Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
31
Elmin bir çox sahələrinin sistemli şəkildə araşdırılması
respublikamızda elmin inkişafına təkan vermişdir. Bu
inkişafla bağlı mütəxəssislər və elmi-tədqiqatla məşğul olan
tədqiqatçıların araşdırmaları dil bazasının genişlənməsinə,
yeni terminlərin, anlayışların yaranmasına səbəb olur. Bunu
nəzərə alaraq elmin bütün sahələrində çalışan tədqiqatçıların
qarşılaşdıqları
çətinlikləri
aradan
qaldırmaq,
zəruri
ehtiyaclarını təmin etmək məqsədilə elmi bazanı özündə əks
etdirə bilən lüğətlərin ana dilində işlənib hazırlanması zərurəti
yaranmışdır.
Termin elm, texnika, iqtisadiyyat və mədəniyyət sahəsində
dəqiqləşmiş anlayışları adlandıran, izah edən, definitiv
funksiyaya malik olan sözdür. Termin dəqiq olmaqla bərabər,
həm də qısa olmalıdır. Terminin qısalığı onun asan
mənimsənilməsi, yadda yaxşı saxlanılması üçün əsas şərtdir.
Sözün termin kimi formalaşması çoxmərhələli prosesin
nəticəsidir. Belə ki, terminin yaranması üçün ilk növbədə
anlayış mövcud olmalı və bu anlayışı ifadə edən söz onun
əlamətlərini dəqiq ifadə etməli, definitiv mənaya malik ol-
malıdır. İkinci mərhələdə termin-sözün əlavə mənaları
kənarlaşdırılır, onun işləklik səviyyəsi müəyyənləşdirilir.
Üçüncü mərhələ unifikasiya, standartlaşma və kodifikasiyadır.
Bu zaman termin-söz üçün ən uyğun forma seçilir və o, elmi
lüğətlərdə yer alır. Beləliklə, terminologiyada termin
yaradıcılığı mütəxəssislərin fəaliyyəti nəticəsində tənzimlənir
və inkişaf edir.
Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
32
1.2. Elmi terminoloji leksikanın inkişafında dialekt
sözlərinin rolu
Müasir dövrdə ayrı-ayrı dillərin inkişafının əsas mənzərəsi
ən çox terminologiyada əks olunur. Ona görə ki, dilin lüğət
tərkibində meydana gələn yeni sözlərin əksəriyyətini terminlər
təşkil edir. Azərbaycan dilində də belədir. Terminoloji leksika
dilin ümumişlək leksikasından fərqli olaraq özünəməxsus
spesifik inkişaf xüsusiyyətləri ilə fərqlənir. Terminlərin
yaranmasının əsasında dilin öz sözlərinin semantik baxımdan
terminləşməsi, terminalma, beynəlmiləlləşmə, digər dillərdən
birbaşa götürmə, təbii və texniki elmlər terminlərinin
modifikasiyası,
qrammatik
üsullarla
terminyaratma,
abreviasiya və s. durur.
Termin yaradıcılığı üçün əsas zəmin anlayışın
yaranmasıdır. Anlayışın təkmilləşdirilməsi üçün mühüm vasitə
anlayışın digər anlayışlarla münasibətidir. Burada digər məna-
ların əsas anlayışla ayrı-ayrılıqda münasibəti əsas rol oynayır.
Bu baxımdan, terminologiyanın inkişafı bu tip hadisələr üçün
mühüm şərait yaradır. Belə ki, terminoloji leksikanın inkişafı
nəinki terminoloji səviyyədə söz və anlayış arasındakı
münasibəti, eləcə də anlayışların özləri arasındakı münasibəti
aydınlaşdırmağa imkan verir. Sözün terminoloji leksikada
yerini tapması üçün anlayışın olması və onu ifadə edən sözün
mənasının semantik inkişafı və təkmilləşməsi əsas şərtlərdən
sayılır. Məsələn, söz anlayışın mahiyyətini tam dərk etmək və
açmaq üçün onu digər anlayışlarla əlaqəsini dəqiqləşdirir
(fonem, morfem və s.) Beləliklə, söz anlayışla bağlı dərketməni
daha da dərinləşdirmiş olur. Bir anlayışın digər anlayışla
|