Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 27 fevral 2012-ci il tarixli


Tütünçəkmədən imtinaya yönəldilmiş tədbirlər planı



Yüklə 401,43 Kb.
Pdf görüntüsü
səhifə2/4
tarix09.03.2017
ölçüsü401,43 Kb.
#10817
1   2   3   4

Tütünçəkmədən imtinaya yönəldilmiş tədbirlər planı 

Hal-hazırda və ya əvvəllər tütünçəkmə barəsində məlumatın toplan-

masına görə pasiyentlər aşağıda qeyd edilən 4 qrupa bölünə bilərlər: 

A.  Tütün çəkən və hal-hazırda tütünçəkmədən imtina etmək 

istəyən pasiyentlər;  



B.  Tütün çəkən və hal-hazırda tütünçəkmədən imtina etmək 

istəməyən pasiyentlər; 



C.  Əvvəllər tütün çəkmiş, lakin hazırda tütün çəkməyən 

pasiyentlər; 



Ç.  Heç vaxt daimi tütün çəkməyən pasiyentlər. 

Bu klinik protokol tibb işçilərini sadə  və  səmərəli müdaxilə 

tədbirləri ilə təmin etməyi nəzərdə tutur (cədvəl 2-ə bax). 

Cədvəl 2. Tütünçəkmənin müalicə alqoritmi 

 

Pasiyent hal-hazırda 



tütündən istifadə 

edirmi? 


 

 

 



YOX


 

15

 



 

 

 



Pasiyent hal-hazırda 

tütünçəkmədən imtina 

etmək istəyirmi? 

Pasiyent nə 

vaxtsa tütündən 

istifadə edibmi?

 

 

 



HƏ 

YOX


YOX

 



 

 

Müvafiq tütün 



asılılığından 

müalicəni təmin edin

Tütünçəkmədən 

imtina üçün 

motivasya edin 

Tütünçəkmənin

yenidən baş vermə-

Tütünçəkmə-

dən davamlı 

imtina etməni 

dəstəkləyin 

sinin qarşısını alın

 

Bölmə A 

Bölmə B 

Bölmə C 

 

Həkimin xəstəyə tütünçəkmədən imtina üzrə yanaşması 



beynəlxalq təcrübədə “5A strategiya (ingiliscə: Ask, Advice, Assess, 

Assist,  Arange)” kimi tanınan strategiya üzrə  həyata keçirilməlidir 

(cədvəl 3-ə bax). 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

16

Cədvəl 3. «5A» strategiyası  



A

SK 


Tütünçəkmə 

barədə 


məlumat 

əldə etmək 

  

Hər görüş zamanı hər bir pasiyentdə 



tütünçəkmə statusunu müəyyənləşdirmək və 

sənədləşdirmək  

 

A1 strategiyası  



 

Tütün çəkənlərin skrininqi (əlavə 4),  



 

Abstinensiya səviyyəsinin 



qiymətləndirilməsi (əlavə 5) 



A

DVICE 

Tütünçək-



mədən 

imtina 


etməyi 

məsləhət 

görmək 

Hər bir tütünçəkəni aydın, təkidlə və fərdə 



yönəldilmiş şəkildə tütünçəkmədən imtinaya 

yönəltmək  

 

A2 strategiyası 





A

SSESS 


Tütünçəkmə-

dən imtina 

cəhdinə 

hazır olmağı 

qiymətlən-

dirmək 


Tütün çəkən hal-hazırda tütünçəkmədən 

imtina cəhdi etmək istəyirmi?  

 

A3 strategiyası 





A

SSIST 


Tütünçək-

mədən 


imtina 

cəhdinə 


kömək  

etmək 


 

Tütünçəkmədən imtina cəhdi etmək istəyən 

pasiyentlərə müalicəni təklif etmək, imtinaya 

yardım edəcək məsləhətləşməyə və əlavə 

müalicəyə yönəltmək  

 



A4 strategiyası 

 



Əlavə 1: Dərman preparatlarının təyinatı 

 



Əlavə 2: Nikotinəvəzedici dərman  

  

vasitələrinin təyinatı 



Hal-hazırda tütünçəkmədən imtina cəhdi 

etmək istəməyən pasiyentlərə gələcəkdə 

imtina istəyini yüksəltmək üçün nəzərdə 

tutulmuş müdaxiləni tətbiq etmək 

 

B1 və B2 strategiyaları 





A

RRANGE  Ardıcıl 

müşahidə 

etmək 


məqsədi ilə 

sonrakı 


görüşləri 

planlaşdır-

maq 

Tütünçəkmədən imtina cəhdi etmək istəyən 



pasiyent üçün tütünçəkmədən imtina 

günündən başlayaraq birinci həftə ərzində 

sonrakı görüşləri planlaşdırmaq. 

 



A5 strategiyası 

Hal-hazırda tütünçəkmədən imtina cəhdi 

etmək istəməyən pasiyent üçün imtina etməyə 

yönəlmiş tədbirləri onun klinikaya növbəti 

səfəri zamanı nəzərdə tutmaq. 


 

17

A. Tütün çəkən və hal-hazırda tütünçəkmədən imtina etmək 



istəyən pasiyentlər üçün 

A1 strategiyası. Mütəmadi qaydada hər bir görüş zamanı 

tütün çəkənləri müəyyən edin (ASK). 

Tədbir Tətbiq ediləcək strategiya 

Hər bir pasiyentin hər 

dəfə klinikaya müraciət 

etdiyi zaman 

tütünçəkmə statusunun 

müəyyənləşdirilməsi və 

sənədləşdirilməsini 

təmin edən 

müəssisədaxili sistemi 

tətbiq edin.  

Tütünçəkmə barədə məlumatı pasiyentin tibbi 

sənədlərinə (Anamnesis Vitae) daxil edin. 

ANAMNESIS VITAE  

Qan təzyiqi: _______________________ 

Nəbz: ________ Bədən çəkisi: ___________ 

Hərarət: _________________________ 



Tütündən istifadə (lazım olanı qeyd edin):  

Hal-hazırda / Keçmişdə / Heç vaxt 

A2 strategiyası. Hər bir tütün çəkəni təkidlə tütünçəkmədən 

imtinaya yönəldin (ADVISE). 

Tədbir Tətbiq ediləcək strategiya 

Hər bir tütün çəkəni 



aydıntəkidlə və fərdi 

yönəldilmiş şəkildə 

tütünçəkmədən imtinaya 

yönəldin  

Məsləhət aşağıdakı kimi olmalıdır (dırnaq 

arasında misallar göstərilir): 

Aydın – (Məsələn: “Aydındır ki, tütünçəkmədən 

imtina Sizin üçün vacibdir və  mən bu məsələdə 

Sizə kömək edə bilərəm”. “Xəstəlik zamanı 

tütünçəkmənin azaldılması kifayət deyil”. 

“Vaxtaşırı  və ya yüngül tütünçəkmə  təhlükəli 

olaraq qalır”). 



Təkidlə – (Məsələn: “Sizin həkiminiz olaraq, 

bildirməliyəm ki, tütünçəkmədən imtina hazırda və 

gələcəkdə sağlamlığınızın mühafizəsi üçün edə 

biləcəyiniz ən vacib məsələlərdəndir. Klinikamızın 

personalı və mən Sizə kömək edə bilərik”). 

Fərdi yönəldilmiş – Tütündən istifadəni mövcud 

simptomlar və sağlamlıqla və / və ya onun 

sosial-iqtisadi xərcləri, tütünçəkmənin uşaqlara 

və ailə üzvlərinə  dəyən mənfi təsirləri ilə 

əlaqələndirin. (Məsələn: “Tütünçəkmənin davam 

etməsi Sizdəki astmanı  ağırlaşdıra bilər və 

tütünçəkmədən imtina sağlamlığınızı  nəzərə 

çarpan dərəcədə yaxşılaşdıra bilər”). 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

18

A3 strategiyası. Tütünçəkmədən imtina cəhdinə hazır olmağı 



qiymətləndirin (ASSESS). 

Tədbir Tətbiq ediləcək strategiya 

Hər bir tütün çəkənin 

hal-hazırda 

tütünçəkmədən imtina 

cəhdini qiymətləndirin. 

 

 



Pasiyentlərin tütünçəkmədən imtina cəhdini 

qiymətləndirmək.  

(Məsələn: “Siz tütünçəkmədən imtina etmək 

istəyirsinizmi?”) 

 

Əgər pasiyent hal-hazırda tütünçəkmədən 



imtina etmək istəyirsə, onu imtinaya yardım 

edəcək məsləhətləşməyə və müalicəyə 

yönəltmək  

 



A4 Strategiyası  

 



Əgər pasiyent hal-hazırda tütünçəkmədən 

imtina etmək istəmirsə, onun gələcəkdə 

imtina istəyini yüksəltmək üçün nəzərdə 

tutulmuş müdaxiləni tətbiq etmək  

 

B Strategiyası  



A4 strategiyası. Pasiyentə tütünçəkmədən imtina cəhdinə 

yardım edin, məsləhətləşmə və müalicə ilə təmin edin (ASSIST). 

Tədbir Tətbiq ediləcək strategiya 

Pasiyentə imtina planı 

üzrə yardım edin 

Pasiyenti tütünçəkmədən imtinaya yönəltmək 

üçün tövsiyələr: 

 



İmtina gününü təyin edin. Ən yaxşı halda bu, 

2 həftə ərzində baş verməlidir. 

 

Ailənizə, dostlarınıza və iş yoldaşlarınıza 



tütünçəkmədən imtina barədə deyilməli, 

onlardan dəstək alınmalıdır 

 

Tütünçəkmədən imtina zamanı, xüsusilə də 



ilk bir neçə həftə ərzində çətinliklərə hazır 

olun. Buraya nikotindən imtina simptomları 

da aiddir.  

 



Ətrafda tütün məmulatlarını yığışdırın. 

Tütünçəkmədən imtina zamanı vacibdir ki, 

adətən çox vaxt keçirdiyiniz yerlərdə tütün 

çəkməyəsiniz (məsələn: iş yeri, ev, avto-

mobil). Evinizi tütün tüstüsündən azad edin. 

Əks göstərişlər istisna 

olmaqla, protokolda 

Protokolda göstərilən müalicəni tövsiyə edin.  

 

Əlavə 1: Dərman preparatlarının təyinatı 



 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

19

göstərilən müalicənin 



tövsiyə edilməsi  

 



 

Əlavə 2: Nikotinəvəzedici dərman 

vasitələrinin təyinatı 

Pasiyentə bu müalicənin tütündən imtinanın 

uğurunu artırmasını və abstinensiya 

simptomlarını azaltmasını izah edin.  

Praktiki 

məsləhətləşmənin 

aparılması (problemlərin 

həlli) 


 

Abstinensiya simptomu. Tütünçəkmədən tam 

imtina istəyi  əsasdır.  İmtina etdikdə  hətta bir 

dəfə siqaret çəkmək cəhdi olmamalıdır. 

Keçmiş imtina təcrübəsi

Əvvəlki 


tütünçəkmədən imtina cəhdlərində  nələrin 

kömək etdiyini və  nələrin mane olduğunu 

müəyyənləşdirin. Növbəti imtina cəhdləri üçün 

gözlənilən çətinliklərin qarşısını alın.  



Alkoqollu içkilər.  Spirtli içkilər istifadəsi çox 

vaxt tütünçəkmənin təkrar başlamasına səbəb 

olduğuna görə pasiyent tütünçəkmədən imtina 

zamanı alkoqollu içkilərdən istifadəni azaltmağı 

və ya içməməyi qərara almalıdır. 

Evdə digər tütünçəkənlər. Evdə digər 

tütünçəkənlər varsa, pasiyentin tütündən 

imtinası  çətinləşir. Ona görə  də pasiyentlər 

ətrafdakıları da tütündən imtinaya və ya onun 

yanında çəkməməyə sövq etməlidirlər. 

Müalicə zamanı sosial 

dəstəyin göstərilməsi 

 

 



Pasiyenti tütündən imtinaya sövq etdirdikdə tibb 

müəssisəsində 

dəstəkverici mühit təmin 

edilməlidir.  

Məsələn: “Klinikamızın personalı və mən Sizə 

kömək etməyə hazırıq”.  

“Mən Sizə davamlı dəstəyi təmin edə bilən 

müalicəni məsləhət görürəm”

Əyani vəsait, o 



cümlədən qaynar telefon 

xətti (əgər varsa) barədə 

və digər məlumatlarla 

təmin edilməsi 

Mövcud olan əyani vəsaitlər, internet resursları 

(www.tobaccocontrol.az, www.isim.az ), qaynar 

telefon xətti nömrəsi ilə təmin olunmalıdır 

Tütün çəkən və hal-

hazırda tütünçəkmədən 

imtina etmək istəməyən 

pasiyentlər üçün

  

B strategiyasına bax 

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

20

A5 strategiyası. Ardıcıl müşahidə etmək məqsədi ilə sonrakı 



görüşlərin planlaşdırılması (ARRANGE

Tədbir Tətbiq ediləcək strategiya 

Şəxsən və ya telefon 

vasitəsi ilə sonrakı 

görüşlərin 

planlaşdırılması 

 

 



Vaxtın təyini: Birinci görüş tütünçəkmədən 

imtina günündən tez bir zamanda, ən yaxşısı isə 

ilk həftə ərzində təyin olunmalıdır. İkinci 

görüşün ilk bir ay ərzində keçirilməsi tövsiyə 

edilir. Sonrakı görüşlər də məqsədəuyğun 

planlaşdırılır.  



Görüşlər zamanı tədbirlər: Pasiyentlər üçün 

mövcud problemləri müəyyənləşdirin və yaxın 

gələcəkdə baş verə biləcək çətinlikləri nəzərdə 

tutun. Dərmanların istifadəsini və problemləri 

müəyyənləşdirin. Pasiyentə qaynar telefon xətti 

(əgər varsa) ilə məsləhət almaq barədə məlumat 

verin.  

Əgər pasiyent tütündən tam imtina edibsə, onun 

nailiyyətini dəstəkləyin.  

Tütün çəkən və hal-

hazırda tütünçəkmədən 

imtina etmək istəməyən 

pasiyentlər üçün

  

B Strategiyasına bax 



B. Tütün çəkən və hal-hazırda tütünçəkmədən imtina etmək 

istəməyən pasiyentlər üçün 

Motivasiya tədbirlərinin təmin edilməsi.  

Tütünçəkən və hal-hazırda tütünçəkmədən imtina etmək 

istəməyən pasiyentlərə dair tibb işçiləri bu protokolda göstərilən 

motivasiya tədbirlərindən (MT) istifadə etməlidirlər. 

MT əsasında 4 əsas prinsip vardır:  

1.

 

Pasiyentin halına şərik olmaq; 



2.

 

Pasiyentin imtinadan əvvəl və sonrakı  vəziyyətini müqayisə 



etmək; 

3.

 



Pasiyentin keçmişdə tütünçəkmədən imtinaya dair müqavimət 

göstərdiyi zamana qayıtmaq (roll with resistance); 

4.

 

Özünə yardımı dəstəkləmək. 



Bu prinsiplərə  əsaslanan spesifik MT strategiyaları  B1 

strategiyasında göstərilib.  

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

21

MT üzrə müdaxilələr beynəlxalq təcrübədə “5R intervention 



(İngilisçə: Relevance, Risks, Rewards, Roadblocks və Repetition)” 

kimi tanınan müdaxilələr B2 strategiyası üzrə həyata keçirilməlidir: 



B1 strategiyası: Motivasiya tədbirləri (MT) strategiyaları 

Tədbir Tətbiq ediləcək strategiya 

Pasiyentin halına şərik 

olmaq 



 



Araşdırma aparmaq üçün açıq suallardan 

istifadə edin: 

 

Tütünçəkməyə  və onun digər yollarla 



istifadəsinə  nəzər yetirməyin zəruri 

olması (məsələn: “Tütünçəkmədən 

imtina Sizin üçün nə qədər vacibdir?”) 

 



Tütünçəkmədən imtinanın mənfi və 

müsbət tərəfləri (məsələn: 

“Tütünçəkmədən imtina etsəniz nə baş 

verə bilər?”) 

 

İki tərəfli anlaşmaya nail olmaq üçün 



qarşılıqlı dinləməni tətbiq edin: 

 



Söz və ifadələri təhlil edin (məsələn: 

“Düşünürsünüz ki, tütünçəkmə Sizin 

bədən çəkinizi normada saxlamağa 

kömək edəcək?”)  

 

Yekunlaşdırın (məsələn: “Söhbətimizdən 



anladım ki, tütünçəkmə Sizin üçün bir 

əyləncədir, lakin digər tərəfdən Siz 

düşünürsünüz ki, tütünçəkmə nəticəsində 

səhhətinizdə ciddi problemlər yarana 

bilər.”) 

 



Hisləri və narahatçılığı 

tənzimləyin 

(məsələn: “Bir çox insanlar siqaretsiz necə 

davranmaqlarından narahatdırlar.”) 

 

Pasiyentlərin müstəqil qərar vermə və seçim 



etmə hüquqlarını  dəstəkləyin (məsələn: 

“Eşitdim ki, Siz hazırda tütünçəkmədən 

imtina etməyə hazır deyilsiniz. Hazır 

olduqda mən Sizə kömək edə bilərəm.”) 

Pasiyentin imtinadan 

əvvəl və sonrakı 

vəziyyətində fərqləri 

göstərmək 

Hazırkı  vəziyyəti və imtinadan sonra olan 

vəziyyəti, prioritetləri, üstünlükləri və 

məqsədləri qeyd edərək fərqləri göstərin (məs: 

“Belə görünür ki, Siz ailənizə bağlısınız və 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

22

tütünçəkmənin uşaqlarınıza göstərən mənfi 



təsirindən narahatsınız.”)  

 



Pasiyentin “fikir dəyişmə” və “öhdəlik” 

ifadələrini gücləndirin və dəstəkləyin: 

Məsələn: “Siz artıq müəyyən etdiniz ki, 

tütünçəkmə Sizin sağlamlığınıza mənfi təsir 

göstərir və uşaqlarınıza nə dərəcədə zərərlidir.” 

Məsələn: “Çox yaxşı  əlamətdir ki, gərgin iş 

vaxtınız bitdikdən sonra Siz artıq tütünçəkmədən 

imtina etməyi nəzərdə tutursunuz.” 

 

Dəyişməyə bağlılığı gücləndirin: 



Məsələn: “Tütünçəkmədən imtina zamanı 

ağrılarınızı azalda biləcək müalicələr 

mövcuddur, o cümlədən məsləhətləşmə  və 

müxtəlif çeşidli dərman preparatları vardır.” 

Məsələn: “Biz istərdik ki, tütünçəkmədən imtina 

etməklə Sizi baş verə biləcək fəsadlardan 

uzaqlaşdıra bilək.” 

Pasiyentin keçmişdə 

tütünçəkmədən 

imtinaya göstərdiyi 

müqavimətilə bağlı 

dövrə qayıdın  

 



 



Fasilə edin və pasiyentin düşüncələrində 

tütünçəkmədən imtinaya dair müqavimət 

səbəblərini nəzərə alın və onlardan istifadə 

edin: 


Məsələn: “Hiss olunur ki, Siz tütün çəkməyinizlə 

bağlı müəyyən təzyiq altındasınız.”  

 

Pasiyentin halına şərik olun: 



Məsələn: “Siz abstinensiya simptomlarının 

yaranmasından narahatsınız.” 

 

Məlumatın verilməsinə icazə alın: 



Məsələn: “Sizə yardımçı ola biləcək müalicə 

üsulları barədə bilmək istərdinizmi?”  

Özünə yardımı 

dəstəkləmək 

 

Pasiyentə tütündən imtina ilə bağlı keçmiş 



nailiyyətlərini xatırladaraq onlara əsaslanmağa 

kömək edin:  

Məsələn: “Sizin axırıncı  dəfə tütündən imtina 

cəhdiniz kifayət qədər müvəffəqiyyətli idi.”  

 

Tütünçəkmədən imtinaya dair tədricən 



müsbət dəyişikliyə  gətirib çıxaran tədbirləri 

təklif edin: 

 

Tütünçəkmədən imtinanın faydaları  və 



mövcud olan müalicə imkanlarından 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

23

danışın 



 

Pasiyentə tütünçəkmə ilə bağlı vərdişləri 



dəyişməyi təklif edin. 

 



Tütünçəkmədən imtina üsulları barədə 

pasientin öz fikrini öyrənin 

 

Məsləhət və məlumat almaq üçün qaynar 



telefon xəttindən istifadə etməyi təklif 

edin (əgər varsa) 



B2 strategiyası. Motivasiya tədbirləri (MT) üzrə müdaxilələr - 

“5R” 

Tədbir Tətbiq ediləcək strategiya 

Uyğunlaşdırma 

(Relevance) 

 

Pasiyenti konkret tütünçəkmədən imtinanın özü 



üçün nə  qədər zəruri olduğunu ifadə etməyə 

yönəldin. Tütünçəkmədən imtinaya təkan verən 

məlumatlar pasiyentin xəstəlik statusu və ya 

xəstələnmə riskləri, ailənin sağlamlıq vəziyyəti, 

yaşı, cinsi və digər pasiyent üçün vacib 

xüsusiyyətlərlə  əlaqəli olduqda (məsələn: 

əvvəlki tütünçəkmədən imtina təcrübəsi və ya 

bununla bağlı şəxsi çətinliklər), daha güclü təsir 

göstərə bilər. 

Risklər 


(Risks)

 

Tibb işçisi pasiyentdən tütünçəkmənin mənfi 



nəticələrinin açıqlanmasını xahiş etməlidir. 

Təklif olunmalıdır ki, pasiyent özünə daha 

uyğun mənfi nəticələri qeyd etsin. Tibb işçisi az 

qatranlı və ya az nikotinli siqaretlərin çəkilməsi, 

ya da tütünün digər formalarında (məsələn: 

tüstüsüz tütün, siqar, qəlyan) istifadənin bu 

riskləri azaltmayacağını vurğulamalıdır. 

Risklərin nümunələri: 

 

Güclü risklər: nəfəsalmanın çətinləşməsi, 



astmanın kəskinləşməsi, respirator 

infeksiyaların yaranma riskinin artması, 

hamiləlik üçün təhlükələr, impotensiya və 

sonsuzluq. 

 

Uzun müddətli risklər: infarkt və insult, 



ağciyərin xərçəngi və digər onkoloji 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

24

xəstəliklər (məsələn: qırtlaq, ağız boşluğu, 



udlaq, mədə borusu, mədəaltı  vəzi, mədə, 

böyrək, sidik kisəsi, uşaqlıq, kəskin 

mieloleykoz), ağciyərlərin xroniki obstruktiv 

xəstəlikləri (xroniki bronxit, emfizema), 

osteoporoz, iş qabiliyyətinin uzun müddətli 

itirilməsi. 

 

Ətrafdakılar üçün risklər: həyat yoldaşında 



ağciyərin xərçəngi və ürək xəstəliklərinin 

yaranma risklərinin artması; az çəkili 

uşaqların doğulması, körpələrin qəflətən 

ölüm sindromu (KQÖS), uşaqlarda astma, 

orta qulağın xəstəlikləri və respirator 

infeksiyaların yaranma risklərinin artması. 

Faydalar 

(Rewards) 

Tibb işçisi tütünçəkmənin dayandırılması ilə 

əldə olunan faydaların açıqlanmasını 

pasiyentdən xahiş etməlidir. Təklif olunmalıdır 

ki, pasiyent özünə daha uyğun faydaları qeyd 

etsin. Faydaların nümunələri: 

 



Səhhətin yaxşılaşması 

 



Qoxu və dad hissiyyatının bərpa olunması 

 



Pul vəsaitlərinə qənaət etməsi 

 



Özünü daha yaxşı hiss etməsi 

 



Evin, avtomobilin, geyimin, nəfəsin tütün 

iyindən azad olması 

 

Uşaqlara yaxşı nümunənin göstərilməsi və 



onlarda tütünçəkmə ehtimalının azalması 

 



Körpənin və uşaqların daha sağlam olması 

 



Fiziki cəhətdən özünü daha yaxşı hiss etməsi 

 



Fiziki fəaliyyətlərin daha yaxşı yerinə 

yetirilməsi 

 

Ümumi görünüşün yaxşılaşması, dəridə 



qırışların azalması, dişlərin sağlam olması 

Maneələr 

(Roadblocks) 

Tibb işçisi pasiyentdən tütünçəkmənin 

dayandırılmasına  əngəl olan maneələrin və 

çətinliklərin açıqlanmasını xahiş etməli və bu 

maneələri aradan qaldıran müalicəni 

(məsləhətləşmə  və  dərmanlarla müalicə) təyin 

etməlidir.  

Tipik maneələrin nümunələri: 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

25



 

İmtina sindromu 

 

Uğursuzluq qorxusu 



 

Çəkinin artması 



 

Dəstəyin məhdud olması 



 

Depressiyanın baş verməsi 



 

Tütünçəkmədən zövq alınması 



 

Ətrafda digər tütün çəkənlərin olması 



 

Səmərəli müalicə üsulları barədə lazımi 



qədər bilgilərin olmaması 

Təkrarlanma 

(Repetition)

 

Motivasiya müdaxilələri pasiyentin hər gəlişi 



zamanı təkrarlanmalıdır. Tütünçəkmədən imtina 

cəhdlərində uğursuzluqla qarşılaşan pasiyentlərə 

əksər insanların tütünçəkmədən imtina etməzdən 

əvvəl dəfələrlə  uğursuzluqla rastlaşmaları 

haqqında nümunələr göstərilməlidir. 


Yüklə 401,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin