Microsoft Word rustamli konul docx



Yüklə 489,76 Kb.
Pdf görüntüsü
səhifə15/42
tarix25.12.2016
ölçüsü489,76 Kb.
#2901
1   ...   11   12   13   14   15   16   17   18   ...   42
6.Təcili tibbi yardım (əksər hallarda belə yardım birbaşa evlərdə göstərilir)  

6.1. Tibbi heyətin əmək haqqı  

6.2. Sosial ehtiyaclara ayırmalar  

6.3.Avtonəqliyyatın və digər əsas vəsait obyektlərinin saxlanılması, təmiri və 

amortizasiyası xərcləri  

6.4Yanacağın dəyəri  

6.5. Materialların və dərman preperatlarının dəyəri 

6.6. Fərdi məsuliyyət sığortası  

6.7.Ümumtəsərrüfat xərcləri 

Məqsədli təyinatına görə xərclər əsas və üstəlik xərclərə bölünür. Tibb 

təşkilatlarında əsas xərclərə müalicə prosesi ilə əlaqədar aşağıdakı xərclər aid edilir:   

material xərcləri, əsas tibbi heyətin əmək haqqı, əmək haqqından tutulmalar, tibb 

avadanlıqların saxlanılması və istismarına çəkilən xərclər , kənar təşkilatları istehsalat 

xarakterli xidmətləri. 

 Üstəlik xərclər özündə bilavasitə tibbi xidmət göstərilməsinə aidiyyəti olmayan 

aşağıdakı xərcləri birləşdirir:dəftərxana və təsərrüfat xərcləri , qeyri-tibbi təyinatlı əsas 

vəsaitlərin amortizasiyası, inzibati-idarə heyətinin əmək haqqı, ezamiyyə xərcləri və s. 

Xərclər xidmətlərin maya dəyərinə aid edilməsi üsuluna görə müstəqim və dolayı 

xərclərə bölünür. 

Qüvvədə olan qaydalara görə tibb təşkilatlarında müstəqim xərclərə bilavasitə 

tibbi xidmətlə əlaqədar xərclər aiddir. Həmin xərclər, tibbi xidmət göstərilməsi 

prosesində həyata keçirilir: 

1. əsas heyətin əmək haqqı; 

2. əsas heyətin əmək haqqından ayırmalar; 

3. tibbi xidmət göstərilməsi prosesində istehlak olunan material xərcləri 

(dərmanlar,sarğı vasitələri, ərzaq məhsulları, birdəfəlik tibbi ləvazimat və b.) 

4. əsas bölmələr üzrə yumşaq inventarların köhnəlməsi; 



 

31 


5. bilavasitə müalicə - diaqnostika prosesində istifadə olunan tibbi və digər 

avadanlıqların köhnəlməsi. 

Dolayı xərclər müəssisələrin fəaliyyətinin təminatı üçün vacibdir və onlar tibbi 

xidmətin göstərilməsi prosesində birbaşa istehlak olunmurlar: 

1. ümumtəşkilat heyətinin əmək haqqı; 

2.  ümumtəşkilat heyətinin əmək haqqından ayırmalar; 

3. təsərrüfat xərcləri (cari təsərrüfat məqsədləri üçün material və əşya xərcləri , 

cari təmir xərclərin də daxil etməklə xidmətlərin dəyəri, dəftərxana ləvazimatı və s.); 

4. ezamiyyə və xidməti yerdəyişmə xərcləri; 

5.  köməkçi bömələrdə olan yumşaq inventarların köhnəlməsi; 

6.  tibb xidmət göstərilməsi ilə birbaşa bağlı olmayan binaların, tikililərin və 

digər əsas vəsait obyektlərinin amortizasiyası; 

7.  sair xərclər. 

 Sadalanan dolayı xərclər xüsusi hesablama əmsallarının köməyilə tibbi 

xidmətin maya dəyərinə daxil edilir. 

 Əsas xərclər hər şeydən əvvəl müstəqimdir, üstəlik xərclər isə dolayıdır. Bütün 

hallarda qarışdırmaq düzgün olmazdı. Belə ki, onların hər birisinin təsnifatının 

ə

sasında prinsipcə müxtəlif əlamətlər durur. Əsas xərclər özündə həm müstəqim, həm 



də dolayı xərcləri birləşdirə bilər. Məsələn , sterilizəyə çəkilən xərclər əsas xərclər 

sayılsa da, onlar, dolayı şəkildə bütün tibbi heyətin xərclərinə də daxil edilir. Belə 

xərclər, eyni zamanda dolayı xərclər hesab olunur.   stehsal xərclərini əgər biz, 

resursların istehlakı kimi nəzərdən keçirsək, onlara hər şeydən əvvəl baş verdikləri 

yerlərdə rasional nəzarət etmək məqsədə uyğundur. Mühasibat uçotunda xərclərin baş 

verdiyi yerlər dedikdə,müvafiq rəhbərin başçılıq etdiyi təşkilati-struktur bölməsi başa 

düşülür. Hazırda tibb müəssisələrinin idarə olunmasının effektivliyinin 

yüksəldilməsinə iqtisadi informasiya sisteminin tətbiqi və gələcəkdə təkmilləşdirilməsi 

yolu ilə nail olmaq mümkündür. Qəbul edilən idarəetmə qərarlarının keyfiyyətinə 

tələbatın daima artması və onların qəbul olunması müddəti maliyyə və idarəetmə 

uçotunun avtomatlaşdırılmış sisteminin tətbiqini zəruri edir. Hazırda bazarda tibb 

təşkilatlarında hesablama texnikasından istifadə etməklə maliyyə və idarəetmə 




 

32 


uçotunun təşkilinə imkan verən çoxsaylı proqram məhsulları təklif olunur. Bu 

proqramların köməyilə əmək haqqının hesablanmasını, təşkilatın əməkdaşlarının 

yerdəyişməsinin uçotunu, əməkdaşların kadr hesablama məlumatlarındakı 

dəyişikliklərin qeydiyyatı, əməkdaşların əmək haqqı fondunun təhlili, tarifikasiya 

cədvəllərinin formalaşması poliklinikanın, xəstəxanaların, hərbi hospitalların, tibb 

mərkəzlərinin və digər səhiyyə təşkilatlarının xüsusiyyətini nəzərə alan hesabatların 

ə

ldə olunması və s. məsələlərin uçotunun avtomatlaşdırılması mümkündür. Müasir 



proqramlar həmçinin idarəetmə uçotunun aşağıdakı vəzifələrinin həllinə də müsbət 

təsir göstərmək imkanına malikdir: tibbi yardımın həcminin planlaşdırılması; maliyyə 

planlaşması; sonrakı idarəetmə qərarlarını qəbul etmək üçün tibbi heyətin fəaliyyətinin 

səmərəliliyinin daha da qiymətləndirilməsi ilə bağlı tibbi kömək göstərilməsi 

planlarının yerinə yetirilməsinə nəzarət; dərman təminatına çəkilən xərclərin 

optimallaşdırılması üçün dərman vasıtələrinə və sərf olunan material resurslarına əsaslı 

tələbatın formalaşması; tibb təşkilatının fəaliyyət göstəricilərinin təhlili. Eyni zamanda 

yeni avtomatlaşdırılmış proqramların aşağıdakı funksional imkanları mövcuddur: 

xəstəxana daxili apteklərin fəaliyyətinin avtomatlaşdırılması; maliyyə planlaşması – 

büdcələr, pul vəsaitlərinin axınları, kredit və kassa planları, maliyyə nəticələri; maliyyə 

təhlili - maliyyə göstəricilərinin hesablanması, digər dövrlərlə müqayisəli şəkildə 

dinamika; mühasibat və vergi uçotu – təşkilatın maliyyə fəaliyyətinin uçotu, 

reqlamentləşdirilən hesabat; təsdiq edilən və orijinal metodikalar üzrə tibbi köməyin 

həcminin uçotu vahidinin maya dəyərinin hesablanması; heyətin idarə olunması – 

iddiaçılarla iş, əməkdaşlar haqqında məlumatların idarə edilməsi, tibbi xüsusiyyətləri 

nəzərə almaqla ixtisas sistemləri, vəzifə təlimatları, əmək ödənişi sistemləri, əmək 

haqqının hesablanması

 



 


Yüklə 489,76 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin