Azərbaycan Respublikası


 Tədqiqat fəaliyyətini məhdudlaşdıran amillər



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə3/9
tarix07.12.2016
ölçüsü0,71 Mb.
#986
1   2   3   4   5   6   7   8   9

 

2.3. Tədqiqat fəaliyyətini məhdudlaşdıran amillər  

Tədqiqat  zamanı  müxtəlif  səbəblər  üzündən  nəticələr  gecikdirilmişdir.  Tədqiqatın  həyata 

keçirilməsi  bir  neçə  ay  gecikdirilmiş,  tədqiqatı  həyata  keçirən  müəssisələr  tədqiqat 

metodologiyasını bir neçə dəfə dəyişdirmişdir. Tədqiqatçılar qrupu müxtəlif nazirliklərdən (SN-dən 

və TN-dən) statistik məlumatları gec almışdır.  

 

Tədqiqat  zamanı  rast  gələn  problemlərdən  biri  də  sorğu  keçirən  qrupun  nazirliklərdən  verilən 



ünvanların  bir  qismində  ƏU-ın  olmaması  idi.  Həmin  ünvanlardan  qrupa  verilən  cavablar 

aşağıdakılardan ibarət olmuşdur: 

 

ƏU köçüb getmişdir,  



 

Bəzi hallarda isə həmin ünvanda heç bir ƏU olmamışdır (ola bilsin ki, bu valideynin öz əlil 

uşağı barədə məlumat vermək istəməməsi ilə bağlı idi).   

Buna bənzər hallara ən çox Sumqayıt və Bakı şəhərlərində  rast gəlinmişdir.  

 

Əksər  hallarda  müsahiblər  və  tədqiqat  iştirakçıları  özlərinin  və  əlilliyi  olan  uşaqlarının  rast 



gəldikləri  çətinliklər  və  məsələlər  barədə  bəzi  suallara  çox  ehtiyatla  cavab  verirdilər.  Müsahibə 

götürən  şəxslər  iştirakçıların  adlarının  gizli  saxlanacağını  müsahibə  əsnasında  iştirakçılara  izah 

etmək üçün müəyyən vaxt sərf etməli olurdular.     

 

Müşahidə  əsnasında  rast  gələn  ən  mühüm  maneə  müəllimlərin  öz  fəaliyyətlərinin  müşahidə 



edilməsini  və  ola  bilsin  ki,  tənqid  edilməsini  istəməmələri  idi.  Müşahidələrdə  iştirak  edən,  o 

cümlədən  evlərdə  dərs  keçən  müəllimlərə  tədqiqatçıların  gəlməsi  barədə  əvvəlcədən  məlumat 

verilmişdi.  Tədqiqat  göstərdi  ki,  belə  vəziyyətdə  bəzi  müəllimlər  dərs  planına  riayət  etmirdi  və 

siniflərdə  öz  gündəlik  işlərini  yerinə  yetirmək  əvəzinə,  öz  peşələrinin  və  iş  üslublarının 

xüsusiyyətlərini  tədqiqat  qrupunun  üzvlərinə  izah  edirdilər.  Müşahidə  olunan  bir  çox  siniflərdə 

müəllimlər  öz  işlərinin  nəticəsini  nümayiş  etdirməyə  çalışır  və  uşaqlardan  əldə  etdikləri  bilikləri 

tədqiqatçılar üçün nümayiş etdirmələrini xahiş edirdilər. 

 

Tədqiqat  qrupunu  siniflərə  və  ƏU-ın  evlərinə  aparan  məktəb  direktorlarının  və  yaxud  baş 



müəllimlərin iştirakı da müşahidə olunan dərslərin təbii keçməsinə mənfi təsir göstərən amillərdən 

biri  idi.  Müşahidələr  göstərdi  ki,  müəllimlər  müstəqil  surətdə  qərar  qəbul  etmir  və  rəhbərliyin 

tapşırıq və göstərişlərinə əməl edirdilər.  

 

3. Nəticələr 

 

Bu  bölmədə  tədqiqatdan  əldə  olunan    məlumatların  təhlilinin  nəticələri  göstərilir.  Burada  təhsil 



imkanları  və  çətinlikləri  ailə,  dövlət  və  qohumlar  tərəfindən  göstərilən  dəstək,  maraqlı  tərəflərin 

gözlədikləri  nəticələr,  ƏU-a  tolerant  münasibət,  ƏU-a  təhsil  və  əlavə  xidmətlərin  göstərilməsi 

müzakirə  olunur.  Bundan  əlavə,  bu  bölmədə  yerli  qanunvericilik  uşaq  hüquqlarına  dair  əsas 

beynəlxalq sənədlərlə müqayisə edilir,  təhsil xidmətləri və əlavə xidmətlər təhlil olunur.  

 

                                                                                                                                                                  



Əvvəlcə Yevlax nümunələrə daxil edilməmişdi. Yevlax Dövlət İnkluziv təhsil proqramının sınaq ərazilərindən biri olduğuna görə, 

onu tədqiqat nümunələrinə daxil etmək qərara alındı.  

7

 Sorğu qrupu kiçik səhvə yol verdi və valideynlər arasında lazım olmayan əlavə 21 sorğu keçirdi. 



 

8

 



Yevlaxda bu sınaq layihəsi TN, Beynəlxalq tibb korpusu və Təhsildə yeniliklər mərkəzi ilə birlikdə həyata keçirilirdi. 

 


 

 



3.1. Təhsil imkanları 

Bu  tədqiqat  nəticəsində  məlum  oldu  ki,  ölkənin  qanunvericiliyində  xüsusi  təhsil  xidmətlərinə 

ehtiyac  duyan  uşaqlar  üçün  müxtəlif  təhsil  imkanları  təklif  olunur.  Tədqiqatın  nəticələrindən  biri 

ondan  ibarət  idi  ki,  hökumət  nümayəndələri  ƏU-a  təhsil  xidmətlərinin  göstərilməsini  dövlətin 

birinci  dərəcəli  vəzifəsi  hesab  edirdilər  və  onların  fikrincə,  hökumət  diqqətdən  kənarda  qalan 

uşaqların  təhsil  hüquqlarını  həyata  keçirməyə  imkan  yaradan  strategiyalar  qəbul  etməli  və  yerinə 

yetirməli  idi.  Hökumət  nümayəndələri  bildirdilər  ki,  son  illərdə  hökumət  bir  neçə  müvafiq  qərar 

qəbul  etmişdir,  lakin  onu  da  etiraf  etdilər  ki,  hələ  çox  iş  görülməlidir.

9

  Müsahibə  verən  hökumət 



nümayəndələrinin  uşaq  müdafiəsinə  dair  beynəlxalq  qanunlar  və  konvensiyalar  haqqında  geniş 

təsəvvürləri  vardır  və  onlar  həmin  qanun  və  konvensiyaların  müddəalarını  qəbul  etdiklərini 

bildirdilər..  Tədqiqat  nəticəsində  əldə  edilən  məlumatlara  uyğun  olaraq,  sorğuda  iştirak  edən 

valideynlərin təxminən 84%-i bildirmişdir ki, onların əlilliyi olan uşaqları bu və ya digər  şəkildə 

təhsilə  cəlb  olunublar.  Bundan  əlavə,  valideynlər  və  təhsil  işçiləri  əlilliyi  olan  uşaqlara  kömək 

edirlər: sorğuda iştirak edən valideynlərin 96%-dən çoxu, müəllimlərin isə təxminən 95%-i bildirdi 

ki,  onlar  əlilliyi  olan  uşaqların  təhsil  almalarına  tərəfdardırlar.  Belə  ki,  təhsil  almaları  ƏU-ın 

gələcəkdə  cəmiyyətə  inteqrasiyasına  və  ehtiyaclarının  ödənilməsinə  kömək  edəcəkdir.  Tipik 

uşaqların  valideynləri  də  əlilliyi  olan  uşaqlar  üçün  təhsil  xidmətlərinin  təşkil  edilməsinə  tərəfdar 

olduqlarını  bildirdilər.  Nəticələr  onu  göstərir  ki,    ki,  ƏU-ın  tələbatını  ödəmək  üçün  ev  təhsili, 

inkluziv  və  inteqrativ  sinif  otaqları,  xüsusi  məktəblər  kimi  müxtəlif  təhsil  xidmətləri  mövcuddur. 

Lakin  ƏU-ın  tələbatını  ödəyə  bilmək  üçün  həmin  xidmətlərin  heç  biri  infrastruktur,  müəllim 

hazırlığı,  tətbiqi  üsullar  və  s.  kimi  imkanlara  malik  deyildir.  Bütün  xidmətlərin  qeyd  olunan 

formaları bu hesabatın sonrakı hissələrində ətraflı şəkildə şərh ediləcəkdir.  



 

3.1.1. Evdə təhsil 

Bu  tədqiqat  nəticəsində  məlum  oldu  ki,  ƏU  üçün  ən  çox  göstərilən  təhsil  xidməti  ev  təhsilidir 

(cədvəl  1).  Ümumiyyətlə  sorğuda  iştirak  edən  valideynlərin  təxminən  yarısı  (48.5%)  bildirdi  ki, 

onların uşaqları evdə təhsil alır.  

 

Bu  təhsil  növü    şəhərlə  müqayisədə  kəndlərdə  üstünlük  təşkil  edir:  kəndlərdə  yaşayan  ƏU-ın 



təxminən 64%-i evdə təhsil alır, şəhər uşaqlarının isə 44,4%-i evdə təhsil alır. Sorğuda iştirak edən 

51 məktəbdən 11-i bildirdi ki, o, ya ev məktəbi, ya da ümumtəhsil məktəb olaraq ƏU-a ev təhsili 

xidmətlərini göstərir. Təhsilin bu növündə nəzərdə tutulduğu kimi, müəllim ƏU-ın evinə gedir və 

ona xüsusi kurrikulum əsasında dərs keçir.  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

                                                 

9

 Qanun və qaydaların tam siyahısı ilə tanış olmaq üçün lütfən bu tədqiqatın Strategiyalar, qaydalar, qanunlar bölməsinə baxın.



  

Qrafik 

1 . Əlilliyi olan uşaqlar üçün təhsil xidmətləri (%) 

 

48.5



 

15.8


 

3.5


 

7.7


 

24.1


 

0.0


 

10.0


 

20.0


 

30.0


 

40.0


 

50.0


 

60.0


 

Ev təhsili 

Ümumtəhsil məktəbdə 

İnkluzivinkluziv sinif

 

Xüsusi məktəb 



İnternat məktəbi

 

Ümumtəhsil məktəb  



 

Tədqiqat qrupu ev təhsili xidmətlərinin iki növünü müşahidə etmişdir: xüsusi ev təhsili məktəbləri 



yalnız evlərdə təhsil xidmətləri göstərirlər və daha çox şəhərlərdə fəaliyyət göstərirlər

10

, ümumtəhsil 



orta  məktəblər isə ev təhsilini əlavə xidmət kimi rayon və kəndlərdə fəaliyyət göstərirlər. Əvvəlki 

qaydalara uyğun olaraq, məktəb müəllimi ev təhsili üçün əlavə məvacib alır, yeni qaydalara uyğun 

olaraq isə, müəllimlər heç bir əlavə məvacib almadan, öz  direktorlarının göstərişi ilə evlərdə dərs 

keçirlər,  

 

Müşahidələr göstərir ki, fərdi ev təhsilinin keyfiyyəti çox aşağıdır. Dərslər ümumi otaqda, yaşayış 



otağında,  nahar  masasının  arxasında  keçilir.  Tədqiqatçıların  müşahidələrindən  bəzi  nümunələr 

aşağıda göstərilmişdir:   



 

“Uşağın anası mənə (tədqiqatçı) dedi ki, mənzil yenicə təmir edilmişdir; döşəmənin 

üzərində böyük xalça, otaqda yaxşı mebel, böyük televizor var idi. Biz dərslərin keçriildiyi 

masanın arxasında əyləşməyə dəvət olunduq. Televizor qoşulu idi və heç kim ona baxmırdı. 

Müəllim şagirddən dərslikləri və kağızları gətirməyi xahiş etdi. Dərs keçərkən müəllim 

uşağın anası ilə danışırdı və qızın əlilliyinin nədən ibarət olduğunu mənə izah etməyə 

çalışırdı.” 

 

“Biz uşağın evinə gedərkən müəllim uşağın ailəsinin çətinlikləri haqqında danışırdı və 

onların evində hətta oturmaq üçün stulun  belə olmadığını qeyd etdi. “Mən onlardan xahiş 

etdim ki, sizin üçün qonşudan bir stul  alsınlar,” deyə o, mənə müraciət etdi. Biz otağa daxil 

olduq, otaq demək olar ki boş lakin təmiz idi. Döşəmədə köhnə və çox qısa xalça var idi, və 

o, daş döşəməni tam örtmürdü, otaqda televizor, masa, divan, kreslo və böyük çarpayı var 

idi. Mən masanın arxasında iki kiçik kürsü gördüm. Müəllim mənə stullardan birini 

götürməyi təklif etdi, digərini isə özü götürdü; dərs almaq üçün masanın qarşısında üç qız 

dayanmışdı.  

Bakı evlərindəki müşahidələrdən qeydlər 



 

“Biz (tədqiqatçılar) kiçik qaranlıq dərs otağına daxil olduq. Mən divan üzərində uzanan 

yaşlı kişini gördüm; o, yatmışdı və ucadan xoruldayırdı. Televizor qoşulu idi və müəllim onu 

söndürməyi xahiş etdi. Müəllimin səsi yaşlı kişini oyatdı, o, uşağın anasına nə isə dedi. O, 

bir neçə dəfə öz narazılığını bildirdi, uşağın anası onunla xeyli danışdıqdan sonra o, otağı 

tərk etdi.” 

Sumqayıt evlərindəki müşahidələrdən qeydlər 



 

“Uşağın müəllimi gözlədiyi otaq kifayət qədər işıqlı deyildi. Masanın üzərində kitablar

kağızlar və güllər var idi. Biz işığı yandırmağı xahiş etdik; lakin elektrik lampasının da bir 

xeyri olmadı.”   

Yevlax evlərindəki müşahidələrdən qeydlər 

 

 

Bu hallar demək olar ki, bütün kənd və rayonlarında müşahidə olunurdu. Müvafiq  imkanlara malik 



olan ailələr öz uşaqları üçün ayrıca və sakit dərs otağı ayırmamışdılar və bu məsələ müəllimləri də 

narahat etməmişdir.  



 

3.1.2. İnteqrativ və inkluziv təhsil  

                                                 

10

 TN-in verdiyi məlumata



 

(2004) görə, ölkədə iki bu cür məktəb vardır, biri Bakıda, digəri isə Gəncədə yerləşir. TN bildirdi ki, 

təxminən 8000 ƏU evdə təhsil alır (2004).  


 

Valideynlər  arasında  keçirilən  sorğunun  nəticələrinə  uyğun  olaraq,  Azərbaycanda  ƏU-a  ən  çox 



göstərilən  ikinci  təhsil  xidməti  ümumi  məktəblərdə  verilən  təhsildir  (cədvəl  1    səh.    8.).  Sorğuda 

iştirak  edən  valideynlərin  təxminən  24%-i  bildirdi  ki,  onların  uşaqları  bu  sistem  vasitəsilə  təhsil 

almaq  imkanına  malikdirlər.  Lakin  sorğu  zamanı  təhsil  xidmətlərinin  hansı  tipə  aid  olduğu 

(inteqrativ,  inkluziv  və  ya  digər)  müəyyən  edilmədi.  Rəsmi  qaydada  inteqrativ  dərslər  əsasən 

şəhərlərdə və yalnız bir neçə məktəbdə keçirilir.

11

 Digər tərəfdən tədqiqat  nəticəsində məlum oldu 



ki, bəzi hallarda xüsusilə rayon və kəndlərdə ƏU ümumtəhsil məktəblərdə təhsil alırlar, lakin həmin 

məktəblər  ƏU-a  təhsil  vermək  iqtidarında  deyildir.  Bəzi  hallarda  əlilliyi  olan  uşaqlar  dərslərə 

müntəzəm qaydada getmirlər, lakin orta məktəbin bitirilməsi haqqında şəhadətnamə alırlar

12

. İkinci 



səbəb  ondan  ibarət  ola  bilər  ki,  valideynlər  və  məktəb  rəhbərliyində  ev  təhsili  və  ümumi  təhsil 

barədə yanlış təsəvvür vardır Belə ki, rəsmi qaydada  ƏU məktəbə qəbul edilir.. Belə olan təqdirdə 

hesab  olunur  ki,  ƏU  məktəbə  getməli  olduğu  halda,  o,  evdə  təhsil  alır.  Bunu  səbəbini  sorğuda 

iştirak edən valideynlərin inteqrativ və ya inkluziv təhsilin nə olduğunu bilməmələri ilə izah etmək 

olar. Müşahidəçilərdən biri qeyd edir: 

 

İnteqrativ  dərslər  dedikdə  əlilliyi  olan  uşaqların  ümumi  məktəbə  getmələrinə  icazə 



verilməsi,  lakin  özlərinin  tipik  həmyaşıdları  ilə  eyni  sinifdə  dərs  keçməmələri  nəzərdə 

tutulur. Bunun əvəzində onlar ayrıca sinif otaqları və müəllimlər ilə təmin olunurlar. Əlilliyi 

olan uşaqlar ümumi məktəb kurrikulumu əsasında təhsil alırlar, lakin onların xüsusi təlim 

ehtiyaclarını  ödəmək  üçün  onlar  bütün  digər  uşaqlardan  təcrid  olunmuş  şəkildə  təhsil 

alırlar.  

 

Sorğuda  iştirak  edən  valideynlərin  təxminən  15,8%-i  (Cədvəl  2  )  bildirdi  ki,  onların  uşaqları 



inkluziv  təhsilə  cəlb  ediliblər.  Bu,  son  zamanlar  hökumətin  təşəbbüsü,  beynəlxalq  və  milli  qeyri-

hökumət təşkilatlarının köməyi ilə ökənin bir neçə regionunda, əsasən şəhərlərdə sınaqdan keçirilən 

yeni  üsuldur.  Sorğuda  iştirak  edən  51  məktəb  direktorundan  18-i  öz  məktəblərində  inkluziv 

dərslərin keçirildiyini bildirdi. TN əməkdaşının verdiyi məlumata görə, İnkluziv təhsilin inkişafına 

dair  Dövlət  Proqramı  başlandıqdan  sonra  182  ƏU  inkluziv  təhsil  proqramlarına  (78  ƏU 

məktəbəqədər təhsil müəssisələrinə, 104 nəfər isə ibtidai məktəblərə) cəlb edilmişdir. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Beynəlxalq  uşaq  müdafiəsi  təsisatlarının  və  vətəndaş  cəmiyyəti  təşkilatlarının  dəstəyi  sayəsində 

əlilliyi olan uşaqların təhsil hüquqlarına dair dövlət siyasəti dəyişdi. Son illərdə  Azərbaycanda iki 

mühüm  sənəd  təsdiq  edildi  (“Sağlamlıq  imkanları  məhdud  uşaqların  təhsilinin  təşkili  üzrə  İnkişaf 

Proqramı,    2005-ci  il  və    “Dövlət  uşaq  müəssisələrindən  uşaqların  ailələrə  verilməsi  (De-

institusionalizasiya) və Alternativ qayğı Dövlət Proqramı”, 2006-cı il), və bunların sayəsində dövlət 

                                                 

11

 Məktəb direktorları ilə aparılan sorğunun nəticələrinə görə, sorğunun əhatə etdiyi ərazidə yalnız 4 məktəbin inteqrativ sinifləri 



vardır. 

 

12



 

Hərçənd məktəbin bitirilməsi haqqında bu cür şəhadətnamə ƏU-ın gələcəyi üçün böyük əhəmiyyət kəsb etməyə bilər, lakin 

valideynlər ictimai, mədəni, social və hətta iqtisadi səbəblərdən bu cür şəhadətnaməni almağa can atırlar. Lakin, göründüyü kimi, bu 

məsələni dərindən tədqiq etmək üçün empirik tədqiqat aparmaq lazımdır. 

 

Qrafik 

2 . İnkluziv və inteqrativ təhsilə cəlb olunan 

məktəb direktorları, ƏU və müəllimlər 

(%)

 

 

 

35.3

 

15.8

 

32.4

 

7.8

 

24.1

 

2

 

Məktəb 

 

direktorları 

 

Əlil

   

uşaqlar

 

 

Müəllimlər 



İnkluziv

 

İnteqrativ

 


10 

 

orqanları  tərəfindən  əlilliyi  olan  uşaqların  ümumtəhsili  məktəblərə  qəbul  edilməsi  üçün  şərait 



yaradıldı. İnkluziv təhsilə diqqətin yetirilməsi islahatların həyata keçirilməsinə zərurət yaradır. 

 

Tədqiqat  nəticəsində  məlum  oldu  ki,  məktəb  ictimaiyyəti  inkluziv  təhsili  nəzərəçarpan  dərəcədə 



dəstəkləyir: sorğuda iştirak edən məktəb direktorlarının təxminən 37%-i və müəllimlərin eyni faiz 

nisbəti  hesab  edirdi  ki,  ƏU  inkluziv  siniflərə  qəbul  edilməlidir.  Eyni  zamanda  tədqiqat  zamanı 

məlum  oldu  ki,  ayrı-ayrı  məktəblər  və  ya  rayon  təhsil  şöbələri  əqli  cəhətdən  əlil  olan  uşaqları 

ümumtəhsil  məktəblərə  qəbul  etmək  barədə  müstəqil  surətdə  qərar  qəbul  etmişdirlər.  Sorğuda 

iştirak  edən  43  kənd  məktəbi  müəllimindən  23-ü  bildirdi  ki,  onların  məktəbində  inkluziv  sinif 

vardır.  Bu, sevindirici  hal idi. Çünki  rəsmi qaydada  inkluziv təhsil  yalnız dörd rayon mərkəzində 

(şəhər məktəbləri)

13

 sınaqdan keçirilmişdi və ölkənin heç bir kənd məktəbinə inkluziv siniflər təsis 



etmək  barədə  rəsmi  göstəriş  verilməmişdi.  Lakin  əldə  edilmiş  məlumatlardan  aydın  oldu  ki, 

Naxçıvan Muxtar Respublikasının (NMR) 16 kənd məktəbi və Azərbaycanın yerdə qalan ərazisində 

7  kənd  məktəbi  TN-in  rəsmi  qərarı  olmadan  inkluziv  siniflər  təsis  etmişdirlər.  Naxçıvan 

məktəblərinə  gəldikdə,  Muxtar  Respublikasının  Təhsil  Nazirliyi  müvafiq  qərar  qəbul  etmişdi,. 

Qalan məktəblərin direktorları isə əlilliyi olan uşaqları ümumi məktəbə qəbul etmək qərarını özləri 

qəbul  etmişdilər.  Bundan  belə  ehtimal  etmək  olar  ki,  rayon  icra  hakimiyyəti  orqanları  və  təhsil 

şöbələri  ƏU  üçün  təhsil  imkanlarının  yaradılmasını  dəstəkləyir  və  inkluziv  təhsilin  yaradılmasına 

səy göstərirlər. Lakin qeyd etmək lazımdır ki, həmin səylər yalnız ƏU-ın məktəbə gəlməsinə imkan 

yaratmaqla  məhdudlaşır,inkluziv  təhsilin  keyfiyyəti  tələb  olunan  səviyyədə  deyil  Belə  ki,  həmin 

məktəblərdə ƏU-la işləyəcək  kadr potensialı lazımi səviyyədə deyil, məktəbin infrastrukturu isə bu 

tip  uşaqlara  uyğunlaşdırılmamışdır.  (məsələn,  ixtisasartırmadan  keçən  müəllimlər  və  onların 

köməkçiləri,  metodologiya,  tədris  vəsaitləri  və  s.)  malik  deyildir.  Tədqiqatçıların  müşahidələrinə 

görə:  

 

…  bütün  müşahidə  olunan  ümumtəhsil    məktəblərini    iki  qrupa  bölmək  olar.  Bir  qrup 



ənənəvi şəkildə düzülən şagird masaları, qarşı divarın mərkəzində yerləşən ağ yazı lövhəsi, 

digər  divarlardan  asılan  və  əlifbanı,  vurma  cədvəlini  əks  etdirən  plakatlar,  habelə  digər 

əyani  vəsaitlər  ilə  bəzədilən  ənənəvi  sinif  otaqlarından  ibarətdir.  Digər  qrup  uşaqların 

qruplar  şəklində  birləşmələrinə,  habelə  müxtəlif  materiallar  və  əyani  vəsaitlər  ilə  müstəqil 

surətdə işləmələrinə imkan yaradan fəaliyyət  mərkəzlərindən və onların  sinif  otaqlarından 

ibarət  idi.  Bəzi  siniflərdə  kompyuterlər  gördük,  lakin  uşaqların  onları  istifadə  etmələrini 

müşahidə  etmədik.  Bakı  məktəbinin  bir  sinif  otağında  sağlamlıq  imkanları  məhdud  olan 

şagird üçün ayrılmış  xüsusi yer, guşə gördük. Lakin fiziki cəhətdən əlil olan uşaqlar üçün 

nəzərdə  tutulan  heç  bir  xüsusi  qurğu  və  ya  avadanlıq  görmədik.  Hətta  serebral  paraliç 

keçirmiş  şagirdlərə  malik  olan  məktəblərdə  belə  həmin  şagirdlərin  fiziki  ehtiyaclarını 

ödəmək üçün lazım olan xüsusi avadanlıq yoxdur. Demək olar ki, bütün siniflərdə ƏU arxa 

masalarda otururdular və vaxtlarının əksəriyyətini müəllim köməkçiləri ilə birgə işləməklə 

keçirirdilər.   

 

Pilot  inkluziv  təhsil  məktəblərində  işləyən  müəllimlər  və  müəllim  köməkçiləri  üçün  QHT-lər 



tərəfindən  təlim  kursları  keçirilmişdir.  lakin  onlar  hələ  də  ƏU-ın  təhsil  tələbatını  ödəmək  üçün 

kifayət qədər bilik və təcrübəyə malik deyildirlər. Müşahidələr bu faktı  təsdiq edir: 

  

…inkluziv  sinif  otaqlarında  keçirilən  dərslərin  qaydası  xüsusi  və  internat  məktəblərdə 

müşahidə  etdiyimiz  dərslərin  qaydası  ilə  eynidir.  Hətta  müəllimlərin  öz  tədris  fəaliyyətini 

fərqli,  qeyri-ənənəvi  üsulla  başlamaq  istədikləri  dərslərdə  belə,  onlar  dərsi  şifahi  suallar 

verməklə  bitirirdilər  və  uşaqlara  daha  çox  azadlıq  vermək  və  uşaqların  müstəqil  təlim 

fəaliyyətinə  kömək  etmək  əvəzinə,  uşaqların  verilmiş  məlumatı  xatırlamalarına  və  təkrar 

etmələrinə  xüsusi  diqqət  yetirirdilər.  Hətta  qeyri-ənənəvi  dərslərdə  müəllimlərin  birinci 

                                                 

13

 

Aydındır ki, şəhər termini müxtəlif mənalar daşıya bilər; bu hesabatda şəhər dedikdə bütün böyük və kiçik mərkəzi şəhərlər, o 



cümlədən rayon mərkəzləri (məsələn, Yevlax, Şəki) və regional şəhərlər (Gəncə, Naxçıvan) nəzərdə tutulur. 

 


11 

 

dərəcəli məqsədi uşaqların riyazi əməliyyatlar barədə biliklərini, oxu və yazı bacarıqlarını 



və əzbərdən şer demək bacarığını  yoxlamaq idi. Bizim müşahidə etdiyimiz bəzi  müəllimlər 

suallar  verməklə  uşaqlar  arasında  qeyri-rəsmi  söhbətə  imkan  yaradaraq,  uşaqların 

özlərinin düzəltdikləri ifadələrdən istifadə etməklə suallara cavab vermələrinə kömək edərək 

şəxsiyyətyönümlü  yanaşmanın  tətbiq  edilməsinə  doğru  müsbət  addımlar  atırdılar,  lakin 

həmin müəllimlər hər hansı yeni məfhumu tədris edərkən və ya hər hansı yeni mövzunu izah 

edərkən yuxarıda qeyd olunan strategiyalardan istifadə etmirdilər.  

 

 Müşahidə olunan ümumi cəhətlərdən biri ondan ibarət idi ki, müəllimlərin əksəriyyəti öz 

əlil  şagirdlərinin  təhsilə  dair  tələbatlarından  xəbərdar  deyildilər.  Onlar  həmin  uşaqların 

ehtiyac  duyduqları  və  ya  cari  qaydada  aldıqları  tibbi/psixoloji  yardımdan  da  xəbərdar 

deyildilər.  Biz  (tədqiqatçılar)  əlilliyi  olan  uşaqların  diaqnozu  haqqında  sual  verdikdə, 

müəllimlər  ya  uşaqların  özlərindən  soruşurdular,  ya  da  çox  qeyri-müəyyən  cavablar 

verirdilər.  

 

…Yevlax  rayonunda  3-cü  sinif  müəllimi  arxa  masada  oturan  qızdan  onun  diaqnozunu 

ucadan soruşdu. Bu, tənəffüs zamanı baş verdi, lakin bütün uşaqlar, müəllim köməkçisi və 

tədqiqat qrupu otaqda idilər. Qızın münasibəti maraqlı idi: o, heç bir şey demədi və müəllim 

onu  cavab  verməyə  məcbur  etmədi.  Müəllim  bizə  tərəf  döndü  və  dedi:  “Məncə  onun 

ürəyində qüsur var.”  

 

…Sumqayıt  məktəbində  bir  müəllim  bizə  dedi  ki,  onun  sinfindəki  qızın  çox  ağır  diaqnozu 

var, lakin həmin diaqnozun nədən ibarət olduğunu deyə bilmədi, buna baxmayaraq, o, qızın 

ayrı-ayrı  çətinliklərini,  məsələn  ədəbsiz  davranışını  və  şübhəli  ailə  mənşəyinə  malik 

olduğunu  bildirdi.  Demək  olar  ki,  bütün  inkluziv  təhsil  siniflərində  müəllimlər  arxayın 

olurlar ki, onların köməkçiləri sağlamlıq imkanları məhdud olan  uşaqların tibbi məlumatını 

və diaqnozunu bilirlər.      

 

İnkluziv təhsil siniflərinin müşahidə edilməsi nəticəsində məlum oldu ki, müəllimlər uşaqların təlim 

fəaliyyətini  effektiv  şəkildə  təşkil  etmək  üçün  tədris  üsulu  haqqında  lazımi  biliyə  malik  deyirlər. 

Bəzi siniflərdə müəllimlər qrup şəklində məşğələ/müzakirələr və əqlii hücum kimi üsulları uğurla 

tətbiq  edirlər.  Bəzi  müəllimlər  uşaqların  tapşırığı  bitirmələri  üçün  onların  fərdi  xüsusiyyətlərini 

nəzərə  alaraq  onlara  əlavə  vaxt  ayırırlar,  lakin  müəllimlərin  hamısı  şagirdlərdən  tapşırığı  eyni 

formada  və  üslubda  təqdim  etməyi  tələb  edirlər.  Bütün  siniflərdə  təlim  tədbirləri  barədə  təşəbbüs 

müəllimlər  tərəfindən  irəli  sürülürdü  və  müəllimlərin  planlarına  uyğun  gəlirdi;  bütün  göstərişlər 

müəllimlər  tərəfindən  verilirdi  və  dərsliklərdə  verilən  məlumata,  habelə  həmin  məlumatı  əks 

etdirən,  əl  ilə  düzəldilən  vərəqələrə  əsaslanırdı.  Nadir  hallarda  müəllimlər  köhnə  biliklərlə  yeni 

bilikləri əlaqələndiridilər. 

 

İnkluziv  və  inteqrativ  sinif  otaqlarındakı  qüsurlara  baxmayaraq,  TN  tərəfindən  beynəlxalq 



sənədlərdə təsbit olunan məqsədlərə nail olmağa səy edir və  ƏU-ın təhsilinə dair tələbatını ödəyən 

daha  davamlı  proqramların  hazırlanması  sahəsində  yerli  və  beynəlxalq  QHT-lərin  hər  hansı 

təşəbbüslərini rəğbətlə qarşılayır. TN inkluziv təhsilin təmin edilməsi sahəsində müxtəlif dövlət və 

qeyri-dövlət təşkilatlarının fəaliyyətlərini əlaqələndirən orqandır  Bir müsbət nəticə ondan ibarətdir 

ki, nazirlik (nəticə etibarilə hökumət) səviyyəsində QHT-lərin əldə etdiyi səmərəli nəticələri qəbul 

etməyə hazırdır. Lakin qeyd etmək lazımdır ki, ümumiyyətlə inkluziv təhsil ölkə üçün kifayət qədər 

yeni məfhumdur və əhəmiyyətli nəticəyə nail olmaq üçün vaxt lazımdır.  

 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin