C. Nə vaxtsa tütün çəkmiş, lakin hazırda tütün çəkməyən
pasiyentlər üçün
Tütünçəkmədən yaxın zamanda imtina etmiş pasiyentlərin
müalicəsi
Yaxın zamanda tütünçəkmədən imtina etmiş pasiyentlərin
yenidən tütünçəkməyə başlamaq riski, xüsusilə ilk həftə və ay
ərzində son dərəcə yüksəkdir.
Keçmiş tütün çəkənlər çox vaxt tütünçəkmədən imtina zamanı
yaranmış və ya çəkilən zaman mövcud olmuş problemlərini qeyd
edirlər. Tibb işçisi məsləhətləşmə zamanı keçmiş tütün çəkənin
çətinliklərlə üzləşməsini hiss etdiyi halda o, pasiyentin tütündən
imtina nailiyyətini hərtərəfli dəstəkləməli, tütündən imtina
faydalarını xatırlatmalı və pasiyentə bu problemlərin həllində yardım
etməlidir (C1 Strategiyası).
Tütünçəkmədən artıq imtina etmiş pasiyentlər də imtina ilə
əlaqəli çətinliklərlə rastlaşa bilərlər. Bu da tibb işçisinə münasib
müalicənin tətbiq edilməsinə ixtiyar verir (C2 Strategiyası).
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
26
C1 strategiyası. Yaxın zamanda tütünçəkmədən imtina etmiş
pasiyentlərlə məsləhətləşmə
Tibb işçisi tütünçəkməkdən imtina etmiş pasiyenti ümumilikdə və
hər nailiyyətinə görə alqışlamalı və imtina ilə bağlı qalıq əlamətlərinə
üstün gəlmək cəhdlərini ciddi dəstəkləməlidir.
Pasiyentin imtina ilə bağlı məsələləri müzakirə etmək istəyinin
olub-olmamasını araşdırmaq üçün aşağıda göstərilmiş mövzulardan
istifadə edin:
Faydalar, o cümlədən sağlamlıqla bağlı faydalar
Tütünçəkmədən imtina ilə əlaqəli hər hansı müvəffəqiyyət
(imtinanın davamlılığı, imtina sindromunun azalması və s.)
Abstinensiya ilə bağlı problemlər (məsələn: depressiya, çəkinin
artması, alkoqol, evdə digər tütün çəkənlərin olması, nəzərəçarpan
stress)
Pasiyent müalicəni davam etdirərsə, dərmanların istifadəsi və yan
təsirləri
C2 strategiyası. Keçmişdə tütün çəkmiş pasiyentlərin üzləşdiyi
problemlərə dair məsləhətləşmə
Keçmişdə tütün çəkmiş pasiyentlər sağlamlığı və həyat keyfiyyətinə mənfi
təsir göstərən problemləri barədə narahatlıqlarını bildirə bilərlər. Spesifik
problemlər və mümkün tədbirlər aşağıda göstərilir:
Problem Tədbirlər
İmtinaya dair dəstəyin məhdud
olması
Pasiyenti məsləhət və dəstək
göstərə biləcək müəssisəyə
yönəltmək
Pasiyentin
ətrafında olan
dəstəkverici imkanları müəyyən-
ləşdirərək onlardan istifadə
etməyə yönəltmək
Növbəti görüşün təyini və ya
telefonla məsləhət vermək
Qaynar telefon xəttindən istifadə
etmək
Mənfi əhval və depressiya
Negative mood or depression
Simptomlar əhəmiyyətli dərəcədə
olduqda pasiyentə məsləhət verin,
müalicəni təyin edin və ya müvafiq
mütəxəssisə yönəldin
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
27
Uzun müddətli və ağır imtina
simptomları
Strong or prolonged withdrawal
symptoms
Pasiyentdə uzun müddətli tütünçəkmə
istəyi və ya imtina simptomları varsa,
müalicənin münasib dərmanlarla
genişləndirilməsini nəzərdən keçirin.
Çəkinin artması
Fiziki fəaliyyətlərlə
məşğul
olmağı məsləhət görün
Pasiyentə imtinadan sonra çəkinin
müəyyən qədər artmasının adi hal
olduğunu inandırın
İmtinadan alınan faydaları
çəkinin müəyyən qədər artması
riski ilə müqayisə edərək
vurğulayın
Sağlam qidalanma və fəal həyat
tərzinin vacibliyini vurğulayın
Az kalorili qidalardan istifadə
etməyi məsləhət görün
Çəkinin artmasını gecikdirən
dərmanların istifadəsini tövsiyə
edin (məsələn: bupropion, NƏM)
Pasiyentə dietoloqun xidmətlərin-
dən və ya xüsusi proqramlardan
istifadə etməyi məsləhət görün
Təsadüfi tütünçəkmə
Smoking lapses
Təsadüfi tütünçəkmə istəyi
yenidən tütünçəkməyə gətirib
çıxara bildiyinə görə müalicənin
davam etməsini məsləhət görün
Tam abstinensiyaya gətirib
çıxaran hər hansı
cəhdi
dəstəkləyin
Əmin edin ki, tütünçəkmədən
imtina cəhdləri dəfələrlə ola bilər
və keçmiş təsadüfi tütünçəkməni
baş vermiş təcrübənin öyrənil-
məsi kimi istifadə edin
Davamlı məsləhətləşmə ilə təmin
edin
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
28
MÜALİCƏ
Müalicənin strukturu və intensivliyi
Tütünçəkmədən imtina etmədə tətbiq edilən hər bir müdaxilə
formatı tütündən imtina etmə müddətini artırır və bunu təşviq etmək
zəruridir (A).
Tütünçəkmədən imtina məsləhəti
Həkimlər tərəfindən tütünçəkmədən imtina etmək məsləhəti
tütündən imtinanın səviyyəsini əhəmiyyətli dərəcədə artırır. Beləliklə
də tibb işçisi hər pasiyentə tütündən imtinaya dair təkidlə məsləhət
verməlidir (A).
Kliniki müdaxilələrin intensivliyi
Ümumilikdə 3 dəqiqədən az olmayan minimal müdaxilələr
tütündən imtina edənlərin sayını artırır. Hər bir tütün çəkənə
tütünçəkmə statusundan asılı olmayaraq minimal müdaxilə mütləq
təyin olunmalıdır (A).
İntensiv müdaxilə minimal müdaxilədən daha effektlidir və
mümkün hallarda istifadə olunmalıdır (A).
Psixososial müalicə formatı
Profilaktik telefon vasitəsi ilə məsləhətvermə, fərdi və qrup
şəklində məsləhətvermə formatları daha səmərəlidir və bunlar
tütünçəkmədən imtina müdaxilələrində istifadə olunmalıdır (A).
Çap vəsaitləri, WEB-resurslar tütünçəkmədən imtina etmək
istəyənlərə effektiv kömək edir. Belə hallarda, tütünçəkmədən imtina
etmək istəyən hər pasiyentə lazımi vəsaitlər tibb personalı tərəfindən
təqdim edilir (B).
Dərman vasitələri ilə müalicə
Birinci sıra dərman vasitələri:
Varenikilin(A)
Bupropion (A)
*
Nikotin əvəzedici dərman vasitələri (NƏM):
Nikotin tərkibli saqqız (A)
*
Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməmiş dərman vasitələri
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
29
Nikotin tərkibli inhalyator (A)
Nikotin tərkibli sorulan həb (B)
Nikotin tərkibli burun üçün sprey (A)
Nikotin tərkibli plastır (dəriüstü istifadə üçün) (A)
İkinci sıra dərman vasitələri:
Klonidin (A)
Nortriptilin (A)
Bir neçə nikotin əvəzedici dərman vasitələrinin kombinasiyası:
uzun müddətli (14 həftədən çox) nikotin tərkibli plastır + nikotin
tərkibli saqqız və nikotin tərkibli burun üçün sprey;
nikotin tərkibli plastır + nikotin tərkibli burun üçün sprey;
nikotin tərkibli plastır + Bupropion (A)
uzun müddətli nikotin tərkibli plastır + hər hansı bir NƏM
nikotin tərkibli plastır + nortriptilin
nikotin tərkibli plastır + ikinci nəsil antidepressantlar
Dərman preparatlarının yan təsirləri
Tütünçəkmədən imtina nəticəsində bir sıra komorbid psixi
vəziyyətlərin ağırlaşması mümkündür
Tütünçəkmədən imtina etmək üçün istifadə olunan dərman
vasitələrinin yan təsirləri:
Bupropion SR:
Əsasən yuxusuzluq (35-40%) və ağızda quruluq hissi (10%).
Hamilələrdə və uşaq əmizdirən qadınlarda, 18 yaşadək gənclərdə
istifadəsi əks-göstərişdir.
Qeyd: Bupropion SR: Qida qəbulu ilə bağlı problemi olan və ya son 14 gün ərzində
MAO inhibitorları qəbul edən insanlara bu dərman vasitəsi təyin edilməməlidir.
Nikotin tərkibli saqqız:
Əsasən ağız boşluğunun qıcıqlanması, hıçqırma, dispepsiya,
çeynəmə zamanı ağrı. Bu təsirlər, adətən, yüngül və qısa müddətlidir.
Nikotin tərkibli inhalyatorlar:
Nikotin tərkibli inhalyatorlardan istifadə edildikdə ağız boşluğu
və boğazda qıcıqlanma, öskürək, rinit müşahidə edilə bilər. Təsirlərin
ağırlılıq dərəcəsi, ümumiyyətlə yüngül olur və müalicə nəticəsində
bu simptomlar xeyli azalır.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
30
Nikotin tərkibli həblər:
Ümumi yan təsirlərə ürək bulanma, qıcqırma və ürək nahiyəsində
yanğı hissi, baş ağrısı və öskürək aiddir.
Nikotin tərkibli burun spreyi:
Burun/nəfəs yollarının reaksiyası. Əksər hallarda burun
nahiyəsinə spreyin təyin olunmasının ilk 2 günündə orta dərəcədən
ağır dərəcəyədək burunda qıcıqlanma baş verə bilər.
Nikotin plastırı:
Nikotin plastırından istifadə edən pasiyentlərin 50%-də dəridə
yerli dəyişikliklər müşahidə oluna bilər. Bu dəyişikliklər əmələ
gəldikdə, hidrokortizon (1%) və ya triamsinolon kremini (0,5 %)
istifadə etmək olar.
Digər yan təsirlərdən yuxu pozulmalarına rast gəlinir, belə
hallarda nikotin tərkibli plastırlarla müalicəni dayandırmaq
məsləhətdir.
Vareniklin:
Ürəkbulanma, yuxuya getmənin çətinləşməsi, yuxu pozulmaları
Qeyd: Hamilələrdə, 18 yaşadək gənclərdə istifadəsi əks-göstərişdir.
Aşağıda göstərilən dərman preparatları ilə müalicənin
aparılması mümkündür, lakin tövsiyə edilmir.
Klonidin:
Daha çox rast gəlinən yan təsirlər: ağızda quruluq, süstlük, baş
gicəllənmə, qəbizlik. Klonidin antihipertenziv dərman vasitəsi
olduğuna görə bir çox pasiyentlərdə qan təzyiqinin aşağı düşməsinə
gətirib çıxara bilər.
Nortriptilin:
Daha çox rast gəlinən yan təsirlər: fikir dağınıqlığı, ağızda
quruluq, gözün qaralması (dumanlılıq), sidik ifrazının çətinləşməsi,
əllərin əsməsi.
Tütünçəkmədən imtina edən pasiyentlərin müalicəsində
aşağıdakı dərman vasitələrinin istifadəsi tövsiyə edilmir:
Bupropiondan başqa digər antidepressantlar və nortriptilin
Selektiv serotoninin təkrar udulmasının inhibitoru (SSTUİ)
Anksiolitiklər/benzodiazepinlər/beta-blokatorlar
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
31
Opioid antaqonistlər/naltrekson
Gümüş asetatı
Mekamilamin
Dərman vasitələrindən geniş istifadə
NƏM (ürək-damar xəstəlikləri olan pasiyentlərdə)
TİBB İŞÇİLƏRİ ÜÇÜN TÖVSİYƏLƏR
Tütünçəkmə barədə sual vermək
Tövsiyələr:
hər bir müraciət zamanı pasiyentlərdən tütünçəkmə barədə
məlumat alınmalıdır, belə ki, təkrar skrininq klinik müdaxilənin
əhatəsini artırır (A)
ilkin səhiyyə xidmətləri səviyyəsində tütünçəkmənin skrininqi
ildə azı 3 dəfə keçirilməlidir (D)
həkim-mütəxəssislər tərəfindən ildə azı 1 dəfə tütünçəkənlərin
skrininqi aparılmalıdır (D)
yeniyetmələrin tütünçəkmə üzrə skrininqi zamanı passiv
tütünçəkmə barədə məlumat toplanılmalıdır
Tütünçəkmədən imtinaya dair məsləhətlər
Tövsiyələr:
hər müraciət zamanı tütünçəkənlərə imtina etmə barədə təklif
edilməlidir, çünki təklif və imtina arasında birbaşa əlaqə var (A)
tibb işçiləri tütünçəkənlərə imtinanı ciddi şəkildə təklif
etməlidirlər, çünki tibb işçisinin məsləhəti imtinaların sayını
artırır
Tütünçəkmədən imtina istəyinin qiymətləndirilməsi
Tövsiyələr:
hər müraciət zamanı tütün çəkənlərin tütünçəkmədən imtina
istəyi qiymətləndirilməlidir (C)
Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməmiş dərman vasitələri
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
32
Müalicə üsulları, müalicə seçimi haqqında təlimatlandırma,
müalicə planının təyini və sənədləşdirilməsi
Tövsiyələr:
Tibb işçisi və pasiyent mümkün olan müalicənin üsulunu
müzakirə etməli və razılaşdırılmış müalicə planını seçməlidirlər.
Müzakirələr aşağıdakılara yönəldilməlidir (D):
müxtəlif müalicə seçimləri haqqında səmərəliliyə, mövcudluğa
və əks-göstərişlərinə dair məlumatlandırma
pasiyentin üstün tutduğu müalicənin seçimi
xüsusi qruplara müvafiq olan müalicənin təyini (hamilələr,
yeniyetmələr və yanaşı xəstəlikləri olanlar)
pasiyentin seçiminə uyğun daha intensiv müalicə üsulunun təyini
(D)
Tütünçəkmədən imtinaya dair yardım
Tövsiyələr:
Bütün tütünçəkmədən imtina etmək istəyənlərə səmərəli müalicə
təklif edilməlidir:
farmakoterapiya (A)
məsləhət (A) – fərdi, qrup və telefon vasitəsilə
təkrar müdaxilə (A)
Bütün tütünçəkənlərə məsləhətvermə: Minimal, Orta və İntensiv
tütünçəkmədən imtina proqramları mütləq əlçatan olmalıdır (A).
Tütünçəkmədən imtina etmək istəyən şəxslər qaynar xətt
vasitəsilə məsləhət ala bilərlər (A). Farmakoterapiya yalnız ilkin
səhiyyə xidmətləri müəssisəsində təyin edilməlidir (A).
Akupunktura, hipnoz, tütünçəkməni məhdudlaşdıran psixoloji
mühit və relaksasiya, xüsusi nəfəsalma texnikası, pəhriz, idman,
növbəti siqaretdən imtina, siqaretin çəkmədən yandırılması kimi
strategiyalar az sübut olunmuş üsullar hesab edilir (D).
Tütünçəkmədən imtina etmək üçün farmakoterapiyanın
başlanması
Farmakoterapiyanın təyin olunması
Birinci sıra, NƏM
Qeyri NƏM
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
33
Tütünçəkmədən imtinaya aid əyani vəsaitlərlə təminat
Növbəti gəlişin təyini
Tütünçəkmədən imtina etmək istəyən pasiyentlər üçün gələcək
planın hazırlanması.
Tütünçəkmədən imtinanın residiv hallarının qarşısının alınması
Residivlərin profilaktik tədbirlərinin başlanması
Tövsiyələr:
tütünçəkmədən imtina etmiş bütün pasiyentlərə yenidən residivin
baş verməsinin qarşısının alınması tədbirləri təklif olunmalıdır
tibb işçisi residivə gətirib çıxaran fərdi, ətrafdakı və
biopsixososial faktorları nəzərə almalıdır
tibb işçisi bədən çəkisinin tütündən imtinadan sonra artmasını
nəzərə almalıdır. Bupropion SR və ya digər NƏM, məsələn,
nikotin tərkibli saqqız bədən çəkisinin artmasını ləngidir
çoxsaylı residivi olan və hazırda imtina cəhdlərində çətinlikləri
olan pasiyentlər imtina üzrə daha intensiv müdaxilələrə
yönəldilməlidirlər
Tütünçəkmədən imtinaya dair motivasiya tədbirləri
Motivasiya edən strategiyalar
Motivasiya edən strategiyalara aşağıdakılar daxildir, lakin
bunlarla məhdudlaşmır:
qarşıdurmadan qaçmaq
neytral qalmaq
tütünçəkənləri qətiyyətsiz olmaları barədə məlumatlandırmaq
tütün çəkənlərdə tütünçəkmə, ondan imtina haqqında lehinə və
əleyhinə olan faktorları müəyyənləşdirmək
tütünçəkənlərin sağlamlıq riskləri və tütünçəkmə barədə ikili
fikirlərini korreksiya etmək
fəaliyyət planını dəqiq və aydın şəkildə müəyyənləşdirmək
fəaliyyət planındakı uyğunsuzluqları aradan qaldırmaq
müzakirə aparmaq
Tövsiyələr:
Hazırda tütünçəkmədən imtina etmək istəməyən şəxslər
motivasiyaya yönəldilmiş qısa məsləhət almalıdırlar. Məsləhət
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
34
tütünçəkmədən imtina motivasiyasının artmasına yönəldilir və bura
aşağıdakı müzakirələr daxildir:
münasiblik: tütünçəkmə və pasiyentin hazırda səhhəti xəstəliklər
və pasiyentin tibbi tarixçəsi ilə əlaqəlidir
risk amilləri: uzunmüddətli tütünçəkmənin riskləri, həmçinin
konkret pasiyentə münasib olan ürək-damar xəstəliklərinin və
yanaşı xəstəliklərin ağırlaşması barədə məlumatın çatdırılması
faydalar: tütünçəkmədən imtinanın tibbi, maliyyə, psixososial
potensial faydaları
çətinliklər: tütünçəkmədən imtinanın çətinliklərini nəzərə alaraq,
konkret pasiyentlə münasib seçimin və strategiyaların müzakirəsi
təkrarlama (repetition): hər növbəti gəlişdə tütünçəkmədən
imtinanın təkrar qiymətləndirilməsi və münasib müdaxilənin
aparılması
Motivasiya müdaxiləsi tütünçəkmədən imtinada faydalı olması
üçün aparılmalıdır (B).
Tütünçəkmədən imtina edən şəxslərin həvəsləndirilməsi
Bütün tütünçəkmədən imtina edənlər təbrik edilməli və onlara
yenidən tütün çəkməkdən uzaq durmaq tövsiyə olunmalıdır
Residiv riskinin qiymətləndirilməsi
Residivin baş verməsi risklərinin qiymətləndirilməsi
Tövsiyələr:
son 3 ay ərzində tütünçəkmədən imtina edən pasiyentlərdə
residivin əmələgəlmə riski qiymətləndirilməlidir (B)
tütünçəkmədən imtina etmə zamanı depressiya və ya depressiv
sindromun mövcudluğu residivlərə aparan amil olduğu üçün
müəyyən edilməlidir (B)
psixososial və ətraf şərait faktorları (stress, depressiya, əvvəlki
imtina cəhdləri, imtina sindromu, digər tütünçəkənlərlə
ünsiyyətdə olmaq), həmçinin digər davranış riskləri
qiymətləndirilməlidir (C)
residivlər əmələ gəlmiş pasiyentlərdə yenidən cəhd etmək
arzusunun müəyyən edilməsi üçün təkrar qiymətləndirmə
aparılmalıdır
Dostları ilə paylaş: |