Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci IL tarixli 70 nömrəli



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə17/541
tarix02.01.2022
ölçüsü1,29 Mb.
#2253
1   ...   13   14   15   16   17   18   19   20   ...   541
Həkim-allerqoloqun nümunəvi vəzifə

T Ə L İ M A T I

I.  Ümumi müddəalar

1. 


Bu   vəzifə   təlimatı   həkim-allerqoloqun   vəzifə   öhdəliklərini,   hüquq   və 

məsuliyyətini müəyyən edir.

15



2. 

Həkim-allerqoloq   vəzifəsinə   ali   tibb   təhsili   olan,   qanunvericiliklə 

müəyyən edilmiş qaydada müvafiq   ixtisas üzrə peşə hazırlığı   keçmiş   şəxs təyin 

edilir. 


Elmi-tədqiqat   institutlarının   klinikalarında,   respublika   mərkəzlərində 

(xəstəxanalarında),   klinik   xəstəxanalarda   ali   tibb   təhsili   olan   və   qanunvericiliklə 

müəyyən edilmiş qaydada “allergologiya” ixtisası üzrə peşə hazırlığı  keçmiş, ixtisası 

üzrə ən azı 3 il əmək stajına malik  şəxs təyin edilir. 

3. 

Həkim-allerqoloq   Azərbaycan   Respublikasının   qüvvədə   olan 



qanunvericiliyinə uyğun olaraq tibb müəssisə rəhbərinin əmri ilə vəzifəyə təyin   və 

vəzifədən azad edilir.

4. 

Həkim-allerqoloq bilavasitə şöbə müdirinə, onun olmadığı halda isə tibb 



müəssisəsinin rəhbərinə və ya onun müavininə tabe olur.

5. 


Həkim-allerqoloq aşağıdakıları bilməlidir:

5.1.  Azərbaycan   Respublikasının   Konstitusiyasını,   Azərbaycan 

Respublikasının   səhiyyə   haqqında   qanunvericiliyinin   əsaslarını;   səhiyyə 

müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları;

5.2.  öz   ixtisası   üzrə   profilaktika,   diaqnostika,   müalicə   və   reabilitasiyanın 

müasir metodlarını;

5.3.  allerqologiya xidmətinin təşkili, strukturu, ştatları və təchiz edilməsi ilə 

bağlı məsələləri;

5.4.  öz   ixtisası   üzrə   qüvvədə   olan   normativ   hüquqi   və   təlimat-metodik 

sənədləri;

5.5.  tibbi sənədlərin rəsmiləşdirilməsi qaydasını;

5.6.  əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasını və tibbi-sosial 

ekspertizanın aparılması qaydasını;

5.7.  dispanserizasiyanın  əsaslarını, prinsip və metodlarını;

5.8.  tibbi   sığorta   şəraitində   səhiyyə   müəssisəsinin   və   tibb   işçilərinin 

fəaliyyətinin təşkilati-iqtisadi əsaslarını; 

5.9.   həkimlərin   etik   davranış   qaydalarının,   tibbi   etika   və   deontologiyanın 

əsaslarını; 

5.10.  insan bədəninin üzv və sistemlərinin funksional vəziyyətinin klinik və 

laborator diaqnostikasının ümumi prinsip və əsas metodlarını; 

5.11.  təxirəsalınmaz tibbi yardım göstərilməsi qaydalarını; 

5.12.  sanitar-maarifləndirmənin əsaslarını; 

5.14.  daxili   əmək   intizamı   qaydalarını;   əməyin   mühafizəsi,   təhlükəsizlik 

texnikası, istehsalat sanitariyası və yanğına qarşı mühafizə qayda və normalarını.  




Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   541




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin