Azərbaycan Respublikası Elm və təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universiteti



Yüklə 33,11 Kb.
səhifə3/3
tarix27.12.2023
ölçüsü33,11 Kb.
#199280
1   2   3
Xalqların Böyük köçünün başlaması

Bizansla münasibətlər. Bizans Qərbi Hun imperatorluğu ilə 434-cü ildə bağlanmış barışığın şərtlərini pozur, illik xəracı əskik ödəyir və gecikdirir, qaçqınları himayə edirdi. 447-ci ildə Atilla yenicə təşkil olunmuş ordusu ilə Bizansa yürüş etdi.
Atilla İtaliyadan zəfərlə qayıtdıqdan sonra İrana — Sasanilər dövləti üzərinə yürüş edib Sasaniləri özündən asılı vəziyyətə salmaq istəyirdi. Lakin o, 453-cü ildə qəflətən vəfat etdi. Atillanm ölümündən sonra ölkədə hakimiyyət onun oğlanları arasında bölündü. Bundan sonra Qərbi Hun imperatorluğu tədricən zəifləməyə başladı və 470-ci ildə süqut etdi.Tabe etdiyi xalqların çıxışları da Qərbi Hun dövlətinin süqutunun səbəblərindən biri idi.
Ağ Hun imperatorluğu. Qərbi Türküstan ətrafına köçən hunlar IV əsrin sonlarında bu rada Ağ Hun dövlətini yaratdılar. Başqa türk tayfalarından fərqli olaraq, Ağ hunlar oturaq həyata daha tez keçmişdilər. Onlar əkinçilik, maldarlıq və sənətkarlıqla məşğul olurdular. Ağ hunlar ticarət yollarının üzərində çoxlu şəhərlər salmışdılar. Böyük İpək yolu Ağ Hun dövlətinin ərazisindən keçirdi. Bu yolun bir hissəsi Ağ hunların nəzarəti altında idi. Ağ Hun dövləti öz ərazisini getdikcə genişləndirirdi. Onun torpaqlarına Mərkəzi Asiyanın ən qədim vilayətlərindən biri olan Xarəzm, Əfqanıstan, Şimal-Qərbi Hindistanın bir hissəsi daxil idi.
V əsrdə hakimiyyətdə olan Eftal xanın adı ilə bu dövlət Eftallılar dövləti kimi də tanmırdı. Ölkənin paytaxtı Sakala (hazırda Pakistanda yerləşən Siyalkot) şəhəri idi.
Ağ hunların qərb qonşusu və əsas rəqibi Sasani—İran imperiyası idi. 430-cu ildə Ağsuvar xanın hakimiyyəti dövründə Ağ hunl ar Sasanilərə sarsıdıcı zərbələr endirdilər. Sasanilər Ağ Hun imperatorluğundan asılı vəziyyətə salındı.
Mihiraqula xanın hakimiyyəti dövründə Ağ Hun imperatorluğu öz qüdrətinin ən yüksək zirvəsinə çatdı. Bu dövlət yaxşı silahlanmış və yüksək təlim görmüş nizami orduya malik idi. Ağ hunların döyüş filləri də var idi. Onlar Hindistan üzərinə aramsız yürüşlər edirdilər. Nəhayət, Şimal-Qərbi Hindistan tamamilə Ağ hunlara tabe oldu. Zaman keçdikcə geniş ərazilərə malik olan imperatorluğu idarə etmək çətinləşirdi.
VI əsrin ortalarından başlayaraq Ağ Hun dövləti zəifləməyə başladı. Ayrı-ayrı bölgələrdə mərkəzi hakimiyyətə qarşı çıxışlar artdı. Müstəqil xaqanlıqlar meydana gəldi. Bu zaman meydana gəlmiş yeni bir türk dövləti — Göytürk dövləti ilə toqquşmalar başlandı. 567-ci ildə Göytürk xaqanı İstəmi xanla Sasani şahı Xosrov Ənuşirəvanın birləşmiş qüvvələri Ağ hunlar üzərinə yürüşə keçdilər. Hunlar məğlub oldular. Nəticədə Ağ Hun imperatorluğu dağıldı. Onun torpaqları Göytürklərlə Sasanilər arasında bölüşdürüldü. Ağ Hun imperatorluğu dağıldıqdan sonra Xarəzm Göytürklərin tabeliyinə keçdi.






Ədəbiyyat
1.Ramin Qurbanov –“ Türk Xalqlarının tarixi”
2. Əsməd Muxtarova – “ Türk Xalqlarının tarixi”
3. Fazil Qaraoğlu. Türk millətinin tarixi, qurduğu dövlətlər və ata-babaları. Bakı, 2007
4.Ümumi tarix 10-cu sinif dərslik
Yüklə 33,11 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin