rilir. Administrasiyanın səlahiyyətləri məhz bu mənada'eyni zamanda
nəzarət - yurisdiksion əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikasında inzibati hüququn prinsipləri dedikdə
inzibati hüququn mahiyyətini əks etdirən əsas ideyalar, tələblər,
müddəalar başa düşülür.
İnzibati hüququn prinsipləri öz məzmununa və məqsədinə görə iki
qrupa bölünür: konstitusion (ümumi) prinsiplər və xüsusi prinsiplər.
Konstitusion (ümumi) prinsiplərə aşağıdakılar aiddir;
qanunçuluq; demokratiya; humanizm;
vətəndaşlann qanun və tətbiqedici qarşısında bərabərliyi; dövlət
və şəxsiyyətin qarşılıqlı məsuliyyəti; insan və vətəndaş hüquqlarına və
azadlıqlarına
hörmət edilməsi;
təqsirsizlik
prezumpsiyası;
ədalətsizlik.
Xüsusi prinsiplərə aşağıdakı prinsiplər aiddir: dövlət
qulluğunun keçirilməsi qaydası; inzibati məsuliyyət
prinsipi;
inzibati xətalar haqqında işlərin icraatı prinsipləri və s.
Bu prinsiplərin həyata keçirilməsində yeganə məqsəd Azərbaycan
Respublikasının inzibati xətalar qanunvericiliyinə, konstitusiyasına,
hamılıqla qəbul edilmiş beynəlxalq hüququn normalarına və
prinsiplərinə əsaslanır. İnzibati məsuliyyəti müəyyən edən normalar və
inzibati xətalar törətmiş şəxsin əməlləri yalnız Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsinə daxil olduqdan sonra tətbiq
edilir. İnzibati hüquq sahəsini təşkil edən hüquq normalarının təhlili
nəticəsində bu hüquq sahəsinin mahiyyəti, onun sosial təminatı və
ictimai
münasibətlərin
inzibati
hüququ
tənzimləməsinin
özünəməxsusluğu ilə Azərbaycan Respublikasının hüquq sistemində yeri
müəyyən olunur.
Hüquq norması öz hüquqi təyinatına görə müəyyən davranış
qaydasıdır ki, ona əməl olunması müxtəlif növ təşkilati, izahedici və
sistemləşdirici vasitələrlə təmin edilir. Ona riayət etməyənlərə qarşı isə
hüquqi məcburetmə tədbirləri tətbiq olunur (intizam, inzibati və cinayət
məsuliyyəti).
Beləliklə, inzibati hüquq norması dövlət idarəetməsi və icra
hakimiyyəti mexanizminin fəaliyyəti sahəsində yaranan,
dəyişən və xi
106