Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə74/79
tarix03.06.2023
ölçüsü1,56 Mb.
#124157
1   ...   71   72   73   74   75   76   77   78   79
1 Azərbaycan dili-Kurikulum 2013

İdrak fəaliyyəti - idrak prosesində həyata keçirilən fəaliyyətdir. Psixoloqların 
fikrincə, idrak fəaliyyətində bilmək, anlamaq, tətbiq etmək, təhlil etmək, sintez 
etmək və dəyərləndirmək əsas mərhələlər hesab olunur. Müasir təhsil 
konsepsiyasına görə, şagirdin təlim fəaliyyətinin psixopedaqoji əsasını məhz 
həmin parametrlər təşkil edir. Ona görə də “hafizə məktəbi”ndən fərqli olaraq 
“təfəkkür məktəbi”ndə təlim standartları hazırlanarkən onlar əsas götürülür.
İnteqrasiya - müəyyən təhsil sistemi çərcivəsində şagirdlərin təfəkküründə 
dünyanın bütöv və bölünməz obrazını formalaşdırmaq, onları inkişaf və 
özünüinkişafa istiqamətləndirmək məqsədilə təlimin bütün məzmun komponentləri 
arasında struktur əlaqələri qurmağı və onları sistemləşdirməyi tələb edən didaktik 
prinsipdir. Dünyanın təhsil təcrübəsində şaquli və üfüqi olmaqla onun iki 
növündən istifadə edilir.
Kurikulum -  təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün 
məsələləri özündə əks etdirən konseptual sənəddir. 
Kurrikulum - təlim prosesi ilə bağlı bütün fəaliyyətlərin səmərəli təşkilinə, 
məqsədyönlü və ardıcıl həyata keçirilməsinə imkan yaradan konseptual sənəddir.
Qaynaq - 1. Tədqiqat və araşdırmalar məqsədi ilə istinad edilən elmi, tarixi, 
bədii, fəlsəfi və b. mənbə. 
Qiymətləndirmə standartı - təhsil alanların nailiyyət səviyyəsinə qoyulan 
dövlət tələbidir.
Qiymətləndirmə standartı - təhsil alanların nailiyyət səviyyəsinə qoyulan 
dövlət tələbidir.


Milli kurikulum - ölkə miqyasında təhsilin hər bir pilləsindəki fəaliyyətlərin 
həyata keçirilməsinə imkan yaradan və onları istiqamətləndirən konseptual 
sənəddir. 
Məzmun xətti - fənn üzrə ümumi təlim nəticələrinin reallaşmasını təmin 
etmək üçün müəyyən olunan məzmununun zəruri hissəsidir.

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin