Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə12/15
tarix21.01.2017
ölçüsü1,2 Mb.
#6185
1   ...   7   8   9   10   11   12   13   14   15

Avtomatika  –  insanın  bilavasitə  iştirakı  olmadan  idarəetmə  sisteminin 
nəzəriyyə  və  qurulma  prinsiplərini  əhatə  edən  elm  və  texnika  sahəsidir.  Dar 
mənada  –  insanın  iştirakı  olmadan  konkret  prosesin  əməliyyatlarının  yerinə 
yetirilməsi  üçün  metod  və  texniki  vasitələr  məcmusudur.  Elm  kimi  avtomatika 
avtomatik  tənzimləmə  nəzəriyyəsi  əsasında  yaranmışdır.  Texnika  sahəsi  kimi 
avtomatika  avtomatların,  avtomat qurğuların  və  avtomatlaşdırılmış  komplekslərin 
inkişafı ilə sıx əlaqədardır. 
Avtomatik  idarəetmə  –  insanın  iştirakı  olmadan  avtomatik  qurğular  və 
vasitələrin  köməyi  ilə  idarəedilən  proseslərin  lazımi  səviyyədə  saxlanılması  və 
yaxud  tələb  olunan  şəkildə  dəyişdirilməsi  üçün  zəruri  tədbirlər  sisteminin  həyata 
keçirilməsidir.  Avtomatik  idarəetmə  sistemi  bir-birilə  qarşılıqlı  və  üzvi  surətdə 
bağlı iki əsas hissədən: idarəetmə qurğusundan və idarəolunan obyektdən ibarətdir. 
Avtomobil –  mühərriklə  hərəkətə  gətirilən, sərnişin, yük  və  xüsusi avadanlıq 
daşıyan nəqliyyat vasitəsidir. 
 

Bafta  –  güləbətin  və  ya  ipək  saplardan  toxunmuş  qatran  at,  çəhrayı,  qırmızı, 
gümüşü,  qızılı  və  s.  rənglərdə  olur.  Poqon  hazırlamaq,  geyimlərə  (xüsusilə  hərbi 
geyimlərə)  fərqləndirici  əlamət  vermək  və  bəzək  vurmaq  üçün  istifadə  edilir. 
Qadın arxalıqlarına da bafta ilə bəzək vurulur. 
Balta – 
1)  odun  doğramaq,  ağac  kəsmək,  daş  yonmaq  və  s.  üçün  kəskisi  metaldan, 
dəstəsi (sapı) taxtadan ibarətdir. 
2)  neft  və  qaz  quyularının  qazılmasında  tətbiq  olunan  qazıma  alətinin  əsas 
elementidir. 

 
 
103 
 
Batareya  –  birgə  işləmək  üçün  vahid  sistemdə  və  ya  qurğuda  birləşdirilmiş 
bir neçə eyni tipli cihaz, apparat və ya quruluş; daş kömürdən koks almaq üçün bir 
neçə  sobadan  ibarət  qurğu;  cərəyan,  gərginlik  və  tumumu  artırmaq  məqsədilə 
ümumi  dövrəyə  birləşdirilmiş  bir  neçə  elektrik  akkumulyatoru;  elektrik 
kondensator  qurğusunu  təşkil  edən  bir-birinə  birləşdirilmiş  bir  neçə  eyni  tipli 
kondensator – müxtəlif tipli batareyalardır. 
Baza  səthi  –  pəstah  üzərində  qabaqcadan  emal  edilmiş  təxmini  hamar  səth. 
Bu səthə əsasən ölçülər götürülə bilər. 
Bel – 
1)  əmək  aləti  –  torpağın  şumlanmasında  (bellənməsində),  əkinlərin,  bağ  və 
bostanların suvarılmasında, arx və kanalların çəkilməsində, bəndlərin tikilməisndə 
işlədilir. Bel ağac sapdan, dəmir tiyədən və təpəcik (qulaq) adlı hissədən ibarətdir. 
2) xarq arasında işlədilmiş su ölçü vahidi (məs., bir bel su). 
Beton  –  (fr.  beton;  lat.  bitumen  –  mədən  qatranı  sözündən)  –  yapışdırıcı 
maddə  (su  ilə,  nadir  hallarda  susuz),  doldurucu  və  xüsusi  əlavələrin  səmərəli 
nisbətdə  qarışığının  qəliblərdə  bərkidilməsindən  alınan  süni  daş  metiral.  qəliblərə 
tökülənə  qədər  beton  qarışığı  adlanır.  Əsas  tikinti  materiallarındandır;  yığma 
dəmir-beton  və  beton  məmulatlarının  hazırlanmasında,  monolit  beton  və  dəmir-
beton  qurğuların  inşasında  işlədilir.  Yapışdırıcı  materialdan  asılı  olaraq  beton 
sementli, asfaltlı, əhəngli, gipsli və s. növlü olur. 
Bədii konstruksiyaetmə – sənaye məmulatlarının texniki estetika tələblərinə 
müvafiq layihələşdirmə üsulu. Konstruktiv və iqtisadi məsələləri həll edən texniki 
konstruksiyaetmə ilə yanaşı aparılır; əşyanın funksiyası, onun məqsədəuyğun emal 
üsulları  və  bədii  keyfiyyətləri  arasında  harmonik əlaqə  yaradır,  insanı əhatə  edən 
əşya mühitində rahatlıq, qənaətçilik və gözəllik prinsiplərini rəhbər tutur. 
Bədii  oyma  –  bədii  sənətin  (dekorativ  sənətin)  ən  qədim  və  geniş  yayılmış 
növlərindən biri; daş, ağac, metal, sümük və s. materiallar üzərində oyma üsulu ilə 
bədii işləmə. Bədii oymanın müstəqil sahəsi qliptikadır. Bədii oyma üçün çoxplanlı 
kompozisiya  təsvir  formalarının  qabarıqlığı,  işıq  təzadlarının  kəskinliyi  və  s. 
xarakterikdir. Yastı relyefli bədii oyma, adətən, siluet xarakterli dayaz relyef əmələ 
gətirir.  Dərinləşdirilmiş  bədii  oymada  həndəsi  naxışlar  açılır,  dırnaqşəkilli  və 
aypara  ornament  elementləri  nəqş  edilir.  Kontur  xətlərlə  işlənmiş  bədii  oymada 
hamar  fon  ü3zərində  dərinləşdirilmiş  cizgilərin  dekorativ  ahəngdarlığı  izdənir. 
Şəbəkəli  (açıq)  bədii  oymada  fon  olmur,  bir  tərəfdən  o  biri  tərəfə  keçən  işıq 
zolaqları,  dekorativ  kompozisiya  effekti  əmələ  gətirir.  Yapışdırma  bədii  oymada 
kəsilmiş süjetli rəsm və ya ornament hamar lövhəyə yapışdırılır. Bədii oyma işləri 
bıçaq, balta, iskənə, müxtəlif kəsici və yonucu alətlər, mişarlar, elektrik dəzgahları 
və bormaşın vasitəsilə görülür. 
Bədii  parça  –  üzəri  bədii  və  dekorativ  naxışlarla  bəzədilmiş  toxuma  parça 
məmulatı.  parçanın  naxışlarında  əfsanəvi,  dini  süjetlərdən,  nəbati,  həndəsi  və 
yaxud  qarışıq  rəsm  motivlərindən  istifadə  olunur.  İpək,  yun,  pambıq  və  s. 
materiallardan  toxunan  bədii  parçalardan  müxtəlif  geyimlər,  süfrə,  pərdə,  mebel 
örtüyü və s. hazırlanır. Şamaxı, Gəncə, Bərdə, Təbriz və Bakıda toxunan parçalar 

 
 
104 
 
xarici  bazarlarda  satılırdı.  Bədii  parça,  əsasən,  Şəki  ipək  kombinatında  (ipəkdən) 
və Bakı toxuculuq kombinatında (pambıqdan) hazırlanır. 
Bəzək  işləri  (inşaatda)  –  bina  və  qurğuların  istifadə  müddətinin  artırılması, 
istismar,  sanitariya-gigiyena  və  dekorativ  kefiyyətlərinin  yaxşılaşdırılması 
məqsədilə  görülən  tikinti  işləri  kompleksidir.  Buraya  suvaq,  rəngsazlıq,  divar 
kağızı, şüşəsalma,  yapma  işləri, döşəmələrin örtülməsi  və s. daxildir. Bəzək  işləri 
tikinti işlərinin tamamlama mərhələsidir. 
Bəzək  materialları  (inşaatda)  –  bina  və  tikililərin  istismar  və  dekorativ 
keyfiyyətlərini  yüksəldən  materiallar  və  məmulatlar. Müasir  bəzək  materiallarına, 
əsasən,  aşağıdakılar  daxildir:  məhlullar  və  betonlar,  təbii  daş,  keramika,  ağac, 
kağız, şüşə, plastik kütlə, asbestsement, lak və boya materialları. Bu materiallardan 
daxili və xarici bəzək işləri üçün istifadə olunur. 
Bitkiçilik – 
1)  kənd  təsərrüfatının  əsas  sahələrindən  biri;  insanları  qida  məhsulları, 
heyvanları  yem,  sənayenin  bir  çox  sahələrini  (yeyinti,  qarışıq  yem,  toxuculuq, 
əszaçılıq, ətriyyat və s.) bitki  mənşəli xammalla təmin etmək üçün  mədəni bitkilər 
və  onların  becərilmə  üsullarını  hərtərəfli  öyrənməklə  məşğul  olur.  Bitkiçiliyin 
arlaçılıq  (taxıl,  texniki  bitkilər,  yem  bitkiləri  və  s.  bura  aiddir),  tərəvəzçilik, 
meyvəçilik,  üzümçülük,  çəmənçilik,  meşəçilik,  gülçülük  və  s.  kimi  sahələri  də 
vardır. 
2)  Bitkilçilik az  məsrəflə  yüksək  keyfiyyətli bol  məhsul almaq  üçün  mədəni 
bitkilər və onların becərilmə üsulları haqqında elmdir. Kənd təsərrüfatı bitkilərinin 
biologiyasını və xarici mühitlə qarşılıqlı əlaqəsini öyrənir. 
Bitkilər  –  günəş  enerjisindən  istifadə  etməklə  avtotrof  qidalanan  və 
hüceyrələri  bir  qayda  olaraq  sellülozadan  ibarət  sıx  qlaflı  canlı  orqanizmlər. 
Fotosintez  və  bununla  əlaqədar  fizioloji-biokimyvəi  proseslər  bitkiləri  başqa 
canlılardan  fərqləndirməyə  imkan  verir.  Heyvanlara  nisbətən  bitkilər  biosferin 
müxtəlif  təbəqələrində  daha  geniş  sahələrdə  yayılmışdır.  Bitkilər  buz,  daş,  şüşə, 
qaynar bulaqların suyunda məskən salıb oranın ilk canlıları olurlar. Yer kürəsində 
500 min növ bitki yayılmışdır ki, bunun 200–250 mini çiçəkli bitkilərdir. 
Bitkinin  böyüməsi  –  hüceyrələrin  sayca  çoxalması,  yeni  struktur 
elementlərinin əmələ gəlməsi, orqanizmin kütlə və ölçüsünün artması. Orqanizmdə 
gedən  maddələr  mübadiləsi  ilə  müəyyən  olunur.  Bitkilərin  böyüməsinə  xarici 
amillər güclü təsir edir.  
Bolt  –  maşın  və  qurğuların  sökülə  bilən  hissələrini  birləşdirmək  üçün 
bərkidici  detal;  bir  ucunda  başlıq  (altı  və  ya  dördöucaqlı  şəklində),  o  birində  isə 
qayka  bağlamaq  üçün  yiv  olan  silindrik  mildir.  Bolt  müxtəlif  konstruksiyalı  olur. 
Bolt  karbonlu,  az  legirlənmiş,  yaxud  xüsusi  poladlardan,  bürünc  və  s.-dən 
hazırlanır. 
Boyaqlar  –  örtük  əmələ  gətirən  maddələrlə  qeyri-üzvi  və  ya  üzvi  narın 
piqmentin  qarışığından  ibarət  lak-boya  materialları.  Əsasən,  cisimlərin  xarici 
mühitin zərərli təsirindən (günəş  işığı,  rütubət,  yüksək temperatur  və s.) qorumaq 
və yaraşıqlı göstərmək məqsədilə işlədilir. Örtük əmələ gətirən maddə olaraq bitki 

 
 
105 
 
yağı,  əlif  yağı,  lak  və  s.  götürülə  bilər.  Boyaqlar  rənglənəcək  səthlərə  val  və  ya 
fırça ilə çəkilir, boyaçiləyən cihazla, yaxud boyaqvuran pultla çilənir. 
Boyama üsulları – toxuculuq mallarını, heyvan dərilərini, xəzi, kağızı, plastik 
kütlələri  və  s.  boyamaq  üçün  tətbiq edilən  fiziki,  kimyəvi  və  mexaniki  proseslər. 
Materiallar təbii, yaxud sintetik üzvi boya maddələri, müxtəlif piqmentlər və s. ilə 
boyanır. Boyama  üçün  irəli sürülən əsas tələb  – boyanmış  materialın rənginin tez 
solmaması, suyun və işığın təsirinə, habelə sabunla yuyalmağa qarşı kifayət qədər 
davamlı olmasıdır. Boyamada müxtəlif üsullar tətbiq olunur: kağızı boyamaq üçün 
mineral piqmentlər (ultramarin, oxra) və ya müxtəlif boya növləri (əsaslı boyalar, 
turşulu boyalar, kükürdlü boyalar və s.) işlədilir. 
Buxar  turbini  –  buxarın  potensial  enerjisini  əvvəlcə  kinetik  enerjiyə,  sonra 
isə  mexaniki  işə  (alın  fırlanması)  çevirən  rotorlu  istilik  mühərriki.  Mühərrikdə  iş 
prosesi  fasiləsiz  davam  edir.  İki  növ  buxar  turbini  olur:  aktiv  və  reaktiv.  Aktiv 
buxar  turbinində  buxarın  potensial  enerjisi  tərpənməz  ucluqlarda  kinetik  enerjiyə 
çevrilir  və  sonra  turbinin  rotorunu  hərəkətə  gətirir.  Reaktiv  buxar  turbinində  isə 
buxarın potensial enerjisinin çox hissəsi çarxın işlək kürəklərində kinetik enerjiyə 
çevrilir. İstehlakçılara buxar verir. 
Burğu  –  materialda  deşik  açan  və  ya  onda  olan  deşiyin  diametrini  böyüdən 
kəsici  alət.  İşlək  hissəsi  kəsici  elementlər  olur,  quyruq  hissəsi  isə  patrona,  yaxud 
dəzgahın  şpindelinə  bərkidilir  və  ona  dayanıqlıq  verir.  Burğunun  əsas  hərəkəti 
fırlanmaqla  irəliləmədir.  Müxtəlif  növləri  var.  Burğular  legirlənmiş  və  tezkəsən 
poladlardan hazırlanır. Ən çox spiralvarı qurğular tətbiq edilir. 
Burğu  dəzgahı  –  metaldan  və  başqa  materiallardan  ibarət  pəstahlarda  deşik 
açan  dəzgah.  Bu  dəzgahda  deşikləri  genişləndirmə,  içyonuş,  zengerləmə, 
rayberləmə,  yivaçma  və  s.  əməliyyatlar  da  aparılır.  Şpindellərinin  sayına  görə 
burğu dəzgahları bir və çoxşpindelli olur. Bundan başqa üfiqi burğu (dərin deşmə 
üçün),  stolüstü  burğu,  mərkəzləmə  və  digər  xüsusi  növ  burğu  dəzgahları  tətbiq 
edilir. Ağac emalında bu dəzgahın müxtəlif növündən istifadə olunur. 
 

Cihaz  –  ölçü  və  nəzarət  işləri  aparmaq,  avadanlığı  qorumaq,  maşın  və 
qurğuları idarə etmək, texnoloji prosesləri təmizləmək, hesablamaq, uçot aparmaq 
və s. üçün geniş tətbiq olunan qurğu və mexanizmlərin ümumi adıdır. 
Cilalama  (maşınqayırma  və  cihazqayırmada)  –  məlumat  səthinin  təmizlik 
sinfini  (12–14-cü  sinfədək)  artırmaq,  məlumatı  lazımi  ölçülərə  çatdırmaq, 
müəyyən xassəli səth qatı almaq, habelə onların üzərinə dekorativ parlaqlıq vermək 
üçün  tamamlama  emalı  əməliyyatıdır.  Əməliyyat  cilalama  dəzgahında  aparılır. 
Bəzi  hallarda  elektrolitik  cilalamadan  (elektroliz)  da  istifadə  edilir.  Mebel  və 
xarratlıq  istehsalatında  cilalama  taxta  məmulat  üzərində  güzgü  parlaqlıqlı  səth 
alınması  prosesdir.  iki  üsulla  aparılır:  xarrat  cilalanmasında  taxta  üzərində 
məsamələr, əsasən, politura ilə tədricən doldurulub hamarlanır. Bu üsulla çox çətin 
və az məhsuldar prosesdir. Daha çox yayılmış ikinci üsulla – lak-boya örtük üzəri 
ilə  cilalamada  məmulatın  üzərinə  çəkilən  örtük,  əsasən,  mexaniki  metodlarla 
hamarlanır.  Daşları  cilalama  üçün  (pardaqlama  əməliyyatından  sonra)  onların 

 
 
106 
 
üzərinə  çox  narın ovuntu  (məs.,  qalay-oksid)  səpib  yaş  keçə  ilə  dairə  formasında 
sürtürlər. 
Cütləşdirmə,  kənd  təsərrüfatı  heyvanlarının  cütləşməsi  –  dişi  heyvanların 
törədicilərlə  təbii  mayalanma  üsuludur.  Dişi  heyvanda  cinsi  həvəs  dövrü  aparılır. 
Heyvanlar  ilk  dəfə  cütləşdirməyə  orqanizmin  yetkin  dövründən  sonra  (ayğır  və 
madyanlar 3 yaşında, qoç və qoyunlar 15–18 aylığında, erkək və dişi donuzlar 9–
10  aylığında)  buraxılır.  tezyetişən  cinslər  gecyetişənlərə  nisbətən  tez  cütləşdirilir. 
Cütləşmənin  iki  əsas  üsulu  var:  sərbəst  cütləşdirmə  (otlaqlarda  və  ya  brüşlərdə 
erkəklər  dişilərlə  birgə  saxlandıqda),  ayrılıqda  cütləşdirmə  (ayrılıqda  saxlanan 
erkək təhkim olunmuş dişilərlə cütləşdirilir). Lakin heyvandarlıqda daha mütərəqqi 
olan süni mayalama üsulundan daha çox istifadə edilir. 
 
Ç 
Çertyoj – 
1) əşyaların hər  hansı informasiya daşıyıcısı  (kağız, kalka, plyonka,  faner  və 
s.)  üzərində  müəyyən  miqyasa  uyğun  olaraq,  qrafik  obrazlar,  yəni  nöqtə,  düz  və 
əyri  xətt  parçaları,  simvollar,  şərti  işaralər  və  s.  vasitəsilə  təsviridir  (və  ya 
proyeksiyasının  alınmasıdır).  Çertyojdan  mətn  illüstrasiyası  kimi  (məs.,  tədris 
materialını  aydınlaşdırmaq  üçün),  yaxud  məmulatı  hazırlamaqdan  örtü  tərtib 
olunan  sənədlərin  hazırlanmasında  istifadə  olunur.  Çox  vaxt  izahlı  yazılarla, 
texniki  tələblərlə,  məmulatın  hazırlanmasında  istifadə  olunur.  Çox  vaxt  izahlı 
yazılarla,  texniki  tələblərlə,  məmulatın  hazırlanmasına  dair  göstərişlərlə  (ehtiyac 
olduqda) təchiz olunur. Texniki rəsm və ya sxem də çertyoj növləridir. 
2)  əşyanın  kağız  vərəq  üzərində  ölçülərlə  təsviridir  (əşyanın  həqiqi  ölçüləri, 
onun hazırlanması üçün lazım oln digər zəruri məlumatlar gbstərilməklə). 
3)  məmulatın  (detalın)  şərti  qrafik  təsviridir.  Çertyojda  detalın  forması  və 
ölçüləri,  hazırlanacağı  material  haqqında  məlumat  verilir.  Çertyojda  məmulatın 
(detalın)  bir  neçə  görünüşü  (ön  tərəfdən,  üstdən,  yandan  və  s.)  proyeksiya  edilir. 
Məmulatın  adı  və  detalları,  onların  sayı,  materialı  xüsusi  cədvəldə  verilir 
(spesifikasiya). 
Çertyoj  alətləri  –  nişan  vurmaq  və  ölçü  götürmək  üçün  çertyoj  pərgarı, 
həmçinin müxtəlif tip və ölçülü kronpərgar, reysfeder və digər köməkçi alətlərdir. 
Müxtəlif  pərgarlarla  çəkilən  radiusların diapazonu  0,5–300  mm  və  daha  artıq  ola 
bilər. Çox dəqiq çertyoj alətləri bürüncdən, nisbətən az dəqiqlik tələb edən alətlər 
isə poladdan hazırlanır. 
Çertyoj  lövhəsi  –  ölçülərin çertyojun  tərəflərinin  ölçülərindən  100–200  mm 
artıq olan müstəvi səthi lövhədir. Adətən, taxta, şüşə, plastik kütlə və s. hazırlanır. 
Onun üzərində çertyoju çox rahat yerinə yetirmək mümkündür. 
 
Çevirgəc – 
1)  elektrik  çevirgəci  (EÇ)  –  elektrik  dövrəsinin  kommutasiyası  üçün  elektrik 
aparatıdır,  elektrotexnikada  geniş  yayılmışdır.  Sadə  kontaktlı  EÇ  –  kəsən  açar, 
daha universalı isə paket açarıdır. Elektrik güc qurğularında, məsafədən idarəetmə 
və  avtomatik  idarəetmə  sistemlərində  rele,  kontroller,  kontaktor  və  s.,  zəif 

 
 
107 
 
cərəyanla işləyən rabitə qurğuları dövrələrində telefon və teleqraf kommutatorları, 
addımlı axtarıcılar və s. EÇ-ndən istifadə edilir. Kontaksız EÇ-də geniş yayılmışdır 
(diodlu və s.). Energetikada, avtomatikada və s. geniş istifadə edilir. 
2) televiziya kanalı çevirgəci – televiziya cihazında tamaşaçını maraqlandıran 
proqramın  verildiyi  rabitə  kanalının  seçilməsi,  radiosiqnallarının  ayrılması, 
gücləndirilməsi və s. təmin edən giriş qovşağıdır. 
Çəkic – 
1) əl alətidir, başlıqdan və dəstədən ibarətdir. Adətən, çəkic karbonlu (0,4–0,6 
%  C)  poladdan  düzəldilir.  Çəkic  başlığının  hər  iki  tərəfi  (döyəc  hissəsi)  tablanır. 
Bir çox xüsusi çəkic konstruksiyaları məlumdur. 
2)  metal  pəstahları  təzyiqlə  döymə  yolu  ilə  emal  etmək  üçün  maşındır. 
Pəstahları döymə (döymə çəkici) və həcmi, yaxud təbəqə stamplama çəkicləri var. 
İntiqalının  növünə  görə  buxar-hava  (su  buxarı  və  ya  sıxılmış  hava  ilə  hərəkətə 
gətirilir), pnevmatik (havanın sıxılması və genişlənməsi hesabına işləyir), mexaniki 
(mühərrik hissələri mühərriklə mexaniki bağlanır), hidravlik (yüksək təzyiqli maye 
ilə hərəkətə gətirilir) və s. çəkiclər mövcuddur. İş üsuluna görə sadə çəkic (düşən 
çəkic)  və  ikibaşa  təsirli  (çox  yayılmışdır)  çəkic  var.  Zərbəendirən  hissələrdən 
(porşen,  pistonqolu  və  toxmaqdan),  ağır  əsasdan  –  şabotdan,  çatı,  intiqal  və 
idarəetmə  mexanizmindən  ibarətdir.  Çəkic  kontsruksiyalarında  elektrik 
intiqalından  istifadə  edilmişdir.  Əl  ilə  işlədilən  lingli  çəkic  hələ  13–14-cü  əsrdə 
məlum idi. 
Çərçivə (inşaat mexanikasında) –  mil sistemidir; elementləri  (rikel  və dirək) 
bütün  düyünlərdə,  yaxud  düyünlərin  çoxunda  sərt  (oynaqsız)  birləşir.  Çərçivə 
tikintidə geniş  işlədilən  yüksaxlayan konstruksiyadır. Sənaye  və  ictimai binaların, 
yaşayış  evlərinin,  körpülərin  dəniz  neft  qurğularının,  nəqliyyat  maşınlarının  və 
başqa  tikintilərin  yüksaxlayan  konstruksiyası  kimi  həm  müstəvi,  həm  də  fəza 
qurğularında işlədilir. Çərçivə, əsasən, metal və dəmir betondan, bəzən isə ağacdan 
(yapışqanla  bərkidilmiş)  quraşdırılır.  Bakıda  və  respublikanın  başqa  şəhərlərində 
tikilən binaların çoxunun karkası çoxmərtəbəli, çoxaşırımlı çərçivə konstruksiyası 
şəklində  layihələşdirilir. Monolitliyi, çevikliyi və  fəzada  yaxşı  işləməsi, zəlzələyə 
davamlı olması – üstün cəhətləridir. 
Çilçıraq  –  binanın  daxilini  işıqlandırmaq  üçün  istifadə  edilən  dekorativ  və 
yaraşıqlı  işıq  saçan  məmulatdır.  Formasına  görə  əsasən  medalyona  bənzəyir  (çox 
müxtəlif  formalarda  hazırlanır).  Çilçıraqın  mərkəzində  böyük,  kənarlarında  isə 
kiçik və yüngül plafonlar olur. Çilçıraqın əsasını təşkil edən mərkəzi medalyon və 
qollar adətən, metaldan (qızıl, gümüş, bürünc, dəmir və s.), plafonlar isə şüşə, çini, 
büllur, keramika və s.-dən düzəldilir. 
Çiləyici  –  zəhərli  maddələri  (məhlul,  suspenziya,  müxtəlif  qatıqlı  emulsiya 
şəklində)  tozlandırmaq  və  bitkilərə  çiləmək  üçün  maşındır.  Çiləyici  bitki 
zərərvericiləri,  xəstəlikləri  ilə  mübarizə  etmək,  yığımdan  əvvəl  pambıq  kolu 
yarpaqlarını  tökdürmək,  alaqları  məhv  etmkə  və  s.  üçün  tətbiq  edilir.  Çiləyicidən 
binaların dezinfeksiyasında da  istifadə olunur. Tətbiq  yerinə  görə tarla bitkilərini, 
bağ, üzümlük, pambıq və s. becərmək üçün çiləyicilər vardır. 

 
 
108 
 
Çiləyici-tozlayıcı  –  bitkilərə  məhlul,  suspenziya  və  emulsiya  halında  zəhərli 
maddə  çiləmək,  habelə  quru  zəhərli  maddə  tozu  səpmək  üçün  kombinəedilmiş 
maşındır.  Əsasən,  traktora  asılan  OBX–14  markalı  çiləyici-tozlayıcı  tətbiq  edilir. 
Bunlardan  pambıq  kolu  və  digər  kənd  təsərrüfatı  bitkilərinin  zərəvericiləri  və 
xəstəlikləri  ilə  mübarizə  üçün,  ağacların  profilaktik,  bitkilərin  isə  cərgələrarası 
becərilməsi  və  s.  üçün  istifadə  olunur.  Məhsuldarlığı  saatda  məhlulçiləmədə  7,5 
ha-dəkdir, tozlandırmada isə 7 ha-dəkdir. 
Çilingər bucaqlığı – nişanlama və düz bucaqları yoxlamaq üçün nəzarət aləti. 
Çilingər  işləri  –  adətən,  dəzgahda  mexaniki  emal  edilmiş  metalların  əlaıə 
emalı,  yaxud  metal  məmulat  hazırlanmasında  detalları  birləşdirmə,  maşın  və 
mexanizmləri  yığma,  onları  tənzimləmə  yolu  ilə  tamamlayıcı  emalıdır.  Çilingər 
işləri,  adətən,  əl  ilə  və  ya  mexanikləşdirilmiş  alətlərlə  aparılır.  Çilingər  işlərinə 
nişanlama,  çapma,  pəstahı  düzəltmə  və  əymə,  kəsmə,  yeyələmə,  burğulama, 
zengerləmə, yivaçma, sürtmə, pərçimləmə, lehimləmə və s. əməliyyatlar daxildir. 
Çilingər-yığma  aləti  –  çilingər  və  yığma  işləri  üçün  mexanikləşdirilmiş, 
yaxud da əl alətləri və tərtibatlarıdır. Məmulatı iş vəziyyətində saxalamq üçün tava, 
dmokrat, məngənə, əl məngənəsi və s. həmçinin xüsusi yığma tərtibatları işlədilir. 
Detalları bir-birinə uyğunlaşdırma işlərində yeyə, nadfil, abraziv, blöv, şater və s. 
sökülən birləşmələr  yığılmasında, əsasən,  vintli alətlər – qayka açarı,  vintaçan  və 
s.-dən  istifadə  edilir.  Bundan  əlavə  çilingər  –  yığma  aləti  kimi  müxtəlif  nəzarət-
ölçü və nişanlama alətləri də işlədilir. 
 

Dairəvi  mişarlı  dəzgah  –  ağac  materiallarını  eninə  və  uzununa  mişarlayan 
dəzgahdır.  Kəsici  orqanı  dairəvi  polad  mişardır.  Bir,  iki  və  çox  mişarlı  olur. 
Dəzgaha  material  avtomatik  və  ya  əl  ilə  verilir.  Mişarların  dövrlər  sayı  dəqidədə 
500–30000-dir. 
Daş işləri – daş konstruksiyaların tikintisi zamanı  görülən  işlərdir. Daş işləri 
əsas  (materialı  iş  yerinə  daşımaqla  daşın  məhlulla  hörülməsi)  və  köməkçi 
(müvəqqəti  taxtabənd,  ayaqaltıların  qurulması  və  s.)  proseslərdən  ibarətdir. 
Hörükdə işlədilən materialın növündən asılı olaraq müasir inşaatda aşağıdakı əsas 
daş  işləri  görülür:  kərpic  hörgüsü,  daş  hörgüsü,  içiboş  keramika;  bütöv  və  içiboş 
posa-beton daşlardan divar hörgüsü; mişar daşı, balıqqulaqlı əhəngdaşı hörgüsü və 
s.  Bunlar  çoxdur.  Bina  və  digər  tikililərin  yeraltı  hissəsi  (bünövrə,  zirzəmi 
divarları,  dayaq  divarları)  üçün  təbii  kələ-kötür  daşlardan,  büt  daşından  istifadə 
olunur.  Müasir  kütləvi  inşaatda  çox  zəhmət  tələb  edən  belə  hörüklər  tədricən 
yığma  dəmir-beton,  iribloklu  konstruksiyalarla  əvəz  olunur.  Mişar  daşı  hörgüsü 
Azərbaycanda, xüsusilə Bakıda çox işlədilən divar hörgüsüdür.  
 
Dekorativ  bitkilər  –  (lat.  decorare  –  bəzəmək)  –  müxtəlif  fəsillərin 
nümayəndələri  daxil  olan  mədəni  və  yabanı  bitkilərin  böyük  qrupudur.  Yaşayış 
məntəqələrinin  yaşıllaşdırılmasında,  park  və  bağların  salınmasında,  mənzil  və 
ictimai  binaların  bəzədilməsində  istifadə  olunur.  Çiçək,  yarpaq  və  meyvələrinin 
müxtəlif rəngi və gözəl forması ilə fərqlənirlər. Çoxillik, ikiillik, birillik, soğanaqlı 

 
 
109 
 
və  s.  Olurlar.  Ağac,  kol  və  ot  bitkiləridir.  Bu  bitkilər  enliçətirli  (çinar,  palıd, 
göyrüş), çallaqçətirli (sallaqsöyüd, tozağacı və s.), piramida formalı (sərv, qonaq), 
sarmaşan  (üzüm,  daş  sarmısağı  və  s.)  ola  bilər.  Soğanaqlılara:  qızıllalə,  nərgiz, 
sünbülçiçək və sö daxildir. Bunların bir çoxu gülçülükdə, yaşıllıqlar və çiçəkliklər 
salınmasında istifadə edilən gözəl və qiymətli bitkilərdir. 
Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin