Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 fevral 2014-cü il tarixli


Dölün vəziyyətinin qiymətləndirilməsi və Rh mənsubiyyətinin



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə2/3
tarix09.02.2017
ölçüsü2,26 Mb.
#7900
1   2   3

 

Dölün vəziyyətinin qiymətləndirilməsi və Rh mənsubiyyətinin 

təyini üçün təhlükəsiz, qeyri-invaziv və proqnostik baxımdan 

əhəmiyyətli olan müayinə üsullarına üstünlük verilməlidir (C)

4

. 

Hazırda qeyri-invaziv  müayinə üsulları Rh-izoimmunizasiya 

zamanı dölün vəziyyətinin dinamikada qiymətləndirilməsi üçün 



skrininq kimi qəbul olunur. İnvaziv üsullarla dölün vəziyyətinin 

qiymətləndirilməsi – təsdiqedici, dəqiqləşdirici hesab edilir və yalnız 

zərurət olduqda aparılır

4,6


.  

Dölün vəziyyətinin qeyri-invaziv müayinə metodları:  

 



Dopplerometrik müayinə (DMM): Rh-izoimmunizasiya zamanı 

qanaxını sürəti (QS) əsasında döldə anemiya dərəcəsini 

dinamikada qiymətləndirməyə imkan verir. Anemiya zamanı О

2

-



nin  daşınmasının və toxumaların oksigenlə  təchizatının 

pozulması,  kompensator olaraq,        QS-nin artmasına səbəb 

olur. Yaranan dəyişikliklər daha dəqiq dölün orta beyin 

arteriyasında (OBA) qanaxınının maksimal sistolik sürətinin 

(Maks.QSS) ölçülməsi ilə təyin olunur. 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



Döldə anemiyanın ağırlıq dərəcəsi artdıqca Hb miqdarının  hətta 

minimal azalması qan axınının əhəmiyyətli dərəcədə sürətlənməsinə 

səbəb olur.  

 

12 



 

 

 



 

Rh



 hamilələrdə dölün anemiyasının qeyri-invaziv monitorinqi üçün 

“qızıl” standart DMM ilə OBA-da maks. QSS-nin təyini hesab 

olunur və müəyyən diaqnostik məhdudluğa baxmayaraq skrininq 

üsulu olaraq qəbul edilir (C)

4

 

Hər hestasiya müddəti üçün dölün OBA-da Maks.QSS-nin istinad 



(reference) (median – 1,0Multiples of Median – 1,5 МоМ)

 

və keçid 



göstəriciləri müəyyən edilmişdir (Əlavə  2).  Dölün OBA-da 

Maks.QSS-nin göstəriciləri: yüngül anemiya üçün ≥1,29 MoM, orta 

ağır anemiya üçün ≥1,44 MoM, ağır anemiya üçün ≥1,55 MoM 

hesab edilir (bax:  Şəkil 1). Maks.QSS-in 1,55 MoM-dən çox 

yüksəlməsi böyük həssaslıq (90-100%) və spesifikliyi ilə döldə ağır 

anemiyanın inkişaf etməsindən xəbər verir

 

4,10,11


 

 



 

Şəkil 1. DMM zamanı dölün OBA-da Maks.QSS göstəriciləri 

(Management of Rhesus Alloimmunization in Pregnancy. Kenneth J. Moise Jr, 

MD VOL. 112, NO. 1, July 2008 Clinical Expert Series 

http://issuu.com/olinad_2005/docs/management-of-rhesus-alloimmunization-in-pregnancy) 

 

 

 



 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



13 

Dölün DMM monitorinqinin başlanma vaxtı Rh-izoimmunizasiya 

riskinin səviyyəsindən və laborator müayinələrin nəticələrindən 

asılıdır: aşağı risk hallarında – 32-ci həftədə, orta risk hallarında – 

28-ci həftədə, yüksək risk hallarında – hamiləliyin artıq 18-ci 

həftəsində

4,10,11,12

.

 



Müayinələrin tezliyi DHX-nin ağırlıq dərəcəsindən 

asılıdır: döldə anemiya əlamətləri olmadıqda müayinələr hər 2 həftədən 

bir aparılır, anemiya qeyd olunduqda isə – hər həftə təkrarlanır

4,10,11


Dölün OBA-da qanaxını sürətinin göstəricisinə  əsasən onda 

anemiyanın ağırlıq dərəcəsi və hamiləliyin aparılma taktikası 

müəyyən edilir. Belə hallarda hestasiya müddətindən asılı olaraq 

invaziv dəqiqləşdirici üsullardan istifadə olunur (diaqnostik və 

müalicəvi məqsədlə)

4,10

. Hamiləliyin 35-ci həftəsindən  sonra         



DMM-nin göstəriciləri proqnostik cəhətdən etibarlı hesab olunmur

4,7


 



 

USM dölün orqanlarında struktur dəyişiklikləri müəyyən etməyə 

imkan verir, çünki şiddətlənən anemiya nəticəsində bir çox sistem 

və orqanların funksiyaları pozulur (D)

4

.  DHX-nin morfometrik 



meyarlarına amniotik maye indeksi (AMİ), ciftin qalınlığı, göbək 

ciyəsi venasının diametri, baş  və qarın həcminin nisbəti, 

orqanların struktur anomaliyaları daxildir. Lakin döldə  nəzərə 

çarpan hidrops əlamətləri olmadığı halda bu meyarlar DHX-nin 

proqnozu üçün kifayət qədər həssas və spesifik hesab edilmir (C)

4



Dölün hidropsunun USM meyarlarına aiddir: ciftin 

qalınlaşması, boşluqlarda mayenin toplanması – qarın 

boşluğunda (boylama kəsikdə assit bəzən qaraciyərin ön kənarı 

və qarının ön divarı arasında aypara şəklində görünür), plevral 

boşluqda, adətən, 2 tərəfli su yığılması, perikardda çoxsululuq, 

nəzərə çarpan hepato-splenomeqaliya (qaraciyərin uzunluğu və 

dalağın perimetri ölçülür), kardiomeqaliya, dölün baş, bədən və 

ətraflarda dərialtı toxumasının ödemi, bağırsaq divarının ödem 

hesabına exogenliyinin artması. Dölün generalizə olunmuş ödemi 

(hidrops fetalis) onun kritik vəziyyətinin son mərhələsini bildirir 

və proqnozu əlverişsizdir . Diferensial diaqnostika dölün 

hidropsunun qeyri-immun səbəbləri ilə aparılmalıdır, məsələn, 

xromosom anomaliyaları, çoxsaylı inkişaf qüsurları, dölün ürək 

aritmiyası və s. 

4,11

Çoxsululuq DHX-nin yüngül və orta ağır forması üçün 



xarakterik  əlamət deyil, lakin dölün hidropsunun əmələ  gəlməsi 

ilə birlikdə proqnostik cəhətdən əlverişsiz hesab olunur.  

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



Rh-izoimmunizasiya zamanı USM hamiləliyin 18-ci 

həftəsindən aparılır (A)

4,7,11

. Müayinələrin təkrarlanması DMM 



göstəricilərinin dinamikasından asılıdır.  DHX zamanı USM 

planlaşdırdıqda döldə baş verən dəyişikliklərin sürətlə inkişaf 

etməyini nəzərə almaq lazımdır (həftədən həftəyə) .

4

  

 

KTQ  –  DHX zamanı dölün funksional vəziyyətinin və  nəzərə 



çarpan b/d hipoksiyanı qiymətləndirmək üçün hamiləliyin 28-ci 

həftəsindən aparılır. Dölün funksional vəziyyəti pozulduqda 

monitorinq gündəlik aparılmalıdır

4

 



 

Dölün vəziyyətinin qiymətləndirilməsi üçün invaziv üsullar 

daha dəqiq hesab edilir və qeyri-invaziv skrininq üsullarından sonra 

DHX-nin ağırlıq dərəcəsinin təsdiqlənməsi məqsədilə 3-cü səviyyəli 

doğuşayardım müəssisələrində aparılır

4





 

Rh-izoimmunizasiya zamanı kordosentez – diaqnostika (dölün 

genotipi və anemiya dərəcəsinin təyini)  və müalicə (b/d 

hemotransfuziya) məqsədilə hamiləliyin 18-ci həftəsindən aparıla 

bilər. Prosedur USM altında qarının ön divarından keçməklə 

dölün göbək ciyəsindən qanın götürülməsindən ibarətdir

3,6


. 

Kordosentez üçün yeganə göstəriş – DMM nəticələrinə  əsasən 

dölün ağır anemiyasıdır (C)

7

.  Dölün ağır  anemiyası  əlamətləri 



təyin edildikdə, kordosentez aparıldıqdan sonra təcili dölün qan 

qrupu, Hb, Ht təyin edilir və dərhal göbək ciyəsinə b/d (0) Rh– 

qan köçürülür (Şəkil 2). Ağırlaşmalar: göbək ciyəsinin punksiyası 

yerindən qanaxma, göbək ciyəsinin hematoması, DAT və  s.        

Əks- göstərişlər: hamiləliyin pozulma təhlükəsi. 

 

 

 

Şəkil 2. Rh-izoimmunizasiya zamanı kordosentez

  

(Mayo Clinic. http://www.mayoclinic.org/procedure/percutaneous-umbilical-



blood-sampling/multimedia/cordocentesis/IMG-20006443) 

14 


 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



15 

 



Rh-izoimmunizasiya hallarında amniosentez  və dölyanı 

mayenin müayinəsi 2006-cı ilədək dölün vəziyyətinin 

qiymətləndirilməsi üçün əsas diaqnostik üsul hesab olunurdu; 

DMM-in üstünlüyü və yüksək proqnostik əhəmiyyəti sübut 

olunduqdan sonra amniosentez öz əhəmiyyətini itirmişdir

7,9


. 

Rh-İZOİMMUNİZASİYA HALLARINDA HAMİLƏLİYİN 

APARILMA TAKTİKASI

4,7,11,12



 

1.

 



Tibb müəssisəsinə ilk müraciəti zamanı bütün hamilələrin qan 

qrupu və Rh mənsubiyyəti müəyyən edilir (В)

4



2.



 

Hamilənin qanı Rh– olduqda, atanın Rh mənsubiyyəti müəyyən 

edilir. 


3.

 

Atanın qanı Rh+ olduqda, Rh-izoimmunizasiya dərəcəsini 

qiymətləndirmək üçün hamilənin qanında a/c-nin titri təyin edilir. 

4.

 



İlk müayinə zamanı qanda a/c olmadıqda  təkrar olaraq  a/c 

titrinin təyini hamiləliyin 20-ci və 27-ci həftələrində aparılır

4



Bütün müayinələrdə a/c tapılmadıqda rutin antenatal anti-D 



immunprofilaktika iki dəfə aparılır:  аnti-D  Ig  1250  BV           

(250 mkq) dozada hamiləliyin 28-ci və 34-cü həftələrində  təyin 

olunur. Sonradan bu hamiləlik zamanı a/c təyin  olunmur! 

Doğuşdan sonra uşağın qanı Rh+ olduqda ilk 24-72 saat ərzində 

zahı qadına аnti-D Ig standart dozada 1500 BV (300 mkq) təyin 

olunur (bax: postnatal anti-D immunprofilaktika) (В)

4

. 



5.

 

İlk müayinə zamanı qanda a/c aşkarlandıqda  hamilə sonrakı 

müayinələr, eləcə  də hamiləlik və doğuşun aparılması üçün 

perinatal mərkəzə göndərilməlidir (D)

3,4



6.



 

Perinatal mərkəzdə:  anamnezə  əsasən Rh-izoimmunizasiya 

riski təyin olunur, a/c-nin titri və dölün vəziyyəti   

qiymətləndirilir. Bu zaman hamiləliyin sayı da nəzərə 

alınmalıdır: birinci hamiləlik zamanı a/c titrinin artması Rh-

izoimmunizasiya və DHX riskinin yüksək olmasına işarə edir 

(texniki səhv istisna olunması  məqsədilə  təkrar müayinə 

aparılmalıdır)

4

.



 

 

7.



 

Rh-izoimmunizasiya zamanı  hamiləliyin aparılma taktikası 

əsaslanmalıdır: qanda a/c titrinə, dölün DMM-nin göstəricilərinə 

və hestasiya müddətinə. 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



16 

8.

 



DMM-nin başlanma vaxtı  və aparılma tezliyi Rh-

izoimmunizasiya riskinin ağırlıq dərəcəsindən və a/c-nin titrindən 

asılıdır (bax: Diaqnostika)

4,10,11,12

9.

 



A/c-nin titri dinamikada 2 həftədən bir təyin olunur. 

10.


 

Qanda a/c titri ≤1:16 olduqda və DMM ilə anemiya təyin 

edilmədikdə doğuş vaxtında başa çatdırıla bilər – hamiləliyin 38-

39-cu həftələrində doğuşun induksiyası. 

11.


 

Qanda a/c titri ≥1:32 olduqda DMM ilə OBA-da 

Maks.QSS


 

dinamikada izlənməlidir: döldə anemiya əlamətləri olmadıqda –  

2 həftədən bir, anemiya olduqda – hər həftə. 

12.


 

DMM zamanı döldə anemiya olmadıqda hamiləliyin 38-39-cu 

həftələrində doğuşun induksiyası aparılır. 

13.

 

DMM zamanı döldə  ağır anemiya  aşkarlandıqda (OBA-da 



Maks.QSS hestasiya müddəti üçün ≥1,55 MoM), hamiləliyin 

aparılma taktikası hestasiya müddətinə əsasən seçilir

4



14.



 

Hamiləliyin müddəti 34 həftədən az olduqda kordosentez 

vasitəsilə döl qanının müayinəsi aparılır. Döldə  ağır  anemiya   

(Ht <30%) və ya ödem qeyd olunduqda b/d hemotransfuziya 

aparılmalıdır (USM nəzarəti altında göbək ciyəsi venasına 

eritrosit kütləsi köçürülür). Hemotrasfuziyadan əvvəl və sonra 

döldə  Ht yoxlanılır.  Ehtiyac  olduqda,  b/d  hemotransfuziya         

1-2 həftədən bir təkrarlana bilər (dölün diri qalma ehtimalı 90% 

təşkil edir ) (B)

4

.  


15.

 

Kordosentezin icrası üçün texniki imkan olmadıqda və DMM 

zamanı döldə  ağır anemiya  aşkarlandıqda dölün respirator 

distress sindromunun (RDS) profilaktikası aparılır və hamiləlik 

vaxtından əvvəl başa çatdırılır.  

16.


 

Hamiləliyin müddəti 34 həftədən yuxarı olduqda  və DMM 

zamanı döldə orta ağır və ağır anemiya aşkarlandıqda, hamiləlik 

təcili başa çatdırılmalıdır

4,11


17.


 

Doğuşun başa çatdırılması üsulu hamiləliyin hestasiya 

müddəti, dölün vəziyyəti, doğuş yollarının hazırlıq dərəcəsi və 

hamiləliyin sayından asılıdır. 

18.


 

DHX-nin ağır forması olmadıqda  və hestasiya müddəti 

yetişmış hamiləliyə yaxın (36 həftədən yuxarı) olduqda doğuş 

təbii doğuş yolları ilə həyata keçirilir (doğuşun induksiyası)

4

.  



 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



19.

 

DHX-nin ağır forması olduqda dölün daha çox zədələnməsinin 

qarşısı alınması məqsədilə hamiləlik qeysəriyyə kəsiyi əməliyyatı 

ilə başa çatdırılmalıdır

4



20.



 

Uşaq doğulduqdan sonra  dərhal göbək ciyəsi kəsilməlidir və 

göbək ciyəsi venasından götürülmüş qanın qrupu, Rh 

mənsubiyyəti, Hb, Ht və bilirubin təyin olunmalıdır. 

21.


 

Yenidoğulmuşun qanı Rh+ olduqda doğuşdan sonra аnti-D Ig 

ilk 72 saat ərzində yalnız qadının qanında Rh a/c olmadıqda təyin 

edilir (bax: postnatal anti-D immunprofilaktika)

4

. 



Qadının qanında Rh a/c olduğu halda doğuşdan sonra          

anti-D immunprofilaktika aparılmır! 

АNTİ-D İMMUNPROFİLAKTİKA 

Аnti-D immunprofilaktika hamiləlik zamanı, doğuşdan və DAT 

riskini artıran digər vəziyyətlərdən sonra Rh– qadınlara insan аnti-D 

Ig-nin  təyinindən ibarətdir

4,8,9

. Bütün vəziyyətlərə dair göstərişlər, 



şərtlər, dozalar aşağıda təqdim olunub. 

Beynəlxalq standartlara əsasən  аnti-D Ig-nin qeydə alınması, 

istifadəsi digər qan preparatları kimi ciddi nəzarət altında olmalı və 

sənədləşdirilməlidir

9



Anti-D Ig-nin təyini üsulu:  аnti-D Ig-nin deltavari əzələyə 



yeridilməsi daha məqsədəuyğundur, çünki sağrı nahiyəsində 

preparatın sorulması  ləng gedir. Qadınlarda koaqulyasiya sistemi 

pozulduqda inyeksiya dəri altına təyin oluna bilər.  Əzələdaxili 

nəzərdə tutulmuş anti-D Ig-nin inyeksiyaları venadaxili təyin 

olunmamalıdır

 

(Əlavə 3)



9



 



Аnti-D immunprofilaktika yalnız qanda a/c olmadıqda aparılır! 

 

 

 

 

17 


 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



18 

АNTENATAL DÖVRDƏ АNTİ-D İMMUNPROFİLAKTİKA 

 



Rutin antenatal аnti-Rh immunprofilaktika (RAADР)  

Bütün Rh– hamilə qadınlara qanda a/c olmadıqda təyin 

olunmalıdır (izoimmunizasiya riskini 0,2%-dək azaldır) (В)

4,9


. 

İstifadə qaydası: аnti-D Ig 1250 BV (250 mkq) dozada, iki dəfə 

təyin olunmalıdır: 1-ci doza – hamiləliyin 28-ci həftəsində, 2-ci doza 

– 34-cü həftədə (28-ci həftədə  təyin olunan birdəfəlik doza ilə 

müqayisədə bu rejim daha effektivdir)

8

.  


Anti

D Ig-nin ilk dozasının təyinindən  əvvəl hamiləliyin 27-ci 



həftəsində rutin olaraq qanda a/c-nin olub olmaması yoxlanılmalıdır 

(С)

4,9


. RAADР-nin anaya və dölə mənfi təsiri qeyd olunmayıb (B)

9

.



 

 



DAT riskini artıran vəziyyətlərdə  

Anti-D IgG bütün Rh– hamilələrə qanda a/c olmadıqda təyin 

olunmalıdır (izoimmunizasiya riskini 1%-dək azaldır)

4,8,9


.  

İstifadə qaydası:  аnti-D Ig mümkün qədər tez (72 saat ərzində) 

təyin olunmalıdır.  Anti-D Ig-nin dozası hestasiya müddətindən 

(USM ilə  təsdiqlənmiş), klinik əlamətlərin təzahür dərəcəsindən və 

residivlərin tezliyindən asılıdır

 

(D)

9

. DAT riskini artıran vəziyyət 



hamiləliyin 19

+6

 



həftəsinə qədər yaranıbsa аnti-D Ig

 

250 mkq dozada, 



20

 

həftə  və ondan sonrakı müddətdə – 500 mkq dozada təyin    



olunur  (D)

9

.  Əgər DAT riskini yaradan vəziyyətlər RAADP-dən 



sonra baş verirsə,  əlavə  аnti-D Ig – 500 mkq dozada təyin 

olunmalıdır

9

.

 



 

Düşükdən sonra аnti-RhIgG təyini:  

 

özbaşına tam və ya natamam düşük hamiləliyin 12-ci 



həftəsində  və ondan sonrakı müddətdə baş verdikdə  təyin 

olunur (D)

9

 



 

hestasiya müddətindən asılı olmayaraq düşükdən sonra uşaqlıq 

boşluğunun küretajı (cərrahi və ya medikamentoz) aparıldıqda 

təyin olunur (D)

9

 



 

özbaşına düşük hamiləliyin 12-ci həftəsinə qədər baş verdikdə 

cərrahi müdaxilə olmadığı halda təyin olunmur

 (D)

9

 



 

Düşük təhlükəsi olan hallarda аnti-RhIg (USM-lə hestasiya 

müddəti təsdiqləndikdən sonra) təyini: 

 



hamiləlyin 12-ci həftəsindən sonra uşaqlıq yolundan qanaxma 

olduqda təyin olunur (D)

9

 

 



 

 

 



 

 

Klinik protokol Az



ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



19 

 



hamiləliyin 12-ci həftəsindən sonra qanaxmalar təkrarlanarsa 

аnti-D Ig 6 həftəlik intervalla təyin olunur (D)

 



 

hamiləliyin müddəti 12-ci həftəyə yaxın olduqda аnti-D Ig 

təkrarlanan güclü qanaxmalar və ya abdominal ağrı zamanı 

təyin olunur (D)

9

 

Hamiləlik dövründə DAT riskini yaradan vəziyyətlərdən sonra 



аnti-D Ig RAADP-dən asılı olmayaraq vurulmalıdır (B)

9



 

Uşaqlıqdankənar hamiləlikdən sonra  аnti-D Ig təyin 

edilməlidir (D)

9



 

Hamiləliyin süni pozulmasından sonra  аnti-D Ig hamiləliyin 

pozulması üsulundan (medikamentoz və ya cərrahi) və hestasiya 

müddətindən asılı olmayaraq təyin olunmalıdır (D)

9

.

 



DOĞUŞDAN SONRA АNTİ-D İMMUNPROFİLAKTİKA 

Bütün Rh– qadınlara qanda a/c olmadıqda və Rh+ uşaq 

doğulduqda doğuşdan sonra 72 saat ərzində  аnti-D Ig təyin 

olunmalıdır (Rh-izoimmunizasiya riskini 1,5%-dək azaldır)

 

(A)

4,9




İstifadə qaydası:  аnti-RhIg doğuşdan  sonra  standart  dozada        

1500 BV (300 mkq) təyin olunmalıdır

4,9,11

.

 



Proqnoz – DHX-nin erkən aşkarlanmasından, ağırlıq 

dərəcəsindən və müalicənin vaxtında başlanmasından asılıdır.  



Rh– qana mənsub  olan qadınlar aşağıdakılar haqqında 

məlumatlandırılmalıdır: 

 



ilk hamiləliyin qorunmasının vacibliyi, abort və  uşaqlıqdan 

kənar hamiləlikdən sonra Rh-izoimmunizasiyasının 

profilaktikası  məqsədilə  аnti-D Ig-nin təyin edilməsinin 

məqsədəuyğun olması barədə 

 

hamiləliyi planlaşdırdıqda qadın gələcək Rh-izoimmunizasiya 



yaranma ehtimalını qiymətləndirmək üçün uşağın atasının 

qan qrupu və Rh mənsubiyyəti barədə 

 

Rh-sensibilizasiya yaradan vəziyyətlərdən, invaziv 



müdaxilələrdən sonra, eyni zamanda hamiləlik dövründə  və 

doğuşdan sonra (72 saatdan gec olmayaraq) profilaktik olaraq 

аnti-D Ig-nin tətbiqi barədə 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin