Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu vəfa iSGƏNDƏrova



Yüklə 5,53 Mb.
Pdf görüntüsü
səhifə24/78
tarix28.12.2021
ölçüsü5,53 Mb.
#17126
1   ...   20   21   22   23   24   25   26   27   ...   78
4.  Sicilləmələr
4.1.  Badi-badi  giriftar,  hamam-hamam  içində,  xəlbir saman 
içində,  dəvə  dəlləklik  edər  köhnə  hamam  içində.  Qarışqa  şıllaq 
atdı,  dəvənin qıçı batdı.  Hamamçının tası yox,  baltaçmın baltası. 
Orda bir tazı  gördüm,  onun  da xaltası  yox.  Ömrümdə  çox  şilaşı 
yemişəm, heç belə yalan deməmişəm (33,  163).
4.2.  Həkatı-hükatı.  İldə  verər  yeddi  tavar  zəkatı.  Boyaqçı 
küpün açdı, boyadı məmləkəti.  Milçək mənzilli Kür keçdim.  Ya­
ba  ilə  dovğa  içdim.  Bu  boyda  yalan  görməmişdim...  Belə  rəva­
yət edirlər ki, müsəlman ölkəsində  çox varlı bir sövdəgər v ar  idi 
(15,  141).
4.3.  Sizə  kimdən  deyim,  kimdən  danışım,  dır-dır  arvadlar­
dan,  ilan  vuran,  iman  qıran,  saman  altdan  su  yeridən,  yabaynan 
doğa  içənlərdən,  qarışqa  minib  çaydan  keçənlərdən-paxıl 
bacılardan (17, 274).
4.4.  Bəli,  nağıl  binasını  qoyaq  yavaş-yavaş,  olum  qapında 
qulnan  qaravaş.  Dövlətli  plova  şıllaq  vurar,  kasıb  tapmaz  bir 
kasa  bozbaş”  (32,  311);  “Həkan-həkan  içində,  qoz  girdəkan 
içində,  xəlbir  saman  içində.  Dəvə  dəlləklik  edər  köhnə  h am an  
içində,  Qarışqa şıllaq  atdı,  dəvənin böyrü batdı.  Biri var idi,  biri 
yox  idi,  Allahdan  başqa  heç  kim  yox  idi,  Sizə  haradan  xəbər 
verim Misir şəhərindən (33,  5).
4.5.  Sizə  haradan  xəbər  verim,  az  danışanlardan,  qaradin- 
məzlərdən,  mırt-mırt  arvadlardan,  hürməyən  itlərdən,  ulamayan 
çaqqallardan,  çoxdanışanlardan,  dilli  arvadlardan,  küsəyənlər­
dən, oğrulardan,  yalançılardan, yoldaşa xain olanlardan, vəfasız­
lardan,  əhdinə  əməl  etməyənlərdən,  buzov  minib  çay  keçənlər­
dən,  xoruz  belində  bostan  əkənlərdən,  kosasaqqallardan,  göy- 
gözlərdən,  nə  bilim  nədən,  nə  bilim  nədən...  Lənət  quyruqlu 
yalana,  rəhmət quyruqsuz düzə,  bir qoz pozana,  iki  qoz düzənə, 
rəhmət  yazana  lənət  pozana.  Söz  qalsın,  insan  getsin,  yaxşılıq 
qalsın,  pislik  getsin,  dost  var  olsun,  düşmən  puç  olsun,  ağıllı 
yesin, ağılsız hesablasın. İndi gələk mətləbə (4, 220).
152
4.6.  Həkan-həkan  içində,  qoz  girdəkan  içində,  dəvə  dəl­
ləklik  edər qoz  girdəkan içində.  Qarışqa şıllaq atdı, dəvənin qıçı 
batdı,  milçək  mindik,  körpü keçdik,  yabaynan  dovğa  içdik.  Şah 
Abbas cənnət-məkan,  tərəziyə vurdu təkan.  İki  qoz bir girdəkan. 
Günlərin  bir  günündə  Sizə  kimdən  xəbər  verim,  Şah  oğlu  Şah 
Abbasdan (34,  172).
4.7.  Raviyani  əxbar,  nağilani  asar,  şirin  şəkər,  xoş  giriftar, 
Şah  Abbas  cənnətməkan,  tərəziyə  vurdu  təkan,  iki  qoz  bir girdə­
kan. Biri vanymış, biri yoxuymuş, bir padşah vanymış (34,163).
4.8.  Nağıl-nuğul  bilmirəm,  bilsəm  də  söyləmirəm,  şahdan 
gəlmiş  nökərəm,  dinmə  qabırğaların  sökərəm.  Sizə  haradan  da­
nışım, kimdən danışım, keçmişlərdə bir kişi var imiş (34, 276).
4.9.  Raviyani-əxbar,  nağılani-əsar  və tutiyani-şəkər,  şəkəri- 
şirini-köftar,  böylə  rəvayət  edir.  Sür-süpür  gəl,  pibkər,  gəl  sənə 
kimdən  xəbər  verim,  Şah  oğlu  Şah  İsmayıl,  mənzili  məkan,  iki 
qoz  bir  girdəkan  tərəziyə  vurdu  təkan,  Kürü  o  taya  keçdik,  yab 
ilə  doğa  içdik!  Atovun  goru  dağılsın  yalan  yiyəsi,  bir  belə  də 
yalan  görməmişdik.  Hindalan-hündalan  Kür  qırağı  köndələn, 
kəklik otu bəndalan.  Xan sənsən, mən mənəm qorxma sənə dəy­
mərəm.  Hekayəti-məkati,  ildə  verər  əlli  batman  zəkatı,  boyaqçı 
küpü  açdı  boyadı  məmləkəti,  hamamçının  tası  yox,  heç  faydası 
yox.  Qarışqa  şıllaq  atdı,  dəvənin  gözü  çıxdı.  Ay  ağalar,  ay  qar­
daşlar,  bir  milçək  ovladıq.  Acıqlandı  qalxdı  havaya,  onun  yağın 
tutduq  saldıq  tavaya.  Onun  sümüyündən  bir  dəryaya körpü  düş­
dü.  Yüklü-yüklü,  cüklüc-cüklü  sərçələr  keçdi.  Eniş  gəldi,  qəniş 
gəldi  görək yazıq  Məlik Məmmədin başma nə gəldi.  Ətçidə yox, 
mətçi  də  Koroğlu közətçidə yox,  İbrahim xan nayçıda yox, Bay­
ram  xan  zurnaçıda  yox,  mənə  tapılmaz  çaxmağı  yox  tüfəng. 
Çaxmağı  yox  tüfəngi  götürüb çıxdım  ova.  Eylə  vurdum  dovşanı 
iki  qabırğaları  sındı,  özünün  xəbəri  yox.  Yapışdım  bir  əlindən, 
bir ayağından.  Ay qarınənə,  bizə bir qazança ver aş eyləyək.  De­
di:  “Ay  qadan  alım,  bu  evdən  o  evə  gedərsən  üç  qazança  var, 
ikisi  sınıq,  birinin dibi  yox”.  Bu dibi  yox  qazançada dovşanı  elə 
bişirdik  sümkləri  həlli-məhəl  oldu,  ətinin  xəbəri  yox.  O  qədər
153


yedik  bindan  dodaqlarımız  çatladı,  qarnımızın  xəbəri  yox.  A y  
qarı  nənə,  yandıq  susunnan!  Dedi:  “Ay  qadan  alım,  bu evdən  o 
evə  keçərsən üç  hovuz var,  ikisi  qurudu,  birinin  suyu yox.”  H o ­
vuza qublanıban o  qədər içdik ki,  dodaqlarımız köpdü,  qarn ım ı­
zın  xəbəri  yox.  Dedik:  “Ay  qan  nənə,  amandı,  götür  bizim  ç a ­
rıqlarımızı” Dedi:  “Ay qadan alım, bu evdən o  evə  gedərsən,  ç a -  
nqlanm z  ordadı”  Bəli,  Abı  yoldaş  dedi,  obu  yodaş  dedi:  “M ə n  
yoldaşın çarığının tayı yox” Bəli, səs saldıq, soraqçı saldıq rə v a n  
olduq  Küdrü  san.  Belə  deyirlər  ki,  az  getdik,  uz  getdik,  a c ı 
yovşanlıq,  şirin  biyanlıq,  mənzil  kəsdik  yol  getdik,  dərələrdən 
yel  kimi,  təpələrdən  sel  kimi,  badeyi-sərsər  kimi  açıldıq  q əlb lər 
kimi,,  yığıldıq  kəmənd  kimi,  gündə  bir  iynə  boyu  yol  getdik, 
getdik çıxdıq Küdrünün belinə.  Hayiqət gördük ki, çarıq bir zən i 
əkib  ki,  iki  göz  gərək  tamaşaya.  Bəli!  Çini  soluyub  düşdük  b u  
taxılı  yaxşı-yaxşı  biçməyə.  Çin  biçirdi,  biz  də  dərz bağlayırdıq. 
Bira də  gördük  həmin  dovşanın  bir  qaçır.  Çini  silkələdik,  çin in  
dəstəsi  şup, eləyib  girdi dovşanın qamma,  dovşan biçdi, biz d ərz 
bağladıq,  vurduq  tavaya.  Yoldaşın  biri  istədi  papurus  çəksin. 
Paprosu  yandırcaq  tayamızı  od tutdu.  Tayanın  içindən  bir palan 
çıxdı,  palam  yardıq,  hamısı  yalan  çıxdı!  Biri  varmış,  biri  y o x ­
muş, Allahdan başqa heç kim yox  imiş (62, 7-8).
4.10.  Matal, matal,  mat atar, bir kişi xurma satar,  Arvad  d e­
yər,  gətir mən yeem, baxağ kim borca batar (46,149).
4.11. Hamam hamam içində, xəlbir saman içində. Dəvə d əl­
ləklik elər, kühne hamam içində. Qarışqa şıllaq atdı, dəvənin bu­
du batdı.  Hamamçının tası  yux, dəlləyin güzgüsü yux (18, 308).
4.12.  Sizə  kimdən deyim,  kimdən danışım,  dır-dır arvadlar­
dan,  ilan  vuran,  iman  qıran,  saman  altdan  su  yeridən,  yabaynan 
doğa  içənlərdən,  qarışqa  minib  çaydan  keçənlərdən-paxıl  bacı­
lardan (17, 274).
4.13.  Əriştə  aşı,  kələm  turşusu,  isti-isti  içər,  yandırar ağzın 
kasıbın, bazara gedər, alverin bilməz, aldadarlar kasıbı (1,206)
154

Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin