Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə3/95
tarix11.04.2023
ölçüsü1,49 Mb.
#96395
1   2   3   4   5   6   7   8   9   ...   95
3df5370fd11da385a7ca4c7397cda023

Qarnizon rəisi  
17. Qarnizon rəisi qarnizonda yüksək hərbi intizamın saxlanmasına, qarovul xidmətinin 
təşkilinə və yerinə yetirilməsinə, yerli müdafiə tədbirlərinin təşkilinə və keçirilməsinə, qoşun 
hissələrinin gündəlik məişəti və hazırlığı üçün lazımi şəraitin təmin edilməsinə, yanğından 
mühafizənin vəziyyətinə, qoşun hissələrinin iştirakı ilə qarnizon tədbirlərinin keçirilməsinə 
cavabdehdir. Onun, ehtiyac olduqda, özünə həvalə edilmiş məsələlərin həlli üçün qarnizon hərbi 
hissələrinin şəxsi heyətini və nəqliyyat vasitələrini işə cəlb etmək hüququ vardır. 
Qarnizon rəisi qarnizon və qarovul xidmətləri məsələləri üzrə Baş Qərargah rəisinə tabedir 
və bu məsələlərin icrasında qarnizonun tərkibinə daxil olan birləşmələrin və hərbi hissələrin 
komandirləri (hərbi məktəb və müəssisə rəisləri də daxil olmaqla) qarnizonun bütün hərbi 
qulluqçularının birbaşa rəisidir. 
18. Qarnizon rəisinin vəzifəsidir: 
qarnizonun vəzifəli şəxslərinin fəaliyyətinə daim rəhbərlik etmək;
qarnizon naryadının maksimum ixtisarına nail olmaqla qarnizon obyektlərinin mühafizə və 
müdafiəsini təşkil etmək;
qarnizon qarovullarının cədvəlini Baş Qərargah rəisinin təsdiqinə vermək və qarnizonun 
sərhədləri haqqında mülahizələrini ona bildirmək;
qarnizon qarovullarının cədvəlini Baş Qərargah rəisinin təsdiqinə vermək və qarnizonun 
sərhədləri haqqında mülahizələrini ona bildirmək;
qarnizonda hərbi intizamın və qarovul xidmətinin vəziyyətini müntəzəm təhlil etmək, bunları 
yaxşılaşdırmaqdan və baş vermiş hadisələrin qarşısını almaqdan ötrü vaxtında tədbirlər görmək, 
sayıqlığı artırmaq, hərbi və dövlət sirlərini qorumaq üçün iş aparmaq;
yerli hakimiyyət orqanları ilə sıx əlaqə saxlamaq, qarnizon xidməti və birgə tədbirlərin 
keçirilməsi ilə bağlı məsələləri onlarla birlikdə həll etmək;
Baş Qərargah rəisinin göstərişi ilə səfərbərlik elan olunması halı üçün qarnizonun tədbirlər 
planını, həmçinin qarnizon hissələrinin həyəcan siqnalı ilə qaldırılması və fəaliyyəti planını işləyib 
hazırlamaq;
qarnizonda hava hücumundan müdafiəni və qoşunların kütləvi qırğın silahlarından 
müdafiəsini, həmçinin yanğından mühafizəni təşkil etmək, onların vəziyyətini nəzarətdə 
saxlamaq;
qarnizonun yerli müdafiə və yanğından mühafizə, həmçinin mülki müdafiə ilə qarşılıqlı 
əlaqə planlarını işləyib hazırlamaq və Baş Qərargah rəisinin təsdiqinə vermək;


qarnizon qarovullarının mühafizə etdikləri saxlanclara (anbarlara) buraxılma qaydalarını 
müəyyən etmək;
qarnizon və daxili qarovulların xidməti yerinə yetirməsini, həmçinin həbs edilənlərin 
qarnizon hauptvaxtında düzgün saxlanmasını ayda bir dəfədən az olmayaraq şəxsən yoxlamaq;
qarnizona gələn hərbi hissələri (bölmələri, komandaları) Baş Qərargah rəisinin göstərişi ilə 
yerləşdirmək;
qarnizonun hərbi hissələri üçün təlim çöllərindən, atəş meydanlarından, poliqonlardan, 
tankodromlardan və başqa təlim obyektlərindən istifadə qaydalarını müəyyən etmək, həmçinin 
orada təhlükəsizlik tədbirlərinin təşkilini yoxlamaq;
yerli hakimiyyət orqanları ilə razılaşaraq açıq su hövzələrindən qoşunların su təchizatı üçün 
istifadə qaydasını, şəxsi heyətin çimməsi yerlərini, vaxtını və qaydasını müəyyən etmək, çimmə 
vaxtı təhlükəsizlik tədbirlərinin yerinə yetirilməsinə nəzarət etmək;
ümumqarnizon ictimai-
siyasi, mədəni-maarif və idman tədbirlərini, həmçinin mədəni-maarif 
idarələrinin qarnizon hissələrinə xidmətetmə planını nəzərdən keçirib təsdiq etmək;
qarnizon hərbi avtomobil müfəttişliyinin (HAM) işinə rəhbərlik etmək;
rayon (qarnizon) mənzil-istismar hissəsinin hərbi hissələrin yerləşdirilməsi işinə rəhbərlik 
etmək və qarnizonda yaşayış sahəsi bölgüsünü təsdiq etmək;
binaların, hərbi şəhərciklərin ərazisinin və ümumqarnizon istifadəsindəki tikililərin hərbi 
hissələr tərəfindən saxlanmasını yoxlamaq, onlar boşaldıqda isə mühafizəsini təşkil etmək;
qarnizon qoşunlarının paradını və qoşunların iştirakı ilə başqa tədbirləri keçirmək, zəruri 
hallarda fəxri qarovullar təyin etmək;
yanğınları söndürmək və təbii fəlakətlərə qarşı mübarizə aparmaq, yaxud yanğından və 
təbii fəlakətlərdən zərər çəkmiş mülki əhaliyə kömək göstərmək üçün bölmələr (hərbi hissələr) 
ayırmaq (360-cı maddə);
qarnizon hərbi hissələrinin qış və yay geyim formalarına keçməsi vaxtını təyin etmək;
qarnizon hərbi hissələrində və idarələrində binaların qızdırılma vaxtının başlanğıcını və 
sonunu elan etmək;
ümumqarnizon tədbirlərinin, Şəhidlər xiyabanlarında, döyüş şöhrəti abidələrinin və 
qardaşlıq məzarlarının önündə təntənəli və hərbi mərasimlərin keçirilməsini təşkil etmək, eyni 
zamanda əsgəri qəbirstanların, qardaşlıq məzarlarının və əsgəri abidələrin lazımi qaydada 
sax
lanmasına qayğı göstərmək;
qarnizondakı hərbi hissələrdə xidmət etməyən hərbi qulluqçuların nalayiq hərəkətlərinə 
görə inzibati təhqiqat təyin etmək, onları intizam məsuliyyətinə cəlb etmək; cinayət törətdikləri 
hallarda isə bu barədə dərhal hərbi prokurora xəbər vermək, Azərbaycan Respublikası 
qanunvericiliyində nəzərdə tutulmuş qaydada cinayət işi qaldıraraq təhqiqat aparmaq. 

Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin