AZƏrbaycan respublikasi təHSİl naz



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə45/50
tarix13.01.2020
ölçüsü4,43 Mb.
#30137
1   ...   42   43   44   45   46   47   48   49   50
4 biznes


28.2. Biznesdə risklərin təsnifatı  

 

İ

qtisadi və başqa elmi ədəbiyyatlarda ümumən risklərin təsnifləşdiril-



məsinə  birmənalı  yanaşma  yoxdur.  İqtisadi  ədəbiyyatda  kommersiya,  ma-

liyyə,  kredit,  valyuta,  investisiya  və  s.  kimi  biznes  fəaliyyətinin  müəyyən 

sferalarını əks etdirən risk növlərinin ortaya çıxması və onlar haqqında xə-

bərdarlıq  edilməsinə  daha  ciddi  diqqət  yetirilir.  Şəkil  28.1-də  biznesdə 

risklərin nümunəvi təsnifatı təqdim edilmişdir.  

                                                 

1

 Друкер П.Ф. Рынол: как войти в лидеры. Практика и принципы. М. 1992. С 41.  



Бизнесин тяшкили вя идаря едилмяси 

413 


Məlum olduğu kimi, bazar iqtisadiyyatı şəraitində fəaliyyət riskini ta-

mamilə  sahibkar  daşıyır.  Sahibkar  riski  qismən  başqa  təsərrüfat  subyekt-

lərinin üzərinə də qoya bilər. Misal üçün, sığorta fondlarının yaradılmasına 

müəyyən  xərclər  çəkərək  özünü  iqtisadi  cəhətdən  təhlükəsizləşdirə  bilər. 

Belə ki, sahibkar əmlakın məhv olması,  yanğın, qəza, işçilərlə bədbəxt ha-

disə baş verməsi və s. kimi risk növlərini sığortalaya bilər. Məhz bu risklər 

ə

n böyük qrupu təşkil edir. ğorta riski elə hadisənin və ya hadisələr məc-



musunun baş verməsi ehtimalıdır ki, onlar baş verdikdə sığortalama həyata 

keçirilir. Təhlükə mənbəyindən asılı olaraq sığorta risklərini iki qrupa ayır-

maq lazımdır: təbii fəlakətlərin (hava şəraiti, daşqın, zəlzələ) baş verməsi ilə 

bağlı  risklər;  maddi  nemətlərin  istehsalı  prosesində  insanın  məqsədyönlü 

fəaliyyəti ilə bağlı (texnogen) risklər.  

Digər risk növləri də mövcuddur ki, onları sığorta şirkətləri sığortala-

mırlar. Amma sığortalanmayan risklər öz üzərinə götürməklə sahibkar mən-

fəətinin potensial artım mənbəyini təmin edir.  



Sistematik  risk

  bütün  iqtisadi  sistem  və  ya  ayrıca  bazar  üçün 

xarakterikdir,  həm  də  diversifikasiya  olunmur.  Bu  növ  risk  bütün  sahə  və 

müəssisələrə  təsir  göstərən  amillər:  ölkə  və  ya  dünyada  mümkün  siyasi 

dəyişikliklər, iqtisadi tərəddüdlər və s. ilə əlaqədardır. 

Qeyri-sistematik risk

 biznes fəaliyyətinin spesifikliyi və mürəkkəbliyi, 

habelə  mənsub  olduğu  sahənin  problemləri  ilə  bağlıdır.  O,  diversifikasiya 

vasitəsilə əvvəlcədən müəyyən edilə bilər. Sahibkar üçün ən çətin problem 

qeyri-diversifikasiyalı riski qiymətləndirməkdir, çünki bu növ riskin ortaya 

çıxması  mümkünlüyünü  və  onun  biznes  fəaliyyətinə  təsirini  əvvəlcədən 

müəyyənləşdirmək çox çətindir.  

Biznes  layihəsi  üzrə  qərar  qəbulu  mərhələsində  yaranan  riski  onun 

reallaşdırılması  mərhələsində  yaranan  riskdən  fərqləndirmək  lazımdır.  Bu 

risklərin  bir-birilərindən  ən  mühüm  fərqi  ondan  ibarətdir  ki,  qərar  qəbulu 

mərhələsində  müəyyən  dəyişikliklər  etmək  və  vəziyyəti  düzəltmək 

mümkündür, sahibkarlıq layihəsinin reallaşdırılması mərhələsində isə nəyisə 

ə

həmiyyətli dərəcədə dəyişmək mümkün deyil.  



Sahibkar  öz  fəaliyyətinin  müxtəlif  mərhələlərində  və  müxtəlif 

vaxtlarda  risklə  qarşılaşır  və  təbii  ki,  riskli  situasiyanın  ortaya  çıxması 

səbəbələri  müxtəlif  ola  bilər.  Adətən  riskin  baş  vermə  səbəbi  dedikdə 

situasiyanın  qeyri-müəyyənliyinə  gətirib  çıxaran  hər  hansı  mənbə  (amil) 

başa düşülür. 

Riskin  başvermə  mənbələrinə  bilavasitə  təsərrüfat  fəaliyyəti, 

sahibkarın öz fəaliyyəti və xüsusi bilik növü – informasiya aiddir:. Bununla 

ə

laqədar  olaraq  aşağıdakıları  fərqləndirmək  lazımdır:  təsərrüfat  riski; 



sahibkarın şəxsiyyəti ilə əlaqədar risk; informasiya çatışmazlığı ilə əlaqədar 

risk.  


 

Бизнесин тяшкили вя идаря едилмяси 

414 


 

 

 

 

 

Şə

kil 28.1. Biznesdə risklərin təsnifatı 

Biznesdə riskin tipləri 

Sığortalama imkanı üzrə 

Diversifikasiya imkanı üzrə 

Problemlərin həlli mərhələsindən asılı olaraq 

Meydana çıxma təbiəti üzrə 

Sığortalanan  

Sığortalanmayan  

Sistematik 

Spesifik 

Qərar qəbulu sferasında 

Qərarların reallaşdırılması sferasında 

Təsərrüfat 

Sahibkarın şəxsiyyəti ilə bağlı 

İ

nformasiya çatışmazlığı ilə bağlı 



Miqyas üzrə 

Lokal  


Qlobal  

Meydana çıxma sferası üzrə 

Xarici  

Daxili  


Təsirin davamiyyət müddəti üzrə 

Qısamüddətli 

Uzunmüddətli 

Gözlənilən nəticələr üzrə 

Spekulyativ  

Adi  


Yol veriləbilmə dərəcəsi üzrə 

Yol veriləbilən 

Böhran  

Qəza (katastrofik) 



Бизнесин тяшкили вя идаря едилмяси 

415 


Riskin  sonuncu  tipi  müasir  təsərrüfatçılıq  şəraitində  daha  mühümdür. 

Partnyorlar  (sifarişçilər  və  ya  malgöndərənlər),  xüsusilə,  onların  işgüzar 

imici  və  maliyyə  vəziyyəti  haqqında  informasiyanın  doğru,  düzgün  olması 

biznesmen üçün aldanma riski ilə müşayiət edilir. Yeni bazara çıxarkən rə-

qiblər haqqında yanlış və ya natamam informasiya sahibkar üçün itki mən-

bəyinə çevrilə bilər.  

Bazar  iqtisadiyyatı  şəraitində  riskin  qlobal  və  lokal  tipini  fərqlən-

dirmək  lazımdır.  Qlobal  risk  ölkədəki,  ayrı-ayrı  sahə  və  regionlardakı  iq-

tisadi situasiyanın əksidir (inikasıdır). Lokal risk firma səviyyəsində ortaya 

çıxır. Qeyd etmək lazımdır ki, bu risklər bir-birilərini qarşılıqlı şərtləndirir, 

bir-birilərinə təsir göstərir və eyni zamanda, bir-birindən müəyyən dərəcədə 

fərqlənirlər.  

Biznesdə risklər meydanaçıxma sferaları üzrə xarici və daxili risklərə 

bölünürlər.  Xarici  risklərin  ortaya  çıxma  mənbəyi  sahibkarlıq  firmasına 

münasibətdə  xarici  mühitdir.  Sahibkar  xarici  risklərə  təsir  göstərə  bilməz, 

onları yalnız öncədən görə və öz fəaliyyətində nəzərə ala bilər. Xarici risk-

lərə biznesmenin fəaliyyəti ilə birbaşa bağlı olmayan risklər aiddir. Söhbət 

siyasi,  iqtisadi  və  başqa  situasiyalardan,  yəni  iqtisadi  və  maliyyə  böhranı, 

yüksək  səviyyəli  inflyasiya,  yenidən  maliyyələşdirmə  dərəcələrinin  göz-

lənilməz  şəkildə  dəyişməsi,  siyasi  situasiyanın  qəflətən  pisləşməsi,  müha-

ribə,  milliləşdirmə,  embarqo  qoyulması,  lisenziyanın  ləğv  edilməsi  nəticə-

sində biznesmenin itkilərindən gedir. Aydındır ki, bütün təbii, siyasi risklər 

yalnız xarici risklərə aid edilə bilər.  

Daxili risklərin

 mənbəyi sahibkarlıq subyektinin özüdür, Bu növ risk-

lər  qeyri-effektiv  menecmentin  təşkilində  və  marketinq  xidmətində  buraxı-

lan  səhvlər,  biznesmenin  səriştəsizliyi  və  başqa  daxili  amillər  nəticəsində 

yaranırlar.  

Biznesdə risklər, həmçinin qısamüddətli və uzunmüddətli (daimi) risk-

lərə bölünür. Qısamüddətli risklər qrupuna müəyyən vaxt kəsiyində biznes-

meni hədələyən risklər, yəni yüklərin daşınması zamanı baş verə bilən nəq-

liyyat  riskləri  və  ya  konkret  saziş  üzrə  ödənişin  edilməməsi  riski  daxildir. 

Daimi  risklərə

  verilmiş  coğrafi  rayonda  və  ya  müəyyən  iqtisadiyyat  sfera-

sında  biznes  fəaliyyətinin  fasiləsiz  olaraq  qarşılaşdığı  risklər  aiddir:  mə-

sələn, ölkədə ödənişin edilməməsi üzrə ümumi risk, hüquq sisteminin qeyri-

təkmilliyi və s.  

İ

qtisadi ədəbiyyatda spekulyativ və adi risklər fərqləndirilir. Spekulya-



tiv  risk

  mənfəət  və  ya  zərər  əldəetmə  variantını  (misal  üçün,  qiymətli  ka-

ğ

ızların əldə edilməsindən) ifadə edir. Adi risk yalnız uduzma üçün nəzərdə 



tutulmuşdur  və  itki  tipi  üzrə  təsnifləşdirilə  bilər:  şəxsi  risk,  əmlak  riski  və 

şə

raitlə  bağlı  risk.  Şəxsi  risk  fərd  üçün  birbaşa  zərər  hallarından  biridir. 



Ə

mlak riski

 əmlakının itirilməsi riskidir, şəraitlə bağlı risk isə elə riskdir ki, 

bu zaman bir firmaının fəaliyyəti ilə başqa təsərrüfat subyektinə zərər dəyir.  


Бизнесин тяшкили вя идаря едилмяси 

416 


Biznesmenin əsas vəzifəsinin tam iflas baş verə bilən həddi keçmədən 

hesablanmış  şəkildə  riskə  getməkdən  ibarət  olduğundan,  yol  verilə  bilən, 

böhran  və  qəza  (katastrofik)  risk  tiplərini  fərqləndirmək  olar.  Yol  verilə 

bilən risk

 bu və ya digər layihənin həyata keçirilməsindən (keçirilməməsin-

dən)  və  ya  ümumən  sahibkarlıq  fəaliyyətindən  mənfəətin  qismən  itirilməsi 

təhlükəsidir. Bu risk zamanı itkilər mümkündür, lakin onlar ölçülərinə görə 

gözlənilən  sahibkarlıq  mənfəətindən  azdırlar.  Böhran  riski  təkcə  mənfəət 

itkisi  ilə  yox,  həm  də  nəzərdə  tutulan  qazancın  əldə  edilə  bilinməməsi  ilə 

xarakterizə  olunur.  Bu  halda,  sahibkar  bütün  xərclərin  məbləğində  itkiyə 

məruz qalır, yəni bu risk gözlənilən mənfəəti üstələyən və sahibkar tərəfin-

dən  verilmiş  sazişə  ayrılan  vəsaitlərin  əvəzi  ödənilməz  şəkildə  itirilməsinə 

gətirib  çıxaran  itki  təhlükəsi  ilə  səciyyələnir.  Qəza  riski,  bir  qayda  olaraq, 

sahibkarlıq  firmasının  iflasına,  yəni  sahibkar  tərəfindən  bütün  əmlakın 

itirilməsinə gətirib çıxarır.  

Riskin  əsaslandırılması dərəcəsinə  görə  aşağıdakı  risklər  fərqləndirilə 

bilər:  haqq  qazandırılmış  (qanuni)  və  haqq  qazandırılmamış  (qeyri-qanuni) 

risklər. Ola bilsin ki, bu, risk üçün böyük praktiki əhəmiyyətə malik olan ən 

mühüm  təsnifat  elementidir.  Qanuni  və  qeyri-qanuni  risklərin  fərqləndiril-

məsi üçün ilk növbədə nəzərə almaq lazımdır ki, müxtəlif iqtisadiyyat sahə-

lərində həyata keçirilən müxtəlif növ sahibkarlıq fəaliyyətlərində onlar ara-

sındakı  sərhəd  müxtəlifdir.  Belə  ki,  elmi-texniki  tərəqqi  sahəsində  funda-

mental  tədqiqatlar  mərhələsində  mənfi  nəticənin  əldə  edilməsi  ehtimalı  5-

10%,  tətbiqi  elmi  işləmələrdə  80-90%,  layihə-konstruktor  işləməmələrində 

isə 90-95% təşkil edir. Beləliklə, fəaliyyətin bu sahəsi yüksək risk səviyyəsi 

ilə xarakterizə olunur, ancaq atom energetikasında riskə, ümumiyyətlə,  yol 

verilmir.  

Biznes  nəzəriyyəsi üzrə ədəbiyyatda, habelə sahibkarlıq təcrübəsində 

tez-tez “yüksək risk” və “zəif risk” terminləri ilə rastlaşılır. Bu halda söhbət 

riskin biznes fəaliyyətinə göstərdiyi təsirin dərəcəsindən gedir. 

İ

ndi biznesdə risklərin əsas növlərini nəzərdən keçirək.  



Risk əmtəə və xidmətlərin istehsalı, onların reallaşdırılması, əmtəə-pul 

münasibətləri və maliyyə əməliyyatları, kommersiya, sosial-iqtisadi və elmi-

texniki layihələrin həyata keçirilməsi ilə bağlı istənilən fəaliyyət növlərində 

ortaya çıxdığından iqtisadi, texniki və siyasi riskləri fərqləndirmək lazımdır.  

İ

qtisadi  risklərin

  tərkibinə  istehsal,  kommersiya,  kredit,  investisiya, 

valyuta, inflyasiya, maliyyə və s. risklər daxil edilir. 

İ

stehsal  riski

  məhsul  istehsalı,  istənilən  növ  istehsal  fəaliyyətinin  hə-

yata  keçirilməsi  ilə  bağlıdır.  İstehsal  riskinin  ortaya  çıxmasının  ən  mühüm 

səbəblərinə nəzərdə tutulan istehsal həcminin mümkün azalmasını, material 

və başqa xərclərin artmasını,  yüksək pul ayırmalarını, vergilərin ödənilmə-

sini, aşağı keyfiyyətli və sertifikatlaşdırılmamış məhsul istehsalını aid etmək 

olar.  


Бизнесин тяшкили вя идаря едилмяси 

417 


Kommersiya  riski

  sahibkar  tərəfindən  istehsal  olunan  və  ya  satın  alı-

nan əmtəə və xidmətlərin reallaşdırılması zamanı ortaya çıxan riskdir. Kom-

mersiya riskinin əsas səbəblərinə bazar konyunkturunun dəyişməsi üzündən 

reallaşdırılma həcminin azalmasını, əmtəənin tədarük qiymətinin artmasını, 

tədarük  edilən  məhsulların  həcminin  kəskin  şəkildə  azalmasını,  mübadilə 

prosesində  əmtəənin  itirilməsini,  mübadilə  xərclərinin  artmasını  aid  etmək 

olar. Kommerisya riskinin tərkibinə bazarda əmtəənin (xidmətin) reallaşdı-

rılması; əmtəənin (xidmətin) alıcı tərəfindən qəbul edilməsi; alıcının ödəmə 

qabliyyətli olması, habelə fövqəladı hallarla əlaqədar risklər daxildir.  

Bazar  iqtisadiyyatı  şəraitində  firmanın  fəaliyyətində  ən  mühüm  risk-

lərdən biri kredit riskidir. O, firma tərəfindən investor qarşısında öz maliyyə 

öhdəliklərini yerinə yetirməməsi və nəticədə firmanın fəaliyyətinin maliyyə-

ləşdirilməsi  üçün  xarici  borcdan  istifadə  edilməsinin  mümkünlüyü  ilə 

bağlıdır. Beləliklə, kredit riski müəssisənin öz kreditroları (banklar və başqa 

maliyyə-kredit  təşkilatları;  kontragentlər,  malgöndərənlər  və  vasitəçilər, 

habelə səhmdarlar) ilə işgüzar ünsiyyəti zamanı ortaya çıxır.  

İ

qtisadi  riskin  növbəti  növü  sahibkarlıq  firması  tərəfindən  müxtəlif 



layihələrə  vəsait  qoyuluşunun  spesifikliyi  ilə  bağlı  olan  investisiya  risk-

ləridir

. Bu riskin tərkibinə özünə pul vəsaitlərinin investisiyalaşdırılması za-

manı ortaya çıxan bütün mümkün risklər daxil edilir.  

Valyuta  riski

  müqavilənin  bağlanması  ilə  müqavilə  üzrə  hesablama-

ların  faktiki  olaraq  aparılması  arasındakı  dövrdə  valyuta  məzənnəsinin 

dəyişməsi nəticəsində maliyyə itkilərinin baş verməsi ehtimalıdır.  

Sahibkarlıq  fəaliyyətinin  son  nəticələrinə  milli  valyutanın  alıcılıq 

qabliyyətinin aşağı düşməsi, əmtəələr (işlər, xidmətlər) üzrə qiymətlərin art-

ması,  alıcı  tələbinin  azalması  ilə  əlaqədar  baş  verən  inflyasiya  riski  mənfi 

təsir göstərir.  



Texniki  risk

  avadanlıqların  sıradan  çıxması,  texnoloji  proseslərin  po-

zulması  nəticəsində  istehsalda  gözlənilməz  dayanmaların  baş  verməsi  za-

manı  təzahür  edir  ki,  bu  da  material  resurslarının  itkisinə,  məhsul  keyfiy-

yətinin aşağı düşməsinə və s. xoşagəlməz nəticələrə gətirib çıxarır.  

 

28.3. Riskin səviyyəsinə təsir göstərən amillə

 

Risklər  biznes fəaliyyətin həyata keçirilməsi zamanı çoxsaylı amillə-



rin, yəni daxili və xarici mühitin təsiri nəticəsində ortaya çıxa bilərlər. Biz-

nes  fəaliyyətində  risklərin  əmələ  gəlməsinin  aşağıdakı  səbəblərini  gös-

tərmək  olar:  cəmiyyətin  kriminallaşması;  inflayasiyanın  yüksək  templəri; 

siyasi qeyri-stabillik; təsərrüfat subyektlərinin məsuliyyətsizliyi; sahibkarlıq 

fəaliyyətini  tənzimləyən  normativ-hüquqi  aktların  təkmil  olmaması;  real 

sahibkarlıq  hüququnun  mövcud  olmaması  (bu  da  ümumi  risk  səviyyəsinin 

azalmasına  maneçilik  törədir);  sahibkarların  əksəriyyətində  öz  fəaliyyət-


Бизнесин тяшкили вя идаря едилмяси 

418 


lərinin  nəticəsinə  görə  fərdi  məsuliyyətin  aşağı  olması  (bu  da  istənilən 

sazişin  “mənəvi”  riskini  artırır);  sahibkarın  cinayət  dünyasından  asılılığı, 

hüquq-mühafizə  orqanlarının  onu  müdafiə  edə  bilməməsi  və  ya  bunu  istə-

məməsi;  siyasətçilərin  qeyri-qanuni  şəkildə  iqtisadiyyata  müdaxiləsi;  müx-

təlif  səviyyələrdə  idarəetmə  aparatının  kəskin  artması;  vergi  qanunveri-

ciliyinin  dəyişməsi;    yüksək    vergi  və  məcburi  ödənişlər;  amansız  rəqabət; 

sahibkarların bazar problemləri və bilik səviyyəsinin aşağı olması və s.  

 

Şə



kil 28.2. Biznesdə riskin səviyyəsinə təsir göstərən  

xarici amillər sistemi 

 

Risk  mühitin  təsirinin  qeyri-müəyyənliyi  üzündən  obyektiv  əsasa  və 



qərarların  sahibkarın  özü  tərəfindən  qəbul  edilməsi  ilə  əlaqədar  subyektiv 

ə

sasa malik olduğundan, firmanın uğur və uğursuzluqlarını bir sıra amillərin 



qarşılıqlı əlaqəsi kimi nəzərdən keçirmək lazımdır. Bu amillərdən bir hissəsi 

sahibkarlıq firmasına münasibətdə xarici, digər hissəsi isə daxili amillərdir. 

Xarici  amillər  dedikdə,  sahibkarın  dəyişə  bilmədiyi,  lakin  onun  işinə  təsir 

Risk səviyyəsinə təsir göstərən xarici amillə

Birbaşa təsir göstərən amillər 

Dolayı təsir göstərən amillər 

Sahibkarlıq fəaliyyətini tənzimləyən 

qanunvericilik 

Siyasi şərait  

Ölkədəki iqtisadi vəziyyət  

Sahədəki iqtisadi şərait   

Beynəlxalq hadisələr   

Təbii hadisələr   

Dövlət idarə və təsisatlarının 

gözlənilməz fəaliyyətləri 

Vergi sistemi   

Partnyorlarla qarşılıqlı münasibətlər   

Sahibkarların rəqabəti   

Rüşvətxorluq və reketizm   



Бизнесин тяшкили вя идаря едилмяси 

419 


göstərdiklərinə görə nəzərə almalı olduğu şəraitlər başa düşülür. Şəkil 28.2-də 

riskin səviyyəsinə təsir göstərən əsas xarici amillər verilmişdir. Bu amillərin 

prioritetliyini  fərqləndirmək  çətindir,  çünki  onlar  qarşılıqlı  əlaqəlidir,  dina-

mikdir və mürəkkəbdir.  

Biznesdə riskin səviyyəsinə təsir göstərən xarici amillər iki qrupa ayrılır: 

birbaşa  təsir  edən  amillər  (mikromühit  amilləri)  və  dolayı  yolla  təsir  edən 

amillər  (makromühit  amilləri).  Birbaşa  təsir  göstərən  amillər  sahibkarlıq 

fəaliyyətinin  nəticəsinə  və  riskin  səviyyəsinə  birbaşa  təsir  göstərir.  Dolayı 

yolla  təsir  göstərən  amillər  sahibkarlıq  fəaliyyətinin  nəticəsinə  və  riskin 

səviyyəsinə birbaşa deyil, tədricən təsir göstərir.  



 

28.4. Risklərin idarə edilməsi mərhələləri 

 

Hər  bir  müəssisə  risklə  bağlı  öz  fəaliyyət  istiqaməti  olur,  məruz  qala 



biləcəyi  riskləri  aşkar  edir.  Həmin  risklərin  içərisindən  əlverişli  olanı  seçir 

və arzuolunmaz risklərdən isə uzaqlaşmaq üçün üsullar axtarır. Belə fəaliy-

yət riskin sistemli idarə edilməsi adlandırılır. Bu, riskin biznes fəaliyyətinə 

təsirinin  yumşaldılmasına  istiqamətlənmiş  tədbirlərin  həyata  keçirilməsini 

nəzərdə tutur. 

Risklərin  idarə  edilməsi  sığorta  işi,  firmanın  təsərrüfat  fəaliyyətinin 

təhlili,  iqtisadi  məsələlərin  optimallaşdırılmasının  riyazi  metodları  və  s. 

sahəsində  zəruri  biliklər  tələb  edən  spesifik  fəaliyyət  sahəsidir.  Sahibkarın 

bu  sahədəki  fəaliyyəti  öz  firmasının  səmərəli  fəaliyyət  göstərməsi  üçün 

təhlükə yaradan risklərin təsirindən qorunmasına istiqamətlənir.  

Sahibkarın risklərin idarə edilməsi üzrə fəaliyyəti risk siyasəti adlanır. 

Risk siyasəti dedikdə, qərarın qəbul edilməsi anında onun səhv olacağı ba-

rədə təhlükəni azaltmaq və bu idarəetmə qərarlarının mümkün mənfi nəticə-

lərini  ixtisar  etmək  məqsədilə  müxtəlif  tədbirlər  sisteminin  həyata  keçiril-

məsi  başa  düşülür.  Riskin  idarə  edilməsi  prosesi  şəkil  28.3-də  göstərilmiş-

dir.  


Riskin  mövcud  olduğunu  bilmək  sahibkar  üçün  zəruridir,  lakin 

konkret  tədbirlər  görmək  üçün  kifayət  deyil.  Konkret  risk  növünün  bzines 

fəaliyyətinə  necə  təsir  göstərdiyini  və  bu  təsirin  nəticəsinin  nədən  ibarət 

olacağını  qiymətləndirmək  lazımdır.  Daha  doğrusu,  ilk  növbədə  hadisənin 

həqiqətən  baş  verəcəyi  ehtimalını,  sonra  isə  onun  firmanın  maliyyə-təsər-

rüfat fəaliyyətinə necə təsir göstərəcəyini müəyyənləşdirmək vacibdir.  

Riskin idarə edilməsi prosesində sahibkar üçün aşağıdakı suala düzgün 

cavab  tapmaq  olduqca  əhəmiyyətlidir.  Riskli  situasiyaya  girmək,  yoxsa 

girməmək  lazımdır?  Eyni  situasiyada  analoji  qərarlar  qəbul  edən 

sahibkarların müxtəlif davranışları onların riskə fərdi meyil göstərmələri və 

mənfəət əldə edilməsinə münasibətləri ilə əlaqədardır.  


Бизнесин тяшкили вя идаря едилмяси 

420 


Şə

kil 28.3. Riskin idarə edilməsi mərhələləri 

 

Sahibkarın  hansı  kateqoriyaya  (yüksək  dərəcəli  riskə  getməyə  hazır 



olan  insanlara  və  ya  riskə  daha  ehtiyatla  münasibət  göstərən  insanlara)  aid 

edilməsindən asılı olaraq, o, yüksək riskli layihəni yerinə yetirmək və ya az 

riskli biznes fəaliyyətilə məşğul olmaq haqqında qərar qəbul edir. Əgər sa-

hibkar  riskə  ehtiyatla  münasibət  göstərirsə,  onda  yüksək  riskli  layihənin 

uğurla  nəticələnməsini  qiymətləndirmək  çətindir  və  əksinə.  Qeyd  etmək 

lazımdır ki,  yalnız risk dərəcəsini, eyni zamanda, həm hesablayan, həm də 

intuitiv  olaraq  müəyyənləşdirən  və  uğursuzluq  ehtimalının  mövcud  olma-

sına rəğmən risk edən sahibkar ən yüksək uğur qazanacaqdır.  

Sahibkar  öz  üzərinə  götürmək  istədiyi  riski  qiymətləndirərkən  riskin 

mümkün  nəticələrinin  maliyyələşdirilməsi  proqramının  reallaşdırılması 

üçün  zəruri  resursların  mövcud  olmasından  çıxış  edir  və  ən  yaxşı  halda 

firmanın  əsas  məqsədinin  reallaşdırılmasına  şərait  yaratmaq  üçün  biznes 

üzrə tərəfdaşların riskə münasibətini nəzərə almağa çalışır.  

Yol  verilə  bilən  risk  dərəcəsi  əsas  fonların  ölçüsü,  istehsalın  həcmi, 

rentabellik  səviyyəsi  və  s.  kimi  parametrlərin  nəzərə  alınması  ilə  müəyyən 

olunur.  Qeyd  etmək  lazımdır  ki,  müəssisə  nə  qədər  böyük  kapitala  malik-

dirsə, o, riskə qarşı daha az həssas olur və sahibkar riskli situasiyalarda daha 

cəsarətlə qərar qəbul edə bilir.  

Riskin idarə edilməsinə kompleks yanaşma sahibkara mövcud resurs-

lardan daha effektiv istifadə etməyə, məsuliyyəti bölüşdürməyə, biznes fəa-

liyyətini  yaxşılaşdırmağa  və  riskin  təsirinə  qarşı  təhlükəsizliyini  təmin  et-

məyə  imkan  verir.    Risklərin  idarə  edilməsi  biznes  fəaliyyətinə  təsirinin 

Riskin aydınlaşdırılması 

Riskin qiymətləndirilməsi 

Riskin idarə edilməsi metodlarının seçilməsi 

Seçilmiş metodların tətbiq edilməsi 

Nəticələrin qiymətləndirilməsi 


Бизнесин тяшкили вя идаря едилмяси 

421 


yumşaldılması  üzrə  kompleks  tədbirlərin  işlənib  hazırlanması  və  reallaşdı-

rılmasını nəzərdə tutur.  

 


Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin