Azərbaycan respublikasi naziRLƏr kabineti yaninda



Yüklə 1,14 Mb.
səhifə18/76
tarix02.01.2022
ölçüsü1,14 Mb.
#2435
1   ...   14   15   16   17   18   19   20   21   ...   76
Konsertdəyəm, oturmuşam,

Səhnədə çalan oğlandı.

Zalda xeyli tamaşaçı,

Səhnədə çalan oğlandı (Ü.Bünyadzadə) [14; 42].

Elə oradaca əlüstü müsamirədə Yavər Kələntərlini müşayiət edəcək musiqiçilər də müəyyənləşdirildilər [17 ].

Bu nümunədə müsamirə sözü “konsert” mənasını ifadə etdiyi halda digər nümunələrdə bu leksemin daha geniş məna spektri sərgilədiyini müşahidə etmək olar. Bir gün Zibеydənin anası gənclər üçün еvində bir müsamirə tərtib еtmişdi – хanım mənsub оlduğu zadəgan ənənələrini çох sеvərdi. Dоktоr bu müsamirədə bütün səmimiyyəti ilə iştirak еtdi. (Y.V.Çəmənzəminli) [15; 263]. Təqdim edilən nümunədən də göründüyü və eləcə də dilimizin izahlı lüğətində qeyd edildiyi kimi, müsamirə sözünün özünün konsert sinonimindən daha fərqli məna, yəni “bir şeyə həsr olunmuş axşam tamaşası” [2; 429] anlamını əks etdirə bilir. Kübarlar adlı-sanlı xanəndələrin, rəqqasələrin, musiqiçilərin iştirakı ilə müsamirələr keçirərdilər. İlin axırında, dekabr ayının əvvəllərində ənənəvi müsamirə verilərdi. …. Bu ənənə­vi müsamirələri idarə edən Hacı Zeynalabdin Tağıyev idi. [16 ; 9].Onu da qeyd edək ki, müasir Azərbaycan dilində işləkliyi yüksək olmasa da, müsamirə sözünün hal-hazırda daha fərqli məna spektrində çıxış etdiyini də diqqət­dən qaçırmaq ol­maz. 16 aprel 2013-cü il tarixində Qız Qalası qalereyasında məş­hur rəssam Asim Rəsuloğlunun rəsmlərinin sərgisi keçmişdir. ASPI Winery şirkəti bu tədbirin şərab sponsoru kimi çıxış etmişdir. Müsamirədə Bakının yara­dıcı ziya­lıların nümayəndə­ləri, tanınmış rəssamlar, musiqiçilər, heykəltəraşlar, diplomatlar və xarici qonaq­lar var idi. [18].Nümunələrdən də aydın şəkildə göründüyü kimi, is­tər müsamirə sö­zünün funksional məhdudluğu, istərsə də daha geniş məna tutumu onun konsert sözü ilə dubletliyi iddiasının doğru olmadığını tam əyaniliklə ortaya qoyur.





Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin