Microsoft Word rustamli konul docx



Yüklə 489,76 Kb.
Pdf görüntüsü
səhifə19/42
tarix25.12.2016
ölçüsü489,76 Kb.
#2901
1   ...   15   16   17   18   19   20   21   22   ...   42
 

 Cədvəl 2.2 

 Üstəlik xərclərin hesablanması 

Cərrahiyə şöbəsinin 

üstəlik  xərclərin adı 

Məbləğ,m


an. 

Cərrahiyə 

ş

öbəsinin 



göstərdiyi bütün 

xidmətlərə sərf 

edilən vaxtın 

miqdarı, dəq. 

Xidmətləri

göstərilməs



inə sərf 

olunan 


vaxt,dəqiqə 

Xidmətlə


rin 

tərkibind

ə

  üstəlik 



xərclərin 

payı 







 

38 


Kommunal xərcləri 

 



 

 

nzibati-idarə xərcləri 



 

 



 

Yekunu 




 

Sadalanan dolayı xərclər xüsusi hesablama əmsallarının köməyilə tibbi 



xidmətin maya dəyərinə daxil edilir. Əsas xərclər hər şeydən əvvəl müstəqimdir, 

üstəlik xərclər isə dolayıdır. Bütün hallarda qarışdırmaq düzgün olmazdı. Belə ki, 

onların hər birisinin təsnifatının əsasında prinsipcə müxtəlif əlamətlər durur. Əsas 

xərclər özündə həm müstəqim, həm də dolayı xərcləri birləşdirə bilər. Məsələn , 

sterilizəyə çəkilən xərclər əsas xərclər sayılsa da, onlar, dolayı şəkildə bütün tibbi 

heyətin xərclərinə də daxil edilir. Belə xərclər, eyni zamanda dolayı xərclər hesab 

olunur.  stehsal xərclərini əgər biz, resursların istehlakı kimi nəzərdən keçirsək, onlara 

hər şeydən əvvəl baş verdikləri yerlərdə rasional nəzarət etmək məqsədə uyğundur. 

Mühasibat uçotunda xərclərin baş verdiyi yerlər dedikdə,müvafiq rəhbərin başçılıq 

etdiyi təşkilati-struktur bölməsi başa düşülür. Tibbi xidmətlərin dəyərinin 

hesablanması üzrə mövcud qaydalara uyğun olaraq, tibb təşkilatlarının struktur 

bölmələri əsas və köməkçi bölmələrə ayrılır. Tibb təşkilatının əsas bölmələrinə 

stasionarların profil bölmələri, poliknika şöbələri (kabinetləri) , diaqnostik mərkəzlər, 

paraklinik şöbələr və pasientə tibb xidmət göstərən digər struktur vahidləri daxildir. 

Köməkçi bölmələr :müalicə diaqnostika bölməsinin fəaliyyətini təmin edən 

ümumtəşkilat xidməti aid edilir. Buraya daxildir:müdiriyyət , kadrlar şöbəsi, 

mühasibat , tibb statistika kabineti, qeydiyyat otağı , aptek, sterilizə kabineti , 

təsərrüfat xərcləri və i.a. Hesabat dövrünün sonunda köməkçi bölmələrin xərcləri 

bölgü bazasına mütənasib surətdə əsas bölmələrin xərclərinə aid edilir və bu zaman 

xərclərin bölüşdürülməsində “addım metodundan” istifadə edilməsi tövsiyyə olunur. 

Metodun başlıca mahiyyəti köməkçi xərclərin ardıcıl surətdə bölüşdürülməsi və 

yenidən bölüşdürülməsindən ibarətdir. Xərclərin bölüşdürülməsi və yenidən 

bölüşdürülməsi üç mərhələdə həyata keçirilir. Birinci mərhələdə tibbi xidmət 



 

39 


göstərilməsi prosesinin həyata keçirilməsi ilə əlaqədar xərclərin ilkin qeydiyyatı 

nəzərdə tutulur. Bu zaman aşağıdakı tələblərə əməl olunmalıdır: ilk sənədlərin 

mövcudluğu, təsərrüfat fəaliyyəti faktlarının vaxtında qeydiyyata alınması, mühasibat 

uçotu hesablarında xərclərin dürüst və əsaslı şəkildə əks etdirilməsi.   kinci mərhələdə 

müəssisənin dolayı - üstəlik xərclərinin bölüşdürülməsi həyata keçirilir. 

Dolayı - üstəlik xərclərin bölüşdürülməsi qaydası tibb təşkilatının uçot 

siyasətində öz əksini tapmalıdır. Üstəlik xərclərinin bölüşdürülməsinin dolayı üsulu 

seçildiyi zaman aşağıdakı prinsiplər rəhbərlik üçün qəbul edilməlidir : bölüşdürmənin 

nəticələri hər bir struktur bölməsinin resurslarının faktiki istehlakına maksimal 

dərəcədə yaxınlaşdırılmalıdır. Belə bir halda onların maya dəyərinin müəyyən 

edilməsinin etibarlılığına və son nəticədə təşkilatın mənfəətinin həcminə təsir göstərir.  

Dolayı xərclərin bölüşdürülməsi əmsalı məbləğ ifadəsində dolayı xərclərin və 

bölüşdürmə bazasının nisbəti kimi müəyyənləşdirilir. Tibb təşkilatlarında dolayı 

xərclərin bölüşdürülməsi bazası kimi əsas tibb işçilərinin əmək haqqının tibbi xidmət 

göstərilməsindən alınan gəlirləri qəbul etmək olar. 

 Daha sonra dolayı xərclərin bölüşdürülməsi əmsalı hesablanılır və 

müəssisənin xərclərinin qeyd olunduğu sənədlərə köçürülür. Həmin sənədlərin 

köməyilə hər bir struktur bölməsi üzrə xərclərin həcmini müəyyənləşdirmək üçün 

istifadə edilir. 

Müvafiq surətdə 202 “  stehsalat məsrəfləri” və 721 “ nzibati xərclər” 

hesabının müvafiq subhesablarında hesabat dövrü ərzində tibb xidmət göstərilməsi ilə 

ə

laqədar bütün müstəqim və dolayı xərclər toplanılır. 



Üçüncü mərhələdə köməkçi istehsalata çəkilən xərclər bölüşdürmə bazasına 

mütənasib surətdə əsas istehsalata aid edilir. Köməkçi istehsalata çəkilən xərclərin 

uçotda əks etdirilməsi tibb təşkilatın uçot siyastində göstərilməlidir. 

Beləliklə, həm dövlət, həm də özəl müalicə profilaktika müəssisələrində hər 

bir müalicə bölməsi üzrə tam faktik xərclər nəzərə alınır.Hər bir hesabat dövrü başa 

çatdıqdan sonra müalicə profilaktika müəssisələrinin struktur bölmələrinin faktik 




 

40 


xərcləri 202 “ stehsalat məsrəfləri” hesabının kreditindən 601 “Satış” hesabının 601-2 

“Xidmətlərin göstərilməsi üzrə gəlirlər” subhesabının debetinə silinir.Xərclər haqqında 

informasiyalar son halda həm bütövlükdə tibb təşkilatı, həm də onun hər bir bölməsi 

üzrə tibb xidmət göstərilməsindən alınan mənfəəti formalaşdırmağa imkan verir. 



Misal. Özəl müalicə profilaktika müəssisəsində əsas beş bölmə mövcuddur: 

terapiya, cərrahiyyə, stomotoloji, funksional diaqnostika , labaratoriya, habelə köməkçi 

bölmələr: qeydiyyat, mühasibat , sterilizə otağı , təsərrüfat xidməti. Müalicə 

profilaktika müəssisəsinin tibb fəaliyyətinin yuxarıda sadalanan xidmətlərinin 

göstərilməsi üzrə lisenziyası var.  

Hesabat dövrü ərzində əsas və köməkçi bölmələrlə bağlı müəyyən xərclər çəkilmişdir 

və tibb xidmətləin göstərilməsindən (satışından) gəlir götürülmüşdür. (cədvəl 2.3 və 

2.4 ) 



Yüklə 489,76 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin