Azərbaycan respublikasi sumqayit döVLƏt universiteti FƏnn- riyazi analiz elementlərinin məktəb riyaziyyat kursunda tətbiqi



Yüklə 1,57 Mb.
səhifə3/4
tarix02.01.2022
ölçüsü1,57 Mb.
#44069
1   2   3   4
R.Analiz-slayd 1

PLAN 2: Tərs funksiya

Tərif 1:Özünün hər bir qiymətini arqumentin yalnız bir qiymətində alan funksiyaya tərs funksiya deyilir.Başqa sözlə,istənilən x1 ,x2 X üçün x1 x2 olmasından f(x1) f(x2) olması alınırsa,f funksiyasına X çoxluğunda tərsi ola funksiya deyilir.f funksiyasının tərsi f-1 kimi işarə edilir.

 

Tərif 2:Tutaq ki,y=f(x) funksiyasının D(f) təyin oblastında tərsi var.f funksiyasının E(f) qiymətlər çoxluğundan götürülmüş y-ə f(x)=y şərtini ödəyən x ədədini qarşı qoyan x=g(y) funksiyasına f funksiyasının tərs funksiyası deyilir.



Tərif 3:y=g(x) funksiyası y=f(x)-in tərsi olduqda y=f(x)-də y=g(x)-in tərsi olarsa,f və g funksiyalarına qarşılıqlı tərs funksiyalar deyilir.Qeyd edək ki, qarşılıqlı tərs funksiyaların təyin oblastı ilə qiymətlər çoxluğu rollarını dəyişir:D(f)=E(g) ,E(f)=D(g)

Tərs funksiya anlayışı yalnız birqiymətli funksiyalara aiddir.

Funksiya düsturla verildikdə tərs funksiyası varsa,bu tərs funksiyanı tapmaq üçün düsturda x-in əvəzinə y, y-in əvəzinə x yazıb alınmış bərabərlikdən yenidən y-i təyin edirik.


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin