AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti


Damaq yarıqlarında cərrahi müalicə



Yüklə 1,26 Mb.
səhifə17/28
tarix25.11.2016
ölçüsü1,26 Mb.
#37
1   ...   13   14   15   16   17   18   19   20   ...   28

Damaq yarıqlarında cərrahi müalicə

Damaqda mövcud olan anomaliyalar ağız və burun boşluqları ilə əlaqənin yaranmasına şərait yaradır. Tam və ya ikitərəfli (iki tərəfdə də vomerle birləşməmiş), yumşaq və sərt, yalnız dilçəyin ucunda bir kəsik kimi olmaqla bir neçə formaya bölunür.



Damağın gizli submukoz yarıqlarında mukoza tam olur, ancaq burunun alt hissəsində əzələ kütlələri orta xəttdə birləşmirlər. Bu forma gizli yarıqlarda sərt damağın arxa tərfində bir kəsik, danışan zaman yumşaq damağın ortasında bir şırım və dilçəyin ucunda bir kəsik ilə müəyyən olunur, submukoz yarıqlar uşaqda “rhinolalia aperta” və yaxud “tipik damaq yarığı danışması” -na səbəb olur .

Məqsəd:


  • Hava və su keçirməyən bir damaq-udlaq qapaq formalaşdırmaq. Yəni damaq-udlaq tarazlığını saxlamaq. Bu, 1) levator əzələnin rekonstruksiyası ilə damağın bağlanması, 2) damağın V-Y advencement ilə geri çəkilməsi və 3) damaq və ilkin farengeal flebin eyni zamanda bağlanmasını icra etməklə mümkündür.

  • Eşitmənin qorunması.

  • Üzün böyüməsini qorumaq.

  • Funksional okluziyanı və damaq qövsünü estetik bərpa etmək.

Əməliyyat zamanı. Əməliyyatın vaxtının seçilməsi nitq funksiyası ilə sıx bağlıdır. Çünki tın-tın danışmanı sonralar bərpa etmək çətin olur. Damaq yarığı olmayan uşaqlarda nitq həyatın 18-ci ayında formalaşır. Bu müddətdə maksilla inkişaf etmək potensialını saxlayır. Bir ildən tez əməliyyat ediləcək strukturlar lazımi qədər inkişaf etmirlər. Periostal fleblərin hazırlanmasında fleb, nazik və sərhədli olmadıqda ikincili olaraq maksilla deformasiyaları inkişaf edir. Bundan əlavə, əməliyyat vaxtı kiçik yaşlı uşaqlar üçün qan itkisini və anesteziyaya müqavimətini nəzərdə saxlamaq lazımdır. Beləliklə, əməliyyat üçün ən uyğun vaxt həyatın 12-18-ci ayları arasıdır.


Cərrahi texnika


Damaq yarıqlarının bərpası məqsədi ilə tətbiq olunan müxtəlif əməliyyatlar mövcuddur. Bunların hamısında ortaq istiqamət, hər iki tərəfdə icra edilən, yumuşaq və sərt damaqdakı yumuşaq toxumaların sərbəst qalmasını təmin etmək üçün sərbəstləşdirici kəsiklərlə mərkəzdəki yarığın bağlanması əsas məqsəddir. Son zamanlar tətbiq edilən əməliyyat metodlarında təbii yumşaq toxuma fleblərindən istifadə edərək yumşaq damağın uzadılması və ya arxaya doğru sürüşdürülməsi vacib şərtdir. Sərt damağın ağız boşluğuna baxan səthində mukoperiostal fleblərin sərbəstləşdirilməsi yumşaq toxumaların uzadılmasını və arxaya doğru irəliləməsini asanlaşdırır. Bu formada arxaya doğru sürüşdürmə ilə icra edilən əməliyyatlardan sonradan burun boşluğundakı selikli qişada qüsurlar qalır. Bu qüsurlar çapıqlaşma və epitelizasiya ilə sağalarsa, sorakı dövrlərdə büzüşmələrə və əməliyyat sonrası damaq qısalmalarına yol açır. Yuxarıda deyilənlərdən aydın olur ki, bu metodlardan az istifadə etmək lazımdır. Beləliklə, yarıqların bağlanması üçün adacıq şəklində fleblərdən və ya Z-plastika metodundan istifadə müsbət nəticələr əldə etməyə imkan verir. Hazırda əsas iki əməliyyat metodu və onun variasiyaları tətbiq olunur:

  1. Von Langenbekin təklif etdiyi üsulda bilateral olaraq alveolyar arxın daxili səthi boyunca və maksilyar qabarıqlığın arxa tərəfindən keçən sərbəstləşdirici kəsiklərlə ön və arxa ayaqcıqları olan, yəni iki ayaqcıqlı fleb hazırlanaraq yarıq bərpa edilir.

  2. Vean, Wardill, Kilner və əməkdaşlarının təklif etdiyi üsul Oksford plastik cərrahları tərəfindən iki müxtəlif modifikasiyada tətbiq edilmişdir:

  1. İki fleb texnikası. Bu üsulda ön tərəfdə “M” şəklində kəsik aparılır və arxa tərəfdə bir ayaqcığı olan mukoperiostal fleblər hazırlanır. Ön tərəfdə aparılan “M” formalı kəsiyin kənarları “U” şəklində tikilir. Beləliklə, geriyə itələmək asanlaşır. Bu, V-Y advencement üsulunun bir variasiyasıdır.

  2. dördlü fleb texnikası. Burada kəsik daha da ön tərəfə uzadılır və sonra aparılan köndələn kəsiklə ikisi öndə, ikisi arxada olmaqla dörd mukoperiostal fleb yaradılır.

Bu metodların hamısı vomer flebləri ilə birlikdə istifadə olunur. Hamısında bərpa burunun selikli qişası, əzələ, ağızın selikli qişası olmaqla üç, yaxud burunun və ağızın selikli qişası ilə birlikdə iki təbəqədə tikilir. İkincili proseduralar arasında udlağın arxa divarından qaldırılan əzələ və selikli qişa flebləri ilə, yumşaq damağın arxa səthində toxuma körpüsü əmələ gətirərək, damaq udlaq yarığının kiçildilməsinə və arxaya doğru sürüşdürülməsi ilə arxa tərəfdə bir təsbit, dayaq nöqtəsini əldə etməyə imkan verir. Bu metod “posterior faringeal fleb” adlandırılır. Yumşaq damaqda önəmli olan qübbə hissəsini yüksəltmək üçün levator veli palatinum əzələlərinin yumşaq damağın içərisində daha arxa tərəfdə yerləşən vəziyyətdə repozisyası ilə plastika daha məqsədə uyğundur.

Damağın tam yarıqlarında alveolyar arxın əmələ gəlməsini təmin etmək və kollapsın qarşısını almaq məqsədi ilə əlavə ortodontik metodlar tətbiq olunur. Erkən dövrlərdə ortodontik müalicə daha çox tətbiq olunmasına baxmayaraq uzaq nəticələrin uğurlu olmaması və bu sahəyə sümük qreftlərinin tətbiq olunması ilə əlaqədar nahiyədə inkişafın az olmasına gətirib çıxarır. Yenə də 5 yaşından sonra müvafiq qövs və fassial konfiqurasiyanı əmələ gətirmək üçün yeganə çıxış yolu sümük qreftlərinin köçürülməsidir. Damaq yarıqlı xəstələrin hamısında orta qulağın drenajı problemi vardır. Yuxarı tənəffüs yollarının infeksiyalarına ciddi nəzarət olunmalı, antibiotikə həssaslıq testinin nəticələrinə əsasən antibiotikoterapiya aparılmalıdır.

Nitq qüsurunun bərpası bütün xəstələr üçün vacibdir. Klinik, aerodinamik və rentgenoloji müayinələr ciddi şəkildə aparılmalıdır. Statik rentgenoqramlar, lateral, frontal və superoinferior vəziyyətlərdə çəkilən rentgenoqrafiyalar məsələdə vacibdir.

Damaq yarığı əməliyyatlarında ağırlaşmalar:


  • Tənəffüz çatışmazlığı

  • Qanaxma

  • Yaranın açılması və dəyişikliyə uğraması

  • Ağız-burun fistulasının əmələ gəlməsi

  • Nitq qüsurunun bərpa olunmaması

  • İrinli selik




Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin