Microsoft Word Ictimai sehiyyede monitorinq ve qiymetlendirme



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə24/28
tarix25.12.2016
ölçüsü0,7 Mb.
#3300
1   ...   20   21   22   23   24   25   26   27   28
Məlumatların keyfiyyəti 

Monitorinq və qiymətləndirmədə istifadə olunan məlumatların 

keyfiyyətini təmin etmək lazımdır. Bundan ötrü məlumatların 

hesabat formaları  və  məlumat bazasına daxil olunmasını  nəzarət 

altında saxlamaq lazımdır. 

Monitorinq və qiymətləndirmənin hədəf qrupu 

Səhiyyə xidmətlərinin qiymətləndirilməsində  hədəf qruplar 

aşağıdakılardır: 

1.

 



səhiyyə xidmətləri göstərənlər (səhiyyə müəssisələri və 

səhiyyə işçiləri);  

2.

 



səhiyyə xidmətlərinin istifadəçiləri (pasiyentlər, ev 

təsərrüfatları). 

İstənilən məlumatı ümumi cəm hədəf qrupundan əldə etmək 

mümkün olmadığı hallarda seçim aparmaq lazımdır. Monitorinq 

üçün edilən seçim reprezentativ olmalıdır. Bundan başqa, seçilən 

vahidlər cəmdən təsadüfi (randomizasiya) yolla seçilməlidir. 

Beləliklə öyrənilən ümumi cəm seçimin cəmliyində öz əksini tapır. 

Təsadüfi yol “sərbəst” yol deyil. Məsələn, sadələşdirilmiş 

psevdorandomizasiya (monitorinq üçün xəstəlik tarixlərinin həftənin 

günündən asılı  və yaxud nömrəsindən asılı olaraq seçilməsi) 

qəbuledilməzdir.  

Əsl randomizasiyanı etmək çətin deyil. Seçməni təsadüfi seçim 

ilə aparmaq olar. Digər yanaşma ilkin nöqtənin təsadüfi seçilməsi 

şərti ilə aparılan sistematik seçmədir. Bu yanaşmada elementlərin 

cəmi yoxlanan elementlərin sayına bölünür və bununla seçmə 

intervalı müəyyənləşdirilir. Sonra isə ilk intervalın çərçivəsində 

təsadüfi rəqəmin istifadəsi ilə ilkin yoxlanan element 

müəyyənləşdirilir. Statistika dərsliklərinin çoxunda təsadüfi 

rəqəmlərin cədvəli verilir. Təsadüfi rəqəmləri təqdim edən kompüter 

proqramları da mövcuddur. 

Seçimin təhlilindən  əldə edilən nəticələrin bütün cəmin 

yoxlanılan halda alınan nəticələrdən fərqli olması seçimin riski kimi 

başa düşülür. Riski azaltmaq üçün seçimin həcmi kifayət etməlidir. 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 




26


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin