Azərbaycan Respublikası “ÇAĞ” Öyrətim İşlətmələri



Yüklə 3,6 Kb.
Pdf görüntüsü
səhifə21/45
tarix26.02.2017
ölçüsü3,6 Kb.
#9778
1   ...   17   18   19   20   21   22   23   24   ...   45

Materiallar 
                                                                                                                             08 may 2010-cu il
 
 
159 
Bu illər  ərzində ingilis dilindən Azərbaycan və Azərbaycan dilindən ingilis 
dilinə  tərcümə sahəsində ixtsaslaşmış peşəkar tərcüməçilər nəsli yetişmişdir. Bu 
sahədə Zeydulla Ağayev, Sabir Mustafa və başqalarının adlarını çəkmək yerinə düşər. 
S.Mustafa ilk dəfə Şekspirin bütün sonetlərini orijinaldan Azərbaycan dilinə çevir-
mişdir. 
Son illər bu işə  gənc tərcüməçilərin də maraq göstərməsi Azərbaycan-ingilis 
ədəbi əlaqələrinin bundan sonra daha sürətlə inkişaf edəcəyinə əminlik yaradır.  
 
 
İNGİLİS DİLİNDƏ OLAN MƏSDƏRLƏRİN               
TƏRCÜMƏSİ 
Səkinə ŞAHBAZİ 
Bakı Slavyan Universiteti Tərcümə fakultəsi 
Elmi rəhbər : prof. Novruzov R. 
 
İngilis dilində felin səxsiz formalarından olan infinitive, yəni məsdər tərcümə 
zamanı çox çətinlik törətmir. Belə ki, hər hansı bir cümləni tərcümə edərkən bu 
cümlədə işlənmiş məsdərləri öz dilimizdəki, yəni Azərbaycan dilindəki məsdərlərlə 
və felin digər formaları ilə ifadə edə bilərik.  İngilis dilində felin əsası ilə  məsdər 
eynidir. Lakin məsdərdən  əvvəl  to  hissəciyi işlə-dilir.  To  hissəciyi Azərbaycan 
dilində məsdər əlaməti olan –maq (-mək ) şəkilçisi kimi tərcümə olunur. Bir neçə 
misalı nəzərdən keçirək : 
I paid a visit to Edna to thank her for the care she had lavished on my animals in 
my absence. 
Mən Ednaya təşəkkür etmək üçün baş çəkdim, ona görə ki, mən evdə olma-
yanda o, mənim heyvanlarıma nəzarət etmişdi. 
To surprise him wouldn`t be such a simple thing, she knew it. 
O,bilirdi ki,onu təəccübləndirmək o qədər də asan olmayacaq. 
“I like music”, she said, “and pictures and books and lakes and beautiful things 
to wear and nice people to be with 
“Mən musiqini xoşlayıram”, - o dedi , - “şəkilləri,kitabları,gölləri, yaxşı geyin-
məyi və xoş insanlarla ünsiyyətdə olmağı xoşlayıram.” 
İngilis dilində işlənən məsdərlər Azərbaycan dilindəki məsdərlərlə əksər hallarda 
üst-üstə düşür. Amma bəzi istisna hallar da vardır ki, bu zaman ingilis dilində olan 
məsdər Azərbay-can dilinə feli sifət kimi tərcümə olunur. Məsələn : 
I had to drive throughout the night so I needed a few pills to keep me awake. 
Mən bütün gecəni maşın sürməli idim, ona görə  mənə  yuxuqaçıran  dərman 
lazım idi. 
Amelia Earhart in 1928 became the first woman to cross the Atlantic by air. 

«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU» III Respublika tələbə elmi-praktik konfransı 
 
 
160 
Amelia Earhart 1928-ci ildə Atlantik okeanını keçən ilk qadın olub. 
Old Mr.Bloomberry was grieved to think that he had no sons to carry on his 
business. 
Yaşlı Mister Blumber kədərlənirdi ona görə ki, onun işini davam etdirən oğ-
lanları olmayıb. 
İngilis dilindəki bəzi məsdərlər Azərbaycan dilinə feli xəbər şəklində tərcümə 
olunur. Məsələn: I knew dory - men ( Portugese fishermen ) sometimes lose their 
way in the fog, some never to be seen again. 
Mən bilirdim ki, balıqçıların bəziləri dumanda yollarını azırdılar, bəziləri isə 
bir də qayıtmırdılar. 
İt is the story of a French singer ( Yvette Guilbert ) who rose from the gutter to 
become the idol of  Paris cafe society in the 1890s. 
Bu əhvalat Fransız müğənnisi haqqındadır  ( Ivet Cilber ), hansıki, çətin sənət 
yolu keçib və 1890-cı ildən isə Paris kafelərinin sevimlisinə çevrilib. 
 
 
SİNXRON TƏRCÜMƏ 
Jalə ABBASZADƏ 
Qafqaz Universiteti III kurs tələbəsi 
Elmi rəhbər : 
 
Sinxron tərcümə-  şifahi tərcümənin  ən mürəkkəb növüdür. Sinxron tərcümə 
zamanı müəyyən informasiya vasitələrindən istifadə etməklə prosesi asanlaşdırmaq 
lazımdır.                                      
Sinxron tərcümənin tarixi XX əsrin ortalarına təsadüf edir. İlk dəfə Nyünberq 
məhkəməsini dinləmək üçün yığışanlar beynəlxalq səviyyədə sinxron tərcümədən 
bəhrələnmişdir. Həmin vaxtdan bəri hər il çoxlu sayda konfranslar keçirilir və işti-
rakçılar öz dillərində və ya beynəlxalq diilərdən birində iclasların gedişini təxminən 
eyni zamanda izləyə bilirlər. Hazırda sinxron tərcümədə böyük sayda iştirakçıların 
və ya mətbuat nümayəndələrinin təşrif buyurduqları bir sıradillərin istifadə olunduğu 
görüşlər, diplomatik danışıqlar və bəzən də məhkəmə prosesləri kimi hüquqi şəraitlər 
üçün məqsədə uyğun və çox əlverişli sayılır. Bu da onunla əlaqədardır ki, tərcümədə 
hər bir nitqə ayrılan vaxt ikiqat artır, yəni məruzənin tərcüməsi də  müəyyən vaxt 
aparır, beləliklə, ümumilikdə  tədbirin surəti faktiki olaraq ikiyə bölünmüş olur. 
İşlənmə məkanına uyğun olaraq, sinxron tərcüməyə bəzən «BMT-stilli tərcümə» və 
ya «konfrans tərcüməsi» də deyilir. 
Azərbaycan müstəqillik qazandıqdan sonra paytaxtımız da bir çox beynəlxalq 
konfransların keçirildiyi ünvana çevrilmişdir. Nəticədə ölkəmizdə sinxron tərcü-
məçilərin hazırlanması bir problem kimi qarşıya çıxmışdır. Lakin bu sahədə  
mütəxəssis hazırlığı bir sıra ciddi çətinliklərləüzləşir. 

Materiallar 
                                                                                                                             08 may 2010-cu il
 
 
161 
Birincisi, çətinliklər Azərbaycan Respublikasının müstəqillik qazandığı son 
dövrü, doxsanıncı illərə  qədər ölkəmizdə sinxron tərcümə təcrübəsinin, demək olar 
ki, mövcud olmaması ilə əlaqədardır. Bununsəbəbi bir tərəfdən, Azərbaycanda Sovet 
dövründə beynəlxalq səviyyəli görüşlərin olduqca cüzi sayda keçirilməsi, digər  
tərəfdən  Azərbaycan dilindən rəsmi dairələrdə istifadə olunmaması ilə  izah edilir. 
Rus dilli sinxronçuların hazırlığı ilə  isə Moskva və digər SSRİ şəhərləri  məşğul 
olurdular. Buna Azərbaycanda heç ehtiyac da yox idi. «... Əvvəlki  Sovetlər  İttifa-
qında sinxron tərcüməçilər Moskvada hazırlanırdı, onun ərazisində  təşkil olunan 
bütün beynəlxalq  forum, simpozium və konfranslarda işçi dil rus dili idi. Bu sə-
bəbdən tərcüməçi-dilmanclar hazırlanarkən rus və xarici dillərdən biri aktiv və pas-
siv dil kimi öyrədilirdi. Əgər Azərbaycan Respublikasında hər hansı beynəlxalq görüş 
keçirilirdisə, onda şübhəsiz ki, Moskva rəsmilərini öz tərcüməçiləri müşayiət edirdi»  
Sinxron tərcüməçilərin hazırlığı ilə bağlı ikinci bir çətinlik ondan ibarətdir ki
tərcümənin bu növünün öz təbiəti xüsusi diqqət tələb edir. Təsadüfi deyil ki, Roderik 
Counz sinxron tərcümənin ardıcıl tərcümədən fərqli daha iki çətinliklə səciyyələn-
diyini  xüsusi olaraq vurğulayır.O, şifahi tərcümənin bu növünün akustik baxımdan 
çətinliyini dinləmə  və danışma proseslərinin qeyri-təbii olaraq eyni zamanda baş 
verməsində görür, intellektual baxımdan çətinliyi isə məruzəçinin fikrini tərcümə-
çinin əvvəlcədən duyması zərurəti ilə əlaqələndirir. Belə ki, bu mürəkkəb  prosesdə  
tərcüməçi vaxt itirmədən natiqi dinləyə-dinləyə  təxminən eyni zamanda nitqi tər-
cümə etməlidir, burada dinləmə, anlama, tərcümə dilinə çevirib səsləndirmə  mər-
hələləri arasındakı müddət çox anidir. Bu elə bir məharət və  səriştə  tələb edir ki, 
tərcüməçi eşitdiyi fikri tərcümə dilində ifadə edə-edə növbəti cümləni də tuta bilsin. 
Belə bir səriştənin formalaşması üçün xüsusi məşq tələb olunur. Sinxronçular, hər 
şeydən əvvəl gözəl dinləmə həm də səlis və gözəl nitq söyləmək qabiliyyətinə malik 
olmalıdırlar. Sinxron tərcüməçinin dinləmə qabiliyyətini, eləcə  də  qısamüddətli 
yaddaşını inkişaf etdirmək üçün başlanğıc mərhələdə  tələblərə ana dilində  eşit-
dikləri  informasiyanı öz sözlərilə təkrarlamağı tələb edən çalışmalar vermək olar. 
Sinxron tərcümənin tədrisi ilə bağlı xarici ölkələrin, təcrübəsində sözlərin cümlə-
lərin  və paraqrafların ingiliscə “shadowing” termini ilə ifadə olunan təqlid yolu ilə  
izlənməsi, sinonimlərin verilməsi və bu zaman tələbələrin danışa-danışa başqa bir 
mövzuda nəisə yazması da effektli hazırlıq çalışmaları sayılır. Bu çalışmaların 
məqsədi tələbənin fikrini iki «kanalda» eyni zamanda çalışmağa alışdırmaqdan 
ibarətdir. Biz dinləmək dedikdə xarici dildə ifadə edilən fikri tutmaq bacarığını da 
buraya daxil edirik. Bu isə öz növbəsində xarici dilə mükəmməl surətdə yiyələnməyi 
tələb edir. Əlbətdə, beynəlxalq səviyyədə keçirilən görüşlər ciddi mövzulara həsr 
olunduğundan  əlaqədər ixtisas sahəsindən xəbərdar olmaq zərurəti ortaya çıxır. 
Hazırda respublikamızda konkret sahələrüzrə sinxron tərcüməçilərin hazırlanma-
dığını  nəzəri alaraq, məsləhət görülür ki, tərcüməçilər iştirak etdikləri görüşlərin 
materialları ilə xeyli əvvəl  tanış olsunlar, mövzu üzrə mövcud  ədəbiyyatı  diqqətlə  
nəzərdən keçirsinlər. Konfrans təşkilatçıları ilə sıx əməkdaşlıq olmadan bu işin uğurla 
nəticələnəcəyinə ümid yoxdur, məhz burada da çətinliklərdən biri ilə üzləşirik. 

«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU» III Respublika tələbə elmi-praktik konfransı 
 
 
162 
Təəssüf ki, bu sahədə təcrübə əksər hallarda natamam xarakter daşıyır; tərcüməçini 
haqqı ödənilərkən deyil, tərcümə edrəkən tərcümə etdiyi şəxsdən qat-qat ideal gör-
mək istəyirlər. Əslində isə məsələ bir qədər fərqli şəkildə qoyulmalıdır: yəni tərcü-
məçi öz məsuliyyətli rolunu dərk edərək ideal mütəxəssis olmağa daim can atmalı, 
ətrafdakılar isə onun avtomat mexanizm deyil, məhz canlı insan olduğunu nəzərə  
almalıdırlar. 
Sinxron tərcümə ilə bağlı digər bir çətinlik də konkret olaraq, bizim şəraitlə 
əlaqədar Azərbaycan və ingilis dillərinin müxtəlif qrammatik quruluşa, fərqli söz 
sırasına malik olmasındadır.Misal üçün Azərbaycan dilindən ingilis dilinə tərcümə 
edərkən xəbəri eşitmək üçün tərcüməçi əksər hallarda cümlənin sonunu gözləməli 
olur. Halbuki əgər tərcüməçi öz intuisiyasından, uzaqgörənliyindən, keçmiş biliyin-
dən və ya kontekstdən istifadə etmirsə, həmin xəbərin cümlədəki  fikri təsdiq və  ya 
inkar etdiyini bilmədən ingilis dilində mübtədadan sonra ikinci yerdə gələn xəbəri 
qrammatik cəhətdən  formalaşdırmaq mümkün deyil. Məlumdur ki, tərcüməçini öz 
intuisiyası aldada bilər, onun keçmiş biliyi də kömək etməyə bilər və ya kontekstin 
əksinə olaraq,məruzəçinin fikri reallıqdanfərqli də ola bilər. Eləcə də ingilis dilində 
tamamlıq xəbərdən sonra gəldiyi üçün Azərbaycan dilinin söz sırasın pozmamaq 
üçün tərcümə zamanı yenə də cümləni axıradək dinləmək lazım gəlir. Deməli, bu-
rada sinxron tərcümə tipoloci baxımdan yaxın dillərdəkindən daha mürəkkəb xa-
rakter alır, təbii ki, ləngimə prosesi artır. Tələbələrə başa salmaq lazımdır ki, 
sinxrontərcümədə  əslində, məruzəçinin dediyi cümlə ilə onun tərcüməsi heç də  
həmişə eyni zamanda başlamır və eyni zamanda qurtarmır. Adətən sinxron tərcü-
məçinin 2 və ya 3 söz hesabında ləngiməsi məqbul sayılır. Lakin əsas olan – cüm-
lədəki hər bir sözün deyil, ifadə olunan fikrintərcümə dilində verilməsidir. Bu da 
sinxron tərcüməçiyə qeyri-vacib informasiyanı ixtisar etməyə, ən qısa söz və  ifa-
dələr işlətməyə, ümumiləşdirmə üsulundan istifadə etməyə, uzun cümlələri bölərək 
sadə cümlələr şəklində tərcümə etməyə ixtiyar verir. Tələbələri elə məşq etdirmək 
lazımdır ki, dillərin qrammatik quruluşu ilə əlaqədar baş verən ləngiməni kompen-
sasiya etmək üçün məruzəçinin çıxışındakı  ən qısa fasilələrdən belə  məharətlə  
istifadə edə  bilsinlər. Doğrudur, sinxron tərcüməyə başlamazdan əvvəl tərcüməçi-
tələbələr artıq ardıcıl tərcümə etməyi bacarmalıdır, lakin dərslərdə elə ilk vaxtlardan 
tələbələrə ümumi mətnləri sinxron tərcümə etmək tapşırıla bilər. Bunun üçün Böyük 
Britaniyada və ya ABŞ-da çap olunmuş ingilis dili dərsliklərinin kasetlərindən isti-
fadə etmək olar. Növbəti mərhələdə isə hələlik kabinə sistemimiz olmasa da, öz sə-
simiz və ya xarici həmkarlarımızın səsi ilə lentə yazılmış  mətnləri işləmək yaxşı 
nəticələr verir. Bu baxımdan şəhərimizdə keçirilən konfrans və seminarların mate-
rialları da tərcüməçilərin hazırlığında dəyərli töhfə sayıla bilər, çünki bu, tələbələri  
təcrübədə qarşılaşacaqları bir çox çətinliklərlə, eləcə də yeni terminlər və biliklərə 
tanış edər və onlar özlərini süni şəraitdə deyil, məhz tədris məqsədi ilə tərtib olun-
muş materiallarla işləyərkən olduğundan fərqli, müəyyən qədər reallıqla qarşılaşır-
mış kimi hiss edə  bilərlər. 

Materiallar 
                                                                                                                             08 may 2010-cu il
 
 
163 
Deyilənlərlə əlaqədar olaraq gələcək sinxronçularla iş bir neçə istiqamətdə apa-
rılmalıdır: onlar öz ana dillərini yaxşı bilməklə yanaşı, xarici dilə  də mükəmməl  
şəkildə yiyələnməli, həm də bu dildə gözəl nitq vərdişləri əldə etməli, ayrı-ayrı ixti-
sas sahələri üzrə öz lüğət bazalarını artırmalı və bilik toplamalı, mövcud imkan da-
xilində müntəzəm məşq etməlidirlər.  
 
  
“S. VURĞUNUN “AYGÜN” POEMASINDA  İŞLƏNƏN 
ANTONİM SÖZLƏRİN ÜSLUBİ XÜSUSİYYƏTLƏRİ” 
Asiman İSGƏNDƏROV 
Tələbə : Filalogiya fakultəsinin I kurs , 101-ci qrup 
Elmi rəhbər : dos R.Həsənov 
 
Antonimlər əks qütblərə malik və mənaca bir-birinin ziddini təşkil edən leksik 
ifadə vasitələridir. Müqayisə və qarşılaşdırma yolu ilə aşkar edilən müxtəlif təzadlı 
hadisələr, obyektiv aləmin bütün ziddiyətli cəhətləri əksmənalı anlayışlar silsiləsini 
təşkil edən antonim sözlər vasitəsi ilə bildirilir. Adətən, bədii əsərlərdə də antonim 
sözlərdən istifadə edilir. Ümumən dilimizdə olduğu kimi şair, yazıçılarımızın, o 
cümlədən xalq şairi – S. Vurğunun bədii əsərlərində də antonim sözlərə geniş yer 
verilir. Belə ki, onun “Aygün” poeması daha diqqətə layiqdir. Yazıçı bir-birinə zidd, 
əks olan əşyanın, şəxsin, zamanın, hadisənin, məkanın, duyğuların bədii əksini verərək 
əks –zidd anlayış haqqında aydın və dolğun təsəvvür yarada bilmişdir. S. Vurğun  
“Aygün” poemasında  işlənən antonim sözlərin bir sıra üslubi xüsusiyətləri vardır: 
I.  Şair zidd-əks məna ifadə edən belə antonimlərdən bədii təzad yaratmaq  
məqsədi ilə istifadə etmişdir: 
Şadlığından sığışmayıb yer ilə göyə, 
Öz eşqini övlad kimi bağrına basır. 
II. S. Vurğunun “Aygün” poemasında antonim sözlər bədii obrazın daxili, psi-
xoloji aləmin açılmasına da xidmət edir: 
Mənim cavan ürəyimi əridir qəmlər, 
O kef çəkir məndən ayrı məclis quraraq. 
III. S. Vurğunun “Aygün” poemasında antonim sözlər insanların qəlb çırpıntı-
larını , arzu və duyğularını təsirli ifadə edən obrazlı vasitələrdəndir: 
Gəl, ey nazlı bahar, gecikmə, tez gəl ! 
Gəl ki, qışın ömrü çox uzanmasın , 
Mən sənin dostunam  hər şeydən əvvəl 
Gəl ki , həsrətinlə ürək yanmasın . 
IV. Üslubi imkanlardan bacarıqla bəhrələnən şair bir-birindən ideoloji cəhətdən 
fərqlənən şəxslərin, təbəqələrin, cərəyanların təsviri məqamında da antonim sözlər-
dən yerli -yerində istifadə etmişdir: 

«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU» III Respublika tələbə elmi-praktik konfransı 
 
 
164 
-  Bəstəkar da , filosof da olur qadınlar 
Kişilərdən heç də geri deyildir onlar. 
V. S. Vurğunun “Aygün” poemasında bədii dilin ifadəli vasitələri olan anto-
nimlərdə təbiət təsvirlərinin ifadəsi üçün də ustalıqla istifadə etmişdir. Yazıçı burada 
təsirli bədii və canlı mənzərə yaratmışdır: 
Yağışın dalınca bərk gəldi qar da 
Odundan kəsadlıq çəkdi ocaqlar. 
VI. Səməd Vurğun “Aygün” poemasında təsvirlə bağlı olan təzadlı zaman, 
məkan,kəmiyyət anlayışlarının ifadəsi üçün də antonimlərdən poetik tərzdə istifadə 
etmişdir: 
Burda üzə gülür təmiz küçələr, 
Günəşli gündüzlər , aylı gecələr. 
Kölgəli çinarlar qatar-qatardır. 
Nəticə olaraq deyə bilərik ki, antonim sözlərin dildə o cümlədən bədii əsərdə 
yaranmasına səbəb bizi əhatə edən aləmin özünün ziddiyətli olmasıdır. Antonimlər 
bədii əsərdə dilin zənginləşməsinə xidmət edir. Səməd Vurğun “Aygün” poemasinda  
təzadlı  hadisələri bir-birinə qarşı qoyub, təsirli lövhələr, canlı insan xarakterləri ya-
ratmışdır.  Əsərdəki antonimlər obyekt və obrazların xarakterindəki mündərəcəni, 
ziddiyyətləri açmaq üçün istifadə edilən təsirli ifadə vasitəsidir. 
 
 
FRANSANIN TƏBİİ ŞƏRAİTİ VƏ SƏRHƏDLƏRİ 
Ülkər ORUCOVA 
ADPU-nun Filologiya fakültəsinin IV kurs tələbəsi 
Elmi rəhbər: b/m. S. Dadaşova 
 
Fransa Avropanın cənub qərbində yerləşir. Fransanın  ərazisi 551.695 kvadrat 
kilometrdir. Fransa dünya xəritəsində altıbucaqlı mövqe tutduğu üçün bu ölkəni 
eqzaqonda adlandırırlar. (Eqzaqon fransız dilində altı bucaq deməkdir.) Fransa həm 
quru, həm də su sahəsi ilə əhatə olunub. Su sahəsindəki sərhədlərinə gəldikdə Fransa 
şimaldan Manş boğazı, qərbdən Atlantik okeanı, cənubdan isə Aralıq dənizi ilə 
əhatə olunub, quru sahədən isə Fransa şimaldan Belçika və Luksemburq, şərqdən 
Almaniya, İsveç və İtaliya ilə, cənub-qərbdən isə İspaniya ilə həmsərhəddir. Fran-
sanın sərhədlərinin uzunluğu 5200 km dir. Bunun 3100 km su sahəsi təşkil edir. 
Ölkənin diametri 1000 km dir. 
Fransanın reliyefi müxtəlifdir. Alp sıra dağları Fransanı  əhatə edir. Onun ən 
yüksək zirvəsi Alp dağlarında yerləşən Monblan zirvəsidir. Fransanı əhatə edən digər 
dağ silsiləsi Pireney dağlarıdır. Bundan başqa Fransanı  Mərkəzi Massiv, Yura və 
Vosj dağları da əhatə edir.  
Fransa Avropanın mülayim iqlim qurşağında yerləşir, lakin çox dəyişkən iqli-
mə malikdir. Burada üç tip iqlim mövcuddur: fransanın şərqində okean iqlim tipi, 
qərbində kontinental iqlim tipi, cənubunda  isə aralıq iqlim tipi hökm sürür.  

Materiallar 
                                                                                                                             08 may 2010-cu il
 
 
165 
Fransada çaylar olduqca çoxluq təşkil edir. Fransanın  ən  əhəmiyyətli çayları 
Sena, Luar, Ron və Rin çaylarıdır, ən uzun çay isə Luar çayıdır. Luar çayının uzun-
luğu 1012 km dir. Fransanın çayları üç istiqamətdə axır və üç hövzəyə ayrılır. Rin 
çayı şimala yönəlir və şimal dənizinə tökülür. Sena,Luar və Qaron çayları isə qərbə 
yönəlir, Atlantik okeanına tökülür. Ron çayı isə cənuba yönəlir və Atlantik hövzəsinə 
tökülür. Rin çayı öz başlanğıcını  İsveçdən götürür və Strasburq şəhərindən keçir. 
Sena çayı isə öz başlanğıcını Burqoynda yerləşən Lanqr düzənliyindən götürür, 
Parisdən keçir və Manş boğazına tökülür. Sena çayı Fransanın gəmiçilik üçün yararlı 
olan çaylarından biridir. Luar çayı öz başlanğıcını Mərkəzi Massivdən götürür və 
ölkənin mərkəzindən keçərək Atlantik okeanına tökülür. Luar çayı da gəmiçilik 
üçün çox əhəmiyyətli çaydır. Qaron çayı öz başlanğıcını İspaniyanın Pireney dağ-
larından götürür, Bordodan keçir və Atlantik okeanına tökülür.  
Yuxarıda deyilənləri nəzərə alsaq demək olar ki,Fransa zəngin və müxtəlif təbii 
şəraitə malikdir. Su hövzələri baxımından Fransa Hollandiya və Belçikadan sonra 
Avropada gəmiçilik üçün yararlı bir ölkədir.  
 
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT SİYAHISI 
1.   La géographie de la France 
2.   La civilisation de la France 
3.   Guide de la France
  
 
 
“KİTABİ-DƏDƏ QORQUD ”DA FELİN LÜĞƏVİ              
MƏNA NÖVLƏRİ 
Tünzalə NƏSİROVA 
ADPU Filologiya fakültəsi Azərbaycan dili və  
Ədəbiyyat ixtisası І kurs 
Elmi rəhbər: prof.Buludxan Xəlilov 
 
Fel özünəməxsus xüsusiyyətlərinə görə digər nitq hissələrindən fərqlənir. Bu 
fərqlilik təkcə quruluşuna, zamanına, tərzinə, formalarına görə müəyyən edilmir, 
burada onun növ kateqoriyası da nəzərə alınaraq müqayisə edilir. Bu müqayisə felin 
növlərini:    
1) Lüğəvi məna növü 
2) Qrammatik məna növü 
3) Əsas (təsirli və təsirsiz)məna növü 
Olmaqla 3 yerə ayrılır.Ayrılmış bu növ fellər heç də bir-biri ilə tam eynilik təşkil 
etmir. 
Felin lüğəvi məna növləri.  Bu növ müxtəlif dövrlərdə, müxtəlif xalqlarda 
müxtəlif növlərə ayrılmışdır. Məsələn: V.M.Çistyakov, N.K.Dmitriyev, İ.Z.Bake-

«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU» III Respublika tələbə elmi-praktik konfransı 
 
 
166 
yevanın “Очерки по методике преподования русского и родного языков в та-
тарской школе ”əsərində felləri lüğəvi mənalarına görə 4 növə bölünmüşdür: 
a) hərəkət felləri  
b) iş felləri 
c) nitq felləri 
d) təfəkkür felləri 
Və yaxud da L.N.Xaritanov “Типы  глагольной  основы  в  якутском  языке 
”əsrində isə fellər 3 qrupa bölünmüşdür. 
a) iş-vəziyyət felləri 
b) səs təqlidi felləri 
c) obrazlı fellər 
Azərbaycan dilçiliyində  məna qruplarına bölünən fellər bir qədər dolaşıqlığa 
uğramış, lakin bu dilimizdə heç bir qüsur yaratmamışdır. Bunlar aşağıdakılardır: 
1.Pisixi vəziyyət ifadə edən fellər: 
a)Ağam Beyrəyə bənzədirəm, ozan səni! 
Sevindirdin,qəmləndirmə,ozan məni! 
b)Ay Dirsə xan,mənə qəzəblənmə
İnciyib acı sözlər söyləmə! 
2.Səs təqlidi fellər: 
a) Gumbur-gumbur davullar döyünmədi. 
b) Bədəvi atlar yiyəsini görüb kişnədikdə
c) Kafirin üstünə qoy gurlayım mən. 
3.Təbiət hadisələrini ifadə edən fellər: 
Qaranlıq axşam olanda qayğılı çoban! 
Qarla yağış yağanda od-ocaqlı çoban! 
4.Obrazlı fellər: 
Allah verən ümidin üzülməsin.  
Azərbaycan dilində felləri aşağıdakı kimi məna növlərinə bölmək daha doğru olar. 
a) Hərəkət felləri 
b) İş felləri 
c) Nitq felləri 
ç) Təfəkkür felləri  
d) Hal-vəziyyət felləri 
Hərəkət felləri.Bu fellər təkcə insan hərəkəti ilə yox,həm də canlı  və cansız 
varlıqların hərəkəti ilə bağlıdır. 
a) Sənin atını mənim atım keçmədimi
b) Ağlamağım göydə ikən yerə endi
c) Ağ alınlı Bayandır xanın divanına dünən vardın
d) Yüz min ər gördümsə,yüzüm dönmədim
e) Erkək sinəsi üzərimə qondurmayam

Yüklə 3,6 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin