Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16 may 2014-cü IL tarixli, 600 nömrəli əmri ilə təsdiq edilmişdir



Yüklə 66,1 Kb.
Pdf görüntüsü
səhifə2/7
tarix03.05.2023
ölçüsü66,1 Kb.
#106997
növüQaydalar
1   2   3   4   5   6   7
7483 muellimlerin-etik-davranis-qaydalari

Peşəkarlıq və fərdi məsuliyyət – müəllim öz fəaliyyətini Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində
peşəkar
səviyyədə
yerinə
yetirməyə
borcludur və vəzifə
funksiyalarının
keyfiyyətlə yerinə yetirilməsinə görə məsuliyyət daşıyır.
Müəllim peşəkar
fəaliyyəti və şəxsi nümunəsi ilə təhsilalanların, valideynlərin, cəmiyyətin təhsil


2
sisteminə,
təhsil
müəssisəsinə

təhsil
işçilərinə
inamını
artırmalı

möhkəmləndirməlidir.
Loyallıq – müəllim onun peşə vəzifəsinə aid olmadığı hallarda işlədiyi və
digər təhsil müəssisələrinin, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə
əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən,
çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir.
Müəllim peşə fəaliyyəti zamanı müəllim adına və nüfuzuna, habelə təhsil
müəssisəsinin işgüzar nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verməməlidir.
Mədəni davranış – müəllim təhsilalanlarla, rəhbərlik və
həmkarları ilə
davranışında nəzakətli, xeyirxah, diqqətli və təmkinli olmalıdır. Müəllim peşə
fəaliyyəti ilə əlaqədar iradları, tənqidi fikirləri qəbul etməli, qiymətləndirməli və
onlardan düzgün nəticə çıxarmalıdır. Müəllim
səmimi, çalışqan, intizamlı,
təşəbbüskar olmalı, xarici görkəminə, geyiminə xüsusi fikir verməli, hər zaman
səliqəli olmalıdır.
Qərəzsizlik – müəllim peşə vəzifəsini yerinə yetirərkən qərəzsiz olmalı,
irqinə, milliyyətinə, dilinə, cinsinə, sosial mənşəyinə, dinə münasibətinə,
əqidəsinə, ictimai mənsubiyyətinə görə təhsilalanlara və təhsil prosesinin digər
iştirakçılarına fərq qoymamalıdır. Müəllim
özünün və ya maraqlı şəxslərin
mənafelərinin vəzifə funksiyalarının icrası zamanı ona təsir etməsinə yol
verməməli və buna şərait yaratmamalıdır. Müəllim
öz peşə
vəzifəsindən və
səlahiyyətlərindən
kənar məsələlərə
müdaxilə etməməlidir.
Müəllim peşə
fəaliyyətini yerinə yetirərkən siyasi bitərəfliyə əməl etməyə borcludur.

Yüklə 66,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin