Sofi HƏMİd qəBİrstanliğI: solğun rənglər və Əks olunmuş ÖMÜR



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə19/49
tarix26.12.2016
ölçüsü1,29 Mb.
#3505
1   ...   15   16   17   18   19   20   21   22   ...   49
Ağız yaraları. Məlumdur ki, şərabdan antiseptik dərman 
kimi istifadə edilib. Ağzı möhkəm, quru, turş dad verən  şərabla 
yaxalamaq məsləhət görülürdü. Həm qırmızı, həm də  ağ turş 
şərablardan istifadə olunurdu. Bu müalicə bir neçə gün davam 
etməli idi. 
Boğaz ağrısı. Boğazı ilıq, turş, quru şərabla,  əsasən də 
limon, nar, duzlu və ya heyva şərabı ilə yaxalamaq məsləhət 
görülürdü. Boğazı yaxaladıqdan sonra 20-30 dəqiqə ərzində yemək 
və ya içməyə icazə verilmirdi. 
Qulaq iltihabı. Uşaqların qulaqlarındakı  ağrı  və iltihabı 
müalicə etmək üçün xəstə qulağa tünd, köhnə  şərabda isladılmış 
pambıq parçası qoymaq məsləhət görülürdü. İnanılırdı ki, 
müntəzəm olaraq edilsə, bu müalicə iltihabını sağaldar. 
Anemiya. “Tibbnamə”yə (1712) görə anemiyadan əziyyət 
çəkənlər çoxlu ət və  bəsləyici  ərzaqla qidalanmalı  və  qırmızı  şirin 
şərab içməlidir.  İnanılırdı ki, qırmızı  şərab orqanizmdə qana çev-
rilir. Müasir alimlər təsdiq edib ki, portveyndən (qırmızı şirin şərab) 
 32


qədərində istifadə anemiyanın müalicəsində xeyirlidir. Bəzən Azər-
baycanda anemiyanı müalicə etmək üçün Kürdəmir, Qızıl Şərbət və 
Mil kimi azərbaycan portveynlərindən istifadə olunur
Yel və qaz. Mədə pozğunluğu və yelin qarşısını almaq 
üçün yeməkdən qabaq bir qədər  şərab içmək məsləhət görülürdü. 
Müasir yovşan arağına (yovşan lıkörü) bənzər acı yovşandan 
hazırlanmış tibbi sərabından yelə qarşı  dərman kimi istifadə 
olunurdu. 
Don vurma. Soyuq günlərdə evi tərk etməmişdən qabaq su 
əvəzinə şərab içmək məsləhət görulürdü. İbn Sina (980-1037) yazır 
ki, "çaşır" (şüyüd ailəsi) qatılan müalicəvi  şərab bədəni effektli 
qızdınr. 
Qızdırma. Malyariyanın səbəb olduğu qızdırmanı sağal-
tmaq üçün Məhəmməd Hüseyn Xan (18-ci əsr) ədviyyəli şərabdan 
istfadə etməyi məsləhət görür. Bundan əlavə  qızılgül ləçəyindən 
hazırlanmış  şərab və  Ər-əstun  şərabı da müxtəlif növ qızdırmaya 
qarşı effektli müalicə sayılırdı. 

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin