AZƏrbaycan respublikasi təHSİl naz



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə33/50
tarix13.01.2020
ölçüsü4,43 Mb.
#30137
1   ...   29   30   31   32   33   34   35   36   ...   50
4 biznes


20.3. Müəssisənin maliyyə fəaliyyətinin qiymətləndirilməsi 

 

Maliyyə  vəziyyətinin  qiymətləndirilməsində  əsas  məqsəd  öz  daxili 



tələbatını ödəmək və xarici agentlər qarşısında öhdəliklərini yerinə yetirmək 

üçün müəssisənin potensial imkanlarını aşkara çıxartmaqdır. 

Müəssisənin maliyyə dayanaqlığı maliyyə resurslarının elə vəziyyətini 

ə

ks  etdirir  ki,  bu  zaman  müəssisə  pul  vəsaitləri  ilə  azad  manevr  edərək 



Бизнесин тяшкили вя идаря едилмяси 

300 


onlardan  effektiv  istifadə  etmək  yolu  ilə  məhsulun  istehsalı  və  satışının 

fasiləsiz prosesini təmin etməyə qadirdir. 

Müəssisənin  maliyyə  hesabatının  təhlili  yolu  ilə  maliyyə-təsərrüfat 

fəaliyyətinin  müxtəlif  göstəriciləri  arasında  qarşılıqlı  əlaqə  və  qarşılıqlı 

asılılıq  aşkara  çıxarılır.  Əvvəlki  illərdə  müəssisə  fəaliyyətinin  təhlilinin  və 

cari maliyyə vəziyyətinin qiymətləndirilməsinin nəticəsi maraqlı şəxslərə və 

təşkilatlara gələcək dövr üçün idarəetmə qərarları qəbul etməyə imkan verir. 

Müəssisənin  maliyyə  vəziyyəti  vəsaitlərin  tərkibi  və  yerləşdirilməsi, 

onların  mənbələrinin  strukturu,  kapitalın  dövretmə  sürəti,  vaxtında  və  tam 

həcmdə  öz  öhdəliklərinin  yerinə  yetirmək  qabiliyyəti  ilə  xarakterizə  edilir. 

Maliyyə vəziyyəti müəssisənin iqtisadi fəaliyyətini xarakterizə edən mühüm 

amildir. Maliyyə vəziyyəti müəssisənin rəqabətqabiliyyətinin, işgüzar əmək-

daşlıqda  onun  potensialını  müəyyən  edir,  müəssisənin  özünün  və  tərəfdaş-

larının maliyyə və digər münasibətlər üzrə iqtisadi maraqlarına nə dərəcədə 

təminat verdiyini qiymətləndirir. 

Müəssisənin  maliyyə  vəziyyətinin  təhlili  mütləq  və  nisbi  əmsalların 

köməyilə aşağıdakı beş istiqamət üzrə aparılır : 

-  balansın tərkibi və strukturunun qiymətləndirilməsi; 

-  müəssisənin  likvidlikinin  və  ödəməqabiliyyətinin  qiymətləndi-

rilməsi; 

-  işgüzar aktivliyin qiymətləndirilməsi; 

-  müəssisənin maliyyə dayanaqlığının qiymətləndirilməsi; 

-  rentabelliyin qiymətləndirilməsi. 

İ

lkin  təhlil  aparmaq  üçün  mənbə  balans  hesab  edilir.  Göstəricilərin 



dinamikası  balansın  üfüqi  və  strukturunun  işə  şaquli  təhlili  əsasında  öyrə-

nilir. Üfüqi və şaquli təhlil göstəriciləri analitik aqreqatlaşdırılmış balansda 

ə

ks  etdirilir,  hansı  ki,  aktiv  və  passivlərin  tərkibini,  aktivlərin  strukturuna 



uyğunluğunu qiymətləndirməyə imkan verir. 

Ödəməqabiliyyəti bütün kreditorlar tərəfindən təqdim edilən tələblərin 

və borcların ödənilməsinə müəssisənin hazır olmasıdır. Bura uzunmüddətli 

borc  vəsaitləri  daxil  edilmir,  hansı  ki,  qaytarılma  müddəti  əvvəlcədən  mə-

lumdur.  Beləliklə,  əgər  müəssisə  özünün  bütün  qısamüddətli  öhdəlikləri 

üzrə hesablaşmaları aparmaq və fasiləsiz istehsal prosesini davam etdirmək 

vəziyyətindədirsə,  onda  o  ödəməqabiliyyətli  sayılır.  Ödəmə  qabiliyyəti 

müəssisənin maliyyə vəziyyətinin və onun dayanaqlığının xarici təzahür for-

masıdır. 

Borcların ödənilməsi üçün potensial vəsait debitor borcları və müəssi-

sənin  malik  olduğu  əmtəə  material  qiymətli  ehtiyatlar  hesab  edilir.  Nəzəri 

cəhətdən  borcların  ödənilməsi  müəssisənin  dövriyyə  vəsaitlərilə  təmin  edi-

lir. Buna görə də müəssisə o zaman ödəməqabiliyyətli sayılır ki, onun döv-

riyyə vəsaitlərinin məbləği borclarının həcmindən xeyli çoxdur. 



Бизнесин тяшкили вя идаря едилмяси 

301 


Ödəməqabiliyyətinin  qiymətləndirilməsi  cari  aktivlərin  likvidliyinin 

xarakteristikası əsasında həyata keçirilir, hansı ki, onların pul vəsaitinə çev-

rilməsi  üçün  zəruri  vaxtı  müəyyən  edilir.  Həmin  aktivin  pul  vəsaitinə  çev-

rilməsi vaxtı nə qədər az tələb olunarsa, onun likvidliyi bir o qədər yüksək 

olar. 

Müəssisənin likvidliyi balansın likvidliyinə nisbətən daha ümumi anla-



yışdır.  Balansın  likvidliyi  yalnız  daxili  mənbələr  hesabına  ödəniş  vəsait-

lərinin axtarılmasını nəzərdə tutur. Ancaq müəssisə kənardan borc vəsaitləri 

cəlb  edə  bilər,  əgər  işgüzar  dünyada  uyğun  imici  və  yüksək  investisiya 

cəlbediciliyi varsa. Ödəmə qabiliyyəti və likvidlik anlayışları çox yaxındır. 

Belə ki, balansın likvidlik dərəcəsindən ödəmə qabiliyyəti bilavasitə asılıdır. 

Balansın likvidliyi müəssisənin ödəmə qabiliyyətinin əsasını təşkil edir. 

Nisbi  göstəricilər  əsasında  likvidliyin  qiymətləndirilməsi  üçün  cari 

likvidlik əmsalı, aralıq, yaxud sürətli likvidlik əmsalı, mütləq,  yaxud kritik 

likvidlik əmsalı hesablanır. Cari likvidlik əmsalı cari aktivlərin məbləğinin 

cari passivlərin ümumi məbləğinə olan nisbəti ilə müəyyən edilir. O, aktiv-

lərin  cari  passivləri  üstələməsi  dərəcəsini  göstərir  və  müəssisənin  müflis-

ləşməsinin birinci meyarı sayılır. 

Müəssisənin maliyyə dayanaqlığı ehtiyatların və xərclərin təminedilmə 

səviyyəsi  və  onların  formalaşmasının  xüsusi  və  borc  mənbələri,  xüsusi  və 

borc vəsaitlərinin həcminin nisbəti ilə müəyyən edilir, mütləq və nisbi gös-

təricilər  sistemini  xarakterizə  edir.  Praktiki  iş  maliyyə  hesabatının  məlu-

matları əsasında  aparılır. Zəruri informasiya bazası kimi mühasibat balansı 

çıxış edir. 

İ

stehsal  fəaliyyətinin  gedişində  müəssisədə  əmtəə-material  qiymətli-



lərin  daim  formalaşması  gedir.  Bunun  üçün  həm  xüsusi  dövriyyə  vəsaitlə-

rindən, həm də borc vəsaitlərindən istifadə olunur. Ehtiyatların və xərclərin 

formalaşması  mənbələrini  tam  əks  etdirmək  üçün  aşağıdakı  mütləq  gös-

təricilərdən istifadə olunur: 

1.  Xüsusi dövriyyə vəsaitlərinin miqdarı. O, xüsusi vəsait mənbələri 

və əsas vəsaitlər və qoyuluşlar arasında fərq kimi hesablanır. 

2.  Ehtiyatların  və  xərclərin  formalaşması  üçün  xüsusi  dövriyyə 

vəsaitlərinin və uzunmüddətli borc mənbələrinin miqdarı. 

3.  Ehtiyatların  və  xərclərin  formalaşması  üçün  əsas  vəsait  mənbələ-

rinin  ümumi  miqdarı.  O,  xüsusi  dövriyyə  vəsaitlərinin,  uzunmüddətli  və 

qısamüddətli kreditlərin və istiqraz vərəqlərinin məbləği kimi hesablanır. 

Müəssisənin maliyyə dayanaqlığı xüsusi və borc vəsaitlərinin vəziyyə-

ti  ilə  xarakterizə  olunur  və  maliyyə  əmsalları  sisteminin  köməyilə  təhlil 

edilir. 


Müəssisənin maliyyə-iqtisadi vəziyyətinin təhlilinin tamamlayıcı mər-

hələsi  təsərrüfat  fəaliyyətinin  səmərəliliyinin  qiymətləndirilməsidir.  Müəs-

sisənin  təsərrüfat  fəaliyyətinin  səmərəliliyi  işgüzar  aktivlik  və  rentabellik 


Бизнесин тяшкили вя идаря едилмяси 

302 


göstəricilərinin  vasitəsilə  müəyyən  edilir.  İşgüzar  aktivlik  müəssisənin 

aktivlərinin  nisbi  miqdarını,  yaxud  istehsal  prosesində  onların  istehlakının 

miqdarını  əks  etdirir.  Rentabellik  mənfəətin  əsas  normalaşdırılan  dövriyyə 

istehsal fondlarına olan nisbəti kimi hesablanır. 

Dövriyyə  vəsaitlərinin  sürətlə  dövretməsi  onlara  tələbatı  azaldır, 

rentabelliyin artmasına və müəssisənin maliyyə vəziyyətinin yaxşılaşmasına 

gətirib çıxarır. 

İş

güzar  aktivliyin  kəmiyyət  göstəricisi  mütləq  və  nisbi  meyarlarla: 



istehsal  olunan  məhsulun  satış  həcmi,  mənfəət  və  müəssisənin  aktivləri  ilə 

müəyyən edilir. Mənfəət satışın həcminə və müəssisənin əmlakına nisbətən 

daha  yüksək  sürətlə  artır.  Buradan  nəticə  çıxarmaq  lazımdır  ki,  istehsal  və 

tədavül  xərcləri  azalmalıdır,  müəssisənin  resurslarından  isə  daha  effektiv 

istifadə olunmalıdır. Geniş mənada rentabellilik gəlirlilik deməkdir. Renta-

bellilik göstəricinə aiddir: 

-  aktivlərin rentabelliyi. O, xalis mənfəətin aktivlərə olan nisbətidir. 

-  əsas  fondların  rentabelliliyi.  Xalis  mənfəətin  əsas  fondlara  olan 

nisbətidir. 

Fond birjasında səhmləri kotirovka olan müəssisələrin bazar cəlbedici-

liyinin  qiymətləndirilməsi  aparılır.  Burada  səhmdən  alınan  mənfəət,  səhmə 

verilən dividend, səhmin bazar qiyməti və s. göstəricilər hesablanılır. 

 

20.4.

  Gəlir və mənfəətin planlaşdırılması 

 

Maliyyə  planlaşdırılmasının  obyektlərini  məhsulun  satışından  alınan 



gəlir, mənfəətin formalaşması və istifadəsi, xərclərin ödənilməsi mənbələri, 

büdcə,  banklar,  sığorta  və  investisiya  şirkətləri  ilə  qarşılıqlı  əlaqələr  təşkil 

edir. 

Gəlir  müəssisənin  xüsusi  maliyyə  resurslarının  formalaşmasının  əsas 



mənbəyi hesab edilir. Gəlir müəssisənin üç əsas istiqaməti: əsas, investisiya 

və maliyyə fəaliyyəti nəticəsində formalaşır. 

Ə

sas  fəaliyyətdən  gəlir  məhsulun  satışından,  işin  yerinə  yetirilmə-



sindən,  xidmətlərin  göstərilməsindən  alınan  qazanc  şəklində  çıxış  edir.  İn-

vestisiya fəaliyyətindən gəlir dövriyyədənkənar aktivlərin və qiymətli kağız-

ların satışından maliyyə nəticəsi şəklində ifadə olunur. Maliyyə fəaliyyətin-

dən  gəlir  şirkətin  istiqraz  vərəqələrinin  və  səhmlərinin  investorlar  arasında 

yerləşdirilməsindən alınan nəticəni ifadə edir. 

Ə

sas fəaliyyətdən gəlirin ümumi məbləği məhsulun satışından, sənaye 



və  qeyri-sənaye  xarakterli  işlərin  yerinə  yetirilməsindən  və  xidmətlərin 

göstərilməsindən  əldə  edilən  gəlirin  cəmini  ifadə  edir.  Bazar  münasibətləri 

şə

raitində  məhsul  istehsalına  sifarişlərin  həcmi  tez-tez  dəyişilir,  müəssisə 



istehlakçılara onların tələbatına uyğun həcmdə, keyfiyyətdə və çeşiddə məh-

Бизнесин тяшкили вя идаря едилмяси 

303 


sul göndərə bilmir. Rəqabətin kəskinləşməsi müəssisəni yeni təchizat bazarı 

axtarmağa, məhsulun maya dəyərini və qiymətini azaltmağa məcbur edir. 

Hər  bir  məhsul  növü  və  çeşidi  üzrə  gəlirin  planlaşdırılması  həyata 

keçirilir.  Məhsulun  hər  bir  növü  və  çeşidi  satış  üzrə  gəlirin  məbləği 

müəyyən dövr ərzində toplanılır. 

Müəssisənin gəliri material xərclərinin ödənilməsinə, əməkhaqqına və 

ayırmalara,  vergiyə  istifadə  edilir.  Gəlirdən  bütün  növ  ayırmalar  və  ödə-

mələr çıxıldıqdan sonra xalis mənfəət formalaşır. Başqa sözlə, mənfəət gə-

lirlə istehsal xərcləri arasındakı fərqin miqdarıdır. 

Bazar iqtisadiyyatı şəraitində mənfəət müəssisənin iqtisadi inkişafının 

ə

sasını təşkil edir. Mənfəətin artması özünümaliyyələşdirmə, geniş təkraris-



tehsal, əmək kollektivinin sosial və maddi tələbatının yaxşılaşdırılması üçün 

maliyyə  bazası  yaradır.  Mənfəətin  hesabına,  həmçinin  müəssisənin  büdcə, 

banklar və digər təşkilatlar qarşısında öhdəlikləri yerinə  yetirilir. Bir sözlə, 

mənfəət müəssisənin istehsal və maliyyə fəaliyyətini qiymətləndirmək üçün 

ə

sas göstəricilərdən biridir. Mənfəət müəssisənin işgüzar aktivliyini və ma-



liyyə resurslarından səmərəli istifadə olunmasını xarakterizə edir. 

Mənfəətin planlaşdırılması maliyyə planlaşdırılmasının tərkib hissəsi-

dir.  Mənfəətin  planlaşdırılması  müəssisənin  bütün  fəaliyyət  növləri  üzrə 

ayrıca həyata keçirilir. Bu, müxtəlif fəaliyyət növlərindən alınan mənfəətdən 

verginin  tutulması  metodologiyasındakı  fərqlərlə  şərtlənir.  Eyni  zamanda, 

mənfəətin  planlaşdırılması  buraxılan  məhsulun  növləri  və  çeşidləri  üzrə 

ayrıca aparılır. Belə planlaşdırma metodu birbaşa hesab metodu adlanır. Bu 

metodun tədqiqi prosesində məhsulun ayrı-ayrı növləri və maliyyə planının 

maddələri üzrə smeta tərtib edilir, mənfəətin həcminə təsir edən bütün amil-

lər nəzərə alınır və qəbul edilmiş müxtəlif idarəetmə qərarlarından maliyyə 

nəticələri modelləşdirilir. 

Mənfəətin  planlaşdırılması  üçün  istehsal  proqramı  əsas  sayılır.  Məhz 

istehsal  proqramında  əmtəəlik  məhsulun  satışı  üzrə  plan,  anbarda  qalan 

hazır məhsulun miqdarı, material resurslarına tələbat haqqında zəruri infor-

masiyalar əks etdirilir. 

Mənfəətin  planlaşdırılmasında əmək xərclərinin uçotu mühüm məsə-

lədir.  Sosial  fonda  ayırmaları  nəzərə  almaqla  əməkhaqqına  ayrılan  xərclər 

planlaşdırılır. Xammala, materiallara, yanacağa və elektrik enerjisinə mütə-

rəqqi məsrəf normaları əsasında material xərcləri planlaşdırılır. Daha sonra 

üstəlik  istehsal  xərcləri  smetası  tərtib  edilir.  Bu  xərclərin  məbləği  onların 

tərkibindən  və  istehsalın  həcmindən  asılıdır.  Eyni  zamanda,  dəyişən  və 

daimi xərclər ayrıca müəyyənləşdirilir. 

Bundan sonra inzibati və kommersiya xərclərinin smetası tərtib edilir. 

Bu xərclər heyətə xidmət və onların idarə edilməsi, habelə əmtəənin təchizat 

bazarına  irəliləməsi  ilə  əlaqədar  xərclərdir.  Sözügedən  xərclərin  bir  hissəsi 


Бизнесин тяшкили вя идаря едилмяси 

304 


satışın  həcmindən  asılıdır,  digər  hissəsi  isə  daimidir  və  ümumi  məbləğdə 

nəzərə alınır. 

Həmin  hesablamaların  əsasında  məhsulun  satışından  mənfəət  üzrə 

plan formalaşır. 

Fəaliyyətin  müxtəlif  istiqamətləri  və  məhsulun  növləri  üzrə  plan 

smetalarını ümumiləşdirərək mənfəətin hesablanmasının ümumi ardıcıllığını 

alırıq: 

- dövriyyə – realizasiyadan alınan qazanc; 

- məhsulun maya dəyəri; 

- dövrün məsrəfləri; 

- maliyyə əməliyyatlarının nəticələri; 

- məhsulun realizasiyasından alınan mənfəət; 

- sair realizə edilməyən məsrəflərdən alınan nəticələr; 

- əsas və maliyyə fəaliyyətindən alınan mənfəət; 

- mənfəət vergisi; 

- hesabat dövrünün mənfəəti; 

- mənfəətdən ayrılan vəsaitlər; 

- müəssisənin sərəncamında qalan mənfəət; 

- bölünməyən mənfəət. 

Ümumi  mənfəət  müəssisənin  istehsal  fəaliyyətinin  iqtisadi  səmərə-

liliyini  xarakterizə  edən  göstəricidir.  Balans  mənfəəti  əsas  və  maliyyə  fəa-

liyyətindən alınan mənfəət, sair realizə edilməyən gəlir və məsrəflərin birgə 

məbləğidir. Xalis mənfəət balans mənfəətindən vergiləri çıxmaqla müəyyən 

edilir.  Bölünməyən  mənfəət  xalis  mənfəətdən  hesabat  dövründə  istifadə 

olunan vəsaitləri çıxdıqdan sonra qalan hissədir. 

Müəssisənin  sərəncamında  qalan  mənfəətdən  düzgün  istifadə  olun-

ması,  yəni  müəssisədə  elmi-texniki  tərəqqinin  artım  sürəti  ilə  geniş  təkrar-

istehsal arasında optimal nisbətin təmin edilməsi son dərəcə vacibdir. Mən-

fəətin  bölgüsü  dövlət,  fiziki  şəxslərin  gəlirləri  və  müəssisə  arasında  bölgü 

münasibətlərinin ümumi sisteminin ayrılmaz tərkib hissəsidir. 

Zərərsizlik nöqtəsi və örtülmə əmsalı əsasında planlaşdırma mənfəətin 

planlaşdırılmasının qeyri-ənənəvi üsulu sayılır. Zərərsizlik nöqtəsinin təhlili 

məsələsi  iki  aspektdən  xüsusilə  maraqlıdır:  müəssisənin  bugünkü  fəaliyyə-

tinin təhlili və onun gələcək vəziyyətinin proqnozu baxımından. 

İ

ndi  zərərsizlik  nöqtəsinin  planlaşdırılması  mərhələlərini  nəzərdən 



keçirək. 

1.  əssisədə  işin  vəziyyətinin  və  satış  bazarlarında  situasiyanın 



təhlili.  Bu  mərhələdə  daxili  və  xarici  amillər  nöqteyi-nəzərindən  müəs-

sisənin fəaliyyətinin zəif və güclü tərəfləri təhlil edilir. 

2.  İstehsal  amillərinə  və  hazır  məhsula  gələcək  qiymətlərin  proq-

nozu.  Bu  mərhələdə  iqtisadi-riyazi  modelləri  tətbiq  etməklə  toplanmış  sta-

tistik informasiyaların köməyilə qiymət faktorları dinamikada planlaşdırılır. 



Бизнесин тяшкили вя идаря едилмяси 

305 


Ə

gər  müəssisənin  bu  cür  təhlil  aparmağa  imkanı  yoxdursa,  onda  bazarda 

qiymətin  dəyişilməsindəki  mövcud  meyillərin  sadəcə  ekstrapoliyası  ilə 

məhdudlaşmaq olar. 

3.  Dəyişən  və  sabit  xərclərin  hesablanması.  Bu  mərhələdə  əsas  və 

dövriyyə vəsaitlərinə tələbatı və onların formalaşması mənbələri müəyyən-

ləşdirilir. 

4.  Zərərsizlik  nöqtəsinin  hesablanması.  Məhsulun  maya  dəyərinin 

və sərfəli satış qiymətinin hesablanması əsasında zərərsizlik nöqtəsi müəy-

yənləşdirilir. Daimi xərcləri ödəmək üçün zəruri istehsalın həcmini hesabla-

dıqdan  sonra  maliyyə  ehtiyatının  miqdarı  müəyyən  edilir.  Bu  təqribi  kə-

miyyət müəssisənin fəaliyyət göstərdiyi xarici mühitin sabitliyindən asılıdır. 

Maliyyə  ehtiyatının  miqdarı  müəyyənləşdirildikdən  sonra  ona  nail  olmaq 

üçün zəruri məhsul buraxılışının və realizasiyasının həcmi hesablanır. 



s

n

z

s

s

m

V

V

V

Z

.

.



.

=



 

 

burada, Z



m

 – maliyyə ehtiyatı; 

   

V

s



 – satışın həcmi; 

   


V

s.z.n.


 – zərərsizlik nöqtəsində satışın həcmidir. 

 

,



.

.

.



TVC

P

TFC

V

n

z

s

=



 

 

burada TFC – bütün məhsul buraxılışına daimi xərclər; 



   

P – məhsul vahidinin qiyməti; 

   

TVC – məhsul vahidinə dəyişən xərclərdir. 



5. Zərərsizliyə nəzarət. Burada söhbət məsrəflərə, maya dəyərinə, satış 

planına, gəlirin daxil olmasına və zərərsizlik üzrə planın yerinə yetirilməsinə 

nəzarətdən gedir. 

Zərərsizlik  nöqtəsini  müəyyənləşdirdikdən  sonra  mənfəətin  planlaş-

dırılması maliyyə alətlərinin effektivliyi əsasında qurulur, yəni maliyyə eh-

tiyatı müəssisəyə imkan verir ki, zərərə düşmədən məhsul satışının həcmini 

azaltsın. 

Örtülmə  əmsalı  –  mənfəət  və  daimi  xərclərin  satışdan  alınan  gəlirdə 

payıdır. Örtülmə əmsalını bilməklə satışın həcmini, yaxud xərclərin artması 

(azalması) zamanı gözlənilən mənfəəti müəyyən etmək mümkündür. 

 

 

 



 

 


Бизнесин тяшкили вя идаря едилмяси 

306 


20.5. Büdcələşmə maliyyə planlaşdırılmasının aləti kimi 

 

Müəssisə büdcəsinin tərtibi, qəbulu və sonradan onun icrasına nəzarət 



büdcələşmə adlanır. 

Müasir bazar iqtisadiyyatı şəraitində əgər büdcələşmə biznesin inkişaf 

dinamikası  ilə  sinxronlaşdırılmazsa,  onda  müəssisə  səmərəli  işləyə  bilməz. 

Büdcənin formalaşması və razılaşdırılması planlaşdırma sistemində ən çətin 

və  əməktutumlu  məsələdir.  Məhz  ona  görə  də  müəssisələr  təqribən  yarısı 

biznes-planın  hazırlanması  zaman  büdcənin  formalaşmasını  tam  nəzərə  ala 

bilmirlər. 

Büdcələşmə idarəetmə texnologiyası kimi üç hissədən ibarətdir: 

 

büdcələşmə texnologiyası; 



 

büdcələşmənin təşkili; 



 

informasiya texnologiyalarından istifadə edilməsi. 



Müəssisədə büdcələşmə sistemi beş mərhələdə həyata keçirilir: 

- birinci mərhələdə maliyyə strukturu formalaşdırılır; 

- ikinci mərhələdə büdcənin strukturu formalaşır; 

-  üçüncü  mərhələdə  idarəetmə  uçotunun  metodikası  və  proseduru 

işlənib hazırlanır; 

- dördüncü mərhələdə planlaşdırmanın reqlamenti müəyyən edilir; 

- beşinci mərhələdə büdcələşmə sistemi tətbiq edilir. 

Müəssisədə büdcələşmə sisteminin tətbiqində qazanılmış uğurlar büd-

cənin  tərtib  edilməsi  və  icrasına  nəzarətin  bütün  reqlament  və  prosedur-

larının müfəssəl işlənilməsindən asılıdır. Büdcələşmə sisteminin effektivlik 

şə

raiti aşağıdakılardır: 



 

büdcənin işlənilməsi, icrasına nəzarət və təhlili üçün metodoloji 



və metodiki əsasların olması; 

 



biznes-planın büdcə ilə razılaşdırılması texnologiyasının mövcud 

olması; 


 

aşağıdan yuxarıya ötrülən məlumatların doğru və tam olması; 



 

biznesin  vəziyyəti  haqqında  operativ  məlumatlardan  istifadəyə 



icazənin olması; 

 



büdcə  prosesini  dəstəkləməyə  savadlı  mütəxəssislərin  hazır 

olması; 


 

hesablamaların avtomatlaşdırılması. 



Büdcələşmənin effektivliyi müəssisənin işinin effektivliyini müəyyən-

ləşdirir. Büdcələşmənin tətbiqi və istifadəsi müəssisənin buna qədər məlum 

olmayan  çoxlu  problemlərinin  aşkara  çıxarılmasına  və  təsnifləşdirilməsinə 

yaxşı kömək edir. 

Büdcə – müəyyən müddətə aktivlərin formalaşması və istifadəsi, ma-

liyyələşmə  mənbələri,  gəlirlər  və  xərclər,  pul  vəsaitlərinin  hərəkəti  üzrə 



Бизнесин тяшкили вя идаря едилмяси 

307 


planın  mərkəzləşdirilmiş  şəkildə  müəyyən  edilən  kəmiyyət  göstəricilərini 

özündə əks etdirən sənəddir. 

Toplu  büdcə  iki  tərkib  hissədən  ibarətdir:  əməliyyat  büdcəsi  və  ma-

liyyə büdcəsi. 

Ə

məliyyat büdcəsində əks etdirilir: 



 

satış büdcəsi; 



 

istehsal büdcəsi; 



 

materiallara birbaşa xərclər büdcəsi; 



 

ə



məkhaqqına birbaşa xərclər büdcəsi; 

 



ümumi zavod xərcləri büdcəsi; 

 



istehsal ehtiyatları büdcəsi; 

 



kommersiya xərcləri büdcəsi; 

 



idarəetmə xərcləri büdcəsi; 

 



gəlirlər və xərclər büdcəsi (mənfəət və zərərlər planı). 

Maliyyə büdcəsinə daxildir: 

 

investisiya büdcəsi; 



 

pul vəsaitlərinin hərəkəti büdcəsi; 



 

balansın proqnozu (balans hesabatı). 



Ə

məliyyat  büdcəsinin  təyinatı  planlaşdırmanın  natural  göstəricilərini 

dəyər  göstəriciləri  ilə  əlaqələndirmək,  ən  mühüm  proporsiyaları,  məhdu-

diyyətləri  və  yolverilənləri  müəyyənləşdirməkdir,  hansı  ki,  əsas  büdcəni 

tərtib edərkən nəzərə almaq lazımdır. Əməliyyat büdcəsinin tərkibi müəssi-

sənin qarşıda duran məqsədin xarakterini, biznesin spesifikliyini, metodiki, 

təşkilati  və  texniki  hazırlıq  səviyyəsini  nəzərə  alaraq  rəhbər  tərəfindən 

müəyyənləşdirilir.  

Ə

məliyyat  büdcəsini  hazırlayarkən  büdcə  sənədlərinin  formatı  müəy-



yən edilir, büdcənin analitiki və maddələr reqlamenti işlənib hazırlanır, büd-

cənin hazırlanması və qəbulu proseduru müəyyənləşdirilir. 

Hər bir müəssisə üçün əsas büdcənin olması vacibdir. Onun tərkibinə 

balansın  proqnozu,  gəlirlər  və  xərclər  büdcəsi,  pul  vəsaitlərinin  hərəkəti 

büdcəsi daxildir. Əsas büdcənin standart forması vardır. Əsas büdcəni tərtib 

edərkən formasına və məzmununa görə maliyyə hesabatı sənədlərinə uyğun 

sənədlər tətbiq olunur.  Büdcənin müxtəlif növü və forması ola bilər. Onun 

strukturu  büdcənin  tərtib  edilməsi  predmetindən,  büdcənin  formalaşması 

prosesinin müəssisənin maliyyə strukturu ilə inteqrasiya dərəcəsindən, büd-

cəni hazırlayanların ixtisası və təcrübəsindən asılıdır. 

Toplu  büdcənin  işlənib  hazırlanmasının  əsas  mərhələləri  aşağıda-

kılardan ibarətdir: 

 

satış proqnozunun hazırlanması; 



 

planlaşdırma  dövrünə  istehsalın  gözlənilən  həcminin  hesab-



lanması; 

Бизнесин тяшкили вя идаря едилмяси 

308 


 

istehsal  xərclərinin  və  əməliyyat  məsrəflərinin  müəyyən 



edilməsi; 

 



pul axınlarının və maliyyə tələbatının hesablanması; 

 



proqnoz maliyyə hesabatının baza formasının hazırlanması. 

Müəssisə  büdcəsi  həmişə  müəyyən  vaxt  intervalına  hazırlanır,  hansı 

ki,  büdcə  dövrü  adlanır.  Büdcə  dövrünün  müddətinin  düzgün  seçilməsi 

müəssisənin büdcə planlaşdırılmasının effektivliyinin mühüm amilidir. 

Büdcə prosesi aşağıdakı mərhələlər üzrə həyata keçirilir: 

 



keçən ilin büdcəsinin icrası təhlil edilir; 

 



büdcənin layihəsi işlənib hazırlanır; 

 



büdcə layihəsi təsdiq edilir; 

 



cari ilin büdcəsinin icrası təhlil edilir; 

 



növbəti il üçün toplu büdcənin layihəsi işlənib hazırlanır. 

 


Бизнесин тяшкили вя идаря едилмяси 

309 


Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin