Azərbaycan Respublikası Dövlət Neft Şirkəti


Həyəcanlar üzrə xəbərdaretmə



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə82/84
tarix30.08.2023
ölçüsü1,15 Mb.
#141069
1   ...   76   77   78   79   80   81   82   83   84
Dənizdə təhlükəsizlik

7. Həyəcanlar üzrə xəbərdaretmə
“Qısa səs” termini təqribən 1 san davamiyyəti olan siqnalı bildirir. “Uzun
səs” termini davamiyyəti 4-dən 6 saniyəyə kimi olan siqnalı bildirir.
171


Gəmilərdə “Ümumgəmi”; “Bort arxasında insan”; “Qayıq”; “Kimya
həyəcanı”; “Radiasiya təhkükəsi” həyəcan növləri təyin edilmişdir.
Ümumgəmi həyəcanı 
kapitanın növbə köməkçisi tərəfindən (şəraiti nəzərə
alaraq sərbəst surətdə və ya kapitanın göstərişi üzrə) aşağıdakı hallarda elan
olunur:
- ehtimal edilən hansısa təhlükənin qarşısını almaq üçün gəmini əvvəlcədən
hazırlamaq zəruriyyəti yarandıqda;
- gəminin içinə bortarxası su daxil olarkən;
- gəmidə partlayış, yanğın, qaz sızması baş verərkən və ya yanğının ilk
əlamətləri - tüstü, yanıq və qazların iyi aşkar edilərkən;
- digır qəza hallarında.
BK SOLAS-74-nün və Xilasetmə vasitələri üzrə beynəlxalq məcəllənin
(LSA məcəlləsi) 7.2.1.1. qaydasının tələblərinə müvafiq olaraq ümumgəmi
həyəcan siqnalı gəmi fiti və ya sirena ilə və əlavə olaraq elektrik zəngi və ya uğultu
ilə və yaxud digər bərabər səs siqnalı qurğusu ilə verilən yeddi və ya daha qısa səs
siqnallarından və onun arxasınca gələn bir uzun səs siqnalından ibarətdir.
Həyəcan siqnalı bütün gəmi otaqlarında, eləcə də adətən ekipaj üzvlərinin
işlədikləri və ya məşğul olduqları yerlərdə eşidilməlidir.
Limanda dayanan zaman ümumgəmi həyəcan siqnalı gəmi zənginə tez-tez
vurulan zərbələrlə və ya xarici limanın ənənələri üzrə digər siqnal ilə müşaiyət
edilir.
QEYD.
Limanda daynarkən
 
gəmidə və ya onun yaxınlığında yanğın baş
verərkən, eləcə də digər qəza hallarında növbə matrosu sərbəst olaraq həyəcan elan
edir, kapitanın növbə köməkçisi gəldikdən sonra isə onun sərəncamları əsasında
fəaliyyət göstərir.
“Bort arxasında insan” həyəcanı
insan öz gəmisindən bort arxasına
düşərkən və yaxud suda kənar şəxs aşkar edilərkən kapitanın növbə köməkçisi
tərəfindən elan edilir.
 
“Bort arxasında insan” həyəcanının siqnalı uca səsli zəng və
ya fit ilə verilən üç uzun səsdir.
Siqnal uca səsli rabitə üzrə təkrarlanır və 3-4 dəfə deyilir.

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin