Azərbaycan Respublikası Səhiyyə Nazirliyi



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə1/22
tarix06.06.2020
ölçüsü4,52 Mb.
#31721
  1   2   3   4   5   6   7   8   9   ...   22
Qida mehsullari tehlukesizlik



 
 
 
 
 
 
 
 
 
 
 
 
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
QĠDA MƏHSULLARININ TƏHLÜKƏSĠZLĠYĠNƏ VƏ 
QĠDA DƏYƏRLĠLĠYĠNƏ GĠGĠYENĠK TƏLƏBLƏR 
 
Sanitariya-epidemioloji qaydalar və normativlər 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bakı – 2010 
 
 


 
 
“Sanitariya-epidemioloji salamatlıq haqqında” 
Azərbaycan Respublikasının Qanunu 
 
  
Sanitariya  normaları  və  qaydaları,  gigiyena  normativləri  ətraf  mühit  amillərinin  insan 
üçün  təhlükəsizliyi  və  ya  zərərsizliyi  meyarlarını  və  insanın  həyat  və  fəaliyyəti  üçün  əlverişli 
şərait yaradılması tələblərini müəyyən edən normativ aktlardır” (maddə 3). 
“Bütün  dövlət  orqanları,  ictimai  birliklər,  tabeliyindən  və  mülkiyyət  formasından  asılı 
olmayaraq müəssisələr, idarələr, təşkilatlar, vəzifəli şəxslər və vətəndaşlar sanitariya normalarına 
və qaydalarına, gigiyena normativlərinə hökmən əməl etməlidirlər”  (maddə 3). 
“İctimai  birliklər,  müəssisələr,  təşkilatlar,  idarələr  və  vətəndaşlar  ərzaq  xammalının  və 
qida  məhsullarının  istehsalı,  daşınması,  saxlanılması  və  satışı  zamanı  tibbi-bioloji  tələblərə, 
sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl etməlidirlər” (maddə 20). 
“Azərbaycan  Respublikasının  sanitariya  qanunvericiliyinə,  o  cümlədən  qüvvədə  olan 
sanitariya  normalarına  və  qaydalarına,  gigiyena  normativlərinə  əməl  edilməməsi,  epidemiya 
əleyhinə  tədbirlərin  görülməməsi,  Azərbaycan  Respublikası  dövlət  sanitariya-epidemioloji
 
xidməti orqanları və idarələri vəzifəli şəxslərinin rəylərinin, qərarlarının və göstərişlərinin yerinə 
yetirilməməsi  ilə  əlaqədar  vətəndaşların  hüquqlarına  və  cəmiyyətin  mənafeyinə  toxunan  qeyri-
hüquqi, təqsirli hərəkət sanitariya sahəsində hüquq pozuntusu sayılır” (maddə 38). 
“Sanitariya  sahəsində  hüquq  pozuntularına  yol  vermiş  vəzifəli  şəxslər  və  vətəndaşlar 
inzibati, cinayət və mülki-hüquq məsuliyyətinə cəlb edilə bilərlər” (maddə 38). 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
AZƏRBAYCAN   RESPUBLĠKASI   SƏHĠYYƏ  NAZĠRLĠYĠ 
 
 
 
ƏMR 
 
 
  “___” ________2009-cu il  
 
 
 
 
 
 
 
  Bakı 
 
 
     № 25 
 
 
 
 
 
 
 
    30.04.2010-cu il 
 
 “Qida məhsullarının təhlükəsizliyinə və qida 
 dəyərliliyinə gigiyenik tələblər” sanitariya- 
epidemioloji qaydalar və normativlərin 
 təsdiq  edilməsi  haqqında”  
 
 
Qida  məhsullarının  hazırlanması,  idxalı  və  dövriyyəsi  zamanı  
insanların  təhlükəsizliyinə  olan    gigiyenik  tələblərin  və  məhsulların  qida 
dəyərliliyi  normativlərinin  tənzimlənməsi  və  nəzarətin  gücləndirilməsi 
məqsədilə    “Sanitariya-epidemioloji  salamatlıq  haqqında”    Azərbaycan 
Respublikasının  Qanununu  rəhbər  tutaraq  və  Ədliyyə  Nazirliyinin 
08.12.2009-cu il tarixli 3/RN106 nömrəli məktubunu nəzərə alaraq 
 
ƏMR EDĠRƏM: 
 
 
1. “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik 
tələblər” sanitariya-epidemioloji qaydalar və normativlər təsdiq edilsin (əlavə 
olunur). 
 
2.  Respublikanın  sanitariya-epidemioloji  xidmətinin  idarə  və 
müəssisələrinin  rəhbərlərinə  tapşırılsın  ki,  qida  məhsullarının  hazırlanması, 
idxalı  və  dövriyyəsinə  sanitariya  nəzarətinin  aparılmasının  bu  əmrlə  təsdiq 
olunmuş  sanitariya-epidemioloji  qaydalar  və  normativlərin      tələbləri 
əsasında həyata keçirilməsi təmin edilsin. 
 
3.  Respublika    Gigiyena  və  Epidemiologiya  Mərkəzinin  baş  direktoru 
A.Əlibəyova  tapşırılsın  ki,  bu  əmrlə  təsdiq  olunmuş  sanitariya-epidemioloji 
qaydalar  və  normativlərlə  respublikanın  sanitariya-epidemioloji  xidmətinin 
idarə və müəssisələri, eləcə də digər aidiyyəti qurumlar təmin edilsin.  
 
4.  Əmrin  icrasına  nəzarət  Sanitariya-epidemioloji  nəzarəti  sektorunun 
müdiri Viktor  Qasımova  həvalə edilsin. 
 
Nazir müavini,   
Respublikanın baĢ  
dövlət sanitariya həkimi    
 
 
  
Abbas Vəlibəyov  
 
 


 
Azərbaycan Respublikası 
 
 
 
 
 
 
 
 
 
Səhiyyə Nazirliyinin  
 
 
 
 
 
 
 
 
 
30 aprel 2010-cu il tarixli 
 
 
 
 
 
 
 
 
 
 25 nömrəli əmri ilə  
 
 
 
 
 
 
 
 
 
təsdiq edilmişdir  
 
 
 
  
QĠDA MƏHSULLARININ TƏHLÜKƏSĠZLĠYĠNƏ VƏ QĠDA DƏYƏRLĠLĠYĠNƏ 
GĠGĠYENĠK TƏLƏBLƏR 
 
Sanitariya-epidemioloji qaydalar və normativlər 
 
  
I. Ġstifadə sahəsi 
 
1.1. “Qida  məhsullarının  təhlükəsizliyinə  və  qida  dəyərliliyinə  gigiyenik  tələblər” 
sanitariya-epidemioloji  qaydaları  və  normativləri  (sonradan-Sanitariya  qaydaları),  qida 
məhsullarının insan üçün təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələbləri, eləcə də qida 
məhsullarının hazırlanması, idxalı və dövriyyəsi zamanı  göstərilən normativlərə riayət olunması 
üzrə tələbləri müəyyənləşdirir. 
1.2.  Hazırkı  Sanitariya  qaydaları  “Sanitariya-epidemioloji  salamatlıq  haqqında”  və  digər 
qanunvericilik aktlarına  əsasən hazırlanmışdır. 
1.3. Hazırkı  Sanitariya  qaydaları  qida  məhsullarının  hazırlanması  və  dövriyyəsi,  qida 
məhsullarının  pərakəndə  satışı  və  ictimai  iaşə  sahələri  ilə  bağlı  fəaliyyətlə  məşğul  olan 
vətəndaşlar  fiziki  və    hüquqi  şəxslər,  eləcə  də  Azərbaycan  Respublikasının  dövlət  sanitariya-
epidemioloji xidmət orqanları və idarələri üçün nəzərdə tutulmuşdur. 
1.4. Qida  məhsulları  ilə  təmasda  olan  material  və  məmulatlara  gigiyenik  tələblər  xüsusi 
sanitariya-epidemioloji qaydalar və normativlərlə müəyyənləşdirilir. 
 
2. Ümumi müddəalar 
 
2.1.  Qida məhsulları insanın lazımi maddələrə və enerjiyə olan fizioloji tələbatını ödəməli, 
qida    məhsulları  üçün  orqanoleptik  və  fiziki-kimyəvi  göstəriciləri  üzrə  tələblərə  cavab  verməli, 
indiki və gələcək nəslin sağlamlığı üçün təhlükə törədən kimyəvi, radioaktiv, bioloji maddələrin 
və  onların  birləşmələrinin,  mikroorqanizmlərin  və  digər  bioloji  orqanizmlərin  yol  verilən 
miqdarının normativ sənədlərlə müəyyənləşdirilən tələblərinə uyğun olmalıdır. 
2.2.    Azərbaycan  Respublikası  ərazisində    istehsal  olunan,  respublikaya  idxal  edilən  və 
dövriyyədə olan qida məhsulları təhlükəsizliyinə və qida dəyərliliyinə görə sanitariya qaydalarına 
uyğun olmalıdır. 
2.3.    Hazırkı  Sanitariya  qaydaları  ilə  müəyyənləşdirilən  tələblərə  cavab  verməyən  qida 
məhsullarının istehsalına, idxalına və dövriyyəsinə yol verilmir. 
2.4.  Qida  məhsullarının  istehsal,  idxalı  və  dövriyyəsi  məsələlərini  reqlamentləşdirən 
normativ  və  texniki  sənədlərin  hazırlanması  zamanı  hazırkı  Sanitariya  qaydalarının  tələbləri 
yerinə yetirilməlidir. 
2.5.  Yeni  növ  qida  məhsullarının,  onların  hazırlanmasının,  qablaşdırılmasının, 
saxlanmasının,  daşınmasının  yeni  texnoloji  proseslərinin  işlənilməsi  zamanı  fiziki  və    hüquqi 
şəxslər  keyfiyyətə  və  təhlükəsizliyə,  keyfiyyətin  və  təhlükəsizliyin  saxlanmasına  tələbləri 
əsaslandırmağa,  keyfiyyət  və  təhlükəsizlik  üzərində  istehsalat  nəzarətinə  dair  proqramlar 
işləməyə, belə qida məhsulları üçün yararlılıq müddətlərini müəyyənləşdirməyə borcludurlar. 
İstehsalçı  müəssisə  tərəfindən  məhsulların  istehsalı,  qablaşdırılması,  daşınmasında  yeni, 
müasir texnologiyaların  və qida əlavələrinin    (konservantlar, stabilizatorlar və s.)  tətbiqi  şərti 
ilə,  eləcə  də  xarici  ölkələrin  təcrübəsinə  əsaslanaraq  hazırlanmış  yeni  normativ  sənədlərdə  


 
(texniki  şərt,  reseptura)  dövlət  sanitariya-epidemioloji  xidməti  ilə  razılaşdırmaqla  saxlanma 
müddəti dəyişdirilə bilər.  
2.6.  Texniki  sənədlərin  layihələrinin  müəyyənləşdirilmiş    qaydada  sanitariya-epidemioloji 
ekspertizası aparılmalıdır. 
2.7.  Azərbaycan  Respublikasında  yeni  qida  məhsullarının  hazırlanmasına  və  respublikaya 
qida  məhsullarının  idxalına  onların  müəyyənləşdirilmiş  qaydada  dövlət  gigiyena  qeydiyyatına 
alınmasından sonra yol verilir. 
 2.8.  Qida  məhsullarının  hazırlanması  normativ  və  texniki  sənədlərə  uyğun  həyata 
keçirilməli  və  istehsalçı  tərəfindən  qida  məhsullarının  keyfiyyət  və    təhlükəsizlik    sənədi  ilə  
təsdiq edilməlidir.  
2.9.  İctimai  iaşə  müəssisələrində  qida  məhsullarına  keyfiyyət  və  təhlükəsizlik  vəsiqəsinin 
tərtibatı tələb edilmir. 
2.10.  Texniki  sənədlərin  layihələrinin  və  qida  məhsullarının  Sanitariya  qaydalarına 
uyğunluğu  müəyyənləşdirilmiş  qaydada  sanitariya-epidemioloji  ekspertiza  aparılması  ilə  təsdiq 
edilir. 
2.11. Sanitariya qaydalarında yeni növ qida məhsullarının, yaxud ilk dəfə idxal olunan qida 
məhsulu  növünün    təhlükəsizlik      və      qida    dəyərliliyinə    dair      tələblər  olmadıqda  sanitariya-
epidemioloji  ekspertiza  zamanı    belə  məhsullar  üçün  aşağıda  qeyd  olunan  göstəricilər  üzrə 
tələblər qoyulur: 
-  yeni  növ  məhsul    üçün  normativ,  yaxud  texniki  sənəddə  tərtibatçı  tərəfindən  müəyyən 
edilən; 
-xüsusiyyətinə və tərkibinə görə anoloji məhsul üçün qüvvədə olan sanitariya qaydaları ilə 
müəyyənləşdirilən; 
-məhsula mənşə ölkəsində şamil edilən; 
-beynəlxalq təşkilatlar tərəfindən tövsiyə edilən. 
2.12.  Sanitariya-epidemioloji  ekspertizanın  nəticələri  əsasında  qida  məhsullarının 
təhlükəsizlik və qida dəyərliliyinə tələblər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 
müəyyənləşdirilmiş qaydada  xüsusi formalı gigiyenik sertifikatda və ya sanitariya-epidemioloji 
rəydə öz əksini tapır. 
2.13.  Qida  məhsulları  elə  qablaşdırılmalıdır  ki,  bütün  dövriyyə    etaplarında  məhsulların 
keyfiyyət və təhlükəsizliyinin saxlanması təmin edilsin. 
2.14.      Qida  məhsullarının  müxtəlif  növləri  (uşaq,  pəhriz  və  xüsusi  təyinatlı  qida 
məhsulları,  bioloji aktiv  əlavələr,  genetik modifikasiya edilmiş  orqanizmlərdən (bundan sonra  - 
GMO) hazırlanmış. qida məhsulları  və s. üçün aşağıdakılar göstərilməlidir: 
-tətbiq sahəsi (uşaq, pəhriz və  xüsusi təyinatlı qida məhsulları, qida əlavələri, bioloji aktiv 
əlavələr üçün); 
-qida  məhsullarının  tərkibinə  daxil  olan  inqrediyentlərin,  qida  əlavələrin,  mikrob 
kulturaların,  mayalar  və  qida  məhsullarının  zənginləşdirilməsi  üçün  istifadə  olunan  maddələrin 
adı;  bioloji  aktiv  əlavələrdə  və  bioloji  aktiv  komponentlər  üçün  zənginləşdirilmiş  qidalarda 
sutkalıq fizioloji tələbatdan faizlərin göstərilməsi (əgər belə  tələbat müəyyənləşdirilərsə); 
-istifadəsinə və tətbiqinə dair tövsiyələr, lazım olan  hallarda istifadəsinə əks göstərişlər; 
-bioloji aktiv əlavələr üçün  «Dərman deyil» məlumatı mütləq göstərilir
-genetik  modifikasiya  edilmiş  orqanizimlərdən  hazırlanmış  qida  məhsulları  üçün  «genetik 
modifikasiya edilmiş qida məhsulu» və ya «genetik modifikasiya edilmiş orqanizimdən alınmış 
qida  məhsulu»,  və  ya    «qidanın  tərkibində  genetik  modifikasiya  edilmiş  orqanizimdən 
komponentlər  var»  məlumatları  mütləq  göstərilir  (tərkibində  5%-dən  çox  GMO  komponentləri 
olan qida məhsulları üçün); 
-dövlət qeydiyyatı haqqında məlumat. 
GMO-dən  alınan və tərkibində dezoksiribonuklein turşusu (DNT) və  zülal olmayan  ərzaq 
məhsulu  əgər  özünün  ənənəvi  analoqunun  qida  dəyərliliyi  ilə  tam  ekvivalentdirsə  əlavə  
etiketləşdirməyə ehtiyac yoxdur (əlavə 4). 
2.15.  Heyvan  mənşəli  qida  xammallarının  hazırlanması  zamanı  müəyyənləşdirilmiş 
qaydada  sanitariya-epidemioloji  ekspertizadan  və  dövlət  qeydiyyatından  keçməmiş  yem 
əlavələrindən, heyvanlar üçün boy stimulyatorlarından, dərman vasitələrindən, pestisidlərdən (o 


 
cümlədən heyvan və quşların işlənilməsi üçün preparatlardan, eləcə də onların saxlandığı yerlərin 
işlənilməsi üçün preparatlardan) istifadə etməyə yol verilmir. 
2.16. Tərkibində yem əlavələri, heyvanları böyütmə stimulyatorları (o cümlədən hormonal 
preparatlar),  dərman  vasitələri,  pestisidlər,  aqrokimya  vasitələri  olan  və    müəyyənləşdirilmiş 
qaydada  sanitariya-epidemioloji  ekspertizadan  və  dövlət  qeydiyyatından  keçməmiş  qida 
məhsullarının  Azərbaycan  Respublikası  ərazisinə  idxalına,  ölkə  ərazisində  istehsalına  və 
dövriyyəsinə  yol  verilmir.  Onların  utilləşdirilməsi  və  ya  məhv  edilməsi  müəyyənləşdirilmiş 
qaydada həyata keçirilir. 
2.17. Qida məhsullarının istehsalı, idxalı və dövriyyəsi sahəsində  fəaliyyət göstərən fiziki 
və  hüquqi şəxslər istehsalat nəzarətinin aparılması  və təşkili üzrə sanitariya   qaydalarına uyğun 
olaraq  qida  məhsullarının  hazırkı  Sanitariya  qaydalarının  tələblərinə  uyğun  olduğunu  
müəyyənləşdirmək  üçün  istehsalat  nəzarətini,  o  cümlədən    qida  məhsullarının  təhlükəsizlik  və 
qida  dəyərliliyinin  göstəriciləri  üzrə  laboratoriya  müayinələri  və  sınaqlarını  həyata 
keçirməlidirlər. 
 2.18.  Ərzaq  məhsullarının  hazırlanması  və  dövriyyəsi  sahəsində  sahibkarlıq  fəaliyyəti  ilə 
məşğul  olan  fiziki  və    hüquqi  şəxslər    sərbəst  olaraq,  yaxud  müəyyənləşdirilmiş  qaydada 
akkreditə  olunmuş  laboratoriyaları  cəlb  etməklə  laboratoriya  müayinələri  və  sınaqlarının 
aparılmasını həyata keçirirlər. 
2.19. Qida məhsullarının keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə laboratoriya müayinə 
və    sınaqlarının  aparılması  üçün  vahid  ölçmə  və    ölçmənin  xəta  xarakteristikasının,  məhsul 
nümunələrinin    sınağı    və  onların  parametrlərinə  nəzarət  zamanı  istifadə  olunan  üsulların 
tələblərinə  cavab  verən  metroloji  attestasiyadan  keçmiş  metodikalardan,  eləcə  də  göstərilən 
tələblərə cavab verən və təsdiq edilmiş metodikalardan istifadəyə yol verilir. 
2.20.  Təhlükəsizlik  göstəricilərinin  heç  olmasa  biri  üzrə  qeyri-kafi  nəticə  alınan  hallarda 
həmin  məhsul  partiyasından  ikiqat  həcmdə  götürülmüş  nümunə  üzrə  təkrar  müayinələr  aparılır. 
Təkrar müayinənin nəticəsi bütün məhsul partiyasına şamil edilir. 
2.21.  Qida  məhsullarının  hazırkı  Sanitariya  qaydalarına  uyğun  olması  üzərində  dövlət      
sanitariya-epidemioloji   nəzarəti   müəyyənləşdirilmiş   qaydada   Azərbaycan Respublikasının 
dövlət sanitariya-epidemioloji xidmət  orqanları və idarələri tərəfindən həyata keçirilir. 
 
 
III. Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər 
 
3.1.  Hazırkı  Sanitariya  qaydaları  ilə  qida  məhsullarının  təhlükəsizliyinə  və  qida 
dəyərliliyinə  gigiyenik  tələblər və  qida məhsullarının insanın  əsas qida maddələrinə  və enerjiyə 
olan  fizioloji tələbatını ödəmə qabiliyyəti müəyyənləşdirilir. 
3.2.  Qida  məhsullarının  orqanoleptik  xüsusiyyətləri  hər  bir  məhsul  növü  üçün  səciyyəvi 
olan  dad,  rəng,  qoxu  və  konsistensiya  göstəriciləri  ilə  təyin  edilir  və  bu  göstəricilər  əhalinin 
ənənəvi  formalaşmış  zövqünü  və  adətlərini  ödəməlidir.  Qida  məhsullarının  orqanoleptik 
göstəriciləri onların saxlanması,daşınması və  realizasiyası proseslərində dəyişməməlidir. 
3.3.  Qida  məhsullarında  kənar  qoxu,  dad,  qatışıqlar  olmamalı,  rəngi  və  konsistensiyası 
həmin növ məhsula məxsus olandan fərqlənməməlidir. 
3.4.  Qida  məhsullarının  mikrobioloji,  radioloji,    eləcə  də  kimyəvi  çirkləndiricilərə  görə 
təhlükəsizliyi hazırkı Sanitariya qaydaları ilə (əlavə 1) müəyyənləşdirilən gigiyenik normativlərə 
üyğunluğu ilə təyin olunur. 
3.5.  Qida  məhsullarının  təhlükəsizlik  və  qida  dəyərliliyi,  o  cümlədən  qidaya  bioloji  aktiv 
əlavələrin, qarışıq tərkiblərin göstəriciləri xammalın əsas növlərinin həm kütlə payı üzrə, həm də 
normalaşdırılan 
kontaminantların 
(çirkləndiricilərin) 
icazə 
verilən 
səviyyəsi 
üzrə 
müəyyənləşdirilir. 
3.6.  Quru,  qatılaşdırılmış  və  həll  edilmiş  qida  məhsullarının  təhlükəsizlik  göstəriciləri 
xammalda  və  son  məhsulda  quru  maddələrin  miqdarı  nəzərə  alınaraq,  əsas  məhsula 
hesablanmaqla təyin edilir.   


 
3.7. Gigiyenik normativlər  potensial  təhlükəli kimyəvi birləşmələrə və bioloji  obyektlərə 
şamil  edilir    və  qida  məhsullarında  onların  miqdarı  müayinə  olunan    məhsulun    verilmiş 
kütləsində (həcmində)   icazə verilən  səviyyədən yüksək olmamalıdır. 
3.8.  Qida  məhsullarının  tərkibində  insan  sağlamlığı  üçün  təhlükə  törədən  əsas  kimyəvi 
çirkləndiricilərin miqdarına nəzarət  edilir. 
  Toksiki  elementlərin  miqdarının  icazə  verilən  səviyyəsinə  gigiyenik  tələblər  bütün    növ 
ərzaq xammallarına və qida məhsullarına tətbiq edilir. 
3.9.  Aflatoksin  B1,  dezoksinivalenol  (vomitoksin),  zearalenon,  T-2  toksin  və  patulin 
mikotoksinlərinin miqdarına bitki mənşəli ərzaq xammalı və qida məhsullarında, aflatoksin-M1-
in miqdarına isə süd və süd məhsullarında nəzarət edilir. Başlıca çirkləndiricilər: dənli məhsullar 
üçün-dezoksinivalenol;  qoz  və  yağlı  bitkilər  üçün-  aflatoksin  B1;  meyvə  və  tərəvəzdən  alınan 
məhsullar üçün - patulin. 
3.10. Uşaq və pəhriz qidalarında mikotoksinlərin olmasına yol verilmir. 
3.11.  Ərzaq  xammallarının  və  qida    məhsullarının  bütün    növlərində  pestisidlər:            
heksaxlorsikloheksan (

,

,

-izomerləri), DDT və onun metabolitlərinə nəzarət aparılır. Taxıl və 
onun  emal  məhsullarında  həm  də  civə  üzvi  pestisidlərə,  2,4-D  turşusuna,  onun  duzlarına  və 
efirlərinə  nəzarət  aparılır.  Balıq  və  balıq  məhsullarında  2,4-D  turşusuna,onun  duzlarına  və 
efirlərinə nəzarət aparılır.  
3.12.  Heyvan  mənşəli  məhsullarda  heyvanların  boy  stimulyatorlarının  (o  cümlədən 
hormonal  preparatların),  heyvandarlıqda  yemləmə,  heyvanların  və  quşların  xəstəliklərinin 
müalicəsi  və  profilaktikası  məqsədilə  istifadə  olunan  dərman  vasitələrinin  (o  cümlədən 
antibiotiklərin) qalıq miqdarına nəzarət edilir. 
Ətdə, ət məhsullarında və qida üçün  əlavə ət məhsullarında və quşlarda kənd təsərrüfatında 
tətbiqinə icazə verilən  yem antibiotikləri - qrizin, basitrasin, eləcə də baytarlıqda müalicə üçün 
çox  işlənən  tetrasiklin  qrupu  antibiotikləri,    levomisetinə  nəzarət  edilir.  Süddə  və  süd 
məhsullarında  penisillin,  streptomisin,  levomisetin,  tetraskilin  qrupu  antibiotiklərinə  nəzarət 
edilir; yumurta və yumurta məhsullarında basitrasin, tetrasiklin qrupu antibiotikləri, streptomisin, 
levomisetinə nəzarət edilir. 
3.13.  Heyvanlar  üçün  boy  stimulyatorları  (o  cümlədən  hormonal  preparatlar) 
heyvandarlıqda  yem,  xəstəliklərin  müalicəsi  və  profilaktikası  məqsədilə  tətbiq  edilən  dərman 
vasitələri  (o  cümlədən  antibiotiklər),  3.14.bəndində  göstərilməyən  preparatların  miqdarına 
nəzarət  məhsulların  istehsalı  və  saxlanması  zamanı  istifadə  olunan  heyvanların  boy 
stimulyatorları  və  dərman  preparatları  haqqında  istehsalçının  (malgöndərənin)  məlumatına 
əsasən həyata keçirilir. 
3.14.Heyvan  mənşəli  məhsullarda  heyvanların  boy  stimulyatorlarının  (o  cümlədən 
hormonal  preparatların),  heyvandarlıqda  yemləmə,  heyvanların  və  quşların  xəstəliklərinin 
müalicəsi  və  profilaktikası  məqsədilə  istifadə  olunan  dərman  vasitələrinin  (o  cümlədən 
antibiotiklərin) qalıq miqdarına nəzarət edilir. 
Ətdə,  ət  məhsullarında  və  qida  üçün    əlavə  ət  məhsullarında      və  quşlarda  kənd 
təsərrüfatında tətbiqinə icazə verilən  yem antibiotikləri - qrizin, basitrasin, eləcə də baytarlıqda 
müalicə üçün çox işlənən tetrasiklin qrupu antibiotikləri,  levomisetinə nəzarət edilir. Süddə və 
süd məhsullarında penisillin, streptomisin, levomisetin, tetraskilin qrupu antibiotiklərinə nəzarət 
edilir; yumurta və yumurta məhsullarında basitrasin, tetrasiklin qrupu antibiotikləri, streptomisin, 
levomisetinə nəzarət edilir. 
3.15.  Heyvanlar  üçün  boy  stimulyatorları  (o  cümlədən  hormonal  preparatlar) 
heyvandarlıqda  yem,  xəstəliklərin  müalicəsi  və  profilaktikası  məqsədilə  tətbiq  edilən  dərman 
vasitələri  (o  cümlədən  antibiotiklər),  3.14.bəndində  göstərilməyən  preparatların  miqdarına 
nəzarət  məhsulların  istehsalı  və  saxlanması  zamanı  istifadə  olunan  heyvanların  boy 
stimulyatorları  və  dərman  preparatları  haqqında  istehsalçının  (malgöndərənin)  məlumatına 
əsasən həyata keçirilir. 
3.16.  Polixlorlaşdırılmış  bifenillərə  balıq  və  balıq  məhsullarında,  benz(a)  pirenə  taxılda, 
hisə verilmiş ət və balıq məhsullarında nəzarət edilir. 
3.17. Uşaq və pəhriz qidalarında benz(a) pirenin  olmasına  yol verilmir. 


 
3.18.  Azot  tərkibli  birləşmələrdən:  histaminə-qızılbalıq  və  skumbriya  fəsiləsindən  (o 
cümlədən  tunes  qrupuna  aid)  olan  balıqlarda;  nitratlara-  meyvə-tərəvəz  məhsullarında;  N- 
nitrozaminlərə  -  balıq  və  balıq  məhsullarında,  ət  məhsullarında  və  pivəbişirmə      səmənisində  
nəzarət edilir. 
3.19.  Piy  məhsullarında    turşuma  göstəriciləri  olan  turşuluq  ədədi  və    peroksid    ədədinə 
nəzarət edilir. 
3.20.  Qida  məhsullarında  radionuklidlərin  miqdarının  gigiyenik  normativlərinə  nəzarət 
edilir. 
Qida  məhsullarının  sezium-137  və  stronsium-90-a  görə  radiasiya  təhlükəsizliyi 
radionuklidlərin xüsusi aktivliyinin hazırkı Sanitariya qaydaları ilə müəyyənləşdirilən yol verilən 
səviyyəsi  ilə  müəyyənləşdirilir.  Qida  məhsullarının  radiasiya  təhlükəsizliyi  meyarlarına  uyğun 
olmasını təyin etmək üçün B-uyğunluq göstəricisindən istifadə olunur, belə ki, nümunədə sezium 
-137 və stronsium 90-in xüsusi aktivliyinin ölçülmə nəticəsi aşağıdakı qaydada hesablanır: 
B=(A/H)90Sr+137Sr,  burada  A-qida  məhsulunda  90Sr  və    137Sr-un  xüsusi  aktivliyinin 
ölçülən  göstəriciləri  (Bk/kq);  H-həmin  qida  məhsulunda  90Sr  və  137Sr--un  üçün  yol  verilən 
xüsusi aktivlikdir (Bk/kq). 
Digər  radionuklidlərlə  çirklənmiş  qida    məhsullarında  radiasiya  təhlükəsizliyi,  radiasiya 
təhlükəsizliyi normalarına dair sanitariya qaydaları ilə müəyyənləşdirilir. 
3.21.  Yoluxucu    və    parazitar  xəstəliklər  yaranmasına  səbəb  olan,  insan  və  heyvanların  
sağlamlığına    təhlükə  törədən  patogen  mikroorqanizmlərin    və  parazitar  xəstəliklərin 
törədicilərinin,onların toksinlərinin qida məhsullarında olmasına yol verilmir. 
3.22.  Ət  və  ət  məhsullarının,  balığın,  xərçəngkimilərin,  molyuskaların,  suda-quruda 
yaşayanların,  sürünənlərin  və  onlardan  hazırlanan  məhsulların  parazitar  xəstəliklərin 
törədicilərinə  görə  sanitariya-epidemioloji ekspertizası  parazitoloji  nəzarətin   aparılmasına   dair 
sanitariya  qaydalarına  və  parazitoloji  təhlükəsizlik  göstəricilərinə  uyğun  olaraq  həyata 
keçirilir.(Əlavə 6). 
3.23. Ət və ət məhsullarında parazitar xəstəliklərin törədiciləri olan finnaların, trixinella və  
exinokokk  sürfələrinin, sarkosist və  toksoplazm sistalarının olmasına yol verilmir. 
3.24. 
Balıqlarda,  xərçəngkimilərdə,  molyuskalarda,  suda-quruda  yaşayanlarda, 
sürünənlərdə  və  onlardan  hazırlanan  məhsullarda  insan  sağlamlığı  üçün  təhlükə  törədə  bilən 
parazitlərin canlı sürfələrinin olmasına yol verilmir. 
Helmintlərin  canlı  sürfələrinin  aşkar  edilməsi  zamanı  parazitar  xəstəliklərin  profilaktikası 
üzrə sanitariya qaydaları rəhbər tutulmalıdır. 
3.25.  Tər  və  dondurulmuş  təzə    göyərtidə,  tərəvəz,  meyvə  və  giləmeyvədə  helmint 
yumurtalarının və patogen bağırsaq təkhüceyrəlilərinin sistalarının olmasına yol verilmir. 
3.26. İçməli suyun parazitoloji göstəriciləri üzrə gigiyenik normativlər mərkəzləşdirilmiş su 
təchizatı  sisteminin suyunun  keyfiyyətinə olan gigiyenik  normativlərin tələblərinə uyğun  olaraq 
müəyyənləşdirilir. 
3.27.  Qida  məhsullarının  mikrobioloji  təhlükəsizlik  və  qida  dəyərliliyi  göstəriciləri  üzrə  
gigiyenik normativlərə aşağıda göstərilən mikroorqanizm qrupları aid edilir: 
-sanitariya-səciyyəvi 
mikroorqanizmlər: 
mezofil 
aerob 
 
və 
fakultativ-anaerob 
mikroorqanizmlərin  miqdarı  (MAFAnMM),  bağırsaq  çöpləri  qrupu  bakteriyaları-BÇQB 
(koliformalar), Enterobacteriaceae bakteriyalar ailəsi, enterokokklar; 
-şərti  patogen  mikroorqanizmlər:  E.coli,  S.aureus,  Proteus  cinsli  bakteriyalar,  B.cereus  və 
sulfitreduksiyaedici klostridilər, Vibrio parahaemolyticus; 
-patogen mikroorqanizmlər, o cümlədən  salmonellalar və Listeria monocytogenes,Yersinia 
cinsli bakteriyalar; 
-xarabolma mikroorqanizmləri: maya və kif göbələkləri, süd turşusu mikroorqanizmləri; 
-biotexnoloji  mikroflora  normalaşdırılan  məhsullarda  və  probiotik  məhsullarda-maya 
mikroflorası mikroorqanizmləri və probiotik mikroorqanizmlər (süd turşusu mikroorqanizmləri, 
propionturşu mikroorqanizmləri, mayalar, bifidobakteriyalar, asidofil bakteriyaları və s). 
3.28. Qida məhsullarının mikrobioloji təhlükəsizlik göstəricilərinin normalaşdırılması əksər 
qrup  mikroorqanizmlər  üçün  alternativ  prinsip  üzrə  həyata  keçirilir,belə  ki,  məhsulun  müəyyən 
normalaşdırılan  kütləsində  bağırsaq  çöpləri  qrupu  bakteriyalarının,  əksər  şərti-patogen 


 
mikroorqanizmlərin,  eləcə  də  patogen  mikroorqanizmlərin,  o  cümlədən    salmonellaların  və   
Listeria  monocytogenesin olmasına yol   verilmir. 
Digər hallarda 1qr.(ml) məhsulda  koloniya əmələ gətirən vahidlərin miqdarı normativi əks 
etdirir  (KƏGV/qr,ml). 
3.29.  Konservləşdirilmiş  qida  məhsullarının  təhlükəsizlik  meyarları    (sənaye  sterilliyi) 
konservləşdirilmiş  məhsulların  tərkibində  həmin  konkret  konserv  növü  üçün  müəyyən  edilmiş 
saxlanma    temperaturunda  inkişaf  qabiliyyətində  olan    mikroorqanizmlərin,    insan  sağlamlığı 
üçün təhlükə törədən mikroorqanizmlərin və mikrob toksinlərinin olmamasıdır (əlavə 8). 
3.30.  Bioloji  aktiv  əlavələr  qidalanma  zamanı,  yaxud  qida  məhsullarının  tərkibinə 
qatılmaqla  insan orqanizminə daxil  edilməsi təmin edilən qida, minor, pro- və prebiotik təbii 
(təbiiyə bərabər) bioloji aktiv maddələrin (komponentlərin) mənbələridir. 
Qidaya bioloji aktiv əlavələrin hazırlanmasında istifadə olunan bioloji aktiv maddələr, qida 
komponentləri  və  onların  mənbələri  olan  məhsullar  onların  səmərəli  olmasını  təmin  etməli  və 
insan sağlamlığına heç bir zərərli təsir göstərməməlidir (əlavə 5a). 
Müasir  elmi  tədqiqatların  göstəricilərinə  görə  qidaya  bioloji  aktiv  əlavələrin 
hazırlanmasında    insan  həyatı  və  sağlamlığı  üçün  təhlükə  törətməsi  məlum  olan  bioloji  aktiv 
maddələrin,  qida  komponentlərinin  və  onların  mənbəyi  olan  məhsulların    istifadəsinə    yol 
verilmir (əlavə 5b). 
3.31. Qida məhsullarında qida dəyərliliyi göstəriciləri təyin olunur. Qida məhsulunun qida 
dəyərliliyi  göstəriciləri  istehsalçı  (texniki  sənədləri  işləyən)  tərəfindən    analitik  müayinə 
metodları, yaxud qida məhsulunun resepturası və xammalın tərkib göstəricilərini nəzərə almaqla 
əsaslandırılır. 
3.32.  Ayrı-ayrı  qida  məhsulları  qida  dəyərliliyi  göstəricilərinə  görə  hazırkı  Sanitariya 
qaydalarının tələblərinə uyğun olmalıdır (əlavə 2). 
3.33. Uşaq qidaları uşağın yaşı nəzərə alınmaqla onun orqanizminin funksional vəziyyətinə 
uyğun olmalı və uşağın sağlamlığı üçün təhlükə törətməməlidir. 
3.34. Uşaq qidaları və onların  komponentləri, hamilə  qadınlar və  uşaq əmizdirən qadınlar 
üçün    qidalar  (sonra  xüsusiləşdirilmiş  qidalar  adlanacaq)  hazırkı    Sanitariya    qaydaları  ilə 
müəyyənləşdirilən    təhlükəsizlik  və  qida  dəyərliliyi  gigiyenik  normativlərinə  uyğun  olmalıdır 
(əlavə 3). 
3.35. Müasir elmi  tədqiqatların göstəricilərinə görə insanların həyatı və sağlamlığı, gələcək 
nəsillərin  həyatı  və  sağlamlığına  təhlükəli  təsir  göstərməyən  qida  əlavələrindən  qida 
məhsullarının tərkibində  istifadə etməyə icazə verilir (əlavə 7). 
Tərkibində  əlavə  7-də  göstərilməyən  qida  əlavələri  olan  qida  məhsullarının  Azərbaycan 
Respublikası  ərazisində  hazırlanması,  idxalı,  istifadəsi  və    realizasiyasına  yol  verilmir.  Onların 
utilləşdirilməsi və ya məhv edilməsi müvafiq qaydada həyata keçirilir. 
3.36.Qida əlavələrinin tətbiqi və onların qida məhsullarının tərkibində yol verilən səviyyəsi 
qida əlavələrinin tətbiqi üzrə sanitariya qaydaları ilə reqlamentləşdirilir. 


 

Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin