Azərbaycan respublikasi naziRLƏr kabineti yaninda


Çapa tövsiyə edən: Gəncə Dövlət Universiteti



Yüklə 1,14 Mb.
səhifə21/76
tarix02.01.2022
ölçüsü1,14 Mb.
#2435
1   ...   17   18   19   20   21   22   23   24   ...   76
Çapa tövsiyə edən: Gəncə Dövlət Universiteti
Rəyçilər: filologiya elmləri doktoru N.Seyidəliyev

filologiya elmləri doktoru,professor T.Quliyev

Məhəbbət Əsədova

AMEA, Nəsimi adına Dilçilik İnstitutu

filologiya üzrə fəlsəfə doktoru
ƏVƏZLİKLƏRİ DİSKURS ÇƏRÇİVƏSİNDƏ VƏ DİSKURSDAN XARİCDƏ FƏRQLƏNDİRƏN TERMİNLƏR
Açar sözlər: termin, anafora, katafora, endofora, epifora.

Ключевые слова: термин, анафора, катафора, эндофора, эрифора.

Key words: term, anaphora, cataphora, endophora, epiphora.
Öz orijinallığı ilə fərqlənən, leksik məna deyil, leksik-qrammatik semantikaya malik olan və əsas nitq hissələrindən biri kimi dəyərləndirilən əvəzliklər kəmiyyət etibarı ilə digər nitq hissələrindən az olmasına baxmayaraq həm şifahi, həm də yazılı nitqdə yüksək işlənmə tezliyinə, intensivliyə malikdirlər. Belə işlənmə intensivliyi onların demək olar ki, hər bir mətn parçasında, nitqdə yer almasına səbəb olur. Şifahi və yazılı nitqdə və eləcə də dildə qənaət edilmək, tavtologiyaya yol verməmək, fikri daha yığcam çatdırmaq məqsədi ilə işlədilən əvəzliklər mətn daxilində, kontekst çərçivəsində və eləcə də kontekstdən kənarda bir sıra funksiyalar daşıyır. Bu funksiyalar dilçilikdə müxtəlif terminlər adı altında işarələnir. Məsələn, müasir dilçiliyin ən gənc sahəlrindən olan mətn dilçiliyinin tədqiqat obyekti olan mürəkkəb sintaktik bütövlərin komponentlərinin əlaqələndirilməsində Q. Kazımov əvəzliklərinin rolunun daha böyük olduğunu vurğulayır [1, 464]. Belə ki, frazafövqü vahidi təşkil edən komponentlərin bir-birinə bağlanmasında, əlaqə­lən­məsində təşkiledici rol oynayan vasitələrdən biri kimi əvəzliklər [2, 112-118] diskurs çərçivəsində bir sıra əlaqələr yaratmaları ilə diqqəti cəlb edirlər. Deyiktik və referentiv xassəli əvəzliklərin mürəkkəb sin­tak­tik bütövün komponentlərin arasında yaratdığı əlaqə endoforik əlaqə kimi dəyərləndirilir. Endofora mətn və yaxud diskurs içərisində bir ifadənin digər bir ifadəyə ya ondan əvvəl, ya da ondan sonra olan çarpaz istina­dı­dır [3]. Endoforik istinad mətn içərisində kiməsə, və ya nəyəsə istinadən üçüncü şəxs əvəzliyinin, yaxud da başqa bir leksik vahidin işlən­məsidir. Belə istinad zamanı bir ifadə digər ifadəni izah etmək üçün lazım olan məlu­matı, informasiyanı təmin edir. Endoforik əlaqə deyəndə həmçinin tez-tez bir ifadənin başqa bir ifadəyə istinadı anlaşılır. Yəni mətndə işlə­dilən söz, fikir, anlayış təkrar olunmamaq, üçün əvəzliklə əvəzlənir və əvəzliklə təkrarlanır. Endoforik əlaqə ən çox əvəzliklərlə əvəzlənən sözlər və əvəzliklər arasında təzahür edir. Məsələn:

If you are looking for my master, ma’am, he is walking towards the little copse (Jane Austen. Pride and Prejudice.).

-Have you heard from my uncle?- Yes, I have had a letter from him by express (Jane Austen. Pride and Prejudice.).

Jane ran to her uncle and aunt, and welcomed and thanked them both, with alternate smiles and tears (Jane Austen. Pride and Prejudice).

Yuxarıda qeyd olunan mürəkkəb sintaktik bütövlərin əvvəlki kompo­nentlərində verilmiş ismi birləşmələr sonrakı hissədə əvəzliklərlə təkrar olunaraq hər iki komponentlərin əlaqələnməsinə və ya inteq­ra­si­ya­sı­na səbəb olmuşdur. Birinci cümlədə şərt budaq cümləsində işlənən sözö­nülü tamamlıq funksiyasında işlənən “for my master” birləşməsi baş cümlədə “he” III şəxs tək əvəzliyi ilə təkrar olunaraq komponentlərin bir-birinə bağlaşmasına səbəb olur. İkinci dialoq şəklində olan mətndə “from my uncle” sözönülü tamamlığı “from him” birləşməsi ilə, Ücüncü cümlədə isə “her uncle and aunt” ismi birləşməsi “them both” kimi “onların hər ikisi” obyekt halda olan şəxs əvəzliyi və təyin əvəzliyinin birləşməsindən ibarət olan birləşmə vasitəsilə təkrar olaraq frazafövqü vahidi təşkil edən hissələr arasında inteqrasiyanı ortaya qoyur.

Endoforanın əsas olaraq iki növü fərqləndirilir [4]:


  1. Anafora

  2. Katafora

Bəzi tədqiqatlarda anafora geri istinad kimi dəyərləndirilir [5]. Öz tədqi­qatında deyiktik elementlərin, yəni əvəzliklərin mətnyaradıcı im­kan­ların­dan bəhs edən A. Məmmədov onların mətn çərçivəsində də əv­vəlki kontekstə işarə funksiyalarını stilistik və linqvistik hadisə olan anafora adı ilə göstərir və anaforik “əlaqə tipi sonrakı formanın məzmununun əvvəlki formalardan birində tam şəkildə açıqlanması”dır. Müəllif eyni za­man­da mürəkkəb sintaktik bütövdə anafora strukturunun komponentləri ara­sında xüsusi spesifik münasibətlə aşkarlandığını və anafora çərçi­və­sin­də müxtəlif semantik əlaqələrin özünü büruzə verdiyini” qeyd edir [5, 43]. Anaforik əlaqə ilə komponentlərin əlaqələnməsi və birləşməsi “retros­peksiya” vasitəsilə mətn komponentlərinin bağlanması adlanır [5, 44]. K. B. Hacıyeva anaforik təkrarlarla mətn komponentlərinin bir-birinə bağlanmasını “əvvəlki komponentdəki sözün növbəti kom­po­nent­də əvəzliklə təkrar edilməsilə bağlanması” kimi dəyərləndirir [6, 132]. Ə. Abdullayev “anaforik əlaqədə əvvəl gələn formadakı fikir- məna­nın sonra gələn forma ilə açıl“dığını qeyd edir [7, 154]. Belə ki, əvvəl gələn cümlədəki antesedent hansı sözlə ifadə olunmağından asılı olmayaraq, sonrakı cümlədəki təkrar yunanca “deiknümi” sözündən olan və “göstərmək” mənası verən [8, 50] deyiksislərlə, yəni işarə mənalı sözlər­lə, daha dəqiqi desək əvəzliklərlə ifadə olunur. Beləliklə, cümlələr arasın­da anaforik əlaqə, ümumi bağlılıq yaranır ki, bu da dilçilikdə latınca kohaesus sözündən götürülmüş və “bağlı, bağlanmış, qoşul­muş” məna­la­rı­nı özündə əxz edən koqeziya termini ilə adlanır [1,448]. Anafora əsa­sın­­da koqeziya yaradan nümunələrə diqqət yetirək:

If my children are silly, I must hope to be always sensible of it (Əgər mənim uşaqlarım səfehdirlərsə, mən bunu həmişə hiss etməliyəm).( Jane Austen. Pride and Prejudice.)

-Is my father in town?- Yes, he went on Tuesday as I wrote you word (-Mənim atam şəhərdədir?- Bəli, Sənə yazdığım kimi o çərşənbə axşamı getdi).( Jane Austen. Pride and Prejudice.)

Tural dişlərini qıcıyıb dözürdü, ondan nə bir inilti, nə də bir zırıltı çıxırdı (Anar “Seçilmiş əsərləri 1”).

Birinci cümlədə “it” işarələyici əvəzliyi (“demonstrative pronoun it”) [9, 244] bütöv bir şərt budaq cümləsini əvəz etmiş və anaforik əlaqə ilə cümlələr bir-birinə bağlanmışdır. İkinci cümlədə “he”III şəxs tək kişi cinsi əvəzliyinin sayəsində “my father” birləşməsi əvəz olunmuş və kom­po­nentlər arasında anaforik əlaqə bağlılıq- koqeziya təzahür tapmışdır. Ə. Abdullayev komponentlər arasında anaforik və katoforik əlaqə yaradan işarə əvəzliklərinin mətn daxilində “əsas funksiya- identifikasiya funksiyasını” yerinə yetirdiyini qeyd edir [10, 152].

Yazıçı Anardan gətirdiyimiz iqtibasda da cümlənin əvvəlində verilən “Tural” xüsusi ismini sonrakı hissədə çıxışlıq halında olan “o” əvəzliyi əvəz edərək komponentlər arasında naforik əlaqə yaradır.

Katafora isə irəli istinad olaraq qəbul olunur [5]. Katafora bir ifadənin, yaxud dil vahidinin ardınca gələn, ondan sonra nitqdə işlənən digər ifadəyə olan istinadıdır [11]. Sonrakı ifadə əvvəldə gələn və ona aid olan ifadənin izah edilməsi üçün məlumat daşıyıcısı olur. Kataforik əlaqə anaforik əlaqənin əks istiqamətdə olması kimi də dəyərləndirilir [6, 132]. Bu o deməkdir ki, mürəkkəb sintaktik bütövün əvvəlki komponentində işlənən deyiktik elementin, yəni əvəzliyin izahı sonrakı komponentdə öz əksini tapır. A. Məmmədov katoforik əlaqəni mətnin struktur vahidləri arasında “əvvəlki formanın məzmunun sonrakı formalardan birində açılan və yaxud konkretləşdirilən proses ilə səciyyələndirilən əlaqə tipi” kimi izah edir [5, 44]. Katafororik əlaqə ilə mətn komponentlərinin əlaqələnməsinə diqqət yetirək:



From his garden, Mr. Collins would have led them round his two meadows, but the ladies not having shoes to encouner the remains of a white frost, turned back. ( Jane Austen. Pride and Prejudice.) (Cənab Kollinzonları bağından iki çəmənliyinə aparacaqdı, ancaq xanımlar ağ şaxtanın qalıqları ilə üzləşmək üçün yararlı ayaqqabıları olmadığından geri qayıtdılar.)

And my mother- How is she? – My mother is tolerably well, I trust. (Jane Austen. Pride and Prejudice.) (-Bəs mənim anam?- O necədir?- Mənim anam olduqca yaxşıdır.)

Onda bax bunu ora atarsan. Bu bizim torpaqdır. (Anar “Seçilmiş əsərləri 1”). Bu iqtibasda verilmiş “bu” təsirlik halda olan işarə əvəzliyi ikinci cümlədə “bizim torpaqdır” birləşməsi ilə təkrarlanır və mətni təşkil edən komponentlərin əlaqəsi katafora ilə reallaşır.

Birinci mürəkkəb sintaktik bütövü təşkil edən tabesiz mürəkkəb cümlənin birinci komponentində verilmiş “them” obyekt halda olan III şəxs cəm şəxs əvəzliyinin, ikinci komponentdə “the ladies” – xanımlara ünvanlandığı məlum olur. İkinci mürəkkəb sintaktik bütövü təşkil edən cümlələr arasında bağlılıq həm anaforik, həm də katafori əlaqə əsasında reallaşmışdır. Belə ki, birinci cümlədə verilmiş “my mother” yiyəlik əvəzliyi ilə təyinlənən isim ikinci cümlədə “she” – qadın cinsli III şəxs tək əvəzliyi ilə anaforik əlaqə yaradaraq retrospeksiya vasitəsilə ilə bağlanır. Ancaq ikinci cümlədə verilmiş “she” əvəzliyi də öz növbəsində növbəti cümlədə “my mother” ismi birləşməsi ilə izahlanır və frazafövqü vahidləri təşkil edən komponentlər bir-birləri ilə proqresiya vasitəsilə bağlanaraq katoforik əlaqə əsasında inteqrasiya olunurlar.



Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin