Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 fevral 2014-cü il tarixli


I.  Hamiləliyin birinci trimestrində medikamentoz abort



Yüklə 408,55 Kb.
Pdf görüntüsü
səhifə2/3
tarix22.04.2017
ölçüsü408,55 Kb.
#15398
1   2   3

I.  Hamiləliyin birinci trimestrində medikamentoz abort 

Antiprogesteron və prostaqlandin kombinasiyasının tətbiqi ilə 

aparılan medikamentoz abort hamiləliyin süni pozulmasının 

təhlükəsiz üsullarından biridir. 

Mifepriston və mizoprostolun tətbiqi ilə aparılan 

medikamentoz abort hamiləliyin 9-cu həftəsinə  qədər olan 

dövrdə effektiv və  təhlükəsiz abort metodudur (A). Müvafiq 

məsləhətvermə və sonrakı müşahidə bu metodun etibarlılığını və 

məqbulluğunu yüksəldir. 

Metodun effektivliyi

 

medikamentoz abort aparıldıqda hamiləliyin 



əlavə 

cərrahi müdaxilə icra edilmədən pozulması ilə 

müəyyənləşdirilir. Hamiləliyin birinci trimestrinin erkən dövründə 

mifepriston-mizoprostol tətbiqinin effektivliyi çox yüksək  olub,    

95-98% təşkil edir (B).  

Medikamentoz abortun klinik effektivliyi preparatın qəbulundan 

10-14 gün sonra qiymətləndirilir

.

 Hamiləliyin başa çatmasının daha 



erkən dövrdə qiymətləndirmək cəhdi cərrahi müdaxilələrin tezliyinin 

artmasına gətirir, belə ki, bəzi hallarda abort bir neçə  həftə  ərzində 

başa çatır. 

9-12 həftələr arasında medikamentoz abort daha effektiv olması 

üçün prosedur stasionar şəraitində aparılır və qadın bir neçə doza  

mizoprostol qəbul edir. 



Metodun təhlükəsizliyi.  Hamiləliyin erkən dövrlərində 

mifepriston-mizoprostol tətbiqi ilə pozulması tamamilə təhlükəsizdir. 

Preparatlardan heç birinin qadınların sağlamlığına və fertillik 

funksiyasına zərərli təsiri yoxdur.  Abort aparıldıqdan sonra artıq 

növbəti menustrual sikldə hamiləlik baş verə bilər. 

9-12 həftələr arasında aparılan medikamentoz abort zamanı erkən 

dövrlərlərlə müqayisədə qanaxma riski daha yüksəkdir. Həmçinin 

qadınlar daha çox ağrıkəsici dərmanlardan istifadə edirlər.  

Bəzi hallarda mifepriston-mizoprostol qəbulundan sonra 

hamiləlik inkişaf etməkdə davam edir. Mifepristonun inkişaf 

qüsurlarına səbəb olmasını sübut edən faktlar yoxdur. Lakin 

medikamentoz abortdan sonra hamiləlik inkişaf etdiyi halda cərrahi 

abortun icra olunması məqsədəuyğundur.  

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

14

Metoda  əlçatanlıq.  Medikamentoz abort qadınların təhlükəsiz 

abort texnologiyalarından istifadə etmək imkanlarını genişləndirir və 

vakuum-aspirasiya aparılmayan tibb müəssisələrində  də istifadə 

oluna bilər. 

Medikamentoz aborta əks-göstərişlər



 

tətbiq olunan preparatların hər hansı birinə qarşı (mifepriston, 

mizoprostol və ya digər prostaqlandin) allergiya 

 



təsdiq olunmuş və ya ehtimal olunan uşaqlıqdankənar hamiləlik 

 



laxtalanma sistemində pozuntu və ya antikoaqulyantın 

uzunmüddətli qəbulu 

 

porfiriyanın irsi forması 



 

uşaqlıq boşluğunda UDV (medikamentoz abortdan əvvəl UDV 



xaric edilməlidir) 

 



steroidlərdən asılılıq 

 



xronik böyrəküstü vəz çatışmazlığı 

Ehtiyatlı davranış tələb edən vəziyyətlər 

 



anemiyanın ağır forması: anemiya medikamentoz abortun 

aparılması üçün əks-göstəriş deyil, lakin ağır formalı anemiyası 

olan qadınlara diaqnoz təsdiqlənən vaxtdan anemiyanın müalicəsi 

başlanmalıdır 

 

döşlə əmizdirmə: medikamentoz abort məqsədilə istifadə olunan 



mifepriston və ya prostaqlandinlərin körpəyə zərərli təsiri barədə 

məlumat yoxdur. Bununla belə mizoprostol qəbulundan  sonra        

4-6 saat ərzində körpəni ana südü ilə qidalandırmamaq tövsiyə 

olunur 


 

təxirəsalınmaz yardımın mümkünlüyü: medikamentoz abort 

zamanı  ağır fəsadların çox nadir hallarda meydana çıxmasına 

baxmayaraq, qadının təxirəsalınmaz yardım almaq imkanı 

olmalıdır. 

Xüsusi klinik vəziyyətlər 

Mifepriston və mizoprostol tətbiqi ilə medikamentoz abort 

aşağıdakı klinik vəziyyətlərdə istifadə oluna bilər: 

 



bronxial astma 

 



cinsi yolla yoluxan infeksiyalar (CYYİ) 

 



insanın immunçatışmazlığı virusu (İİV) (+)  

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

15



 

piylənmə  

 

çoxdöllü hamiləlik 



Medikamentoz abortun aparılması üçün tibb müəssisəsinə gəlişlər 

Birinci gəlişin məqsədi tibbi müayinə, məsləhətvermə xidməti və 

mifepriston qəbuludur. Qadın tibb müəssisəsinə arzu olunmayan 

hamiləliklə əlaqəli olaraq müraciət etdikdə, cərrahi və medikamentoz 

abort metodları barədə məlumat alır. Effektiv məsləhətvermə xidməti 

aldıqdan sonra qadın abort metodunu seçir. Tibb müəssisəsində anket 

doldurulur.  Əgər qadın medikamentoz abortu seçirsə mifepriston 

daxilə  qəbul edir (hestasiya yaşı 9-cu həftəsinədək hamiləliyi olan 

qadınlara ilk gəlişdə qadına mifepriston və mizoprostol qəbulunu 

evdə və ya tibb müəssisəsində qəbul edəcəyini seçmək təklif olunur).  

İkinci gəliş  təxminən iki həftədən sonra təyin olunur  və bunun 

məqsədi abortun baş verməsinə  əmin olmaqdır. Abortun ilk 

əlamətləri (ağrı  və qanaxma) və yanaşı  təsirlər gözlənilən olduqda 

qadınlar tərəfindən asan keçirilir. Bu gəlişdə müayinə zamanı 

hamiləliyin pozulması, lakin abortun tam baş vermədiyi müəyyən 

olunarsa, ya mizoprostolun əlavə dozası təyin olunur, ya da gözləmə 

taktikası seçilir. İstənilən halda qadına tibb müəssisəsinə təkrar gəliş 

təyin olunur. Cərrahi müdaxilə qadının tələbi ilə tətbiq oluna bilər.  



Əlavə gəlişlər təxirəsalınmaz vəziyyət yarandıqda və ya qadının 

öz təşəbbüsü ilə edilə bilər. 

Beləliklə, tibb müəssisəsinə  gəlişlərin sayı konkret vəziyyətdən 

asılı olaraq 2, 3 və daha artıq ola bilər. 



Medikamentoz abort məqsədilə istifadə olunan dərman vasitələri 

Mifepriston antiprogestin birləşməsidir 

 



progesteron reseptorları 

səviyyəsində 

təsir göstərərək 

progesteronun təsirini blokada edir 

 

prostaqlandinlərin təsir effektini endogen gücləndirir 



 

desidual qişanın deskvamasiyasına gətirir 



 

uşaqlıq boynunun yumşalmasına və genişlənməsinə gətirir 



 

uşaqlığın yığılma aktivliyini və 



uşaqlıq 

əzələsinin 

prostaqlandinlərə (məsələn, mizoprostola) həssaslığını artırır 

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

16

Mizoprostol prostaqlandin E 1 analoqudur 

 

uşaqlığın saya əzələlərinin yığılmalarına gətirir və  uşaqlığı 



boşaldır 

 



uşaqlıq boynunu yumşaldaraq onun genişlənməsinə  gətirir və 

uşaqlıq boşluğundan mayalanma məhsullarının xaric olunmasını 

asanlaşdırır 

9-cu həftəsinə  qədər olan müddətdə hamiləliyin medikamentoz 

pozulması üçün tövsiyə olunan sxem: 

 



birinci gün: mifepriston 200 mq per os 

 



ikinci gün: mifepriston qəbulundan 24-48 saat sonra bukkal və ya 

sublinqval mizoprostol 800 mkq. Qadın hər yanağının arxasına    

2 həb (və ya dil altına 4 həb) mizoprostol qoyaraq 30 dəqiqə 

ərzində sorulmasını gözləyir, 30 dəqiqədən sonra həblərin qalan 

fraqmentlərini su ilə içərək udur (Cədvəl 3

 



qadının seçiminə uyğun olaraq dərman vasitələri (mizoprostol və 

mifepriston) evdə və ya tibb müəssisəsində qəbul olunur 



Cədvəl 3. Medikamentoz abort sxemi  

Amenoreya Mifepriston 

Mizoprostol 

Axırıncı aybaşının 

birinci günü ≤63 gün 

200 mq per os (C) 

(24-48 saatdan sonra) 800 mkq 

bukkal və ya sublinqval (C) 

Mifepriston qəbulundan sonra qanlı ifrazatın olması 

mizoprostolun qəbulundan imtina etmək üçün əsas deyil.  

10-14 gün sonra USM aparılması  məqsədilə abort aparılan tibb 

müəssisəsinə təkrar gəliş tövsiyə olunur: 

 

tam abort qeyd olunduğu halda qadının nəzarətdə saxlanmasına 



ehtiyac yoxdur 

 



natamam abort qeyd olunduğu halda qadına iki variant təklif olunur: 

 



gözləmə taktikası: 1 həftədən sonra təkrar müraciət etmək 

məsləhət görülür (400 mq mizoprostol təyini ilə  və ya 

mizoprostol təyin etmədən) (C) 

 



təxirə salınmadan cərrahi müdaxilə  

İnkişaf edən hamiləlik qeyd olunduğu halda təxirə salınmadan 

cərrahi müdaxilə təklif olunur. 

 

 



 

 

 



 

 

Klinik protokol Az



ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

17

Əlavə təsirlərin aradan qaldırılması və ağırlaşmaların müalicəsi 

Tipik “əlavə  təsirlər” ağrı (uşaqlığın spastik yığılması ilə 

əlaqədar) və vaginal qanaxmadır. Bunlar gözləniləndir,  əslində 

“əlavə  təsir” deyil, hamiləliyin pozulması prosesi ilə  əlaqədardır. 

Qadın tibb müəssisəsini tərk etməzdən öncə ona ya ağrıkəsici dərman 

vasitəsi, ya da bu preparatı almaq üçün resept təqdim olunur.  

Qadına xəbərdarlıq vermək lazımdır ki o, güclü qanaxma və ya 

davamlı yüksək hərarət olduğu halda tibbi yardım üçün müraciət 

etməlidir (medikamentoz abortu aparan və ya təxirəsalınmaz tibbi 

yardım göstərən digər tibb müəssisəsinə).  

Ağrı 

Ağrıdan  şikayət, ağrının hiss edilməsi və  ağrısızlaşdırmaya 

ehtiyac qadının mədəni və fərdi xüsusiyyətlərindən asılıdır. Ağrı döl 

hissələri uşaqlıqdan qovulduqdan sonra keçir, ancaq nadir hallarda 

qalaraq, döl hissələrinin tam qovulmaması  və  cərrahi müdaxilənin 

aparılmasına ehtiyac olduğunu göstərir. Qadını sakitləşdirmək və 

ağrını aradan qaldırmaq üçün qeyri-steroid iltihab əleyhinə  dərman 

vasitələri (məsələn, ibuprofen) tövsiyə olunur (В)



Qanlı ifrazat 

Uğurla nəticələnmiş medikamentoz abort zamanı vaginal 

qanaxma qeyd olunur. Vaginal qanaxma adi aybaşı ilə müqayisədə 

daha gur və uzunmüddətli ola bilər, lakin, adətən, hemoqlobinin 

səviyyəsinə bir qayda olaraq təsir göstərmir.  Ən güclü qanaxma 

prostaqlandin qəbulundan 3-6 saat sonra qeyd olunur. Qanaxma, 

adətən, 1 həftə davam edir, bəzi qadınlarda 3-4 həftəyədək davam 

edə bilər. Gigiyenik bezləri saymaqla qanaxmanın həcmini daha 

dəqiq qiymətləndirmək mümkündür. 

Qadına, iki saat ərzində hər saatda ikidən artıq böyük  

gigiyenik bez istifadə etdiyi halda, həkimə müraciət etmək 

tövsiyə olunmalıdır! 

Klinik  əhəmiyyət kəsb edən anemiyaya gətirən güclü və ya 

uzunmüddətli qanaxma çox nadir hallarda qeyd olunur. 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

18

Hemodinamik pozulmalara gətirən qanaxma qeyd olunduqda 



venadaxili maye infuziyası  tələb oluna bilər. Təxminən 1% halda 

qanaxmanı dayandırmaq məqsədilə  cərrahi müdaxilə  tələb oluna 

bilər. Qanköçürməyə  ehtiyac  daha  az  hallarda  qeyd  olunur              

(0,1-0,2%) və o, dəqiq tibbi göstərişlərə əsasən aparılır.  



Hipertermiya 

Bəzi hallarda mizoprostol hərarətin yüksəlməsinə səbəb ola bilər. 

Yüksək hərarət, adətən, 2 saatdan çox davam etmir. Tibbi abort 

zamanı  uşaqlığın/kiçik çanaq üzvlərinin iltihabı nadir hallarda qeyd 

olunur. Hipertermiya bir neçə gün davam edərsə və ya prostaqlandin 

qəbulundan bir neçə gün sonra meydana çıxarsa, bu infeksion 

prosesin olmasına dəlalət edə bilər. 

Hipertermiya zamanı addımlar: 

 



hərarətsalıcı vasitə vermək və qadını sakitləşdirmək 

 



yüksək hərarət 4 saatdan artıq davam edərsə və ya mizoprostolun 

qəbulundan 1 gün keçdikdən sonra meydana çıxarsa, tibb 

müəssisəsinə  zəng etməyin və ya tibbi yardım üçün müraciət 

etməyin (medikamentoz abort aparılmış tibb müəssisəsinə və ya 

təxirəsalınmaz tibbi yardım göstərən digər tibb müəssisəsinə) 

vacib olması barədə qadına məlumat vermək lazımdır 



Mədə-bağırsaq traktı tərəfindən mümkün olan simptomatika 

Medikamentoz abort zamanı  təxminən 50% halda ürəkbulanma 

və  hər 3 qadından birində qusma müşahidə olunur. Bu simptomlar 

həm hamiləliklə, həm də abort məqsədilə istifadə olunan 

preparatların qəbulu ilə  əlaqədar ola bilər. Ürəkbulanma və qusma 

mifepriston qəbulundan sonra meydana çıxa və ya daha nəzərə 

çarpan ola bilər və bir qayda olaraq mizoprostol qəbulundan bir neçə 

saat sonra keçir.  

Qısamüddətli diareya mifepriston qəbulundan sonra hər               

4 qadından birində qeyd olunur. Diareya əlamətləri tez keçdiyindən 

müalicə az hallarda tələb olunur. Mizoprostol qəbulundan sonra da 

bəzi hallarda diareya qeyd olunur (təxminən hər 4 qadından birində). 

Diareya, adətən, özbaşına keçir. Müdaxilə  tələb olunarsa, 

simptomatik müalicənin təyin olunması məqsədəuyğundur.  

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

19

Yoluxucu ağırlaşmalar 

Medikamentoz abortdan sonra ciddi yoluxucu ağırlaşmalar 

(venadaxili antibiotik təyini və hospitalizasiya tələb edən) nadir 

hallarda qeyd olunur. Əksər hallarda medikamentoz abortdan sonra 

meydana çıxan infeksion ağırlaşmalar ciddi olmur və ambulator 

şəraitdə peroral antibiotik qəbulundan sonra aradan qalxır. 

Medikamentoz abort zamanı antibiotiklərin rutin təyini tövsiyə 

olunmur (C). 

II.  Hamiləliyin birinci trimestrində cərrahi abort                    

(vakuum-aspirasiya) 

Cərrahi abort – manual və elektrik vakuum-aspirasiya metodları 

ilə aparılan təhlükəsiz və effektiv prosedurdur (A). Vakuum-

aspirasiya axırıncı aybaşının birinci günündən hesablanmaqla 

hamiləliyin 12-ci həftəsinə  qədər tətbiq oluna bilər (ambulator 

şəraitdə hamiləliyin 9-cu həftəsinə  qədər). Vakuum-aspirasiyanın 

effektivliyi 99,5%-dən yüksəkdir. 



Manual vakuum-aspirasiya 

Manual vakuum-aspirasiyanın icrası üçün bir və ya iki qapaqlı  

60 ml-lik şpris istifadə olunur. Qapaqların köməyi ilə vakuum 

yaradılır (minimum 55 mm c.s.). Şprisə  uşaqlığın ölçülərindən asılı 

olaraq 5-12 mm diametrli elastik plastik kanyula birləşdirilir        

(Cədvəl 4). Şprisin işlənməsi qaydası Əlavə 4-də verilib. 



Cədvəl 4. Vakuum-aspirasiya üçün istifadə edilən kanyulaların 

ölçülərinin uşaqlığın ölçülərinə uyğunluğu 

Uşaqlığın təxmini ölçüləri 

(hamiləliyin müddətinə uyğun - 

axırıncı aybaşının birinci günündən 

hesablanmaqla) 

Kanyulaların ölçüləri 

5-6 həftə 5-6 

mm 

7-8 həftə 7 



mm 

9-10 həftə 7-10 

mm 

10-12 həftə 9-12 



mm 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



Cərrahi abortun aparılması üçün yuxarıda medikamentoz abort 

üçün nəzərdə tutulanlardan başqa aşağıdakı  əlavə müayinələr 

aparılmalıdır: 

Laborator müayinə: 

1.

 



hemoqlobinin (D)

 

və hematokritin təyini  



2.

 

qan qrupu və Rh-faktorun təyini  



3.

 

qanın HBV, HCV, RV, İİV-ə müayinəsi  



4.

 

uşaqlıq yolundan və uretradan yaxmanın mikroskopik müayinəsi 



Cinsiyyət üzvlərinin infeksiyası olan qadınlarda abortdan sonra 

KÇOİX inkişaf edə bilər (A)

İnfeksiyaların profilaktikası  və müalicəsi KÇOİX-nin tezliyini 

azaldır (A)



Hazırlıq 

Proseduru başlamazdan qabaq qadın tərəfindən məlumatlı razılıq 

vərəqəsinin imzalandığına və tibbi avadanlığın işlək vəziyyətdə 

olduğuna əmin olmaq lazımdır. 



MVA Plus aspirator və EasyGrip İPAS kanyulasından 

istifadə etməklə  əl vakuum-aspirasiyasının (VA) yerinə 

yetirilməsi üzrə addımlar: 

Addım 1: alətlərin hazırlanması: 

 



porşen tamamilə silindrin daxilinə yerləşdirilir 

 



muftanın ştoporu yerinə qoyulur, cəftəsi olan silindrin dəliklərində 

qapaqların düyməcikləri aşağı və önə, blokada olana qədər basılır 

(Şəkil 1

 



porşen dəstəklərin xaricdə cəftəsi bağlanana və silindrin əsasında 

olana qədər arxaya çəkilir (Şəkil 2

                          

  

 



                     Şəkil 1.                                            Şəkil 2. 

(Managing Complications in Pregnancy and Childbirth. A guide for midwives and doctors. 

http://hetv.org/resources/reproductive-health/impac/Procedures/Manual_vacuum_P65_P68.html) 

 

20



 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

21

Addım 2: qadının hazırlanması: 

 

qadının sidik kisəsi boş olmalıdır 



 

uşaqlığın ölçülərini və  vəziyyətini müəyyən etmək məqsədilə 



bimanual müayinə aparılır 

 



güzgü daxil edilir və güzgü vasitəsilə müayinə aparılır 

 

Addım 3: uşaqlıq boynunun antiseptiklə işlənməsi: 

 

“toxunmamaq” prinsipinə riayət edilməlidir: uşaqlıq boşluğuna 



daxil edilən heç bir alət, uşaqlıq boynundan keçənədək qeyri-

steril səthlə təmasda olmamalıdır 

 

uşaqlıq boynunun daxili səthini təmizləmək məqsədilə antiseptik 



məhlul hopdurulmuş tamponlardan istifadə edilir 

 



təmizləmə  uşaqlıq boynunun daxilindən başlayıb spiralvari 

hərəkətlərlə davam etdirilərək başa çatdırılır. Eyni sahəni 

antiseptiklə təkrar işləməyə ehtiyac yoxdur 

 



uşaqlıq boynu antiseptiklə tam örtülənə  qədər hərəkət davam 

etdirilir 

 

Addım 4: paraservikal blokadanın icra edilməsi (Əlavə 3): 

 



manual vakuum-aspirasiyanın icrası üçün uşaqlıq boynunun 

mexaniki genişlənməsi tələb olunduqda paraservikal blokada 

tövsiyə olunur 

 



əvvəlcə gülləvari maşalar qoyulur 

 



intoksikasiyadan qaçmaq məqsədilə paraservikal blokada 

preparatın mümkün qədər aşağı dozasından istifadə edilməklə 

aparılmalıdır (lidokain 200 mq) 

 

Addım 5: uşaqlıq boynunun genişləndirilməsi: 

 

əgər uşaqlıq boynu kifayət qədər genişlənməyibsə, mexaniki 



genişləndiricilərdən və ya böyük ölçülü kanyuladan istifadə edilir 

 



uşaqlıq boynu o ölçüyə qədər genişləndirilməlidir ki, kanyula sıx 

(kip) keçə bilsin 

 

 

 



 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



Addım 6: kanyulanın daxil edilməsi: 

 



gülləvari maşanı tutaraq, kanyula uşaqlıq boynundan uşaqlığın 

dibinə toxunana qədər daxil edilir, sonra bir qədər geriyə çəkilir 

(Şəkil 3

 



kanyulanı güc tətbiq etməklə daxil etmək olmaz 

  

 



Şəkil 3. Kanyulanın daxil edilməsi 

(Managing Complications in Pregnancy and Childbirth. A guide for midwives and doctors. 

http://hetv.org/resources/reproductive-health/impac/Procedures/Manual_vacuum_P65_P68.html) 


Yüklə 408,55 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin