Azərbaycan Respublikası Təhsil Nazirliyi. Azərbaycan Dövlət İqtisad Universiteti


Sahələrin və regionların struktur dəyişikliklərin nəzəri əsaslandırılması və institutsional təminatı



Yüklə 78,61 Kb.
səhifə2/7
tarix05.03.2023
ölçüsü78,61 Kb.
#86703
1   2   3   4   5   6   7
referat 335

Sahələrin və regionların struktur dəyişikliklərin nəzəri əsaslandırılması və institutsional təminatı.

  • İqtisadiyyatın sahələrində struktur dəyişikliklər həmin sahələrin rəqabətqabiliyyətliliyinin artırılması amili kimi.

  • Müasir mərhələdə Azərbaycanda struktur dəyişikliklərin və struktur islahatların əsas istiqamətləri


    Sahələrin və regionların struktur dəyişikliklərin nəzəri əsaslandırılması və institutsional təminatı

    Ölkə iqtisadiyyatı – mürəkkəbliyin müxtəlif aspektlərinə: struktur, funksional, alqoritmik, məlumat, inkişaf istiqamətlərinə malik mürəkkəb sistemin təşkilidir.


    Sistem şəklində iqtisadiyyatda struktur dəyişiklikləri , onun elementlərinin müxtəlifliyi, onlar arasındakı əlaqələrin mürəkkəbliyi, ierarxiya səviyyələrinin kəmiyyəti, alt sistemlər rolunu yerinə yetirən makroiqtisadiyyatın bütün element və bloklarının xarakteri ilə müəyyən olunur.
    Lakin iqtisadiyyatın strukturuna xüsusi mürəkkəbliyi iqtisadiyyatın canlı, daima mövcud , dinamik orqanizm edən müxtəlif qarşılıqlı əlaqəli proseslərin (təkrar istehsal, resurs, investisiya, innovasiya, maliyyə, əmək, texnoloji) məcmuluğu verir.
    İqtisadiyyatın mövcud strukturu ictimai əmək bölgüsünün, cəmiyyətin sosial strukturunun formalaşması, insanların tələbatlarının artımı və dəyişməsi, elmi-texniki tərəqqi, öz növbəsində istehsal qüvvələrinin mürəkkəbləşməsinin uzunmüddətli proseslərinin təsiri altında təşəkkül tapmışdır.
    İqtisadiyyat sahəsində ictimai istehsalın strukturuna əsas proporsional asılılıqları və ictimai əmək bölgüsünün vəziyyətini əks etdirən sahələr arasında qarşılıqlı əlaqəyə xüsusi diqqət yetirilir.
    İqtisadi nəzəriyyə uzun müddət iqtisadiyyatı ictimai-iqtisadi münasibətlərin məcmusu, həmçinin istehsalın uyğun sahə və növlərinin daxil olduğu təsərrüfat kimi nəzərdən keçirmişdir. İqtisadiyyatın və onun strukturunun belə sadələşdirilmiş anlayışı müasir strukturun, o cümlədən bütövlükdə iqtisadi siyasətin işlənib hazırlanması üçün ciddi metodoloji əsas kimi xidmət göstərə bilməz.
    Hal-hazırda ən geniş yayılmış anlayış iqtisadiyyatın ictimai-iqtisadi münasibətlərin, müntəzəm qarşılıqlı əlaqədə istehsal qüvvələrinin münasibətlərinin məcmusu kimi müəyyənləşdirilməsi hesab olunur. Ictimai-iqtisadi münasibətlər sırasında texnoloji, texniki-iqtisadi, bölgü-mübadilə, sosial-iqtisadi, təşkilati-iqtisadi münasibətlər fərqləndirilir. Istehsal qüvvələri haqqında anlayış əsasında mülkiyyətin bazis münasibətləri yalnız istehsal vasitələrinə deyil, eyni zamanda istehsal qüvvələrinin tərkibinə daxil olan digər resurs amillərinə münasibətdə şərh edilir.
    Ictimai əmək bölgüsü sisteminə uyğun olaraq, istənilən ölkənin iqtisadiyyatını sahələrin, xalq təsərrüfatının sahələrinin, regionların, müəssisə və təşkilatların qarşılıqlı əlaqəli iqtisadiyyatlarının məcmusu kimi müəyyənləşdirmək olar və bütün bu iqtisadiyyatlar yalnız qarşılıqlı əaqədə deyl, həm də sistemlər daxilində ən ali qaydada altsistem rolunu yerinə yetirirlər. Məsələn, sahələr iqtisadiyyatı müəssisə, təşkilat, digər firmaların iqtisadiyyatından ibarətdir, regional iqtisadiyyat isə müəyyən strukturla sahəvi altsistemdə qruplaşdırılan müəssisə, firma və təşkilatların iqtisadiyyatından ibarətdir.
    İqtisadiyyat elmi əsaslandırmışdır ki, istənilən davamlı iqtisadiyyat –bu öz-özünə təkrar istehsal sistemidir. O, istehsal mərhələsini hazırlayır, məhsul istehsal edir, onun bölgüsünü, mübadiləsini həyata keçirir və istehlakın bu və ya digər formasını təmin edir.(istehsal, ictimai, məişət)
    Bu şəkildə, iqtisadiyyat-bu konkret istehlak nemətlərinin təkrar istehsal prosesinin bütövlükdə məcmusudur. Iqtisadiyyata kifayət qədər geniş yayılmış sadə yanaşma resurslar kompleksinin təşkili(maddi-texniki, əmək, kapital, intellektual, investisiya və s.) və ictimai təkrar istehsal sistemi çərçivəsində onlardan səmərəli istifadə üzrə proseslərin məcmusudur.
    Iqtisadiyyatın çox aspektli anlayışı onun strukturunun müxtəlif növlərinin fərqləndirilməsi üçün cari metodoloji baza hesab olunur.

    Yüklə 78,61 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin