Azərbaycan Respublikası Elm və təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universiteti


«Xalqların böyük köçü»nün başlanması



Yüklə 33,11 Kb.
səhifə2/3
tarix27.12.2023
ölçüsü33,11 Kb.
#199280
1   2   3
Xalqların Böyük köçünün başlaması

«Xalqların böyük köçü»nün başlanması. Avrasiya materikində türk tayfalarının yaşadığı torpaqlar kontinental iqlimə malik ərazilərdir. Burada çöl və səhralar zaman keçdikcə böyüyür. Bu isə otlaq sahələrinin azalmasına səbəb olur.
Erkən orta əsrlərdə də əsas məşğuliyyəti maldarlıq olan türk tayfaları qərbə yürüş etdilər. Həmin tayfaları ümumilikdə hunlar adlandırırdılar. Bu köçün siyasi və sosial səbəbləri də var idi. Böyük Hun imperiyasının dağılması əsas siyasi səbəb idi. Əhalinin artımı və tayfalar arasında siyasi çəkişmələr də hunların köç etməsinə böyük təsir göstərdi. Tarixə «Xalqların böyük köçümün başlanğıcı kimi düşmüş bu yürüş eramızın IV əsrindən başlayaraq VII əsrə qədər davam etmişdir.

Hunların böyük bir qismi İdil çayından (Volqa) qərbə doğru yayıldı. Onların təsiri altında alanlar, qotl ar və digər tayfal ar da Mərkəzi və Qərbi Avropaya köç etdilər. Avropada quldarlıq quruluşu feodal münasibətləri ilə əvəz olundu.
Hunların digər bir hissəsi Ön Asiya istiqamətində hərəkət edərək Qafqaz dağlarını aşdı. Dərbənd keçidi vasitəsilə Azərbaycana, mənbələrdə deyildiyi kimi, «Odlar ölkəsinə» gəldi və bizim xalqımızın tərkibinə daxil oldu. Böyük bir hun birliyi isə Qərbi Türküstan* ətrafına köçdü.
Qərbi Hun dövlətinin meydana gəlməsi. Qərbə doğru hərəkət edən hunlar Don sahilində alanları məğlub etdilər. Sonra onlar Don çayını keçib Azov ətrafı əraziləri, Şimali Qafqazı ələ keçirdilər. Krımda hunlar ostqot tayfaları ilə üzləşdilər.
IV əsrin 70-ci illərində Balamirin başçılığı ilə hunlar Ostqot dövlətinin varlığına son qoydular. Dunay (Tuna) çayının sahillərinə gələn hunlar burada məskunlaşmış digər qot tayfalarını da məğlub edərək Pannoni- yada (indiki Macarıstan ərazisinin qərbi) yerləşdilər. Bununla da Cənub-Şərqi Avropanın bir hissəsi hunların tabeliyinə keçdi. Beləliklə, hunlar Avropada öz dövlətlərini yaratdılar. Dövlətin əsasını Balamir qoymuşdur.
Bu dövlətdə mühüm qərarlar tayfa başçılarının toplantısında verilirdi. Atillanın* hakimiyyəti dövründə (434— 453-cü illər) Hun dövləti qüdrətli imperatorluğa çevrildi. İmperatorluğun sərhədləri şərqdə Volqa çayından qərbdə Reyn çayına, cənubda Balkan yarımadasından şimalda Baltik sahillərinə qədər böyük bir ərazini əhatə edirdi. Bu imperatorluğun ərazisinə müasir Rumıniya, Macarıstan, Avstriya, Çexiya, Slovakiya, Cənubi Rusiya və Almaniyanın bir hissəsi daxil idi.
Atillanın ordusunda hunlarla yanaşı, bir çox tayfa və xalqların döyüşçüləri vuruşurdular. Hər bir tayfanın Atillanın yanında nümayəndəsi var idi. Qərb dövlətlərində yaşayan əhali bu sərkərdəni «Tanrı qırmancı Atilla» adlandırırdı.

Yüklə 33,11 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin