I FƏSİL
TERMİNOLOJİ LEKSİKANIN DİLİN DAXİLİ
İMKANLARI HESABINA İNKİŞAFI
1.1. Müasir Azərbaycan ədəbi dilində terminologiyanın
inkişafı və tədqiqi məsələləri
Dilin inkişafı xalqın ümumi inkişaf səviyyəsi, onun elmi,
ictimai və mədəni tərəqqisi ilə sıx bağlıdır. Azərbaycan dili
istər funksional, istərsə də struktur baxımından zəngin dillərdən
sayılır. Müasir dövrdə Azərbaycan dilinin lüğət tərkibi dəyişir,
terminoloji sistemdə normalaşma prosesi qüvvətlənir. Son
zamanlar ölkəmizin iqtisadi-siyasi həyatında, ictimai fikrində
baş verən proseslər, yeniliklər dilin lüğət tərkibində
dəyişmələrə səbəb olmuşdur. Belə ki, əvvəllər ölkəmizdə
terminoloji mühiti dövlət və ictimaiyyət tərəfindən nəzarətdə
saxlamaq mümkün idi. Çünki həmin vaxtlar xarici dillərdən
tərcümə olunan materialların həcmi böyük deyildi, tərcümə
prosesinə ciddi nəzarət olunurdu və ölkə daxilində çap
materialları, xüsusi ilə dərslik və dərs vəsaitləri, müxtəlif
səviyyəli ekspertiza mərhələlərindən keçirdi. Digər tərəfdən,
TV-lərdə, radiolarda və digər kütləvi informasiya vasitələrində
verilən materiallar digər tələblərlə yanaşı, terminoloji tələblərə
cavab verməli idi. Ancaq son zamanlar dünyaya sürətlə açılan
ölkəmizdə xarici KİV-lərin fəaliyyətinin genişlənməsi,
internetin cəmiyyətin bütün həyatına nüfuz etməsi, insanların
müxtəlif bilik sahələrinə aid məlumatları xarici dillərdən
birbaşa qəbul etməsinin sürətlənməsi nəticəsində ölkədə termi-
Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
9
noloji mühiti nəzarətdə saxlamaq çətinləşmişdir. İndi iqtisadiy-
yat və mədəniyyətin, xalq təsərrüfatının elə bir sahəsi yoxdur ki,
orada terminlərdən istifadə olunmasın. Bu səbəbdən, terminoloji
işi düzgün təşkil etmək, terminologiyanın inkişafını düzgün
istiqamətləndirmək qarşıda duran mühüm vəzifələrdən biridir.
Azərbaycan ədəbi dilinin lüğət tərkibinin zənginləşməsi
mürəkkəb bir proses olaraq davam edir. Elmi terminologiyanın
müxtəlif dillərdə inkişafı onların dünya sivilizasiyasına
qovuşmasına səbəb olmuşdur. Milli dillərin terminologiyasına
bir qayda olaraq dildə işlənən bütün terminlərin məcmusu kimi
baxılır. Terminlər elmi-texniki kommunikasiya, müxtəlif elmi-
texniki kəşflər prosesində yaranır. Cəmiyyət inkişaf etdikcə,
ictimai-siyasi dəyişikliklərlə bağlı dilin leksik sistemində
terminlərin sayının artması zəruriləşir. Məhz buna görə də
terminoloji leksikanın inkişaf sürəti ümumi leksikanın
inkişafını hazırda qabaqlayır. Çünki terminoloji qatın ayrı-ayrı
elm sahələrində müxtəlif anlayışları adlandırmaq ehtiyacı
ümumi lüğət tərkibində yeni leksik vahidlərin yaranmasına
nisbətən üstünlük təşkil edir.
Azərbaycan dilində müxtəlif elm sahələrinə aid terminoloji
baza dilin öz daxili imkanlarından əlavə rus və Avropa
dillərindən
alınmış
beynəlxalq
terminlər
əsasında
formalaşmışdır. Lakin elmi-texniki tərəqqi, ictimai-siyasi
həyatın inkişafı terminoloji sistemlərin fasiləsiz olaraq
dəyişməsinə və inkişafına təsir göstərir. Ona görə də
terminologiyada baş verən dəyişiklikləri diqqətlə izləmək və
terminologiyanın inkişafını həmişə düzgün istiqamətləndirmək
zəruridir. Belə ki, müstəqillik illərində Azərbaycan dilinin
Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
10
lüğət tərkibində köklü dəyişikliklər baş verir. Bu hər şeydən
əvvəl Azərbaycan dilinin başqa dünya dilləri ilə birbaşa
əlaqələri ilə bağlıdır. Çünki elmi-texniki tərəqqi, ictimai-siyasi
həyatın inkişafı terminoloji sistemlərin fasiləsiz olaraq
dəyişməsinə və inkişafına təsir göstərir.
Müxtəlif sahə terminologiyaları uzun illər dilçilər
tərəfindən geniş şəkildə araşdırılmışdır. Bu baxımdan ictimai-
siyasi, dilçilik, fəlsəfə, ədəbiyyat, riyaziyyat, fizika, musiqi,
iqtisadiyyat, hərbi, inşaat, telekommunikasiya, hüquq, kimya,
aviasiya sahə terminlərinin linqvistik təhlilləri, inkişafı,
yaranma yolları, mənbələri və üsulları ilə bağlı tədqiqatlar
diqqət cəlb edir [2, 5, 7, 18, 21, 24, 25, 26, 27, 29, 30, 33, 40,
50, 56, 68,74, 76, 81].
Dövrü terminologiyanı əks etdirən monoqrafiya və
tədqiqatlarda dilin terminoloji sisteminin formalaşması
qanunauyğunluqları, terminyaratmanın forma və üsulları, mən-
bələri haqqında ümumi nəzəri əsaslar tədqiq edilmişdir [28,
36,44, 53,61,73,83,84,85, 88,91,111].
S.Sadıqova əsərində terminlərin dilimizin terminoloji
sistemindəki
mövqeyini,
yaranma
üsullarını
dəqiq
müəyyənləşdirərək, hansı mənbələr əsasında formalaşması və
inkişafını izlənilməklə bütövlükdə terminologiyanın nəzəri
əsaslarını şərh etmişdir [85].
M.A.İsmayılovanın
əsərində
isə
Azərbaycan
terminologiyasının təkmilləşməsinin, unifikasiya edilməsinin,
standartlaşdırılmasının nəzəri və praktik məsələləri şərh
olunmuş, termin yaradıcılığının linqvistik və məntiqi linqvistik
|