AZƏrbaycan respublikasi qafqaz müSƏlmanlari idarəSİ



Yüklə 1,82 Mb.
səhifə7/29
tarix24.04.2017
ölçüsü1,82 Mb.
#15626
1   2   3   4   5   6   7   8   9   10   ...   29

4-DİVAN

Divan tətbiq edildiyi xidmət sahəsinə görə bir çox fərqli mənalara qəlir. Ancaq biz burada dövlət təşkilatı olaraq “divan”ı vurğulamaq istəyirik. “Divan” kəlməsi, Fars və ya Ərəb dili mənşəli olduğuna dair müxtəlif rəvayətlər olmaqla bərabər ümumiyyətlə, Sasani İmperiyasındakı dövlət idarəsinə aid bir ifadə olaraq Ərəb dilinə keçdiyi qəbul edilmişdir. Bu mənada divan sözü, dövlət idarəsindəki müxtəlif idari, hərbi və maliyyə xidmətlərinin yerinə yetirilməsində işlədilən dəftərlərə; məcazi olaraq da həmin dəftər və onunla əlaqəli məmurların olduqları yerə deyilir.101 Başqa sözlə desək, dövlət işlərinin görüldüyü məclis və bu məclisin toplandığı yer;102 hökumət orqanı, yüksək dövlət orqanı, hökumətin təmsilçiləri və ya məmurları deməkdir.103


İslam dövlət təşkilatları içində olan və tarix boyunca mühüm bir funksiyanı icra edən divan təşkilatı, həqiqi mənasıyla ilk dəfə Xəlifə Ömər (ra) tərəfindən istifadəyə verilmişdir.104 Həmin dövrdə İslam dövləti, istər torpaq, istərsə də maaş baxımından çox geniş və böyük imkanlara qovuşdu. Hz. Ömər (ra) dövrü fəthləri nəticəsində, Müsəlmanlar, bir tərəfdən Bizans, digər tərəfdən də İranla əvvəlləri qonşu oldular, daha sonra da həmin ölkələrin müəyyən bir qismini fəth etdilər. Beləcə də onlarla daha yaxın ünsiyətlərdə olmağa başladılar. Onlar əski mədəniyyətlərin sahibi olan bu iki dövlətdəki müəssisələrdən də istifadə etməyə başladılar.

Xüsusilə də, İslama zidd olmayan və tərəqqiyə kömək edən qurumlardan istifadə etmək, İslamın prinsip olaraq qəbul etdiyi bir xüsusdur. İstər Misir, istər Şam və istərsə də İrandan İslam başşəhəri Mədinəyə qayıdan Fateh Müsəlmanlar, orada gördükləri və idari sistemlə əlaqədar olan uyğulamaları anlatmağa başladılar. Həmin müəssisələr içində “Divan”da var idi. Elə divanın belə bir dövrdə ortaya çıxması onun bir nəticəsi idi.

Bununla bərabər bəzi müəlliflər, Hz. Peyğəmbərin (səs), nazil olan Qur’an ayələrini yazdırıb qeyd etdirmək üçün vəzifələndirdiyi vəhy katiblərinə nəzər salaraq, İslam tarixində ilk divanın bu şəkildə yarandığını söyləyirlər.105 Beləcə də, İslamdakı ilk divan təşkilatının bilavasitə Peyğəmbərimiz (səs) tərəfindən təşkil edildiyinə işarət edirlər.

Bundan başqa Buxari kitabında keçən bir hədisi-şərifdən anlaşıldığına görə Hz.Peyğəmbər (səs) Mədiənədə olan Müsəlmanların adlarının yazılmasını istəyir. Yazım nəticəsində əhalinin sayı 1500 nəfər olduğu aydın olur.106 Aparılan bu sayım prosesinin də bir növ divan olduğu vurğulanır.107

Beləcə İslam aləmində Hz. Ömər (ra) dövrü ilə başlayan Divan təşkilatı, məmləkətin idari, siyasi və iqtisadi tərəqqisinə paralel olaraq inkişaf etmişdir. İstər sayı, istərsə də Divan üzvü olaraq qəbul edilən insanların vəziyyəti baxımından Əməvilər dövrü böyük əhəmiyyətə malikdir. Necəki ilk Əməvi xəlifəsi Müaviyə ibn Əbi Süfyan (H. 41-60), “Divanül-Ata”, “Divanül-Xərac” və “Divanül-Cünd”ə əlavə olaraq “Divanül-Xatəm”, “Divanül-Bərid”, “Divanüs-sadəqat” və “Divanüt-Tıraz”ı təsis etmişdir.108

Abbasilər dövrü, əvvəlləri Əməvi təşkilatlarını eyniylə davam etdirmiş görünməkdə isə də həqiqətdə böyük bir yenilik və dəyişikliyin ortaya çıxdığı bir dövr olaraq qəbul edilir. Bu ifadə, sadəcə Divanlar üçün deyil, digər bütün müəssisələr üçün də doğrudur. Həqiqətən Abbasilər dövründə Divanlar, həm kəmiyyət həm də keyfiyyət baxımından böyük yekun təşkil edir.

Divan və dövlət orqanlarında Əməvilərin bəzi təşkilatlarını davam etdirdikləri kimi əskidən qalma nöqsanları yox etməyi də xidmətin gərəyi saymışdılar. Bu baxımdan Divanların möhtəviyyatı, üsul olaraq onlara baxan kəslərin səlahiyətlərini də yenidən tənzimləmişdir. Xəlifə Əbul-Abbas dövründə etdikləri ən böyük yenilik, daha əvvəl dağınıq vərəqlərdə olan yazıları dəftər və qeydiyyat halına çatdırmış olmalarıdır.109

Daha əvvəl də bəyan etdiyimiz kimi, Abbasi dövrü, Divan baxımından zəngin bir dönəm sayılır. Biz həmin Divanları zamanəmizin nazirliklərinə bənzədə bilərik. Burada bütün bu Divanların gördüyü xidmətdən bəhs etməyi lazımsız sayırıq. Bununla bərabər mühüm olan iki divan haqqında qısa məlumat vermək istəyirik:


1- Divanül-Cünd (Hərbi Qurum):

Buxaridəki bir hədisdən aydın olduğuna görə bu divanın bünövrəsi ta Hz. Mühəmməd (səs) dövründə təşəkkül tapdığı görünməkdədir.110 Bu divan əskərlik işləri ilə məşğul olurdu. Əskərlərin adları, sayları və onlara verilən maaşları qeyd edilərdi və bu iş Hz. Ömər (ra) dövründən etibarən tərəqqi etməyə başlamışdır.


2- Divanül-Xərac (Divanül-İstifa):

Bu divan həm gəlir hasil edən, həm də lazımlı yerlərə xərcləyən bir qurumdur. Gəlir yığdığı üçün, o, xərac ərazilərinin ölçüsünü dəqiqləşdirərdi. Ərazilərdəki məhsul növlərini təsbit edib ona görə vergi mükəlləflərini və vergi nisbətlərini təyin edərdi. Daha əvvəlləri başqa dillərdə tutulan divanlar Abdülməlik ibn Mərvən zamanında Ərəb dilində tutulmağa başlandı.111

İstər Abbasilər dövründə, istər daha sonra yaranmış bütün Müsəlman dövlətlərində divan təşkilatının fəaliyyət göstərdiyi aydındır.112

5-DÖVLƏTİN FUNKSİYALARI
Qanunvericilik, icraçılıq, mühakimə kimi funksiyalar (qüvvət və səlahiyyətlər) müasir konstitutsiyaların mühüm bölümlərini təşkil edir. Həmin səlahiyyətlərin hansı şəxs və ya qurumların işlətdiyi, səlahiyyətlərin biri-biri ilə əlaqəsi geniş şəkildə araşdırılır. Daha çox müasir islam hüquqşünasları islam dövlətinin beş funksiyası üzərində dururlar:

Təşri, icra, qəza, maliyyə və müraqəbə




  1. İCRA

“Məmurların təyin olunması, azad edilməsi və yoxlanılması, ordu komandirliyi, müharibə elanı, barış və sülh etmək, hökm və cəzaların yerinə yetirilməsi, namaz və həcc vəlayəti, müsəlmanları dinin göstərdiyi uca hədəflərə yönləndirmək və bunun üçün lazımi hər cür tədbir görmək, lazım gələndə bəzi günahkarları əfv etmək...” kimi işləri əhatə edən icra səlahiyyəti prinsip olaraq dövlət başçısına aiddir. Dövlətin bütün işlərindən şuraya və ümmətə qarşı məsul olan başçıdır. Dövlət başçısı bütün bu işəri idarə etmək üçün lazımi qədər nazir, məmur, yardımçılardan istifadə edə bilirlər. Ancaq bunların heç biri öz daxilində müstəqil olmayıb, dövlət başçısını təmsil edirlər. Onları təyin və işdən azad etmə vəzifəsi də dövlət başçısına aiddir.




  1. TƏŞRİ (QANUNVERİCİLİK)

İslam dövlətinin qanunlarını iki qrupa ayırmaq lazımdır:

a-Mənbəsi nass olanlar

b-Mənbəsi ictihad olanlar.



Mənbəyi nass olanlar – Qurani-Kərim və sünnə mənbələrinin açıq-aydın olaraq ifadə etdiyi qayda və hökmlər heç bir şəxs və qurumun təsdiqinə ehtiyac olmadan məqbul və tələblərinə hökmən əməl ediləndir. Dövlət başçısından, idarəçi və hakimdən adi vətəndaşa qədər hər bir müsəlman bu hökmlərə uyğun hərəkət etmək məcburiyyətindədir.

Mənbəyi ictihad olanlar – Naslar ya məsələyə heç təmas etmədiyi yaxud da təfsirə ehtiyac olduğu üçün müctəhid deyilən ən yüksək səviyyədəki islam ziyalılarının çalışmaları (ictihadları) nəticəsində meydana gələn qaydalardır ki, bunlar da iki yerə ayrılır:

-Bütün müctəhidlərin üzərində ittifaq etdikləri hökmlər; alimlərin əksəriyyətinə görə həmin qanunlar da birləşdiricidir. İcmaya zidd ictihad və tətbiq edilə bilməz.


- Müctəhidlərin ittifaq edə bilmədikləri hökmlər; fərqli nəticələrə səbəb olduğu üçün bunlar, istər iftada (fitva vermədə) və istərsə qəzada prinsip olaraq birləşdirici deyildir. Ancaq dövlət başçısı şura ilə məşvərət keçirdikdən sonra həmin ictihadlardan birini üstün tuta bilər və hökmün buna görə verilməsini istəyərsə bunlar da cəmləşdirici halına gələr.
Dövlət başçısı dağınıq hökmləri qanun nizamına qoymaq və boşluqları da yeni ictihadlarla doldurmaq istəyərsə (buna ehtiyac olarsa) məsələni şuraya (məclisə) gətirəcək şura da aşağıdakı şəkildə fəaliyyət göstərərək lazımi qanunları çıxara bilər:


  1. Nasların ən son şəkildə təfsiri;

  2. Nasların tətbiq edilməsinə aid qanunlar qoymaq (nasları

qanun şəklində nizamlamaq);

  1. Daha əvvəlki ictihadlardan seçmələr edərək

qanunlaşdırmaq;

  1. Nasların toxunmadığı mövzularda onların ruh və

məqsədinə uyğun ictihadlar edərək, boşluqları doldurmaq.113


  1. QƏZA (MÜHAKİMƏ)

Ədalətin təmin edilməsi, haqqın sahibini tapması, məhkəmədə olan anlaşılmazlıqların həlli, təzirə daxil olan günahların müəyyən edilməsi və lazımi cəzaların təyini. İflas etmiş kimsələr ilə səfil və əhliyyətsiz olanlara vəlayət, vəqflərə nəzarət kimi mövzuları əhatə edən qəza funksiyası islamda müstəqildir.

Qur’an və Sünnə hakimlərin müstəqil olmasına haqq və ədalətdən başqa heç bir şey təsiri altında qalmamalarını, insanlar arasında kindən uzaq və bərabər davranmalarını qəti olaraq önə çəkir.114 İslam tarixi boyunca qəza, ümumiyyətlə, bu vəsflərini qorumuş lazım gəldiyi zaman sultanlar və dövlət adamları da sıravi vətəndaşlarla birlikdə və bərabər şərtlərdə hakim hüzuruna çıxmışlar. Hakimləri təyin edən xəlifədir. Ancaq bu təyin öz adına deyil, ümmət adına olduğu üçün həm səbəbsiz azad edilə bilməz, həm də xəlifənin vəfatı və ya işdən azad edilməsi ilə qazıların (Hakimlər) vəzifələri sona yetmiş olmaz.


  1. MALİYYƏ

Dövlətin gəlirləri və həmin gəlirlərin sərf ediləcəyi yerlər naslar və ilk tətbiqatlar ilə müəyyənləşmişdir. Bunun xaricində gəlirə ehtiyac olarsa vergi almağa getmək üzrə dövlət başçısı şuraya müraciət edir. Hər şey kimi dövlətin malı və gəliri də Allaha aiddir. Allahın mal və sərvətini onun iradəsinə uyğun olaraq sərf etmək ümmətin vəzifəsidir. Xəlifə bu vəzifəni ümmət adına öz üzərinə götürür. Lazım olan məmurları təyin edər. Ancaq istər özü və istərsə də məmurlar ehtiyacları və haqqları olanı çıxdıqdan sonra dövlət gəlirlərinin bir zərrəsinə toxuna bilməzlər. Başçı və məmurlar həmin malları sahibinə və yerinə çatmasına birinci növbədə məsuldurlar. Bunu yoxlamaqsa ümmətin vəzifəsidir. İslam hələ ilk dövründə maliyyəni müstəqil hala gətirmiş, dövlət xəzinəsini hökmdarın şəxsi hesabından ayırmış, Allahı təmsil edən xilafət sifəti ilə ümmətə aid olduğnu ortaya qoymuşdur.




  1. MURAQƏBƏ (TƏFTİŞ)

İdarəçiləri yoxlamaq lazım gələndə onları doğru yola, hüquq səmtinə sövq etmək ümmətə aid bir səlahiyyət və funksiyadır. Bunu onların adından şura üzvləri ilə din və hüquq ziyalıları yerinə yetirir. Bu səlahiyyətin isnad edildiyi nöqtə, “əmr bil-mə’ruf və nəhy ənil-münkər” (yaxşılığı əmr etmək və pislikdən çəkindirmək), məşvərət və beyət prinsipləridir. Birinci prinsipə görə ümmətin bütün fərdləri hüququn və məşruiyyətin gözətçiləri, qoruyucuları olmaq məcburiyyətindədirlər. Bey’ət məşruiyyət çizgisi üzərində qalmaq şərtilə itaət sözüdür. Beyət edən şərtini yerinə yetirib yetirmədiyini də yoxlamış olar. Məşvərət isə islam dövlət və idarəsinin ən açıq vəsfi və özəlliyidir.115



VI F Ə S İ L

İSLAM MƏDƏNİYYƏTİNDƏ

ƏDLİYYƏ TƏŞKİLATI


1-HÜQUQ
İslam hüququnun mənbələri və tarixi haqqında, doğru məlumata sahib olmayanlar, İslam hüququnun, Roma hüququnun bir nüsxəsi olduğunu zənn etmələrinə görə onları gönahlandırmaq lazımdeyil, əksinə onlardan bəzilərini zikr etmək faydalı olardı.

İslam hüququnun, İslam ictihadının təşəkkülü xüsusunda hüquq tədrisi ilə məşğul olan hüquqşünasların əsərlərinin mövcud olduğu hamıya məlum bir məsələdir. Bu dəyərli alimlər hüquq məsələlərini M. 750-ci il tarixdən, M. 809-cu ilə kimi, yəni: Əbu Cəfər Əl-Mənsurun səltənətinin başlanğıcından etibarən Harun Ər-Rəşidin vəfatına kimi tamamlamışdılar. İslam müctəhidlərinin məsələ şəklində həll edərək qanun halına gətirdikləri əhkamın mənbələri Avropalılara məlum olmadığı və həmin qanunları aşkar etmək üçün müraciət üsulları bilinmədiyi üçün, İslam hökmlərinin Suriyada bir zamanlar hökmran olan Roma hüququndan götürüldüyü güman və iddia edilmişdir.

Əməvilər və Abbasilər, Romalılardan alınan Suriyada ədaləti, nə qədər İslam hüququna uyğun hala gətirmək istəsələr də, hər hansı bir qarışıqlığa yol verməmək üçün Roma qaydaları ilə adət-ənənə halına gələn bəzi əhkamı, öz qanunlarına gətirmişdilər. Əslində İslam hüququnun tali (ikinci dərəcəli) mənbələrindən biri olan adət-ənənələrin hökm olaraq nəzərə alınma prinsipindən xəbərdar olmayanların bir fikridir. İslamın insanı mərkəzdə tutub zorakılığa qarşı olan bir prinsipin əsas götürülməsi İslam düşmənləri tərəfindən İslam hüququnun Roma hüququndan alındığı səhvinə yol verilməsinə səbəb olmuşdur.

İki hüququn (İslam, Roma) mənbələri üzərində incələmə aparılanda, bəzi nöqtələrdə bir-birinə bənzərlik görünsə belə, əslində, İslam hüququnun müstəqil bir hüquq olduğu və Roma hüququndan heç bir şəkildə istifadə etmədiyi aydın olur.116 Bu mövzuda məşhur Xristian alimi Sava Paşanın fikrinə müraciət etməkdə çox faydalıdır. O belə deyir:



“-Bu iki hüququn (İslam və Roma) da mənbələrinin bir-birindən fərqli olduğu şübhədən uzaqdır. Justinien Hüququ, əsasını Xristian əxlaqiyyatının təşkil etdiyi bəşər ağlına istinad edilən bir əsərdir. İmamı-Əzəmin cəm etdiyi hüquq isə, yalnız və yalnız Allah Təalanın kəlamına və Hz. Peyğəmbərin sünnətinə istinad ədir. İslam hüququnun elə bir maddəsi, elə bir hökmü yoxdur ki, o, İslam hüquq sisteminin bu iki əsasından birinə istinad etməmiş olsun.”117

Sava Paşa kitabının digər bir səhifəsində də belə deyir:



“-Biz, bir Xristianıq. Bütün insanları sevən və hər kəsə qarşı ədalətli olmağa çalışan bir Xristian. Ancaq buna baxmayaraq biz, Hz. Mühəmmədin qanununu tədqiq edirik. Bu tətqiqatımızda mütləq bitərəf, böyük bir hörmət və yalnız bir ədalət hissi ilə hərəkət etdiyimizə arxayın ola bilərsiniz.”118

Başqa tarixci bir Xristian olan Corci Zeydan isə bu barədə belə demişdir:



“Yunanlılar qısa bir müddətdən başqa digər zamanlarda böyük bir dövlət təşkil edə bilmədiklərindən ədli, idari və dövlətlər qanununa aid hökmlərə çox az əhəmiyyət vermişlər və fikri fəaliyyətlərini daha çox fəlsəfə və onun təfərrüatına həsr etmişlər. Romalılara gəldikdə, Ərəblər (müsəlmanlar) kimi əraziləri genişlətmiş, hakimiyyətləri hər tərəfə yayılaraq şan-şövkət sahibi olduqlarından qanun və nizamlar qoymaq məcburiyyətində qalmışlar. Romalılarda qanun və nizamlar ancaq dövlət təşkilindən bir neçə əsr sonra M. 533-cü ildə məşhur Jüstinien tərəfindən qoyulmuşdu...

Müsəlmanlar isə, qanun hökmlərini Qur’ani-Kərim ilə hədisi-şəriflərdən iqtibas etmişdilər. Müsəlmanların, İslamiyyətin zühurundan etibarən istər Qur’anı və istərsə də hədisləri əzbərləmək və təlim etməyə nə qədər əhəmiyyət verdiklərini bəyan etmişdik. O zamandan sonra iki-üç əsrdə İslam qanun və nizamları öz kamillik səviyyəsinə çataraq fiqh elminin yaranmasına səbəb oldu. Fiqh (İslam hüququ) dünyanın ən üstün qanunlarının hökmlərini özündə cəm etmişdir. Müsəlmanlar fiqh elminin də geniş yayılması və əsas qanun səviyyəsinə yüksəldilməsinə İslam dininin yayılmasındakı kimi sürətlə nail oldular.”119

Əsli pakistanlı olan, illərlə Avropada yaşayan böyük İslam alimi Məhəmməd Həmdullah, İslam hüququnun inkşafını mütaliə edərkən Türklərin bu işdəki rolunu belə etiraf edir:

Fiqh üsulu tarixini tədqiq edərkən onun təsiscisi olan İmam Şafidən sonra, bu elmin təkamül və inkişafının, Türklərə borclu olmasını görüb dəhşətə gəldim. Maturidi, Cəssas, Razi, Səraxsi, Əbülyüsr, Pəzdəvi, Əlaüddin Səmərqəndi demək olar ki, hamısı, Orta Asiya mənşəli, yəni türk idilər. Əski Türklər, dünyanın heç bir yerində, nə romalılarda, nə çinlilərdə və nə də digər millətlərdə mövcud olmayan bir hüquq elmini icad etmək qabiliyyətini göstərdiklərinə görə, elə ümid edilir ki, yeni Türklər, keçmiş tarixlərini tədqiq edib onların dəyərini təqdir etdikdən sonra, başqalarından iqtibas və təqlid etmək əvəzinə (insanlığa) şərəfli bəzi şeylər verməyi və onlara rəhbər olmağı bacardılar.”120

2-KONSTİTUTSİYA

Konstitutsiya Hicrətin I ilində Hz. Peyğəmbərin Mədinə şəhər dövləti üçün meydana gətirdiyi konstitutsiyadan 1861-ci il tarixli Tunis konstitutsiyasına qədər eyni və ya bənzər bir qanunlaşdırma hərəkətinə rast gəlinmir.

Bu baxımdan, islam ölkəsi konstitutsiyası ilə islami konstitutsiyanı bir-birindən ayırmaq lazımdır:

Birincisində məqsəd, xalqın əksər çoxluğu etibarı ilə müsəlman olduğu və bir qism islami hökmlərin tətbiq edildiyi bir ölkədə qoyulan və tətbiq edilən konstitutsiyadır.

İkincisində isə məqsəd sırf islami əsaslara bağlı olaraq qəbul edilən konstitutsiyadır. Bu konstitutsiya bir islam ölkəsində tətbiq ediləndə iki termin birləşmiş olur.

Burada islami konstitutsiyaya misal olaraq Mədinə şəhər dövlətinin konstitutsiyasını qısaca olaraq tanıtmaq və dövrümüzdə bir islam ölkəsində hazırlanan “islami konstitutsiyanın prinsipləri”ni vermək faydalı olacaqdır:




  1. Mədinə Şəhər Dövləti Konstitutsiyası:

Hz. Peyğəmbər (səs) və Məkkəli müsəlmanların çoxu Mədinəyə köçmüş, burada sadəcə həyatlarını davam etdirməsi deyil, islamı geniş yayan xalqalar halında bütün dünyaya təbliğ etməyi özlərinə vəzifə saymışdılar. Bu səbəblə daha əvvəldən Hz. Peyğəmbər və möminlərin qarşılıqlı haqq və vəzifələrinin müəyyənləşməsi, şəhərin müsəlman olmayan ərəb və musəvi xalqı ilə anlaşmaq, ictimaiyyəti təşkilatlandırmaq, onu elmi, hərbi, ədli, dini müəssisələrlə təchiz etmək lazım idi. Bu ehtiyacın sövqü ilə Hz. Peyğəmbər müsəlman olan və olmayan xalqla məşvərət keçirdi və hamısı bir şəhər dövləti təsis etmək üzrə Ənəsin (ra) evində toplandılar. Təhlil edəcəyimiz konstitutsiya burada rəsmi olaraq bir kağıza qeyd edildi.121

Bu tarixi vəsiqə yalnızca ilk islam konstitutsiyası deyil, eyni zamanda dünyanın da ilk yazılı konstitutsiyasıdır. Çünki daha əvvəl Aristotel, Konfiçyuz Kavtiliya tərəfindən aparılan çalışmalar, hökmdarlar tərəfindən qoyulmuş qaydalar konstitutsiyalar deyil, təlim kitablarıdır. Aristotelin yazdığı “Afina” konstitutsiyası da bu şəhər dövlətinin tarixi təsvirindən başqa bir şey deyildir.

Təqribən 50 maddədən ibarət olan mətn hüquqi quruluş baxımından mühüm addımları sərgiləyir. Qurani-Kərimin müqəddəs mətnlər üçün işlətdiyi “Kitab, səhifə” adlarının bu vəsiqə üçün də işlədilmiş olması bizə həm yazılmış və bağlayıcı qaydalar mənzuməsi qavramını xatırlamaqda, həm də bu mətnin, digər hüquq qaydalarının üstündə olduğu fikrini verməkdədir.

Mədinəli müsəlmanlar, (ənsar) həm müsəlmanlara sığınmaq haqqı vermək, həm də onları qorumaq və müdafiə etməyə söz verməklə böyük təhlükələri ciddi nəzarətə almış olduqlarından, konstitutsiyada qeyri-müsəlmanlar, ənsar ilə eyni mahiyyətdə olmasa belə bənzər məsuliyyətlərə bağlanmışdılar.

Qurulmuş yeni cəmiyyətdə digər tədbirlər kimi ölkə məfhumunu da toxunulmuş xarici münasibətlərdə toxunulmaz və müqəddəs sayılan “haram” sərhədləri daşlarla işarələyərək açıqlıqla ifadə edirdilər.

Vəsiqə insan ünsürü baxımından da tənzimedici bir xarakter daşıyır. Daha əvvəl yarımadada tamamən qan və qəbilə bağına dayanan ictimai vəziyyət, artıq iradə və ixtiyara dayanan ideoloji bir cəmiyyət quruluşuna çevrilmişdi. Buna görə adı çəkilən konstitutsiyanın hökmlərini mənimsəyən fərdlər və millətlər, din və irqləri nə olursa olsun yeni siyasi cəmiyyətin bir üzvü olmaq və yeni haqlar qazanmaq, öhdəsinə yeni vəzifələr götürməli oldular.

Qeyri-müsəlmanlar (istədikləri təqdirdə) hüquqi qaydaların özləri üçün də tətbiq ediləcəyinə yer verməklə hüquqi muxtariyyət tanınmış, tərəflərin anlaşa və hüquqi bir həll tapa bilməməsi halında (son müraciət yeri olaraq) Allah və Rəsuluna müraciət etmələri istənmişdir.

Cəmiyyət mənsublarının mala görə mükəlləfiyyətləri ayrıca göstərilmiş, döyüş halında zümrələrin sahib olacaqları haqq və vəzifələr ilə komandirlik və s. məsələlər tənzim edilmişdir.

Qısaca desək, bu vəsiqə “Ammə” hüququ ilə əlaqədar mövzularda nizamlayıcı və bağlayıcı qaydalar gətirməkdə, dövlət iqtidarını təsis etməkdə, ümumi xətləri ilə icra və qəza (məhkəmə) funksiyalarına aid məsələləri ələ almaqda, fərqli zümrələri tabe olacaqları hüquqi mənzumədə sərbəst buraxaraq qanunvericilik sahəsində də nizamlayıcı olmuşdur. Bundan başqa istər hakimiyyətin və istər sə də vətəndaşın haqq və vəzifələri mətndə yer almışdır. Bütün bu vəsfləri ilə ilk konstitutsiya, ayrıca bir inqilab təşkil edir.




  1. İslami Konstitutsiyanın Prinsipləri




    1. Yaratmaqda olduğu kimi qanun qoymaqda da yeganə və həqiqi hakim Allahdır.




    1. Qanunlar Qurani-Kərimə və Rəsulullahın sünnəsinə əsaslanır; bunlara zidd qanun qoyula bilməz.




    1. Dövlət, “vətən, dil, irq və soykökü” kimi nəzəriyyələr üzərində deyil, İslamın insanlığa gətirdiyi nizam üzərində qurulur.




    1. Dövlətin vəzifələri:

      1. Kitab və sünnənin müəyyən etdiyi yaxşılıqları (mərufu) yaşatmaq, pislikləri yox etmək, islami əsasları daim ali tutmaq, məşruiyyəti qəbul edilən məzhəblərə görə dini təlim və tərbiyə aldırmaq.

      2. Dünya müsəlmanlarının aralarında mövcud olan qardaşlıq bağlarını gücləndirmək, ayrılıq səbəblərini ortadan götürmək

      3. Sinif və din fərqi qoymadan, insan üçün zəruri olan yeyəcək, geyəcək, mənzil, müalicə və təhsil kimi ehtiyacları təmin etmək




    1. Vətəndaşlar, İslamın onlara bəxş etdiyi can, mal, namus toxunulmazlığından, fikir, vicdan, ibadət, səyahət, təşəbbüs azadlığından, ictimai qurum və quruluşlardan yararlanma və yüksəlmədə imkan bərabərliyindən (qanunlar daxilində) istifadə edirlər).

    2. Hüququn lazım gördüyü hallar xaricində heç bir kəsdən bu haqqlar geri alına bilməyəcəyi kimi, məhkəmə yolu ilə də müdafiə haqqı verilmədən heç bir kəs cəzalandırıla bilməz.




    1. Dövlətin müsəlman olmayan sakinləri qanunlar daxilində din, ibadət, dini təlim və mədəniyyət azadlığına tam olaraq sahibdirlər.




    1. Dövlət başçısının kişi, müsəlman; xalqın və ya təmsilçilərinin, dindarlıq, əhliyyət sahibi və ağıllı bir şəxs olması lazımdır.




    1. Dövlət işlərini idarə etməyə məsul olan dövlət başçısıdır. Ancaq səlahiyyətlərindən bir qisminin bir fərd və ya qrupa bölməsi mümkündür.




    1. Dövləti başçısı işləri özbaşına davam etdirməyə qalxıb zorakılıq yolunu tuta bilməz; dövlət işləri ilə əlaqəli tədbirlər görmək, vəzifələrini yerinə yetirmək mövzusunda hökumət üzvləri və xalq təmsilçiləri ilə məşvərət keçirməyə məcburdur.




    1. Dövlət başçısı konstitutsiyanı qismən və ya tamamən ləğv, şuranı (məşvərət məclisi) tərk edə bilməz.




    1. Dövlət başçısını seçmə haqqına sahib olanlar səs çoxluğu ilə onu düşürmə haqqına da sahibdirlər.




    1. Dövlət başçısı da mədəni haqqlar baxımından digər müsəlmanlar kimidir; qanunun nüfuzu və hakimiyəti xaricinə çıxa bilməz.




    1. İstər hökumət üzvləri, istər yardımçıları və istərsə də xalq üçün yeganə qanun və hüquq nizamı vardır; bunlarla da ümumi məhkəmələr məşğul olur.



    1. Hər yerdə məhkəmələrin səlahiyyəti, idarə və icradan sərbəstdir və onların təsiri altında qalmadan vəzifəsini yerinə yetirir.

    2. Dövlətin ana prinsiplərinə zidd olan terror və fəsad doğuran fikir və nəzəriyyələrin yayılmasına, təbliğ edilməsinə icazə verilmir.

Konstitutsiyanın heç bir yeri kitab və sünnəyə zidd olaraq təfsil edilə bilməz.122
3-ŞURA (QANUNVERİCİLİK)
İslam hüququnun özünəməxsus bir yaranma forması vardır. İslam dövlətinə digər dövlətlərdə görməyə alışdığımız bir qanunverici orqan mövcud deyildir. İslam hüququ daha çox islam hüquqçularının dövlətdən müstəqil olaraq etdikləri islahat fəaliyyətlərinin bir nəticəsi olaraq ortaya çıxmışdır. Deyək ki, dörd xəlifə dövründə islam hüququnun təşəkkülündə dövlətin təsiri böyük olmuşdur. Ancaq bu təsir bir az da Rəşidi xəlifələrin öz şəxsiyətlərindən qidalanmışdır. Sonrakı dövr xəlifələrinin əvvəlkilərdə olduğu kimi ictihad (dini hökm vermə) əhliyyətinin mövcud olmaması dövlətin islam hüququnun təşəkkülündəki rolunu azaltmışdır. Lakin bütün bunlara baxmayaraq islam hüqunun təşəkkülündə dövlətin kiçik görülməyəcək qədər bir rolu hər zaman olmuşdur.

Hər şeydən əvvəl islam hüququnda dövlət başçısının hüququn müəyyən sahələrində həddindən artıq geniş səlahiyyəti mövcuddur. Cəza hüququndakı tazir günahları buna nümunə göstərilə bilər. Hüququn açıqca tənzim etmədiyi sahələrdə də dövlət başçısının və ya dövlətin əlaqədar qurumunun tənzimetmə səlahiyyəti vardır ki, “mülki-hüquq” sahəsi buna misaldır. Dövlət, ehtiyac varsa, vətəndaş mənfəətinə həsr olunmaq şərtilə yeni vergilər qoya bilər. Bundan başqa islam hüququnun müəyyənləşdirdiyi sahələrdə dövlətin zamanın ehtiyaclarına uyğun tərtib etmə səlahiyyəti vardır.

Məsələn, Osmanlı dövlətində nikahın məhkəmələr tərəfindən və ya məhkəmələrin verdiyi icazə ilə din xadimləri tərəfindən kəsilməsi buna bir nümunədir. Eyni şəkildə qazıların tətbiq edəcəkləri məzhəbin təyin edilməsi, digər məzhəblərdən bəzi fikirlərin tətbiq edilmə imkanının tanınması bu tərtib etmə fəaliyyətinin digər bir növüdür. Bütün bunlar dövlətin qanunverici fəaliyyətindən sayıla bilər.

Digər tərəfdən islam hüquq tarixinin son dövrlərində mövcud olan hüquqi əsasların yeni qanun xarakterinə uyğun olaraq qanunlaşdırılması fəaliyyətlərinə də rast gəlinir. Osmanlı dövlətində “Məcəlləyi-Əhkami-Ədliyyə” və onu təqib edən istər Osmanlı dövlətində və istərsə də müasir islam dövlətlərində hazırlanan qanunlar buna örnəkdir. Bu qanunlaşdırmalar dövlətin rəhbərliyində onun razılığı ilə həyata keçirilir.123


4-QAZILIQ (HAKİMLİK)
İnsanlığın başlanğıcından etibarən davam edən anlaşılmazlıqların həll edilməsi üçün təsis edilən qazılıq (hakimlik) təşkilatı, insanlıq tarixi qədər qədimdir. Tarixin uzaq dövrlərindən bəri insanlar arasındakı ixtilafları həll edən ağsaqqallar olub ki, bunlar qəbilənin həm böyükləri, həm ağıllıları, həm də başçıları idilər. İslamdan əvvəl bu şəkildə öz qəbiləsi arasında qazılıq edib məşhur olan bir çox insan vardır.

İslam gələndə isə, anlaşılmazlıqlarda töhmətləndirmə vəzifəsini bilavasitə Hz. Peyğəmbər öz üstünə götürürdü. O, dinin bütün əmrlərini təbliğ edərkən eyni zamanda qazılıq vəzifəsini də yerinə yetirirdi. İslam ümmətinin ilk dövrlərdəki sadəliyi və bu səbəbdən də çox anlaşılmazlıqlara gətirməməsi və sərhədlərin dar olması səbəbdən çox davanın xəbəri Hz. Peyğəmbərə çatdırılmır iddiaçı və müttəhim özləri onun hüzuruna gəlirdilər. O, hər ikisini də dinləyərdi.

İsbat və həll məsələləri isə bunlardır: Dəlil, and, şahidlərin şəhadəti, yazılı mətnlər, fərasət, püşk atma və s. kimi şeylərdi. Peyğəmbərimiz (səs) belə deyərdi:

Dəlil gətirmək davaçıya, and içmək də inkar edənə lazımdır” 124 Beləliklə Rəsulullah (səs) İslam Ədliyyə təşkilatının təməl prinsipini ortaya qoymuş olurdu. Eyni şəkildə Hz. Əlini Yəmənə göndərirkən ona belə demişdi:

Yanına iki davaçı gəldiyi zaman onların ikisini dinləmədən hökm vermə”125 deməklə müasir dövrümüzdə də qaçırılmaz bir mühakimə prinsipini ortaya qoydu. Hz. Peyğəmbərdən sonra gələn xəlifələr də həmin prinsipi davam etdirərək İslam ədliyyə məhkəməsi üsuluna riayət etməyə məcbur olduqları təməl əsaslarını müəyyənləşdirmiş oldular. Necə ki, Hz. Ömər (ra) Bəsrə Qazısı Əbu Musa əl-Əş’ari ilə digər qazılara göndərdiyi mətn (qanun), bunun ən gözəl nümunələrindən biridir. Həmin məktubda belə deyilir:

Allahın qulu, (və) möminlərin əmiri Ömərdən Abdullah ibn Qeysər. Allahın səlamı üzərinə olsun. Bunu bil ki, mühakimə etmək həddindən artıq dərəcədə mühüm mükəlləfiyyət (fərz) və tabe olunması lazım gələn bir sünnətdir. Sənə iddia edilən məsələni yaxşı təhlil et. Çünki, yerinə yetirilməyəcək bir həqiqəti sösləməyin faydası yoxdur. Hüzurunda, məclisində ədli qərarlarında insanlara qarşı ədalətli ol. Aralarında fərq qoyma ki, zəyf olanlar ədalətlidən ümidlərini kəsməsinlər. Yüksək vəzifədə olanlar da ədalətsizlikdən istifadə etməsinlər. Dəlil gətirərək isbat etmək şikayətçiyə aiddir. İnkar edənə isə and içmək lazımdır. Müsəlmanlar arasında halalı haram, haramı halal etmədikcə sülh caizdir. Bir gün əvvəl verdiyin qərarın xətalı olduğunu dərk etdikdən sonra onu buraxaraq ağlının və vicdanının göstərdiyi doğru qərara qayıtmaqda heç bir şey sənə mane olmasın. Çünki haqq daha vacibdir. Haqqa qayıtmaq, davamlı batildə qalmaqdan daha xeyirlidir. Haqqında, Allahın kitabı və Rəsulullahın sünnəsində bir şey tapa bilmədiyin, tərəddüd etdiyin, arxayın bir şəkildə qərar verə bilmədiyin mövzuları təkrar-təkrar fikirləş, anlamağa çalış. Sonra da buna bənzər hadisələri araşdır, bir-birilə müqayisə et. Ortada olmayan bir haqq üçün dəlil gətirmək istəyən şikayətçiyə müəyyən bir vaxt təyin et. Əgər həmin zaman zərfində dəlilini gətirərsə haqqını alar, əks halda davası rədd edilir.



Qəzəbdən, can sıxıntısından, tərəfləri incitməkdən və məhkəmə anında qəribə hərəkətlərdən uzaq ol. Çünki haqq yerlərində haqqın aşkar olması səbəbiylə Allahın savabı böyükdür, mənəvi bəhrəsi gözəldir. Kimin, Allah ilə öz arasındakı mövzularda niyyəti yaxşı və səhih olarsa öz əleyhinə də olsa Allah onunla xalq arasındakı işləri üçün ona kifayət edər. Kim ki, Allahın, özündə mövcud olmadığını bildiyi şeylərlə sırf xalqa göstəriş üçün bəzənirsə, Allah onu rəzil edər.”126

Üsul və hüquq alimləri arasında məşhur olmaqla birlikdə səhih hədis kitablarında olmayan fəqət məna etibarıyla doğru və islami anlayışa uyğun olan “Mənə zahirə görə hökm etmək əmr olundu. Gizli olan şeylər Allaha qalmışdır.” 127 sözü, qazıların nəyə görə hökm etməsinin gərəkliyinə işarət etməkdədir. Eyni şəkildə Hz. Peyğəmbər, istər şahidlərin izahatı, istər bilavasitə tərəflərdən birinin fikrini daha yaxşı bir şəkildə ifadə edib qaziyə (hakimi) çaşdıra biləcəyini işarət edərək, özünün belə bu vəziyyətdə yaxşı danışanın lehində hökm verə biləcəyinə işarət edərək “Mən də bir bəşərəm, haqsız olduğu halda davasını daha yaxşı danışan və dəlilləndirən bir kimsənin lehində hökm verə bilərəm. Amma bu, ona atəş parçası verməm deməkdir.”128-deyərək İslam ədliyyə təşkilatı baxımından şahid və dəlillərin nə qədər mühüm olduğna işarət etmişdir.

Göründüyü kimi İslamın başlanğıcında məhkəmə işlərinə bilavasitə Rəsulullah məşğul olurdu. Bununla yanaşı, onun öz hüzurunda bəzi səhabələri də ədliyyə işləri ilə məşğul olmuşdur. Necə ki, Hz. Ömər, Hz. Əli və Muaz ibn Cəbəl (r.anhüm) onun arzusuna tabe olaraq qazılıq vəzifəsini yerinə yetirdiklərinə görə onlara Hz. Peyğəmbərin qazıları ünvanı verilmişdir.129 Fəqət ölkə sərhədləri genişlənəndə o, əshabından bəzisinə insanlar arasına çıxan mübahisələri ortadan qaldırmaq üçün Kitab, sünnə və ictihadla hökm vermə əsasına söykənib icazə verdiyi kimi onları başqa bölgələrə də göndərmişdir. Necə ki, Muaz ibn Cəbəlini (ra) Yəmənə göndərərkən ona İslam məhkəmələrində tətbiq edəcək qanunları soruşdu. Bu suala veriləcək olan cavab hakim olacaq namizədlərin tətbiq edəcəkləri prinsipləri təşkil edirdi. Rəsulullah Muaza hansı əsaslara görə hökm edəcəyini soruşdu. O da Allahın kitabına görə dedi. –“Bəs onda həmin hadisəylə əlaqəli bir hökm tapa bilməsən, o zaman peyğəmbərin sünnəsi ilə!”é”é”-dedi. “Bəs onda da tapa bilməsən?” -“O zaman öz ictihadımla hökm edəcəyəm,”- deyən Muazın bu cavabı qarşısında peyğəmbərimiz (səs) çox təsirləndi və

Allahım, sənə həmd olsun ki, Rəsulunun elçisini Rəsulullahın razı olduğu və istədiyi şeyə müvəffəq qıldın.”130-dmişdir.

Hz. Peyğəmbərdən sonra bu vəzifəni bilavasitə xəlifələr davam etdirdilər. Çünki məhkəmə prosesi xilafətə daxil olan mühüm vəzifələrdəndir. İddiaların, Quran və sünnəyə dayanan şəri hökm və qaydalara uyğun bir şəkildə həll edilməsi şərt olduğu üçün bu mövzu xəlifənin vəzifələrindən və ümumi işlərindən sayılmışdır.131 Bunun üçün hələ islamın ilk dövrlərində bu vəzifəyə (xilafətə) gələnlər bilavasitə özləri məhkəmə işlərini aparırdılar. Necə ki, Hz. Əbu Bəkir (ra) xəlifə seçiləndə həmin işi Mədinədə bilavasitə özü yerinə yetirməklə yanaşı Hz. Öməri də (ra) özünə köməkçi olaraq təyin etdi. Daha sonralar İslam dövlətinin sərhədləri genişlənib işlər çoxalanda xəlifələr istər mərkəzdə istər kənarda, istərsə də vilayətlərdə öz adlarından həmin işləri yerinə yetirəcək hakimlər təyin etdilər. İslam dünyasında bu sahədə ilk dəfə məmur təyin edən xəlifə Hz. Ömərdir. O, Əbu Dərdanı özü ilə birlikdə Mədinə, Şureyh ibn Xalis əl Kindini Kufə, Əbu Musa əl-Əşarini Bəsrə, Osman ibn Əbu Qeys ibn Əbul-Ası da Misir qaziliklərinə təyin etdi. Yenə Hz. Ömər Şam bölgəsini də müstəqil bir hakimlik halına gətirmişdir.132

Qeyd: İlk dövrlərdə qazıların nə katibi nə də qərarların toplandığı bir qeydiyyat dəftəri yox idi. Çünki, qərarlar dəqiqləşər-dəqiqləşməz dərhal yerinə yetirilərdi. Dəqiqləşən qərarların yerinə yetirilməsi bilavasitə qazi tərəfindən həyata keçirilirdi. Əməvilər dövrdündən eitbarən qazi məhkəmələrində qeydiyyat dəftərləri tutulmağa başlandı. Muaviyyə ibn Əbi Süfyanın Misir qazisi olan Süleym ibn İtır qeyd apartdıraraq qərarlarını qeydiyyata alan ilk qazı oldu.133

Başlanğıcda, İslam ədliyyə sistemi içində məhkəmə yeri olaraq işlədilən müəyyən bir məkan yox idi. Hakimlərin yaşadığı ev, eyni zamanda məhkəmə salonu kimi istifadə olunurdu. Onu da deyək ki, Hz. Peyğəmbər dövründə məscid həmin vəzifəni görürdü.



Həbsxana: İslam dünyasında əvvəllər bir həbsxana belə mövcud deyildi. Ancaq Hz. Əlinin xəlifəliyi dövründə müasir dövrümüzdəki kimi ilk həbsxananın ortaya çıxdığı görünür.134

İslami anlayışa görə qazılıq, mühüm bir vəzifədir. Çünki insanlar arasında mübahisələri həll etmək, onlara doğrunu göstərmək, zəif olsa belə haqlının haqqını vermək, görüləcək xırda bir iş deyildir. Bu baxımdan bəzi müəlliflər qazılığın bütün islam üləmasına görə əhəmiyyət verilməsi lazım olan bir fərz kimi qəbul olunduğunu qeyd edirlər.135 Nübahi də Allah qatında hakimlərin dərəcələrinin çox yüksək olduğunu Allahın onlara can, mal, halal kimi mövzularda səlahiyyət verdiyini, bunun da Hz. Peyğəmbər və xəlifələrin səlahiyyətlərinə bənzədiyini qeyd edərək xəlifələrdən sonra ən şərəfli vəzifənin qazılıq olduğuna tərədar çıxır.136

Əlavə olaraq belə mühüm bir vəzifənin başına gətirələcək gətiriləcək şəxsdə digər insnalardan fərqli bir sıra xüsusiyyətlərin olması lazımdır. Bunun üçün islam ziyalıları qazıda olması lazım gələn şərtləri belə təsbit etmişlər: Kişi, ağıllı, zəki, ədalətli, səhhətli və hüquqşünas bir müsəlman olmaları lazımdır.

Səlcuqlu dövrü, böyük alim və siyasət adamı Vəzir Nizamülmülk də (1064-1092) “Siyasətnamə” adlı əsərində belə deyir:

Ölkənin qazılarını (hakimlərini) birbəbir tanımaq, hansı daha zahid, daha çox nəfsini saxlayandırs, onları işdə saxlamaq, belə olmayanları isə işdən çıxarmaq, yerlərinə daha layiqli olan başqalarını oturtmaq lazımdır. Xəyanət etməyə ehtiyacı olmasın deyə, onların hərəsinə kifayət qədər yüksək maaş təyin etmək lazımdır, çünki bu mühüm və incə məsələdir. Ona görə ki, müsəlmanların canı, malıonlardan asılıdır. Nadanlıq, tamah, qərəz üzündən biri fitva verib hökm sadir edərsə, başqa alimlər o bəd hökmü imzalamamalı, o barədə şaha məlumat verməlidirlər ki, o adam işdən götürülüb cəzalandırılsın.

Valilər qazılara kömək etməli, onların hörmətini saxlamalıdırlar. Biri hökmə tabe olmayıb dikbaşlıq etsə və məhkəməyə gəlmək istəməsə, böyük adam olsa belə, onu zor və məcburiyyətlə aparmaq lazımdır. Hz. Peyğəmbər (səs) və əshabələri dövründə qazılığıbaşqalarına tapşırmayıb özləri aparardılar ki, işlər düz getsin, heç kəs ayağını hökmdən kənara qoya bilməsin. Adəm (ə) əyyamından tutmuş indiyə qədər bütün ölkələrdə, bütün millətlərdə ədliyyə olmuş, məhkəmə aparılmış, ədalətli hökmlər çıxarılmışdır ki, dünya indiyə qədər qalmışdır.” 137

Xüləfayi-Raşidin dövründən çox mühüm bir hökmlü şəxsiyyətə səbəb olan qazılıq (hakimlik) təşkilatı ələlxüsus məzhəblərin yaranmasından sonra daha böyük mərhələlər keçdi.

Əməvilər dövründə qazılıq vəzifəsini davam etdirənlər, xalqın seçkinlərindən olub, Allahdan qorxar və insanlar arasında ədalətlə hökm edərdilər. Qərarlarında müstəqil olsalar da, xəlifə onların qərarları ilə maraqlanar, doğruluqdan ayrılanları vəzifədən azad edərdi.

Həqiqətən Əməvi xəlifələri, dövlətin siyasi və idari mexanizlərini zövqlə idarə etməkdə böyük etina və ustalıq göstərir, bu barədə islahat sayıla biləcək hərəkətlər edirdilər. Ancaq ədliyyə idarəsi xüsusunda əvvəlki zamanlarla müqayisə ediləndə çox böyük bir inkişaf əldə edə bilmədilər.

Əməvilər dövründə məhkəmə işi prosesi iki cəhəti ilə fərqlənirdi:


  1. Qazı, ictihadına görə qərar verirdi. Çünki, hələ qazıları qeydiyyat altına alan dörd məzhəb mövcud deyildi. Bu dövrdə qazı bilavasitə özü hökmü kitab, sünnə və icma kimi bir mənbəədən çıxardar və özü ictihad edərdi.

  2. Məhkəmə proseslərinə siyasət çox təsir etmirdi, çünki qazılar qərarlarında müstəqil idilər. Onlar hakimiyyətin istəyi ilə hərəkət etmirdilər, çünki hökmlərində mütləq səlahiyyət sahibi idilər. Onların qərarları, vali və vergi məmurları haqqında da keçərli idi.138

İstisnaları olmaqla birlikdə Əməvi xəlifələri ümumiyyətlə məhkəmə və ədliyyə təşkilatının başında qazıların işinə demək olar ki, heç müdaxilə etmirdilər və onları siyasi mövqeyinin xaricində tutmağa çalışırdılar. Xüsusilə Ömər ibn Əbduləziz dövründə bu sərbəstlik özünü daha çox büruzə verirdi.

Abbasilər dövründə qazılıq etibarı yüksək olan bir vəzifə halına gəldi. Bu baxımdan qazılara böyük bir etibar və hörmət göstərilirdi.

Bu etibar və hörmətin yanında dövrün ən səciyyəvi xüsusiyyətindən biri də də qazilərin öz ictihadlarına əsaslanaraq hökm vermələri idi. Çünki artıq məzhəblər ortaya çıxdığına görə qazılar bağlı olduqları məzhəbin anlayışına görə hökm verməyə başladılar.

Necə ki, İraq bölgəsində olan qazı, Hənəfi məzhəbinə görə, Şam və Məğrib bölgəsində Maliki məzhəbinə görə, Misirdə də Şafi məzhəbinə görə hökm verirdilər. Əgər tərəflərdən biri və ya hər ikisi də bölgədə geniş yayılan məzhəbə görə mühakimə edilmək istəmirdisə, o zaman qazı, eyni məzhəbdən və güvəndiyi birini sadəcə bu mövzunun həlli üçün vəkil təyin edərdi.139

Abbasilər dövründə qazıların səlahiyyətlərində bir xeyli artış görülürdü. Onlar bütün davalara baxmaqla bərabər nə ki vəqflər var, onların idarəsi, şurta (polis təşkilatı), məzalim, hisbə, darbxana və beytülmal ilə əlaqəli vəzifələr ilə vəzifələnmişdilər.140

Abbasi xəlifələri, qazılara böyük dəyər verməyə çalışdılar. Bu səbəbdən onların etibarları və xalq üzərindəki təsirləri artdı.

Bütün inkişaflara baxmayaraq bu dövrdə məhkəmələrin işləri böyük olsa da siyasətin təsirində qaldılar. Bəzi iş və hərəkətləri də dini bir qiyafəyə büründürüb onları xalqa o şəkildə təqdim etməyə çalışdılar. Başda İmam Əbu Hənifə olmaqla bir çox alim hakimlik vəzifəsini qəbul etməkdən imtina etdi.141


5-MƏHKƏMƏ ÜSULU
Məhkəmə üsulu bəhsində dava, davanın açılışı, tərəfləri, şərhləri, hökmün dəlilləri, davanın nəticələndirilməsi, etiraz və qərarın dəqiqləşmə mövzuları ilə davanın ədəbi mövzuları araşdıracağıq. İslam hüquqşünasları davaları cəza hüquq davaları olmaqla iki yerə bölmüş və hər ikisini birlikdə bir bölümdə incələmişlər. Biz də bu üsulu tətbiq edərək qarşımıza qoyduğumuz məsələnin həllinə çalışacağıq.


  1. Dava

Dava – hakim hüzurunda bir şəxsin digər bir şəxsdən haqqını istəməsidir.142

Dava, mövcud bir haqqı istəmək şəklində izah edildiyi kimi haqqa təcavüzün aradan götürülməsini tələb etmək şəklində də ifadə edilə bilər.

Məcəllə143, eyni maddədə tərəfləri belə təsvir etmişdir: Haqqı istəyənə - “müddəi”(iddiaçı), haqq tələb edilənə də “müddəa əleyh”(müttəhim) deyilir. Müddəinin tələb etdiyi şeyə də “müddəa” (iddia edilən) deyilir.

Bir davanın başlayıb davam edə bilməsi üçün üsuluna uyğun olaraq açılması və lazımi şərtləri daşıması lazımdır. Davanı üsuluna görə aça bilməyən və lazımi şərtlərə riayət edə bilməyənlərə hakim yardımçı ola bilər.

Üsuluna uyğun bir davada axtarılan şərtlər bunlardır:


  1. Tərəflərin ağıl və yaş baxımından səlahiyyətli olmaları;

  2. Müttəhimin müəyyən olması;

  3. Müttəhimin özü (yaxud vəkili və ya valideyni yaxud da mirasçıları) məhkəmədə hazır olması;

  4. Dava mövzusunun bəlli olması;

  5. Davanın (istənən haqqın) varlığının və ola bilməsinin ehtimal daxilində olması;

  6. Dava təsbit olunub isbat edildiyi təqdirdə müttəhim əleyhinə bir şey ilə hökm etmənin mümkün olması;

  7. Davanın məhkəmədə olması;

  8. Davada ziddliyə yol verilməməsi.144

Dava və mühakimədə məqsəd haqqı sahibinə vermək, anlaşılmazlıqları və narazılıqları sona yetirmək və ictimai nizamı qorumaqdır. İslam hüquqşünaslarının təsbitinə görə bəzi haqqlar, dava və hökm olmadan da alına bilər. Məsələn, qisas haqqı kimi.

Rəsulullah (s.ə.s.):

Əgər insanlara istədikləri sırf dava etmələri ilə verilsə idi, bir çox insan digərlərinin canlarını və mallarını dava edərək istəyərdi (sırf iddiaçı iddia etdiyi üçün istədiyi ona verilməz), fəqət and içmək müttəhimə düşər (yəni iddiaçı, müttəhimə and təklif edə bilər.)”145 buyuraraq həm məhkəmə üsulunu həm də isbat vəzifəsi ilə müdafiə haqqının əsasını qoymuşdur.


  1. Dəlillər

Haqq əslində və həqiqətdə sabit olsa belə bunun (haqqın varlıq və sübutunu) obyekt halına gələ bilməsi, cəmiyyət tərəfindən tanıdıb sahibinə verilməsi, isbata bağlıdır. İsbat dəlillərlə olub iddiaçıya məxsusdur. Çünki, Rəsulullah (səs) belə buyurmuşdur:

“Dəlil, iddiaçıya, and isə davanı inkar edən müttəhimə düşər”146

Dəlillər iddiaçının davasını sübut etmə vasitəsi olduğu kimi hakimin də hökmünə görə əsas və səbəb təşkil edir. İddiaçının hüquq baxımından mötəbər (qanuni) dəlillər ilə davasını isbat məsuliyyəti daha çox hüquq davaları üçün məqbuldur. Cəza davalarında isə isbat yükü hakimə də düşə bilər.

İstər hüquq və istərsə də cəza davalarında haqqı və haqlını üzə çıxaran hər vasitə hökmə səbəb və dayaq təşkil edə bilər. Bunlar arasından burada şahidlik, and, anddan çəkinmə, yazılı dəlil, əmarə və qərinələr hakimin bilməsidir. And və iqrar dəlillərini qısaca tanıtmağa çalışacağıq.



  1. Şahid dəlili:

İstər hüquq və istərsə cəza davalarında hökm səbəbləri və isbat dəlillərindən birisi və ən mühümü olan şahidlik belə müəyyən edilmşdir: Bir nəfərin başqa bir nəfərdə olan haqqını sübut etməsi üçün hakim hüzurunda və tərəflərin üzlərinə qarşı şəhadət kəliməsini işlədərək (şahidlik edirəm ki, deyərək) xəbər verməkdir. Bu xəbəri verənə şahid deyilir. Şahid dəlilinin mənbəyi Qurani-Kərim və sünnədir. Bir çox ayə şəhadət ilə davanın sübut edilə biləcəyini, şahidlik edərkən ədalətdən ayrılmamağı və şəhadətdən çəkinməməyi təkidlə ifadə edir.147

Hz. Peyğəmbər də özünə bir dava ərz edildiyi zaman birinci tərəflərdən şahid istəyirdi.

Şahidin səhv etməsi və yalan danışması ehtimalı daima mövcud olduğu üçün “təqdiri dəlillər” içində yer almışdır. Yalan yerə şahidlik şiddətlə qadağan edimlişdir.148


  1. And və anddan çəkinmək:

İddiaçının iddiasını qəbul etməyən müttəhim, yenə iddiaçının istəyi üzərinə and içməklə mükəlləfdir.

Müsəlmanların yəmini “vallahi”, “billahi” şəklində Allah üzərinə edilən anddır.

İstər and və istərsə anddan qaçınmanın dəlil ola bilməsi üçün bunun hakim hüzurunda həyata keçirilməsi lazımdır.

Yəmin ümumiyyətlə qarşı tərəfin istəyi üzərinə təklif olunur. Bəzi hallarda bilavasitə hakimin də yəmin təklif etməsi mümkündür.

Yəmin etməsi lazım olan şəxs açıqca “and içməyəcəyəm” deyər, yaxud sükut edərək and içməyəcəyi məlum olarsa hakim “anddan çəkinmə” dəlilinə isnad edərək hökm edər. Bundan sonra anddan çəkinən şəxsin “and içərəm” deməsi hökmü dəyişdirməz.


  1. İqrar

İstər hüquq və istərsə də cəza davalarına dəlil olan ikrarı məcəllə belə müəyyən etmişdir: iqrar-boynunda başqa bir şəxsin haqqının olduğunu adamın özünün xəbər verməsidir. Yəni “müttəhim iddiaçının irəli sürdüyü haqqı və ya günahı qəbul etməkdə borclu olduğunu yaxud günah işlədiyini, iddiaçının haqlı olduğunu etiraf etməsidir.

Hüquq davalarında iqrardan dönmək mötəbər deyildir. Cəza hüququnda isə ümumiyyətlə iqrardan dönmək iqrarı qeyri-məqbul hala gətirir.




  1. Yazılı dəlillər

Hüquqi davranışların və xüsusilə borc münasibətlərinin yazıya keçirilməsi Qurani-Kərimin tövsiyəsidir.149 Ancaq islam hüquqşünasları yalnız yazı ilə möhürün yaxud yazı ilə birlikdə möhürün hökm isnadı və dava dəlili ola bilməyəcəyini irəli sürmüş və bu səbəb üzərində dayanmışdılar.

İki nəfərin yazıları hər baxımdan bir-birinə bənzəyə biləcəyi kimi iki möhür də bir-birinə bənzəyə bilər və bənzər möhürlər hər zaman düzəldilə bilər. Buna görə də yazı və möhür bir dəlil olarsa, bir nəfərin yazmadığı bir vəsiqə ilə töhmətləndirilməsi və ya məhkum edilməsi ortaya çıxa bilər. Ona görə də yazının dəlil ola bilməsi üçün şahid ilə dəstəklənməsi lazımdır.




  1. Əmarələr (İşarələr)

Qəti bilik vermə dərəcəsinə yaxın olan şeyə əmarə deyilir. Əmarədə işarə, müəyyənlik, iz mənaları mövcuddur.

Hakimə qəti olana yaxın məlumat verən işarə, iz və s. hökm dəlili ola bilər. Əmarə fiqhin müxtəlif sahələrində hökm isnadı olaraq işlədilmişdir. Bıçaqdakı qan izi ilə onu əlində tutaraq qorxu və təlaş içində evdən çıxan kimsənin bu halının, həmin evin içində yeni öldürülmüş bir kimsənin qatili üçün əmarə olması, bir maddə üzərində “sənin mənim” şəklində ixtilafa düşən iki kimsənin peşə və məşğuliyyət sahəsində mülkiyyətinə əmarə olaraq işlədilməsi yüzlərcə misaldan ikisidir. Müasir dövrümüzdə güllə üzərindəki izlərin işlədilən silaha; silah, bıçaq və sairə üzərindəki barmaq izləri sahibinə dəlalət etməsi və əmarə olması, qəti bilik mənbələrinə yaxın, hətta daha güclü hökm dəlilidir.


c- Məhkəmə Mərhələsi
İslam hüququnda məhkəmə (ümumi olaraq) açıqdır. İstəyən məhkəmə mərhələsini oturub izləyə bilər. Tərəflər (və ya

vəkillərin) məhkəməyə gələndə hakim birinci iddiaçıya söz haqqı verərək iddiasını izah etdirir. Bundan sonra müttəhimə söz haqqı verib bu iddialara qarşı münasibətini soruşur. Müttəhim iddianı qəbul edərsə (iqrar) hakim buna görə hökmünü verər, müttəhimin iddiaları qəbul etməməsi halında iddiaçıdan isbat dəlili istəyər. İddiaçı, davasını dəlil ilə isbat edərsə hakim ona görə hökm, əgər isbat edə bilməzsə müttəhimə yəmin təklif etmə haqqı verir. Həmin haqqı işlətmək istəyərsə, hakim müttəhimə yəmin təklif edə bilər. Müttəhim yəmin edərsə, yaxud iddiaçı yəmin etdirmə haqqını işlətməzsə, hakim iddiaçını, müttəhim ilə məşğul olmaqdan çəkindirər, yəni hakim davanı rədd edər.

Müttəhim təklif edildiyi halda and içməzsə hakim buna isnad edərək iddiaçı lehinə hökm verər. Müttəhimin sükut etməsi inkar (iddianı rədd etmək) olaraq qəbul edilir. İddianı qəbul və ya rədd yerinə qarşılıqlı bir iddia irəli sürərsə, iddiaçı və müttəhim fikir dəyişdirmiş olacağından məhkəmə prosesi buna görə davam etdirilir.

Tərəflərdən biri ifadəsini bitirmədikcə digəri sözə başlaya bilməz, sözü kəsə bilməz; əks təqdirdə hakim müdaxilə ilə intizamı təmin edər.

Dil bilməyənlər üçün məhkəmədə mötəbər tərcüməçilər olur. Əqraba arasında və ya anlaşmaları umulan adamlar tərəflərə razılaşmalarını (sülh) tövsiyə edər, bu qəbul olunarsa sülh hökmlərinə görə anlaşılmazlıq yox edilir.

d-Üzə qarşı və qiyabi hökm
Hüquq davalarında mühakimə və hökm üçün şəxsin dava qaldırması şərtdir. Hakim şəxslər arasındakı hüquqi əlaqəni bilə bilməyəcəyi və zərər çəkən şəxsi haqqını istəməyə və almağa məcbur edə bilməyəcəyi üçün davasız mühakimə edə bilməz və hökm verə bilməz.

Məhkəmə prosesində olduğu kimi tərəflərin və ya onların vəkillərinin hökm əsnasında da olmaları vascib şərtdir. Ancaq müttəhimin iqrarından və ya inkar edib iddiaçının iddiasını isbat etdikdən sonra aradan çıxması hökmə mane olmur.


e-Hökmün təmyizi150 və qətiləşməsi
Hakim hökmünü verdikdən sonra dəlillərdə bir dəyişiklik, hökmə təsir edən bir artıqlıq və ya nöqsan ortaya çıxmamış isə, hakim də səhv etdiyinə qane deyilsə, ona görə dava qətiləşmişdir və bu davanın yenidən qaldırılması lüzumsuz sayılır (caiz deyildir). Eyni dava bir başqa hakimə verildiyi təqdirdə əleyhinə hökm olunan şəxs “hökmün üsula və qanunlara zidd olduğunu” iddia etmirsə ikinci hakim yenidən baxa bilməz. Əks təqdirdə ikinci hakim (və ya üst məhkəmə) davanı incələyər, üsul və qanuna uyğun olduğunu müəyyən edərsə onda hökmü təsdiq edər. Qanuna zidd olanda isə hökmü ləğv edərək mühakiməni yenidən aparır. Buna isə “istina” deyilir.

Əleyhində hökm olunan şəxs, hökmün üsul və qanuna zidd olduğunu iddia etməməklə birlikdə düzgün qərar verildiyinə də qənaət gətirə bilməmiş, bu səbəblə incələnməsini istəmiş olarsa onda “təmyiz”dən bəhs edilə bilər. Təmyiz incələməsini aparan məqam məhkəmə deyilsə, yalnızca hökmü pozmur, yenidən mühakimə üçün məhkəməyə qaytarır. İkinci hakim və ya təmyiz məqamına görə təsdiq olunan hökmlər dəqiqləşmiş olur. 151


f-Hakim və mühakimə ədəbi
Mühakimənin düzgün bir şəkildə aparılması, hökmün doğru verilməsi, haqqın sahibini və yerini tapması baxımından faydalı olan bəzi xüsuslar Rəsulullah (səs)152 və müctəhid imamlar tərəfindən tövsiyə edilməklə “hakimin mühakimə əsnasında riayət etməsi lazım gələn” ədəbləri təşkil etmişdir.

  • Hakim, mühakimədə alış-veriş və zarafat etmək kimi mühakimənin vüqar və etibarını aparacaq davranışlar etməməlidir.




  • Hakim tərəflərdən birinin hədiyyəsini qəbul etmək, dəvətinə iştirak etmək, tərəfini saxlamaq hissini oyandıracaq bir davranışa yol verməkdən olmaqdan çəkinməlidir.

  • Hakim davaları əks başqa olmadıqda öz sırasına görə araşdırmalı, ehtiyac olanda da ətrafındakı alimlərlə müşavirə keçirtməli və fitva soruşmalıdır.

  • Hakim nifrət, kədər, aclıq və yuxu qələbəsi kimi sağlam düşünməyə mane olacaq vəziyyətlərdə hökm verməməlidir...153

OXU MATERİALI



ALLAH TƏALA BUYURUR
“Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edir. Həqiqətən, Allahın bununla sizə verdiyi öyüd necə də gözəldir. Əlbəttə, Allah (hər şeyi eşidən və görəndir.)

Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar sahiblərinə itaət edin. Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və peyğəmbərə həvalə edin! Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır.”154

“Ey iman gətirənlər! Allah qarşısında (borcunuzu yerinə yetirməkdə ) sabit qədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır. ”155

6-H İ S B Ə


a-Möhtəsibliyin Mahiyyəti:

Hisbə, İslam dövlətində dövlət mühasibəsi və nizamlama təşkilatı olaraq fəaliyyət göstərir. Bu təşkilatın başçısına möhtəsib deyilir.

İslam dünyasında, Hz. Peyğəmbər dövründən etibarən varlığı bilinən hisbə,156 Hz. Ömərin xəlifəliyi dövründə tam təşkilatlı bir müəssisə halına gəldi. Yaxşılıqları əmr etmək və pisliklərdən uzaqlaşdırmaq məqsədi ilə qurulan bu təşkilatın157 rəhbərlik edən möhtəsib, ehtisab əmini, ehtisab ağası kimi adlarla xatırlanan vəzifəliləri vardır.

Dinin xoş qarşılamayıb çirkin gördüyü hər cür pislikləri ortadan qaldırmağa çalışan bu təşkilat, İslamda yaxşılığın əmr edilməsi, pisliklərdən uzaqlaşdırılmasına nəzarət edirdi və bu iş bütün müsəlmanların ortaq bir vəzifəsi idi.158 Ancaq, digər bəzi əmrlərdə olduğu kimi, bunun da bir qrup müsəlman tərəfindən icra edilməsi, digərlərini məsuliyyətdən qurtarırdı. Bu səbəblə də, İslam müəssisələri arasından həmin vəzifəni öhdəliyə götürən yeni bir müəssisə yarandı. Bu müəssisə də “ehtisab” və ya “hisbə” idi.

İslamın ilk dövrlərindən etibarən, geniş səlahiyyətlərlə təchiz edilən möhtəsibin bu səlahiyyət və vəzifələrinin hamısını, günümüzdə yalnız bir təşkilatda cəm etmək mümkün deyildir. Həmin təşkilatın bir qismi fiqhin, bir qismi də xəlifənin rəyindən yaranan (idari) xüsuslardır.159

Bunun üçün möhtəsib, cəmiyyətdə rahatlığın təmin edilməsində mühüm dərəcədə rol oynayan bir vəzifəsi olan şəxsdir deyə bilərik.

Haqq və hüquq məfhumları, İslamın təməl ünsürlərindəndir.

Bu səbəblə cəmiyyət həyatındakı münasibətlərin bu prinsiplər işığı altında cərəyan etməsi lazımdır. İslam hüququna görə haqqlar, “Allah haqqı” və “insan haqqı” olmaqla iki hissəyə ayrılır. İnsan haqları, sadəcə fərdi maraqlandırdığı kimi, tətbiqi, həyata keçirilməsi də yenə fərdin özünü maraqlandırır. Bunun əksinə heç bir şəxsin haqqına toxunulmayaraq, yalnız Allaha aid bir haqq itirilərsə, günahkarın cəzası, “haqqullah” hökmünə mə’ruz qalır. Bu halda hər mömin, günahkarı, Allah rizası üçün tutub layiq olduğu təzirə (cəzaya) cəlb etməsi üçün, onu hakimin qarşısına çıxarmaq haqqına sahibdir. Belə bir təqibə “də’vəl-hisbə” deyilir.

Bunun üçündür ki, Allah haqqını itirənləri, bu tərzdə izləmək haqqından da möhtəsiblik vəzifəsi yaranmışdır.160 Demək olar ki, möhtəsibin vəzifəsi harada və nə cür olursa olsun gördüyü münkəri (pisliyi) ortadan qaldırmaqdır161 deyə bilərik.

Daha əvvəl bildirildiyi kimi, Hz. Peyğəmbər (səs) dövründən etibarən varlığı bilinən bu təşkilatın, bütün müsəlman dövlətlərdə mühüm yer tutduğu bir həqiqətdir. İslam dünyasında tam təşkilatlı bir müəssisə olaraq Hz. Ömərin xəlifəliyi dövründə ortaya çıxan hisbə, Əməvi, Məmluk, Səfəvi və Osmanlı kimi dövlətlərdə mühüm xidmətlər icra etmişdir. Elə başa düşülür ki, Osmanlıya qədər bu müəssisə, bütün İslam ölkələrində o qədər rəğbət görüb yayılmışdır ki, möhtəsibi olmayan bir ölkə düşünülə bilməzdi. Hətta Osmanlılarda hakimi olan bir qəza mərkəzinin də bir möhtəsibi var idi.162


İslam ölkələrində hakimlər, cəza, ticari, və hüquqi məhkəmələrin tamamına baxma səlahiyyətinə sahibdirlər. Ancaq, məhkəmə funksiyasının felən işlədilməsi hakimlərin ixtiyarında deyildi. Bu səbəbdən hisbə təşkilatının rəisi olan möhtəsib də bəzən bu funksiyanı icra edə bilərdi. O, hakimin ədaləti yerinə yetirməsində köməkçi olduğu kimi, az da olsa bir mühakimə səlahiyyətinə sahib idi. Hətta, vəzifəsi ilə əlaqəli hadisələrdə şahid, sübut və isbat axtarmadan hökm verə bildiyi üçün, bəzi hadisələrdə hakimdən daha üstün olduğu iki mövzu var:
1.Möhtəsib, Əmr bil-maruf və nəhy anil-münkər kimi açıq günahların xaricindəki hadisələrdə də nəzarət və araşdırma edə bilərdi.

2.Möhtəsib, dövlət sultanına güvənərək səlahiyyətini işlədər, köməkçilərdən istifadə edər və qorxuda bilərdi. Halbuki hakimlikdə ədalət şərt olduğundan qorxutmaq mümkün deyildi.163
b-Möhtəsibin Vəzifə və səlahiyyətləri:

Müxtəlif qaynaqlarda möhtəsibin vəzifə və səlahiyyətləri anladılmış olmaqla birlikdə bunlardan bir qisminə müxtəsər toxunmaq istəyirik. Həqiqətən, yaxşını əmr etmək və pislikdən uzaqlaşdırmaq məqsədilə qurulan ehtisab təşkilatı, şəriətə uyğun hərəkət edilməsini təmin edərdi. Möhtəsib, Müsəlmanların yaşadığı bölgələrdə, onların Cümə namazları üçün məscidə getmələrinə diqqət edər, sayları qırxı aşan qruplarda camaat təşkilatının qurulmasını təmin edərdi. Ramazan ayında açıq-aşkar oruc yeyənlər, içki içib sərxoş olanlar, iddət gözləmədən evlənən qadınlar, qadağan edilmiş musiqi alətlətrini çalanlar ancaq ona hesab vermək məcburiyyətində idilər. Möhtəsib həm də geniş bir təzir (cəza vermə) səlahiyyətinə də sahib idi. Məktəbləri təftiş edər, tələbələri həddindən artıq döyən müəllimləri cəzalandırar, düşmənın əlinə keçdiyi vaxt işinə yaraya biləcək hər cür hərb ləvazimatının satışını qadağan edərdi. Bazarların nizam intizamını təmin etməyə, tərəzilərə nəzarət etməyə, şəriətə istehza edənləri izləməyə, qonşu haqqına təcavüzün qarşısını almağa, zimmilərə (müsəlman olmayan vətəndaşlara) aid binaların müsəlmanlarınkından daha hündür tikilməməsinə diqqət yetirməyə qədər çatan səlahiyyətlərə sahib idi.

Başlanğıcda hisbə təşkilatı, İslam cəmiyyətinin yaxşılıqları əmr etmək və pisliklərdən çəkindirmək surətilə ictimai asayiş və hüzuru təmin edən dini bir müəssisə olaraq ortaya çıxmışdı. Ancaq bu müəssisənin, təşkilindən etibarən fərqli və çoxyönlü vəzifələri yerinə yetirdiyinə toxunuldu.164

Möhtəsibin vəzifələrini ümumiyyətlə üç qrupda cəm etmək mümkündür.

Bunlar:


  1. İqtisadi və İctimai həyatla əlaqəli olanlar,

  2. Dini həyatla əlaqəli olanlar,

  3. Ədliyyə ilə əlaqəli olanlar.


c-İşləmə metodu:

İslam mənbələrində165 möhtəsibin vəzifəsini yerinə yetirərkən təqib edəcəyi metod və müraciət edəcəyi çarələrə də toxunulmuşdur. Bu baxımdan, onun mövqeyi və tə’ziri, işlədilən felə görə yüngüldən ağıra doğru; bilmək, xəbədarlıq etmək, öyüd vermək, danlamaq, əl ilə müdaxilə edib düzəltmək, dəyənək ilə təhdid etmək, dəyənək vurmaq, silah işlətmək olaraq sıralanmışdır.



Möhtəsib, bütün bu işləri edərkən, iki şeyə sahib olmalıydı. Bunlardan biri bilik, digəri də qüdrətdir. Bu baxımdan müdaxilə etdiyi hadisənin İslamdakı yerini bilmək məcburiyyətindəydi. Bununla da o səhv bir hərəkətin meydana gəlməsinin qarşısını almış olur. Yəni müdaxilə etdiyi hadisəni ortadan qaldıracaq gücə sahib olmalıydı. Əgər, möhtəsib münkəri ortadan qaldıracaq gücə sahib olmasaydı, hisbədə acz meydana gələrdi.


Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin