Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16 may 2014-cü IL tarixli, 600 nömrəli əmri ilə təsdiq edilmişdir



Yüklə 66,1 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix03.05.2023
ölçüsü66,1 Kb.
#106997
növüQaydalar
1   2   3   4   5   6   7
7483 muellimlerin-etik-davranis-qaydalari

Gender bərabərliyi – müəllim təhsil və tərbiyə prosesində kişi və qadın
cinsindən olan təhsilalanların bərabərliyi prinsipinin gözlənilməsinə davamlı
olaraq əməl etməlidir.
İctimai etimad – müəllim peşə nüfuzunu möhkəmləndirməyə, müəllim
adını, şərəf və ləyaqətini uca tutmağa borcludur. Müəllim etik davranış qaydalarını
pozduğu halda pozuntunu tez bir zamanda aradan qaldırmalı, ictimai etimadın
bərpasına çalışmalıdır. Müəllim işlədiyi təhsil müəssisəsinin fəaliyyəti barədə KİV
nümayəndələrinin qanunla müəyyən edilmiş qaydada doğru məlumatlanmasına
kömək göstərməlidir.
Konfidensiallıq - qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla,
müəllim peşə vəzifələrinin icrası ilə bağlı təhsilalanların, onların valideynlərinin,
habelə həmkarlarının şəxsi həyatı barədə ona məlum olan məlumatların
konfidensiallığını təmin etməlidir.
3.
Müəllim şəxsiyyəti
3.1.
Müəllimin peşə fəaliyyəti qanunvericiliklə müəyyən olunmuş vəzifələrinin
yerinə yetirilməsi və hüquqlarının təmin olunması ilə əlaqədar fəaliyyətdir.
3.2.
Müəllim təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak
edir, təhsil proqramlarının təhsilalanlar tərəfindən mənimsənilməsini təmin
edir.
3.3.
Müəllim təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırır, onları
vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik ruhunda tərbiyə edir, müstəqil
həyata və əmək fəaliyyətinə hazırlayır.


3
3.4.
Müəllim əlavə təhsil və özünütəhsil yolu ilə ixtisasını, elmi-pedaqoji və
peşəkarlıq səviyyəsini daim artırır, təhsilin nəticə və göstəriciləri üzrə
araşdırma və təhlillər aparır, keyfiyyətin yüksəldilməsi və nailiyyətlərin əldə
edilməsi üçün təkliflərlə çıxış edir.
3.5.
Müəllim yenilikçidir, innovasiya və yeni tədris texnologiyalarını mənimsəyir
və öz təcrübəsində tətbiq edir.
3.6.
Müəllim ona həvalə edilmiş işin keyfiyyətinə və nəticələrinə görə və hər bir
təhsilalanın intellektual, emosional, mənəvi inkişafı üçün məsuliyyət daşıyır.
3.7.
Müəllim gənc nəslə milli və bəşəri dəyərləri aşılamaqla təhsilalanların
mədəni inikişafı prosesində birbaşa iştirak edir.
3.8.
Müəllim təhsilalanlara keyfiyyətli təhsil verməklə peşəsinə olan ictimai
etimad və hörməti doğruldur.
3.9.
Müəllim pedaqoji etika və əxlaq normalarına riayət edir, müəllim nüfuzunu
yüksək tutur, ziyalılıq nümunəsi göstərir.
3.10. Müəllim şəxsi nümunəsi ilə təhsilalanlara Azərbaycan Respublikasının
Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının
tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və umumbəşəri
dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissi aşılayır.
3.11. Müəllim təhsilalanların şərəf və ləyaqətinə hörmətlə yanaşır, əsassız
mühakimələrə yol vermir, obyektivlik və qərəzsizlik nümayiş etdirir.
3.12. Müəllim peşə fəaliyyəti dövründə maraqların toqquşmasına yol vermir və
vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etmir.
3.13. Müəllim bilərəkdən yalan, təhrif olunmuş, yaxud öz şəxsi marağı naminə
həmkarının vəziyyətini pisləşdirən və ya yaxşılaşdıran məlumat verilməsinə
görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.
3.14. Müəllim təhsil müəssisəsinin əmlakından səliqəli və səmərəli istifadə edir,
onu qoruyur. Müəllim təhsil müəssisəsinə məxsus əmlakdan (sinif otağı,
tədris resursları, telefon, kompyuter, mebel və s.) şəxsi maraqları üçün
istifadə etmir.
3.15. Müəllim
icra və əmək intizamına riayət edir, iş vaxtında kənar işlərlə
məşğul olmur, üzürsüz səbəbdən işdən yayınmır.
3.16. Müəllim şəxsi həyatında milli əxlaq, ictimai davranış normalarına riayət
edir.

Yüklə 66,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin