Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


Ağazadə Əfsanə Qüdrət qızı



Yüklə 10,28 Mb.
Pdf görüntüsü
səhifə8/30
tarix02.01.2022
ölçüsü10,28 Mb.
#1676
1   ...   4   5   6   7   8   9   10   11   ...   30
Ağazadə Əfsanə Qüdrət qızı

 

1995-ci ildə Qəbələ 

rayonunda anadan 

olub. 2012-ci ildə 

Nəsimi rayonu Na-

miq Məmmədov adına 

9 saylı orta məktəbi 

bitirib.Elə həmin il 606 

balla Azərbaycan Tibb 

Universitetinin Əczaçılıq 

fakültəsinə daxil olub. 

2016-cı ildə universiteti 

fərqlənmə diplomu ilə 

bitirir.


Qafarlı Səmra Qafar qızı    

 

 

1993-cü ildə ziya-



lı ailəsində anadan olub. 

2010- cu ildə təhsil aldığı 

Azərbaycan Dövlət Dəmir 

Yolu Liseyini  fərqlənmə ilə 

başa vurub. Orta məktəbi 

bitirdikdən sonra 665 bal 

toplayaraq Azərbaycan 

Tibb Universitetinin II 

müalicə-profilaktika 

fakültəsinə daxil olub.

Məktəb illərində dəfələrlə 

müxtəlif olimpiadalarda  

iştirak edərək, rayon və 

şəhər turnirlərinin qalibi olub və diplomla təltif olu-

nubdur . 2009-cu ildə British Council və Junior Ac-

hievement tərəfindən Bakıda təşkil olunmuş “Skills@

Work Challenge”  proyektində təqdim etdiyi layihəyə 

görə, Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin 

direktoru xanım Nicole la Hausse de Lalouviere 

tərəfindən sertifikatla təltif edilib. 2001-2008-ci 

illərdə Ə.Bədəlbəyli adına 23 saylı Musiqi Kollecində 

əla qiymətlərlə  piano ixtisası üzrə təhsil alıbdır.

Aşağı kurslardan etibarən universitetin elmi-

ictimai fəaliyyətində, universitetdaxili müxtəlif 

tədbirlərin təşkilində yaxından iştirak edib. 2015-ci 

ilin noyabrında keçirilən Tələbə və Gənc Həkimlər 

üçün II Beynəlxalq Tibb Konqresinin Təşkilat 

Komitəsində Elmi İşlər üzrə koordinator vəzifəsində 

çalışıb. Müxtəlif beynəlxalq konqres və simpozium-

ların həm təşkili, həm də referent qismində iştirak 

edib.  2015-ci il dekabrın 11-də   Kolumbiya Uni-

versitetinin Azərbaycan Tibb Universitetində təşkil 

etdiyi “OMI Satellite Symposium in Diabetes”–in  

təşkilində iştirakına görə beynəlxalq sertifikatla 

təltif olunub.2016-cı il aprel ayında Bakıda keçirilən 

II AGTMC çərçivəsində Beynəlxalq Tələbə və Gənc 

Həkimlərin Formunda elmi mövzu ilə çıxış edib. Elə 

həmin il TEC-də “Robotic vs Laparoscopic surgery” 

mövzusunda elmi çıxışına görə diplomla təltif olu-

nub.


2015-ci ildən bu günə qədər Azərbaycan Tibb 

Universitetini  İFMSA –Beynəlxalq Tibb Tələbələri As-

sosiasiyası Federasiyasında  Azərbaycan təmsilçiliyi 

üzrə  Tədqiqat Mübadiləsi Koordinatoru kimi təmsil 

edir.  

2015-ci ildə Almanyanın Heidelberg Tibb 

Universitetində yay təcrübə proqramında iştirak 

edərək dünya miqyaslı professor və alim heyətinin 

təcrübələri ilə yaxından tanış olub.

2016-cu ilin iyununda ATU-nu fərqlənmə diplomu 

ilə bitirib.

İngilis, alman, türk və rus dillərini bilir.

Gələcək hədəflərindən ən birincisi təhsilini 

xaricdə davam etdirmək,  elmi-praktiki biliklərini 

mükəmməlləşdirərək  Azərbaycan səhiyyəsinin inki-

şafında öhdəsinə düşən vəzifəni yerinə yetirmək və 

xalqına layiqincə xidmət etməkdir.


Yüklə 10,28 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin