Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə11/15
tarix21.01.2017
ölçüsü1,2 Mb.
#6185
1   ...   7   8   9   10   11   12   13   14   15

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
94 
 
R E S U R S L A R 
 
İbtidai məktəbin texnologiya kabineti üçün təchizat komplekti (tam
Alətlər və nümunələr 
-Kombinə edilmiş verstak – 2 
-Alətlərin bərkidilməsi üçün  divar  stendi -2 
Ağac ilə iş 
-Əl mişarı-30 
Lobzik mişarı- 30 
materiallar. 
-  Nazik faner və silindrik oduncaq pəstahlar- 90 
- Əl dreli- 30 
Kağız ilə iş 
Alətlər və nümunələr 
-Küt uclu dəftərxana qayçısı 130mm- 30 
-taxta də ya gkastik  altlıq-30 
-300 mm met. xətkeş – 30 
- Pərgar-30 
- 30 və 60 dərəcəli künyə- 30 
- 9 mm dəftərxana bıcaqı  - 30 
-Biz- 30 
materiallar 
-
 
Rəngli kağız, paçka – 30 
-
 
Papirus A4, rulon ( büzməli kağız)- 30 
-
 
Köçürmə kağızı, 50 səhifəli paçka- 30 
-
 
Vatman A1, paçka- 3 
-
 
Rəsmxət üçün kağız A4, paçka – 5 
-
 
5mm qalın karton, paçka – 30 
-
 
Nazik rəngli karton, paçka -  30 
-
 
PVA yapışqanı – 30 
-
 
Dəftərxana maye yapışqanı – 30 
-
 
Karandaş – yapışqan – 30 
-
 
Yapışqan üçün fırça, № 8 – 30 
Parça və sapla iş  
Alətlər və nümunələr 
-
 
Parça üzərində naxış üçün dəst( batik).– 30 
-
 
Qobelen üçün iynə - 30 
-
 
Müxtəlif növlü, əl ilə tikmək üçün iynələr – 30 
-
 
Toxumaq üçün millər 4,5 mm -30 
-
 
Karandaşqabı. Mil,firça üçün. – 30 
-
 
Parça  üçün qayçı, 175 mm  - 30 
-
 
Qayçı  90mm – 30 
-
 
Oymaq – 30 

 
 
95 
 
-
 
 “ Parça, sap və furniturların sənaye nümunələri” kolleksiyası. Nümayiş dəsti 
– 2 
materiallar 
-
 
Pambıq parça . - 30 
-
 
Poliestr saplar. rəngli dəst 40-30  
-
 
Pambıq saplar 40/3XB 2500 m. 5 ağ+ 5 qara çarx – 30 
-
 
Muline.2 yumaq 25 rəngdən dəst – 30 
-
 
İris ipliyi.10 müxtəlif rəng hərəsindən 5 əd. – 30 
-
 
Yun ipliy.100qr.yumaq.20 rəng hərəsindən 1 ədəd – 30 
-
 
Tikmək üçün sap – 30 
-
 
Lavsan sap1000m – 30 
-
 
Muncuq.7 rəng+qara+ ağ  hərəsindən 50 qr. – 30 
-
 
Şəffav tilov ipi( 1 çarx) – 30 
Plastik materiallarla iş 
Alətlər və nümunələr 
-
 
Yapma üçün taxta.Ölçü 30x40 sm – 30 
-
 
Plastilin üçün alətllər, dəst – 30 
-
 
Minalanmış( saxsı) finçan 0,8 lit. – 36 
-
 
Polad qaşığ – 36 
-
 
Xırda kvadrat  tas – 10 
-
 
Gips tökmək üçün formalar.Müxtəlif formada.Hər şagirdə 1 ədəd – 30 
 
materiallar 
-
 
Ələ yapışmayan  plastilin  -30 
-
 
Gips 1 kq. – 30 
Təbii materiallarla iş 
Alətlər və nümunələr 
-
 
Bağban qayçısı – 30 
-
 
Pres–Herbariy üçün dəst – 30 
-
 
Sintetik tükdən dairəvi fırça № 3 - 30 
-
 
Sintetik tükdən dairəvi fırça №5 - 30 
-
 
Sintetik tükdən dairəvi fırça №8 - 30 
-
 
Sintetik tükdən dairəvi fırça №10 - 30 
-
 
Yastı firça№6 - 30 
-
 
Yastı firça №8 - 30 
-
 
materiallar 
-
 
Akril boyası. 12 rəngli dəst – 30 
-
 
Quaş. 6 rəngli dəst, – 30 
-
 
Rəngli karton.Dəstdə 8 rəng, nazik,– 30 
-
 
qubka – 60 
Məftillə iş 
Alətlər və nümunələr 
-
 
yastıağız kəlbətin 120 mm – 30 
-
 
girdə ağız kəlbətin 120 mm    - 30 

 
 
96 
 
-
 
Kəlbətin 250 mm – 30 
-
 
Çəkic 100 qr – 30 
-
 
Zindanlı polad məngənələr 100 mm – 30 
-
 
“ Metallar” kolleksiyası – 2 
-
 
 “ Alümin” kolleksiyası – 2 
-
 
materiallar 
-
 
Mis məftil -100 m 
-
 
Şamlar.– 60 
Konstruksiyaetmə (konstruktorla iş)  
-
 
Konstruksiya etmənin əsaslarını öyrənmək üçün  konstruktor – 30 
-
 
İlk mexanizmlərin öyrənilməsi üçün  konstruktor – 30 
-
 
Elektrik  mühərrikli  muasir    mexanizmlərin  konstruksiya  edilməsinin  elmi  
prinsiplərini öyrənmək üçün konstruktor – 30 
Konstruksiya etmə və avtomatlaşma 
-
 
Robototexnika üzrə proqram təminatı - 30 
 
5-9 sinifdə istifadə olunacaq resurslar 
Oduncaq və metal  emalı üzrə 
nümayiş modelləri 
– «Elektrik mühərrikinin quruluşu və hərəkət prinsipi» modelləri — 1 
 
Metal emalı üçün alətlər 
– Abraziv tirlər – 5 
– Qayka açarı, 30 mm — 1 
– Qayka açarı, 19 mm – 1 
– Metal ölçü xətkeşləri, 1000 mm – 2 
– Mikrometr, 0… 24 mm — 30 
– Çilingər çəkicləri, 600 q – 5 
– Kontrol-ölçü və nişanqoyucu alətlər dəsti –5: 
– metal ölçü xətkeşi, 300 mm — 30 
– çilingər günyəsi — 30 
– təlim ştangerpərgarı, 0,1 mm dəqiqliyilə — 30 
– nişanqoyucu yaylı pərgar — 5 
– Məktəbli çilingər alətləri dəstləri –30 
– çilingər qələmi, tiyənin eni 10mm – 30  
– çilingər qələmi, tiyənin eni 15mm – 30 
– itiağız kəlbətin – 30 
– çilingər çəkici, 200 q – 30 
– metal kəsmək üçün əl qayçısı – 30 
– kombinasiya edilmiş yastıağız kəlbətin – 1 
– çilingər-quraşdırıcı alətlər dəstləri – 5: 
– ikitərəfli qayka açarları, 8…24 mm – 5 
– parallel vintli sıxaclar (məngənələr) – 1 
– məktəbli yivaçan alət dəstləri – 30 

 
 
97 
 
– spiral burğular 2,5… 10 mm – 20 
– elektrotexniki  işlər  üçün  məktəbli alət dəstləri – 30: 
– girdəağız kəlbətinlər – 30 
−kəsici  kəlbətinlər – 30 
– pinset (maqqaş) – 1 
– məktəbli törpülər dəsti — 30 
– disk  frezlər – 5 
– silindrik frezlər – 5 
– «Gənc oymaçı» dəsti– 5 
– nadfillər dəsti № 1, nişan № 1–5-30 
– spiral burğular dəsti, 2

mm – 5 
– pərçimləmə üçün sıxaclar, dayaqlar və tarımlama dəstləri – 5 
– yarıgirdə törpülər, 200… 250 mm – 5 
– təsərrüfat qayçısı – 3 
– kombinasiya edilmiş məktəbli vintaçanlari  – 3 
– metrik yivölçənlər – 1 dəst 
– çilingər reysmusu – 1 
– ştangenpərgar, 0,05 mm ölçmə  dəqiqliyi  ilə – 30 
Oduncaq emalı üçün alətlər 
– xarrat   alətləri komplekti – 30 
– cilalayıcı tir – 30 
– iskənə, 6 mm – 30 
– iskənə, 10- mm – 30 
– taxta çəkic – 30 
– kəlbətin – 30 
– metallik xətkeş, yaxud ruletka – 30 
– xarrat çəkici – 30 
– xarrat mişarı  – 30 
– xarrat  reysmusu – 30 
−rəndə  – 30 
– yastı iskənələr, 10 mm – 30 
– xarrat – günyəsi – 30 
– adi  xətkeş  – 30 
– loğrik (nazik mişar) – 30 
–metrə – 5 
–məktəbli  rəndələri – 30 
– ağac üzərində naxış üçün alətlər dəsti – 30 
– yastı və yarıgirdə iskənə dəstləri; 4…15 mm – 30 
– vintaçanlar, 5 mm – 30 
 
 
 
 
 

 
 
98 
 
TEZAURUS 
 
Kurrikulum - təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün 
məsələləri  özündə əks etdirən konseptual sənəddir. 
Milli kurrikulum - ölkə miqyasında təhsilin hər bir pilləsindəki fəaliyyətlərin 
həyata  keçirilməsinə  imkan  yaradan  və  onları  istiqamətləndirən  konseptual 
sənəddir.  
Texnologiya  fənn  kurrikulumu  -  fənn  üzrə  fəaliyyətləri  istiqamətləndirən 
konseptual sənəddir. 
Texnologiya  təliminin  məzmunu  -  şəxsiyyətin  formalaşmasına  yönəlmiş 
bacarıqlar  şəklində  ifadə  edilən  təlim  nəticələrinin  (təlim  standartlarının) 
məcmusudur.  
Təlim  nəticəsi  -  müəyyən  bir  mərhələdə  mənimsənilməsi  nəzərdə  tutlan  və 
əvvəlcədən müəyyənləşdirilmiş təlim nailiyyətlərinin konkret bir səviyyəsidir. 
Məzmun  xətti  –  texnologiya  fənnin  xarakterinə  uyğun  ümumi  təlim 
nəticələrinin reallaşmasını təmin etmək üçün müəyyən olunan məzmununun zəruri 
hissəsidir.  
Məzmun  standartı  -  dövlətin  təhsil  alanların  bilik  və  bacarıq  səviyyəsinə 
qoyulmuş dövlət tələbdir.  
 Qiymətləndirmə  standartı  -  təhsil  alanların  nailiyyət  səviyyəsinə  qoyulan 
dövlət tələbidir.  
Təlim  strategiyası  -  təhsil  prosesində  istifadə  olunan  forma,  metod,  üsul  və 
vasitələrin məcmusudur.  
 Texnologiya  dərsliyi  -  dövlət  təhsil  standartları  əsasında  hazırlanmış 
kurrikulumlara  uyğun  olan,  şagirdlərdə  müstəqil  tədqiqatçılıq  və  yaradıcılıq 
vərdişlərinin  aşılanmasına,  demokratik  dünyagörüşünün  formalaşmasına  imkan 
yaradan,  onları  düşünməyə  sövq  edən,  məntiqi  təfəkkürü  inkişaf  etdirən,  tətbiqi 
xarakter daşıyan, inteqrativ xüsusiyyətə malik əsas dərs vəsaitidir.  
Inteqrasiya  -  müəyyən  təhsil  sistemi  çərcivəsində  şagirdlərin  təfəkküründə 
dünyanın  bütöv  və  bölünməz  obrazını  formalaşdırmaq,  onları  inkişaf  və 
özünüinkişafa istiqamətləndirmək məqsədilə təlimin bütün məzmun komponentləri 
arasında struktur əlaqələri qurmağı  və onları sistemləşdirməyi tələb edən didaktik 
prinsipdir.  Dünyanın  təhsil  təcrübəsində  şaquli  və  üfüqi  olmaqla  onun  iki 
növündən istifadə edilir.  
 Fəndaxili  inteqrasiya  -  təlim  prosesinə  istiqamət  verən  aparıcı  rola 
malikdir.Bu  inteqrasiya  modeli  fənni  tədris  edən  müəllimdə  bilik  və  bacarığı 
əlaqəli  və  eləcə  də  ayrılıqda  görə  bilmək  qabilliyətini  tələb  edir.  Tədris  olunan 
mövzuda  fənnin  məzmun  xəttinə  uyğun  olaraq  tələb  olunan  bilik  və  bacarıqlar 
diqqət    mərkəzində  olmalıdır,  əsasən  müəyyən  etmək  olar  ki,  bu  model 
şagirdyönümlü  təlim  prosesinin  tərkib  hissəsi    kimi,  onları  dərk  etmə  və  sosial 
bacarıqlarını  (çalışma  həlli,  müstəqil  qərar  çıxarma,  tənqidi  və  yaradıcı  düşünmə 
bacarıqları,  eləcə  də  biliklərin  həyata  tətbiqi  qabilliyətini  inkişaf  etdirmək   
imkanına malikdir. 

 
 
99 
 
 Fənlərarası inteqrasiya –  hər  hansı  mövzunun tədris edilməsində  iki  və   ya 
daha  artıq  fənn  sahəsindən    əldə  edilən  məzmunun  öyrədilməsidir.  İnteraktiv 
kurrikulumda  fənlərarası əlaqənin tətbiqi  biliyin sistemli  şəkildə öyrədilməsinin 
açarıdır,  çünki  müxtəlif  istiqamətlərdə  inkişaf  edən  elmlər  arasında  əlaqə  ,  başqa 
sözlə deyilərsə, assosiasiya yaratmaq idraki fəaliyyətin əsas proseslərindən biridir. 
Biliklərin inteqrasiyası  şagirdlərin canlı və cansız təbiət hadisələri həmçinin  təbiət 
və  cəmiyyət  hadisələrinin  ümumi  əlaqələrini  dərk  etməyə  xidmət  edir,  eləcə  də 
öyrəndikləri  problemləri  bir  yerdə  nəzərdən  keçirərkən  səmərəli  konsepsiyaların 
formalaşmasına və onların təqimatına diqqət  yetirir. 
Pedaqoji  innovasiya  -  təhsil  müəssisələrində,  pedaqoji  nəzəriyyələrdə, 
müəllim və şagirdlərin fəaliyyətlərində, təlim-tərbiyənin məzmununda, forma, üsul 
və vasitələrində, idarəetmədə, məqsəd və nəticələrdə, ümumən, pedaqoji sistemdə 
baş verən yeniliklərdir. Onlar müəyyən dövr ərzində sabit qalaraq ənənəvi qaydada 
davam etdirilir, həmin dövrün səciyyəvi pedaqoji hadisəsinə çevrilir.  
Nəticəyönümlülük  -  yeni  kurrikulumların  hazırlanmasında  nəzərə  alınmış 
əsas  prinsiplərindən  biridir.  Bu  pirinsipin  tələbinə  görə  müəyyən  olunmuş 
bacarıqlardan ibarət zəruri məzmun nəticələr formasında verilir. 
Taksonomiya  -    yunan  sözüdür  (taxus-qayda  ilə  yerləşmə+qanun  deməkdir), 
təlim  məqsədlərinin şəbəkəli və ya sistemli təsnifatıdır. Elmi termin kimi ilk dəfə 
botanika  və  zoologiyada  əmələ  gəlmiş,  heyvanların  və  bitgi  orqanizmilərinin 
qruplara  görə  bölgüsü  anlamında  işlənmişdir.  30-cu  illərdə  psixologiyada  istifadə 
olunmağa başlanmışdır.  
Şəxsiyyətyönümlülük  –  Milli  Kurrikulumun  hazırlanması  zamanı  nəzərə 
alınmış  didaktik  prinsiplərdən  biridir.  Onun  tələbinə  görə,  kurrikulumların 
tərkibində    olan  təlim  standartları,  strategiyaları  və  qiymətləndirmə  mexanizmləri 
şagird  şəxsiyyətində  idraki,  hissi  və  psixomotor  bacarıqlar  əsasında  yaranan 
keyfiyyətlərin  formalaşmasına  yönəlir.  Çox  vaxt bu  keyfiyyətlər  kompetensiyalar 
(səriştələr,  qabiliyyətlər),  dəyərlər  və  ya  mədəniyyətlər  terminləri  ilə  ifadə  edilir. 
Şəxsiyyətyönümlü təhsilin keyfiyyət göstəricisi sadəcə bilik və ya bacarıqlar deyil, 
milli  səviyyədə  müəyyən  olunmuş  ümumi  nəticələrə  uyğun  səviyyənin 
(kompetensiya, keyfiyyət və ya mədəniyyət göstəricilərinə uyğun səviyyənin) əldə 
edilməsidir.  
Təhsildə qiymətləndirmə sistemi - beynəlxalq milli və məktəb səviyyələrində 
aparılan  qiymətləndirməni  əhatə  edir.  Orada  zəruri  məzmunun  (qiymətləndirmə 
standartlarının),  vasitələrin  (test,  sual  və  s.),  formaların,  üsulların 
müəyyənləşdirlməsini  və  onların  reallaşdırılmasına  aid  prosedurları  özündə 
birləşdirir.  
Fəal (interaktiv) təlim - şagirdlərin idrak fəallığına əsaslanır, təhsil prosesinin 
digər iştirakçıları ilə əməkdaşlıq şəraitinin yaradılmasını tələb edir.  
Idrak fəaliyyəti - idrak prosesində həyata keçirilən fəaliyyətdir. Psixoloqların 
fikrincə,  idrak  fəaliyyətində  bilmək,  anlamaq,  tətbiq  etmək,  sintez  etmək  və 
dəyərləndirmək  əsas  mərhələlər  hesab  olunur.  Müasir  təhsil  konsepsiyasına  görə, 
şagirdin  təlim  fəaliyyətinin  psixopedaqoji  əsasını  məhz  həmin  parametrlər  təşkil 

 
 
100 
 
edir. Ona görə də “hafizə məktəbi”ndən fərqli olaraq “təfəkkür məktəbi”ndə təlim 
stanadartları hazırlanarkən onlar əsas götürülür.  
 

Ağac  –  qol-budağı  və  gövdəsi  oduncaqlaşmış  çoxillik  bitkidir.  Dünyada  ən 
hündür ağaclar: Avstraliya evkalipti və Kaliforniya sekvoyası 140–150 m-ə qədər 
ucalır. Ən yoğun gövdəli ağac Afrika baobabıdır, diametri 14 metrə çatır. Yaşama 
müddətinə  görə  də  ağaclar  müxtəlifdir:  Afrika  baobabı  4000–5000,  sərv  3000, 
şabalıd və palıd 2000 və s. ilə qədər yaşayır. 
Ağac  cinsləri  –  ağac  bitkilərinin  cins  və  növləridir.  Təsərrüfat əhəmiyyətinə 
görə  meşə  və  meşəmeliorativ,  dekorativ  və  meyvəverən  ağac  cinsləri  var.  Əsas 
(şam, küknar, qaraşam, palıd), ikinci dərəcəli (ağcaqayın, qarağac, tozağacı, titrək 
qovaq)  və  meşəaltı  ağac  cinslərinə,  meyvəçilikdə  isə  tumlu  (alma,  armud), 
çəyirdəkli  (gavalı,  albalı),  çəyirdəksiz  (püstə,  badam,  qoz)  ağac  cinslərinə 
ayrılırlar. 
Ağac  çəkic  –  dəmir  və  çilingərlik  işlərində  tətbiq  edilir,  dəstəsi  və  döyəc 
hissəsi oduncaqdan ibarətdir. 
Ağac emalı alətləri – ağacın mexaniki emalında işlədilən alətlərdir. Maşın və 
əl  alətləri  olur.  Əl  alətləri  (mişar,  rəngə,  balta,  iskənə  və  s.),  əsasən,  kiçik 
emalatxanalarda  və  s.  işlədilir.  Mexanikləşdirilmiş  pnevmatik  və  elektron  əl 
alətlərindən istehsalatda daha çox istifadə edilir.  
Ağac  emalı  dəzgahları  –  ağac  mexaniki  emal  edən  maşınlardır.  Bu 
maşınlarla  ağac  materiallarından  tir,  faner  və  s.  taxta  məmulatı,  mebel,  gəmi, 
dəmiryol  vaqonları,  kənd  təsərrüfatı  maşınları,  musiqi  alətləri  və  s.  üçün  hissələr 
hazırlanır. Kəsmə, əymə, yapışdırma, yığma və tamamlama növləri var. 
Ağac  emalı  sənayesi  –  mexaniki  və  kimyəvi  üsulla  ağac  emal  edən  meşə 
sənayesi  sahəsidir.  Müxtəlif  meşə  materiallarından  xammal  kimi  sitifadə  edir. 
Məhsulları:  taxta-şalban,  şpal,  faner,  ağac  tava,  tikinti  məmulatları,  vaqon, 
avtomobil, aviasiya və gəmi, habelə kənd təsərrüfatı  maşınları üçün yarımfabrikat 
və  hazır  hissələr,  kibrit,  mebel,  taxta,  tara,  toxuculuq  sənayesi  üçün  müxtəlif 
tərtibat və s. ləvazimat hazırlayır. 
Ağackəsən  dəzgah  –  taxta-şalban  hazırlamaqdan  ötrü  ağacı  kəsmək  üçün 
işlədilən dəzgahdır. 
Ağac 
konstruksiyalar 
– 
ağac 
materialdan 
hazırlanan 
inşaat 
konstruksiyalarıdır  (müxtəlif  elementləri  metaldan  da  ola  bilər).  Təyinatına  görə 
mühafizədən  və  yüksaxlayan  ağac  konstruksiyalar  olur  (divar  və  arakəsmələr). 
Ağac qısaömürlü olduğundan metal, dəmir beton və daş konstruksiyalara daha çox 
üstünlük verilir. 
Ağac  qatranı  –  oduncağın  termik  emalı  məhsullarından  biridir.  Müxtəlif 
maddələrin  mürəkkəb  qarışığıdır.  Oduncağın  sulu  distilatından  çökdürməklə 
ayrılan – çökmə qatranıdır. Başqa qatran növləri də vardır (ekstraksiya qatranı və 
s.). Gili məhsulların özlüylüyünü azaltmaq və s. məqsədlə işlədilir. 
Ağac  materiallar  –  təbii  ağac  növlərinin  emalı  nəticəsində  alınan 
konstruksiya,  izolyasiya  və  bəzək  materialıdır.  Bu  materiallar  yüngül  və 

 
 
101 
 
möhkəmdir,  asan  emal  edilir;  mıx,  çiv  və  yapışqanla  asan  birləşdiriri,  asan 
rənglənir və s. İnşaat, mebel istehsalı və s. geniş istifadə edilir. 
Alət  –  insanın  əmək  vasitəsi,  yaxud  maşının  icra  mexanizmidir.  Əl  alətləri 
(balta,  çəkic,  maşa  və  s.),  dəzgah  alətləri  (kəski,  frez,  burğu  və  s.)  və 
mexanikləşdirilmiş  alətlər  (o  cümlədən  elektrik,  hidravlik,  yaxud  pnevmatik 
intiqallı əl maşınları) var. 
Alət  poladı  –  müxtəlif  alətin  (kəski,  ştamp,  ölçü  və  s.),  yaxud  onların  işlək 
hissələrinin, həmçinin çox yeyilməyə məruz qalan maşın detallarının hazırlanması 
üçün  karbonlu  və  legirlənmiş  poladdır.  Termiki  emal  (tabəksiltmə,  tabalma)  alət 
poladının istsmar xassələrini yaxşılaşdırır. Nəticədə, bərklik və möhkəmlik artır. 
Armatur (lat. armatura – silah, ləvazimat) –  
1)  maşın,  konstruksiya  və  qurğunun  əsas  hissələrinə  aid  olmayan,  lakin 
onların  normal  işini  təmin  edən  köməkçi,  adətən,  standart  quruluş  və  detallar 
dəstidir. 
2)  inşaatda  armatur  əsas  konstruksiya  hissəsi  olub,  dəmir-beton 
konstruksiyalarda betonu gücləndirmək üçün işlədilən polad mil, metal tor, karkas, 
şvellər və s.-dən ibarətdir. 
Armatur işləri –  yığma  və  monolit dəmir-beton konstruksiya armaturlarının 
hazırlanması, 
quraşdırılması, 
həmçinin 
qabaqcadan 
gərginləşdirilmiş 
konstruksiyaların  istehsalında  armaturlərin  gərilməsi  və  s.  proseslərdən  ibarət 
kompleksdir.  Armatur  işləri  materialların,  konstruksiya  hissələrinin  elastiklik  və 
möhkəmliyini artırmaq üçündür. Armatur milləri avtomat dəzgahlarda hazırlanır. 
Aviasiya (lat. avis – quş) – havadan ağır aparatlarla yer ətrafı hava fəzasında 
uçuşdur.  Mülki  və  hərbi  olmaqla  iki  qrupa  bölünür.  Yük  və  sərnişin  daşınması 
üçün  mülki  aviasiyadan  istifadə  edilir.  Aviasiyada  uçuşu  təmin  etmək  üçün 
radiotexniki, meteroloji, işıq texnikası vasitələri, aerodrom və aeroportlar olur. 
Aviasiya  mühərrəki  –  uçuş  aparatlarını  (təyyarə,  vertolyot,  drijabl  və  s.) 
hərəkətə  gətirənistilik  mühərrikidir.  Bu  mühərriklər  porşenli  daxiliyanma 
mühərriki  əsasında  qurulmuşdur.  Aviasiya  mühərriklərinin  təkmilləşdirilmə 
tədbirlərindən  biri  də  hava  vintinin  FİƏ-nın  artırılması  olmuşdur.  Qaz  turbini  və 
reaktiv  mühərrikin  yaranması  səs  sürətini  ötmək  probleminin  həllinə  imkan 
yaratdı. İndi turbovintli və turboreaktiv aviasiya mühərriklərindən istifadə olunur. 
Avto  (yun.  autos  –  özü)  –  özünəməxsusluq,  şəxsilik  (məsələn, 
avtobioqrafiya), avtomatiklik (məsələn, avtobloklama), avtomobil, aidlik (məsələn, 
avtobus) bildirən mürəkkəb sözlərin tərkib hissəsidir. 
Avtobus – çoxyerli sərnişin avtomobilidir. Avtobuslar şəhərdaxili, şəhərətrafı, 
şəhərlərarası  və  yerli  (rayondaxili)  marşrutlarda  işləyirlər.  Sərnişin  tutumu 
avtobusların qabarit ölçülərindən asılıdır.  
Avtokar  (avto…  +  ing.  car  –  araba)  –  yaxın  məsafələrə  yükdaşıma  üçün 
daxiliyanma  mühərriki  ilə  işləyən  özügedən  maşındır.  Əsasən,  elektrokarla  əvəz 
edilmişdir.  İstehsal  prosesində  və  eləcə  də  məhsulların  tədavülü  sahəisndə  olan 
baza və anbarlarda yükləri yaxın məsafəyə daşımaq üçün geniş istifadə edilir. 
Avtomat  (yun.  avtomatos  –  özüişləyən)  –  istehsal  və  qeyri-istehsal 
sahələrində istifadə edilən və insanın bilavasitə iştirakı olmadan enerji, material və 

 
 
102 
 
informasiyanın  alınması,  istənilən  şəklə  salınması,  ötürülməsi  və  istifadəsi  kimi 
prosesləri  verilmiş  proqram  üzrə  yerinə  yetirən  qurğu  və  ya  mexanizmlər 
sistemidir.  Məhsuldarlığı  artırır,  əməyi  yüngülləşdirir,  insanı  çətin  və  həyat  üçün 
təhlükəli  şəraitdə  işləməkdən  azad  edir.  Bu,  yeni  elektron  avtomat  qurğuların  və 
elektron  relesindən  başlamış  idarəedici  hesablama  maşınlarına  qədər  avtomat 
komplekslərinin  hazırlanmasına  səbəb  oldu.  Hazırda  idarəetmə,  nəzarət  və 
tənzimləmə  funksiyalarını  icra  edən  mürəkkəb  qurğular  var.  Müxtəlif  avtomat 
növləri  mövcuddur:  texnoloji,  energetika,  nəqliyyat,  hesablayan-həlledən,  ticarət, 
hərbi,  məişət  avtomatları.  Avtomatik  qurğuların  yerinə  yetirdikləri  funksiyalara 
görə istehsalatda avtomatikadan istifadənin dörd əsas istiqamətini göstərmək olar: 
avtomatik  nəzarət,  avtomatik  mühafizə,  avtomatik  tənzimləmə  və  avtomatik 
idarəetmə. 
Avtomat  xətt  –  məmulatın  hazırlanma,  yaxud  emal  prosesini  müəyyən 
texnoloji  ardıcıllıqla  avtomatik  surətdə  yerinə  yetirən  maşınlar  sistemi,  əsas  və 
köməkçi  avdanlıqlar  komplesidir.  Bu  xətt  axınlı  istehsalda  əməyi  yüngülləşdirir, 
məhsuldarlığı  artırır,  yardımçı  nəqliyyat  vasitələrinin  sayını  azaldır,  istehsalın 
həcmi  sabit qalmaqla  zavod  sahəsini  kiçildir,  istehsal  dövrünü  qısaldır,  məhsulun 
maya dəyərini aşağı salır və keyfiyyətini yaxşılaşdırır. 
Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin