Azərbaycan Respublikası Dövlət Neft Şirkəti



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə83/84
tarix30.08.2023
ölçüsü1,15 Mb.
#141069
1   ...   76   77   78   79   80   81   82   83   84
Dənizdə təhlükəsizlik

“Qayıq həyəcanı” 
gəminin məhv olma təhdidi yaranarkən gəmi kapitanının
əmri üzrə elan edilir, haçan ki, sərnişinlərin və ekipajın onu tərk etmə zəruriyyəti
yaranır.
172


Qayıq həyəcanı siqnalı Ümumgəmi həyəcanında olduğu kimidir və uca səsli
gəmi rabitə sistemi üzrə həyəcanın növü barədə bildirişlə dayandırılır.
“Radiasiya təhlükəsi” 
həyacanının siqnalı–bir qısa və iki uzun səsdir, 2 san
intervalı ilə 3 dəfə təkrarlanır və uca səsli gəmi rabitə sistemi üzrə həyəcanın növü
barədə bildirişlə müşayiət olunur.
“Kimya həyəcanı”
siqnalı–dörd qısa və bir uzun səsdir, 2 san aralıqla 3
dəfə təkrarlanır, uca səsli gəmi rabitə sistemi üzrə həyəcanın növü barədə bildirişlə
müşayiət olunur.
Sərnişin gəmilərində xarici sərnişinlər olarkən həyəcan siqnalları müvafiq
xarici dillərdə səslə təkrarlanır.
Dəlik yaranarkən, qaz sızması və ya yanğın baş verərkən, imkan dairəsində,
onların yeri göstərilir.
Translyasiya olmadıqda həyəcanın növü, dəliyin və ya yanğının yeri
istənilən hər hansı vasitə ilə elan edilir. 
Həyəcanın bitməsi translyasiya üzrə səslə elan edilir.
BKM (baş komanda məntəqəsi) ilə qəza partiyaları arasında rabitə daşınan
ikitərəfli radiotelefon rabitə aparaturası, telefon, gəmi translyasiyası, əlaqəçilər
vasitəsilə həyata keçirilir.
QEYD.
Qazdaşıyanlarda və partlayış təhlükəli qatışıqlar yaradan təhlükəli
yüklər daşıyan gəmilərdə, daşınan ikitərəfli radiotelefon rabitə aparaturası
partlayışdan mühafizəli istehsalda olmalıdır.
Təlim həyəcanları
yalnız kapitanın göstərişi üzrə elan edilir. Həyəcanını
keçirilməsi və təlim həyəcanları zamanı davranış qaydaları haqqında sərnişinləri
əvvəlcədən xəbərdar etmək lazımdır. Bu barədə elan azərbaycan və müvafiq xarici
dillərdə edilməlidir.
Uca səsli gəmi rabitə sistemi üzrə təlim həyəcanları elan edərkən həyəcan
növünü “təlim” sözü qabaqlamalıdır.
Sərnişin (ekspedisiya) gəmilərində ümumgəmi həyəcanı elan edilərkən,
kayutda yanğın zamanı və yaxud gəmidə yanğın və ya onun əlamətlərini aşkar
edərkən, su basması və yaxud illüminatorlardan və ya digər dəliklərdən suyun daxil
olması zamanı sərnişinlərin fəaliyyətləri göstərilməklə onlar üçün əyani
məlumatlar və gəmi adminstrasiyasının zəruri hesab etdiyi digər məlumatlar təmin
olunmalıdır. Gəminin reysindən və gəmidə xaricilərin varlığından asılı olaraq
173


məlumatlar azərbaycan, ingilis və müvafiq xarici dillərdə olmalı, stend şəklində
tərtib edilməli və sərnişin otaqlarının vestibüllərində yerləşdirilməlidir.
Gəmidə partlayış zamanı ekipaj ümumgəmi həyacanı zamanı olduğu kimi
fəaliyyət göstərir. Partlayış zamanı və ya “Bölmələrə baxış keçirilsin” komandası
üzrə gəmi cədvəlləri ilə bölmələrə baxış keçirmək üçün qəza partiyalarının
tərkibindən insanların ayrılması nəzərdə tutulmalıdır.

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin