Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 fevral 2014-cü il tarixli



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə1/3
tarix09.02.2017
ölçüsü2,26 Mb.
#7900
  1   2   3

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 

kollegiyasının 20 fevral 2014-cü il tarixli 

05 saylı qərarı ilə təsdiq edilmişdir 

 

 



 

 

 



 

 

 



 

 

 



HAMİLƏLİKDƏ  

REZUS-İZOİMMUNİZASİYA ÜZRƏ 

KLİNİK PROTOKOL 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Bakı - 2014 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



57.1 

H 25 


 

 

 



 

 

 



 

 

 



H 25  Hamiləlikdə rezus-izoimmunizasiya üzrə klinik protokol, 

2014. – 28 səh. 

 

 

 



Bu klinik protokol ABŞ-ın Beynəlxalq  İnkişaf Agentliyi 

 

tərəfindən maliyyələşdirilən “Azərbaycanda Səhiyyənin 



 Gücləndirilməsi” Layihəsinin dəstəyi ilə hazırlanmışdır. 

 

 



 

 

 



 

 

Klinik protokol Az



ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 





Redaktor: 

C.Məmmədov Səhiyyə Nazirliyi İctimai Səhiyyə  və  İslahatlar 

Mərkəzinin direktoru, t.f.d. 

Tərtibçilər: 

F.Əliyeva Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu, Elmi-

Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun 

direktoru, dosent, RS/AP üzrə Milli Koordinator, 

tərtibçilər qrupunun rəhbəri, t.f.d. 

E.Əliyeva Azərbaycan Tibb Universitetinin I Mamalıq və 

ginekologiya kafedrasının müdiri, professor, t.e.d. 

V.Qurbanova 

Abt Associates, Azərbaycanda Səhiyyənin 

Gücləndirilməsi Layihəsi, Ana və  Uşaq sağlamlığı  və 

Sübutlu təbabət üzrə mütəxəssis, t.f.d.  

M.Həsənova Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun 

Mamalıq bölməsinin böyük elmi işçisi, t.f.d. 

Ş.Qədimova Azərbaycan Tibb Universitetinin II Mamalıq və 

ginekologiya kafedrasının assistenti, t.f.d. 

İ.Abasova Səhiyyə Nazirliyi İctimai Səhiyyə  və  İslahatlar 

Mərkəzinin Tibbi keyfiyyət standartları  şöbəsinin 

həkim-metodisti, t.f.d. 

L.Rzayeva Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun 

Neonatologiya bölməsinin kiçik elmi işçisi 

S.Babazadə Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun 

Kliniki diaqnostika laboratoriyasının müdiri  

A.Babayeva 

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri 

Təkmilləşdirmə İnstitutunun Mamalıq və ginekologiya 

kafedrasının assistenti  



Rəyçilər: 

H.Bağırova Azərbaycan Tibb Universitetinin II Mamalıq və 

ginekologiya kafedrasının müdiri, professor, t.e.d. 

 

Bu klinik protokol 



ABŞ-ın Beynəlxalq  İnkişaf Agentliyi

  tərəfindən 

maliyyələşdirilən Azərbaycanda Səhiyyənin Gücləndirilməsi Layihəsinin 

eksperti, ÜST-nin Reproduktiv Sağlamlıq və  Tədqiqatlar üzrə Avropa 

Regional  Şurasının sədri, Britaniya Krallığının Mamalıq və 

Ginekologiya Kollecinin üzvü, t.e.d., professor R.Nadişauskiyenenin 

iştirakı ilə işlənib hazırlanmışdır. 

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 





Sübutların etibarlılıq dərəcəsi və elmi tədqiqatların tipləri 

Sübutların 

etibarlılıq 

dərəcəsi 

Sübutların mənbələri  

(elmi tədqiqatların tipləri) 

Ia 

Sübutlar meta-analiz, sistematik icmal və ya 

randomizasiya olunmuş klinik tədqiqatlardan (RKT) 

alınmışdır 



Ib 

Sübutlar ən azı bir RKT-dən alınmışdır 



IIa 

Sübutlar  ən azı bir yaxşı planlaşdırılmış, nəzarət 

edilən, randomizasiya olunmamış 

tədqiqatdan 

alınmışdır 

IIb 

Sübutlar  ən azı bir yaxşı planlaşdırılmış kvazi-

eksperimental tədqiqatdan alınmışdır 

III 

Sübutlar təsviri tədqiqatdan (məsələn, müqayisəli, 

korrelyasion tədqiqatlar, ayrı-ayrı halların öyrənilməsi) 

alınmışdır 



IV 

Sübutlar ekspertlərin rəyinə  və ya klinik təcrübəyə 

əsaslanmışdır 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 





Tövsiyələrin etibarlılıq səviyyəsi şkalası 

Tövsiyələrin 

etibarlılıq 

səviyyəsi 

Tövsiyələrin əsaslandığı sübutların  

etibarlılıq dərəcəsi 

RKT-lərin yüksək keyfiyyətli meta-analizi, 

sistematik icmalı  və ya nəticələri uyğun 

populyasiyaya  şamil edilə bilən, sistematik səhv 

ehtimalı çox aşağı olan (++) irimiqyaslı RKT. 

Sübutların etibarlılıq dərəcəsi Ia. 



Kohort və ya klinik hal - nəzarət tipli tədqiqatların 

yüksək keyfiyyətli (++) sistematik icmalı, yaxud 

Sistematik səhv riski çox aşağı olan (++) yüksək 

keyfiyyətli kohort və ya klinik hal - nəzarət tipli 

tədqiqat, yaxud 

Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, 

sistematik səhv riski yüksək olmayan (+) RKT. 

Sübutların etibarlılıq dərəcəsi Ib və IIa. 

Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, 

sistematik səhv riski yüksək olmayan (+) kohort və 

ya klinik hal - nəzarət tipli və ya nəzarət edilən, 

randomizasiya olunmamış tədqiqat, yaxud 

Nəticələri uyğun populyasiyaya bilavasitə şamil edilə 

bilməyən, sistematik səhv riski çox aşağı olan və ya 

yüksək olmayan (++ və ya +) RKT. 

Sübutların etibarlılıq dərəcəsi IIb. 

Klinik hallar seriyasının təsviri, yaxud 

Nəzarət edilməyən tədqiqat, yaxud 

Ekspertlərin rəyi. 

Yüksək səviyyəli sübutların mövcud olmamasının 

göstəricisidir. 

Sübutların etibarlılıq dərəcəsi III və IV. 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 





İxtisarların siyahısı 

А/c 

anticisimlər 



ACOG 

American College of Obstetricians and Gynecologists 

(Amerika Mamalıq və Ginekologiya Kolleci)  



AMİ 

amniotik maye indeksi 



Аnti-D Ig anti-D 

immunoqlobulin 



B/d 

bətndaxili 



BV 

beynəlxalq vahid 



DAT 

döl-ana transfuziyası 



DHX 

dölün hemolitik xəstəliyi 



DMM dopplerometrik 

müayinə 


D/y 

dölyanı 



EDTA 

etilen diamin tetraasetat  



Hb hemoqlobin 

Ht hematokrit 

XBT-10 

Xəstəliklərin Beynəlxalq Təsnifatı,

 

10-cu baxış 



KTQ 

kardiotokoqrafiya 



QS qanaxınının sürəti 

Maks.QSS qanaxınının maksimal sistolik sürəti 

МоМ 

Multiples of Median (orta göstərici) 

NICE 

National Institute for Health and Clinical Excellence 

(Milli Sağlamlıq və Klinik Təkmilləşdirmə İnstitutu) 



О

oksigen 


OBA 

orta beyin arteriyası 



PZR 

polimeraz zəncirvari reaksiya 



RAADP 

Rutin Antenatal Anti-D Profilaktika 



RCOG  

Royal College of Obstetricians and Gynecologists 

(Britaniya Krallığının Mamalıq və Ginekologiya 

Kolleci) 

RDS 

respirator distress sindromu  



Rh 

rezus  


USM 

ultrasəs müayinəsi  



YHX 

yenidoğulmuşların hemolitik xəstəliyi 



 

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



                                                           



Protokol  doğuşayardım müəssisələrində çalışan həkim mama-

ginekoloqlar, neonatoloqlar, ultrasəs diaqnostika həkimləri, həkim-

laborantlar və mamalar üçün nəzərdə tutulmuşdur.  

Pasiyent qrupu: Rezus (Rh) mənfi qan mənsubiyyəti olan hamilə 

qadınlar. 



Protokol Rh mənfi qan mənsubiyyəti olan qadınlarda               

Rh-izoimmunizasiyanın diaqnostikası, hamiləliyin aparılması, Rh 

uyğunsuzluğa qarşı immunprofilaktika üsullarının tətbiqi üzrə 

sübutlu təbabətə əsaslanan

 

tövsiyələrin verilməsi məqsədini daşıyır.  



ÜMUMİ MÜDDƏALAR 

Rh-izoimmunizasiya – hestasiya müddətində  qanın rezus 

faktoruna  əsasən  Rh mənfi (Rh–) ana ilə Rh müsbət (Rh+) döl 

arasında yaranan izoimmunoloji uyğunsuzluq vəziyyətinə deyilir

9



Döl-ana transfuziyası  (DAT) – hamiləlik və ya doğuş zamanı 

(xüsusilə doğuşun III dövründə) Rh– ananın qan dövranına cift 

vasitəsilə Rh+ döl qanının az miqdarda sızması prosesinə deyilir

6



Hamilələrdə Rh-izoimmunizasiyanın  əsas səbəbi DAT-nin baş 

verməsidir

9

. Bu ananın immun cavabının stimullaşdırılması və onda 



dölün Rh+ antigeninə qarşı anticisimlərin (a/c) əmələ  gəlməsi ilə 

nəticələnir

4

. A/c cift vasitəsilə dölün qanına qayıdıb eritrositlərin 



hemolizinə səbəb olur



Hamiləlik müddəti artdıqca DAT-nin tezliyi də artır

7



XBT-10 ÜZRƏ TƏSNİFAT

1

 



О36.0 Anaya tibbi yardımın göstərilməsini tələb edən rezus-

izoimmunizasiya 

Anti-D

Rh-anticismlər 



Rh uyğunsuzluq (dölün hidropsu ilə)  

О36.1 

Anaya tibbi yardımın göstərilməsini tələb edən 

immunizasiyanın digər formaları 

 AB0-izoimmunizasiya 

 

ƏGO izoimmunizasiya (dölün hidropsu ilə) 



P55  Döl və yenidoğulmuşun hemolitik xəstəliyi 

 



 bax: “Yenidoğulmuşların hiperbilirubinemiyası üzrə klinik protokol”. Azərbaycan Respublikası 

Səhiyyə Nazirliyi, Bakı - 2013. - 36 səh. 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 





Р55.0  Döl və yenidoğulmuşun rezus-izoimmunizasiyası 

Р55.8 Döl və yenidoğulmuşun hemolitik xəstəliyinin digər formaları 

Р55.9 Döl  və yenidoğulmuşun dəqiqləşdirilməmiş hemolitik 

xəstəliyi 



P56  Dölün hemolitik xəstəliklə əlaqədar hidropsu  

Çıxarılıb: dölün ƏGO hidropsu (P83.2) 

 

dölün hemolitik xəstəliklə əlaqədar olmayan hidropsu (P83.2)  



Р56.0 Dölün izoimmunlaşma ilə əlaqədar hidropsu 

Р56.9 Dölün  digər və  dəqiqləşdirilməmiş hemolitik xəstəliklə 

əlaqədar hidropsu 



P57 Nüvə sarılığı 

İzoimmunlaşma ilə bağlı sarılığı 



Р57.0  İzoimmunlaşma ilə əlaqədar nüvə sarılığı

 

P58  İfrat hemolizlə əlaqədar neonatal sarılıq 

EPİDEMİOLOGİYA 

İnsanlarda Rh– qan faktoruna rastgəlmə tezliyi irqi və etnik 

mənsubiyyətdən asılıdır: asiyalılar və yerli amerikalılarda  –               

1-2%, ağdərili irqin nümayəndələrində 15%, qaradərililərdə – 7-8% 

təşkil edir

4,7


.  

Hər növbəti hamiləliklə Rh-izoimmunizasiya riski artır və            

90-98% hallarda dölün və yenidoğulmuşun hemolitik xəstəliyinə 

(DHX, YHX) səbəb olur

11

.  


1969-cu ildən başlayaraq Rh– qadınlarda doğuşdan sonra anti-D 

Ig tətbiqi nəticəsində Rh-izoimmunizasiya ilə bağlı perinatal və 

neonatal ölüm göstəriciləri 46/100000 doğulmuşdan 1,6/100000 

doğulmuşa

 

qədər enmişdir (1990-cı ildə)



9

.

 



DÖL-ANA TRANSFUZİYASININ RİSK AMİLLƏRİ (D)

9

 



Hamiləlik zamanı  aşağıda sadalanan vəziyyətlər və tibbi 

prosedurlar DAT riskini artırır:

 



 



anamnezdə özbaşına düşük, tibbi abort, uşaqlıqdankənar 

hamiləlik 

 

inkişafdan qalmış hamiləlik 



 

qanaxmalar, ciftin vaxtından əvvəl ayrılması 



 

invaziv prenatal manipulyasiyalar: amniosentez, xorion 



xovlarının biopsiyası, kordosentez, döldaxili hemotransfuziyalar 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 



dölün izah oluna bilinməyən hidropsu (hydrops fetalis

 



qarın nahiyəsinə vurulan zədələr (avtomobil qəzası zamanı və s.) 

 



dölün qeyri-düzgün vəziyyəti ilə əlaqədar xarici döndərilməsi 

 



doğuş, qeysəriyyə kəsiyi əməliyyatı 

 



ölü doğulma 

 



əkizlər (doğuşda risk ehtimalı) 

 



ciftin əllə ayrılması və xaric edilməsi  

 



Rh uyğun olmayan

 

qanın köçürülməsi və s.  



RH-İZOİMMUNİZASİYANIN DÖLƏ                                     

VƏ YENİDOĞULMUŞA TƏSİRİ 

Rh-izoimmunizasiya ana orqanizminə  təsir göstərmir və yalnız 

hamiləlikdə dölün və yenidoğulmuşun vəziyyətinin dəyişməsində öz 

əksini tapır. Bu dəyişikliklər eritrositlərin hemolizi nəticəsində baş 

verir və müxtəlif dərəcəli anemiya, sarılıq və hidropsun inkişafına 

səbəb olur

1,4,6



Hemoliz nəticəsində döl və yenidoğulmuşun zədələnmə dərəcəsi



 

aşağıda sadalanan səbəblərdən asılıdır: 

 

hamiləlik zamanı hemolizin başlanma müddətindən 



 

a/c-nin səviyyəsindən 



 

anada a/c titrinin kritik həddə çatdığı hestasiya müddətindən 



 

döl orqanizminin kompensator imkanlarından 



 

yenidoğulmuşun vaxtından  əvvəl dünyaya gəlməsi və 



yetişkənlik səviyyəsindən 

DİAQNOSTİKA 

Hamilələrdə Rh-izoimmunizasiyanın diaqnostikası mümkün olan 

səbəblərin təyininə, izoimmunizasiya riskinin müəyyən edilməsinə 

və hazırkı hamiləlikdə onun təzahürü dərəcəsinə, eyni zamanda 

qeyri-invaziv və invaziv müayinə üsullarının köməyilə dölün 

vəziyyətinin qiymətləndirilməsinə əsaslanır

4,7,11

.

 



1.  Anamnezdən alınan məlumatların təhlili:  anamnezdə Rh-

izoimmunizasiyaya səbəb olan amillərin aşkarlanması və onların 

əsasında hazırkı hamiləlik zamanı risk dərəcəsinin 

müəyyənləşdirilməsi (yüksək, orta və ya aşağı)

10,11

 

 



Yüksək risk. Anamnezdə: 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



10 

                                                           

 

Rh-izoimmunizasiya səbəbindən dölə b/d qan 



köçürülməsi 

 



hamiləliyin 34-cü həftəsinədək doğulan yenidoğulmuşa 

əvəzedici qan köçürülməsi 

 

DHX-nin ödem forması səbəbindən dölün ölümü 



 

Orta risk. Anamnezdə: 

 

Rh-izoimmunizasiya səbəbindən doğuşun vaxtından əvvəl 



induksiyası 

 



hamiləliyin 34-cü həftəsindən sonra doğulan 

yenidoğulmuşa əvəzedici qan köçürülməsi 

 

əvvəlki hamiləliklərdən (nəticəsindən asılı olmayaraq: 



doğuş, abort, uşaqlıqdankənar hamiləlik və s.) sonra anti-

D immunprofilaktikanın aparılmaması 

 

Aşağı risk. Anamnezdə: 



 

əvvəlki hamiləliklər zamanı müəyyən edilmiş Rh-



izoimmunizasiya səbəbindən doğuşun vaxtından  əvvəl 

başa çatdırılmasına göstərişin olmaması və sağlam uşağın 

doğulması 

2.  Laborator müayinələr: 

 



Tibb müəssisəsinə ilk müraciətdə bütün hamilə qadınlarda 

qan qrupunun və Rh mənsubiyyətinin müəyyən edilməsi

 

(B)



 



 

Anada Rh– qan olduqda, atanın qan qrupu və Rh 

mənsubiyyətinin müəyyən edilməsi

3,4,7,11


 

 



Atada Rh+ qan olduqda, Rh– ananın venoz qanında a/c 

titrinin müəyyən edilməsi hamiləliyin erkən müddətlərində 

tibb müəssisəsinə ilk müraciət zamanı aparılmalıdır  (B)

4



Hamiləliyin gedişində a/c titrinin müayinə tezliyi hamiləliyin 

sayca neçənci olduğundan,  əvvəlki müayinələrdə a/c-nin 

titrindən, doppler müayinəsində dölün vəziyyətindən asılıdır 

(B)

4

. A/c-nin titri 1:8 və ondan yuxarı olduqda klinik 



əhəmiyyətli hesab olunur; dölün zədələnməsi və anemiyası  

a/c-nin titri ≥1:64 olduqda qeyd olunur

9

. Klinik səhvə yol 



verməmək üçün  dinamikada a/c titrinin müqayisəsi eyni 

laboratoriyada aparılmalıdır (Əlavə 1

 



 



bax: “Fizioloji hamiləliyi olan qadınlara antenatal qulluq üzrə klinik protokol”. Azərbaycan 

 Respublikası Səhiyyə Nazirliyi, Bakı - 2008. – 20 səh.

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



11 

 



Dölün qan qrupu və Rh mənsubiyyətinin təyini hazırkı 

hamiləlik zamanı döldə orta beyin arteriyasında qanaxını 

sürəti artdıqda, anada a/c-nin titri kritik göstəricilərə çatdıqda 

və  əvvəlki hamiləliklərdə DHX/YHX barədə  məlumat 

olduqda aparılır (müayinə üçün şərait olarsa). Müayinə qeyri-

invaziv üsulla (ananın venoz qanında) və ya invaziv üsullarla 

(amniosentez, kordosentez, xorion xovlarının biopsiyası) 

aparıla bilər

4,6,9,12

 



 

Doğuş zamanı göbək ciyəsindən götürülmüş qanda 

yenidoğulmuşun qan qrupu, Rh  mənsubiyyəti, Hb, Ht və 

bilirubin təyin edilir

4

 

 

3.  Dölün vəziyyətinin qiymətləndirilməsi:  Rh-izoimmunizasiya 

nəticəsində onda yaranan dəyişikliklərin erkən aşkarlanması  və 

dinamikada vəziyyətinə  nəzarət edilməsi məqsədilə aparılır. Bu 

döldə sürətlə inkişaf edən anemiyanın vaxtında aşkarlanması  və 

DHX-nin müalicə taktikasının düzgün seçilməsi üçün çox 

əhəmiyyətlidir: b/d hemotransfuziya və ya doğuş başa 

çatdırıldıqdan sonra yenidoğulmuşun müalicəsi. 


Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin