri və vəzifələri 3 sahəyə – sosial, iqtisadi və 

elmi-texniki istiqamətlərə bölürlər. Fikrimizcə, XİZ-in əsas vəzifələri, məq-

sədləri özündə cəmləyən cəhətləri, xüsusiyyətləri aşağıdakılardan ibarətdir: 

İ

qtisadi blok üzrə: 



-  İnvestisiyaların  cəlb  edilməsi  və  onların  fəallıqlarının  artırılması 

məqsədilə əlverişli investisiya mühitinin yaradılması; 

- Qanunvericilik bazasının təkmilləşdirilməsi və onların icra mexaniz-

minin müəyyənləşdirilməsi və bu prosesdə milli maraqların qorunması; 

-  Beynəlxalq  əmək  bölgüsü  resurslarından  və  üstün  elementlərindən 

səmərəli  istifadəni  təmin  etməklə  ixrac  təyinatlı  məhsulların  istehsalı  və 

xarici ticarət dövriyyəsinin artırılması; 

-  Xarici  ticarət  dövriyyəsində  qeyri-neft  sektorunun  payının  artırıl-

ması; 

-    Bölgədə    infrastrukturun    təkmilləşdirilməsi    istiqamətində    vacib  



işlərin görülməsi; 

-  Ölkə  iqtisadiyyatının  müxtəlif  sahələrinə  dövriyyə  vəsaitlərinin  və 

büdcəyə daxilolmaların artırılması. 

Sosial blok üzrə: 

-  Bölgənin  və  regionun    sosial-iqtisadi  inkişafının  sürətləndirilməsi 

istiqamətində prioritet  layihələrin həyata keçirilməsi; 



Бизнесин тяшкили вя идаря едилмяси 

458 


-  Region  əhalisinin  sosial  təminat  problemlərinin  kompleks  həllini 

sürətləndirmək  məqsədilə  işsizliyin  azaldılması,  yeni  iş  yerlərinin  yara-

dılması və əhalinin aktiv hissəsinin və əməkqabiliyyətli kütləsinin məşğul-

luğunun təşkili; 

-  Ölkədə  yoxsulluğun  aradan  qaldırılması  üzrə  aparılan  tədbirlərin 

effektivliyinin artırılması; 

-  Tüfeyliliyin,  cinayətlərin  azaldılması,  narkomaniyaya  qarşı  dövlətin 

gördüyü  tədbirlərdə «sosial təminat» anlayışı amilinin gücləndirilməsi; 

-  Müasir  idarəetmə  texnologiyasına  malik  menecer  və  sahibkarların 

yetişdirilməsi və iqtisadiyyatın inkişafında onlardan səmərəli istifadə; 

- Əhalinin sağlamlığını təmin etmək üçün dünya standartlarına uyğun 

gündəlik tələbat və istehlak mallarının istehsalının təşkili. 

Elmi-texniki blok üzrə: 

-  Elmi-texniki  yeniliklərə,  elmi-tədqiqatlara  marağın  artması  və 

bununla əlaqədar təkliflərin reallaşdırılması; 

- Ənənəvi milli iqtisadiyyat sektorlarının inkişafının sürətləndirilməsi, 

modernizasiya  edilməsi  və  bu  məqsədlər  üçün  yeni  texnologiyaların  tət-

biqinin təşkili; 

-  Mövcud  istehsal  komplekslərindən,  iri  qurğulardan  və  infrastruktur 

imkanlarından  səmərəli  istifadəsinin  təmin  edilməsi  və  onların  rentabellik 

səviyyələrinin yüksəldilməsi, məhsuldarlığının artırılması və s. 

Qeyd etmək lazımdır ki, bu bloklar üzrə verilən vəzifə və məqsədlərin, 

xüsusiyyətlərin  və  prinsiplərin  əksəriyyəti  inkişaf    etməkdə  olan  ölkələrin 

sosial-iqtisadi həyatı üçün xarakterik  sayıla bilər. 

Dünya   təsərrüfat   sistemində   qloballaşma   və   inteqrasiya   proses-

lərinin  dərinləşməsi,  bu  təsərrüfat  sisteminin  formalaşdığı  dövrdə  ticarət-

iqtisadi  əməkdaşlıq  prinsiplərinin  təkmilləşdirilməsi  və  ölkələrin  iqtisadi 

inkişaf  istiqamətlərinin transformasiyası nəticəsində XİZ-in xarakterlərində, 

onların prinsip və xüsusiyyətlərində müxtəlif amillər özünü göstərməkdədir. 

İ

stehsal  olunan  məhsulun  təyinatlı  əlamətinə  görə  zonalar  –  ixrac-



istehsal zonasına, idxal-istehsal zonasına və qarışıq zonalara ayrılırlar. 

Zonalar fəaliyyət əlamətinə görə – ticarət zonasına, istehsal zonasına, 

beynəlxalq  xidmət  zonasına;  elmi-texniki  inkişaf  zonasına  və  sərmayə 

yardımı  zonalarına  ayrılırlar.  Zonaya  daxilolma  rejiminə  görə  açıq  zonaya 

və qapalı zonaya ayrılırlar. 

 


Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin