AZƏrbaycan miLLİ elmlər akademiyasi fəLSƏFƏ VƏ HÜquq institutu islam tariX, FƏLSƏFƏ VƏ HÜquq


DÜNYA – insanı ölümünə qədər əhatə



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə9/49
tarix21.04.2017
ölçüsü5,04 Kb.
#15072
1   ...   5   6   7   8   9   10   11   12   ...   49

DÜNYA – insanı ölümünə qədər əhatə
edən bütün maddi və mənəvi aləmdir. Ölüm
anından sonra hər bir insan o biri dünyaya –
yəni,  axirət həyatına intiqal etmiş olur.
Kainat sonlu, axirət isə sonsuzdur. Buna görə
də, hər bir şəxs bu dünyada yaşayarkən
axirətdə  Allah tərəfindən bağışlanması
haqqında düşünməlidir. Allah Quranda
dünya həyatını insanlar üşün geniş izah et-
mişdir. İnancsız insanlar dünyanın keçici
nemətlərinə uyarkən möminlər həm dünyanı,
həm də axirət həyatını eyni dərəcədə
qiymətləndirilər. 
E
EHRAM (I) – kətan və ya pambıqdan,
altdan biçilməmiş iki parçadan ibarət olan
müsəlman zəvvarın geyimidir. Parçanın biri
beldən ayaqlara doğru sarılır, digəri isə
qabaqdan və arxadan bənd edilir. Zəvvarın
sol çiynindən aşırılaraq sinəsini və kürəyini
örtür. İhram geyinmənin ilkin vəzifəsi
keçdiyi yerlərin əhalisinə gəlişin dinc məqsə-
dini göstərməkdir.
EHRAM (II) – zəvvarın həcc və ümrədə
ziyarətdə ihramda olarkən müəyyən əməl-
lərin qadağan edilməsi halında olmasıdır.
İhram halında canlıların öldürülməsi, bitk-
ilərin məhv edilməsi, ağac və kolların
sındırılması, saç və dırnaqların tutulması,
üzün qırxılması və bəzi başqa əməllər
qadağan olur.
EHSAN – yaxşılıq etmə və yardımlaş-
madır. Yardımlaşma həm maddi, həm də
mənəvi davranışdır. Ehsan həmçinin Allah
rızasını qazanmaq məqsədi ilə doğru yollarla
qazanılan vasitələrdən ehtiyac içində olan in-
sanlara maddi və mənəvi yardım göstər-
məkdir. 
ELM – isbatlanmış obyektiv biliklərdir.
Bu anlayış İslamda ehkamlarla çərçivələn-
mişdir. İslama görə elmin qaynağı Allahdır.
Ona yönəlmək alqışlanır, yaxşı işlərdən
hesab edilir. Məhəmməd peyğəmbərə nazil
olunmuş ilk Quran ayələrində (96: 1-3) elmə
yönəlmənin və oxumağın vacibliyi vurğulan-
mışdır. Quranda “elm” sözü və onun müx-
təlif sinonimləri dəfələrlə zikr edilməkdədir.
Elm yalnız oxumaqla deyil, Allahın verdiyi
xüsusi istedadla da əldə edilir. Elmi bilik va-
sitəli və ya vasitəsiz yollarla əldə edilə bilər.
Vasitəsiz bilik insana doğuşdan, fitrətən
50
DUA

Allah tərəfindən verilir. Vasitəli bilik isə in-
sanın zəhməti qarşılığında çalışmaqla əldə
edilir. Məhz, dini və dünyəvi elmlər bu yolla
əldə edilməkdədir.
İslam təlimlərində bilik üç vasitə ilə əldə
oluna bilər: duyğu orqanları, metafizik və
araşdırma yolu ilə əldə olunan elmlər. Dinə
görə ayrı-ayrı biliklərin əldə olunması bütün
müsəlmanlar üçün vacibdir. Məsələn, müsəl-
manlar halalı haramdan, yaxşını pisdən ayır-
malıdırlar. Digər elmlər isə ehtiyac olduqca
öyrənilməlidir. İslamda bütün pisliklər haqsı-
zlıq, elmsizliklə əlaqələndirilir. Pisliyin nə
olmasını anlayan insan, onun elmsizlik və
inancsızlıqdan ortaya çıxdığını dərk et-
məkdədir. İslamın müxtəlif elm sahələrini
bilən alimlərə “üləma” deyilir. Onlar elmləri
qarşılıqsız öyrətməli, heç bir qazanc və
şöhrət məqsədi güdməyərək yalnız İslamın
yüksəlişi üçün çalışmalıdırlar. Eyni zamanda,
sadə olmalı, bilikləri ilə öyünməməlidirlər.
Müsəlman aliminin ən başlıca məqsədi alın-
mış biliklərin başqa insanlara, yəni müsəl-
manlara ötürməli, onu ölkənin
çiçəklənməsinə yönəltməlidir. Bunu etmək
vacibdir. İslamda dini elmlər ilahiyyat adı al-
tında öyrənilir. Bunlardan bəziləri aşağı-
dakılardır: əxlaq - gözəl davranış haqqında;
kəlam – Allahın varlığı və sifətlərini öyrənən;
təcvid – Quranın düzgün və qaydalara uğun
oxunmasını öyrədən elm sahəsidir; təfsir isə
– Quranın izah olunması istiqamətində for-
malaşan elmidir; hədis – peyğəmbərin
kəlamlarını araşdıran elm sahəsidir. İslamın
inanc doktrinası, hüquq və əxlaq qaydaları
“ilmihallar” və “risalələr” adlanan kiçik məc-
muələrdə yer alır.
EŞQ – sevgi hissinin ən yüksək mərtəbə-
sidir. Müsəlman hər şeydən öncə Allahı
sevməlidir. Çünki, Allahı sevmək hər bir
müsəlman üçün əsasdır. Qadına, anaya, ataya
və övladlara olan sevgi dinin buyruqlarına
zidd deyilsə, təqdir edilir. İnsanın Allaha olan
sevgisi Quranda (5: 54) da anılmışdır. 
Eşq  sufilikdə ən geniş yayılmış bir
mövzulardan biridir. Mərifət və idrak ol-
madan məhəbbətin hasil olması düşünül-
məzdir. Çünki insan ancaq tanıdıqlarını
sevər. Bunun üçün mərifətdən məhrum olan
insanlar sevgidən də uzaq olarlar. Sevmək
idrak edən canlının ən əsas xüsusiyyətidir.
Sevgi, idrak və mərifətə tabedir. Ancaq, sevgi
sadəcə beş duyğu orqanının idrakından ibarət
deyildir. Bunlardan əlavə ağıl və qəlbin
idrakı da vardır. Çünki, batini bəsirət, zahiri
gözdən daha qüvvətlidir. Qəlb isə idrak
baxımından gözdən daha güclüdür. Teosofik
sufi İbn Ərəbi də eşqin gücünü məhz mərifət
və idrakda görürdü. Ona görə də, İbn
Ərəbinin və onu kimi düşünən mütəfəkkir-
lərin eşq təcəssümləri yaddaşlara hək olmuş-
dur. Çünki, İbn Ərəbi və onun kimi düşünən
elm və irfan əhli eşqi deyil, eşqin həqiqətini
axtarırdılar. “Eşq aşiqlər üçün həqiqət yolunu
işıqlandırır” deyən Füzuli, “Eşqin həqiqəti,
Allahın zatı ilə eynidir” deyən İbn Ərəbi ilə
eyni düşüncəni paylaşmışdır.
ETİQAF_–_özünə_qapanma_və_ya_inzi-__vaya_(təkliyə)_çəkilməkdir.'>ETİQAF – özünə qapanma və ya inzi-
vaya (təkliyə) çəkilməkdir. Müəyyən şərt 
istəklərlə məsciddə Allaha ibadət etmək üçün
bir necə gün təkliyə çəkilmək anlamında
işlədilən bir termindir. Vacib və müstəhəb ol-
maqla iki növ etiqaf vardır. Etiqafı niyyət
edən müsəlman üçün bu davranış vacibdir.
Ramazan ayının sonuncu on günündə bütün
fikrini Allaha yönəldərək dualar edən hər bir
müsəlman etiqaf edə bilər. Etiqaf etmək
müstəhəbdir. Etiqafı edən insan müsəlman,
eləcə də sağlam düşüncəli adam olmalıdır.
Məsciddə olarkən etiqafda olan müsəlman
təmiz (qüsul almış və dəstəmazlı) olmalıdır.
Etiqaf zamanı müsəlman məscidi yalnız
üzrlü səbəbdən tərk edə bilər. Əks halda
etiqaf pozulmuş olur. Cinsi əlaqəyə girmək
istəyi və sağlam düşüncədə olmama durumu
da etiqafı pozar. 
51
ETİQAF

EVS –  Mədinə qəbilələrindən biri ol-
muşdur. İslamı qəbul etdikdən sonra evsilər
ənsarlardan olmuşdurlar. Bu qəbilə öncə
Yəməndə yaşamışdırlar. Sonra onlara qohum
olmuş Xəzrəc qəbiləsi ilə Yəsribə (Mədi-
nəyə) köçmüşlər. İslamdan öncə onlar baş
tanrı hesab etdikləri Mənata tapınırdılar. Yəs-
ribdə evslilər yəhudilərlə birlik təşkil edərək
güclənmişdirlər. Ancaq bir qədər sonra, on-
lardan daha böyük olan Xəzrəc qəbiləsi ilə
qarşıdurmaları baş vermişdir. Bu qarşıdur-
malar onilliklər boyu davam etmişdir. On-
ların arasındakı sonuncu qanlı toqquşma
Buas döyüşündə olmuşdur. Kureyzə və Nadir
kimi yəhudi, eləcə də bəzi ərəb qəbilələrinin
yardımı ilə evslilər Xəzrəciləri məğlub edə
bilmişlər. Ancaq, uzun sürmüş savaşlar
səbəbindən gücdən düşmüş evslilər bu üstün-
lükdən istifadə edə bilməmişdirlər. 
Xəzrəclilər isə qüreyşlilərdən dəstək
almaq üçün Məkkəyə öz elçilərini göndər-
mişdirlər. Orada Məhəmməd peyğəmbərlə
görüşmüş xəzrəclilər anladılar ki, onların
evsilərlə onilliklər boyu davam edən qarşı-
durmalarına yalnız onun yaydığı dinin va-
sitəsi ilə son qoymaq mümkün olacaqdır.
Onlar İslamı qəbul edən kimi evslilər də İs-
lamı qəbul etmişdirlər. Artıq Məhəmməd
peyğəmbərə Əqəbədə birinci beyət zamanı
on xəzrəcli ilə birlikdə iki evsli iştirak et-
mişdir. Əqəbədə ikinci beyətə evsilər daha
böyük sayla gəlmişdirlər. Onlar Məhəmməd
peyğəmbəri  qorumağa, bütün qovulan
məkkəli müsəlmanlara sığınacaq verəcək-
lərinə söz vermişdirlər. 
Məkkəli müsəlmanlar Yəsribə hicrət et-
dikdən sonra evslilər və xəzrəclilər birlikdə
ənsar” (peyğəmbərin havadarları) ad-
landırılmışlar. Bununla da evslilər və xəzrə-
clilər arasındakı qarşıdurmalara son
qoyulmuşdur. Daha sonra onlar birlikdə
İslam dövlətinin yaranması işində aktiv
fəaliyyət göstərmişdirlər. 
Məhəmməd peyğəmbərin vəfatından
sonra evslilərin çoxu Əbu Bəkrin xəlifə ol-
masını dəstəkləmişlər. Bundan sonra onlar
başqa müsəlmanlar kimi onun xəlifəliyi
dövründə Ərəbistanda dinlərindən dönmüş
(riddət II etmiş) qəbilələrlə igidcəsinə vuruş-
muş, İslamın möhkəmlənməsində böyük
işlər görmüşdürlər. Sonra onlar İslam ordusu-
nun sıralarına qatılaraq İran, Bizans, eləcə də
müxtəlif yerlərdə İslam dinini yaymışdırlar.
Ə
ƏBABİL – Fil ilində Məkkəyə hücum
etmiş Həbəşistan kralı Əbrəhənin qoşun-
larına, Allahın buyruğu ilə hücum edərək
onları darmadağın etmiş quşlardır. Əbabil
quşları haqqında Quranda (105: 1-5) məlu-
mat verilməkdədir. Bu möcüzəyə görə Əb-
rəhənin qoşunları şəhəri ələ keçirə və Kəbəni
yağmalaya bilməmişlər. Bu hadisə Məhəm-
məd peyğəmbərin anadan olmasından az
əvvəl baş vermişdir.
ƏBBAD İBN BİŞR (13/634-cü ildə
həlak olmuşdur) – Məhəmməd peyğəmbərin
səhabələrindən biri olmuşdur. O, Mədinədə
dünyaya göz açmışdır. Məhəmməd peyğəm-
bərin  Mədinəyə göndərdiyi Müsab ibn
Ümeyrin vasitəsi ilə İslamı qəbul etmişdir. İs-
lamı qəbul etdikdən sonra o, xəlvətə çək-
ilərək günlərini Allaha ibadət etməklə
keçirmişdir. Quranın ən yaxşı bilicisi hesab
edilirdi. Yəmmamədə yalançı peyğəmbər
Müseyliməyə qarşı döyüşdə şəhid olmuşdur.
ƏBBAN İBN SƏİD –  Məhəmməd
peyğəmbərin səhabələrindən biri olmuşdur.
Qüreyşlilərdən olan Əbban İslamı gec qəbul
etmişdir. Əbban uzun müddət müsəlmanlara
qarşı olmuşdur. Onun qardaşları Əmir və
Xalid İslamı qəbul etdikdə Əbban onlarla
düşmənçilik etmişdir. Hətta, Əbban Bədr
52
EVS

döyüşündə müsəlmanlara qarşı belə
döyüşmüşdür. Bu döyüşdə onunla birlikdə
müsəlmanlarla döyüşən qardaşları Übeyd və
As öldürülmüşdür. 
Bütpərəstlərlə Hüdeybiyə anlaşmasında
Əbban  Məkkəyə danışıqlar aparmaq üçün
getmiş,  Məhəmməd peyğəmbərin elçisi
Osman ibn Əffanı öz himayəsi altına
almışdır. Əbban sağlam düşüncəli bir insan
idi. Müsəlmanlara qarşı olduğu bütün illər
boyu İslamı tədricən öyrənmişdir. Rə-
vayətlərə görə o, tez-tez Suriyaya səfər edər-
miş. Bu səfərlərin birində bir rahib ona
Ərəbistanda bir peyğəmbərin gəlməsi
haqqında məlumat vermişdir. Əbban o
peyğəmbərin məhz, Məhəmməd olduğunu
anlamışdır. Bundan sonra o, Məkkəyə qayı-
daraq müsəlmanlarla düşmənçiliyinə son
qoymuşdur. O, Xeybər döyüşündən əvvəl, İs-
lamı qəbul etmiş, sonra Mədinəyə hicrət et-
mişdir. Məhəmməd peyğəmbər vergilərin
toplanılması vəzifəsini ona həvalə etmişdir.
O, Əbu Bəkrin xəlifəliyi dövründə Bizansa
qarşı aparılan döyüşlərin birində şəhid ol-
muşdur.
ƏBDUH MƏHƏMMƏD (1265/1849-
1322/1905) – Camaləddin Əfqanin tələbəsi
və davamçısı olmuşdur. O, Misirdə türkmən
ailəsində doğulmuşdur. İlk təhsilini mə-
drəsədə alan Məhəmməd Əbduh Quran
hafizi olmuşdur. Sonra atası onu Tantaya
“Əhmədiyyə”  məscidindəki şeyx
Səid
Bədəvinin sufi təriqətinə oxumağa göndər-
mişdir. Məhəmməd Əbduh bu təriqətin üsu-
luna uyğun təhsilini bitirdikdən sonra,
Qahirədəki “Əl-Əzhər” universitetinə daxil
olmuşdur. O, 1394/1877-ci ildə Əl-Əzhəri
bitirmiş və doktorluq dərəcəsi almışdır. O,
həmçinin həmin universitetdə müəllimlik də
etmişdir. Məhəmməd Əbduh dini elmlərdən
başqa dünyəvi elmlərə də maraq göstər-
mişdir. O eyni zamanda, siyasi-ictimai
fəaliyyətlə də məşğul olmuşdur. Onun
məqalələri Misirin bir çox tanınmış nəşr-
lərində, daha çox “Əl-Əhram” qəzetində nəşr
edilirdi. O illərdə Əbduh Camaləddin Əfqani
ilə də tanış olmuşdur. 1300/1883-cü ildə
Orabi paşanın üsyanında iştirak etməsinə
görə Məhəmməd Əbduh Misirdən qovulmuş
və bir müddət Fransada mühacirətdə olmuş-
dur. Burada o, Camaləddin Əfqani ilə bir-
likdə müsəlman maarifçiləri arasında çox
tanınan “Urvai-Vüsqa” (Möhkəm əlaqələr)
qəzetini nəşr etdirmişdirlər. 1302/1885-ci
ildə o, Beyruta gəlib burada bir neçə kitab
yazmışdır. 1305/1888-ci ildə Misirə qayıtdıq-
dan sonra ölkədə yüksək vəzifələrdə
çalışmışdır. O, eyni zamanda, “Əl-Əzhər”
universitetində mühazirələr də oxumuşdur.
Daha sonra Məhəmməd Əbduh Misirin baş
müftisi olmuşdur. Eyni zamanda o, “Əl-
Əhzərin” təhsil sistemində islahatların aparıl-
masına nail ola bilmişdir. O, Camaləddin
Əfqaninin İslama qayıdış şüarı ilə yenidən-
qurmanın aparılması ideyalarını inkişaf et-
dirmişdir.  İctihad qapısının bağlı olması
iddialarını tənqid edərək məzhəb və müc-
təhidlərin təqlid edilməsinə qarşı çıxmışdır.
Onun verdiyi fitvalar nəticəsində bəzi müc-
təhidlər ona qarşı çıxış etmişdirlər. Məsələn,
bir fitvasında o banklardan faiz alınmasına
icazə vermişdir.
Bu kimi çıxışlarına görə bir çox müsəl-
man din xadimləri onu kəskin tənqid atəşinə
tutmuşdurlar. Xüsusi ilə də onun bu islahatçı
fitvalarına qarşı “Əl-Əzhar” universitetinin
tanınmış alimi Osmanlı imperiyasının
şeyxülislamı olmuş Mustafa Səbri Əfəndi
çıxış etmişdir. 
Cəmiyyətin siyasi quruluşuna gəldikdə
isə deyə bilərik ki, Məhəmməd Əbduh ölkə
başçılarının dini işlərə qarışmasına qarşı sərt
mövqe tutmuşdur. Ölkə başçısı Tanrının
istəyini yerinə yetirən vasitəçi deyil, yer
üzərindəki işləri nizamlayan şəxsdir. Hakim-
lərə, şeyxülislamlara və başqa din adamlarına
gəldikdə isə onlar, kilsədəki kimi yalnız dini
53
ƏBDUH MƏHƏMMƏD

işlərlə məşğul olmalı, hakimiyyətə can atma-
malıdırlar.
Məhəmməd Əbduh xalq hakimiyyətini
dəstəkləyərək ölkədə dövlət başçısının seçk-
ilər yolu ilə seçilməsinin tərəfdarı kimi çıxış
etmişdir. O, parlament quruluşunun üstün-
lüyünü iddia etmiş; ölkəyə xalqın istəyinə
uyğun başçılıq edilməsini dəstəkləyib, bütün
bunların dinin əsasında əks olunduğunu qeyd
etmişdir. O, konstitusiya ilə idarə olunan
dövlət sistemini tövsiyə etmişdir.
Daha sonra bir müfti kimi o, parlamenta-
rizmə tədricən gedilməsini tövsiyə etmişdir.
Parlamentarizmə gedən yol, müvəqqəti dik-
taturadan başlaya bilər. Diktator cəmiyyətdə
ədaləti qoruyub-saxlamalı, özbaşınalığın
qarşısını almalıdır, sonra isə ölkəni tədricən
parlamentarizmə və demokratiyaya
aparmalıdır. Məhəmməd Əbduha görə
azadlıq ideyaları tədricən formalaşdırılmalı
və bu ideyalar isə ölkəni uçurumlara sürük-
ləməməlidir. Eləcə də, Məhəmməd Əbduh
ölkə başçılarına qarşı hər hansı bir üsyanın
yolverilməz olduğunu qeyd edirdi. Çünki,
belə olan təqdirdə ölkədə qarışıqlıq və xaos
yarana bilər. 
ƏBDÜL-MÜTTƏLİB  –  Məhəmməd
peyğəmbərin babası olmuşdur. Haşimin
(Haşimilərin lideri) ölümündən sonra həccin
təşkili ilə bağlı işləri onun qardaşı Müttəlib
ibn Əbdul-Mənaf öz öhdəsinə götürmüşdür.
Bir neçə il sonra o Haşimin oğlu Şeybənin
yanına  Mədinəyə getmiş və onu özü ilə
Məkkəyə gətirmişdir. Orada Şeybəni Əbdül-
Müttəlib (Müttəlibin köləsi) adlandırmağa
başladılar. Sonralar isə onu bu adla
çağırırdılar. Müttəlib öldükdən sonra o, həc-
cin təşkili üzrə bütün işləri öz üzərinə
götürüb el arasında böyük hörmət qazan-
mışdır. Əbdül-Müttəlibin 10 oğlu olmuşdur:
Haris, Zübeyr, Əbu Talib, Abdullah (Məhəm-
məd peyğəmbərin atasıdır), Həmzə, Əbu
Ləhəb, Hidək, Məkvam, Səfər və Abbas.
Eyni zamanda, onun altı qızının olduğu
haqqında da məlumat vardır. Əminənin (Ab-
dullanın həyat yoldaşı və Məhəmməd
peyğəmbərin
anası) ölümündən sonra,
Əbdül-Müttəlib yetim qalmış altı yaşlı nəvəsi
Məhəmmədi öz himayəsinə götürmüşdür. İki
ildən sonra Əbdül-Müttəlib ölmüş, Məhəm-
mədi isə onun oğlu Əbu Talib öz himayəsinə
götürmüşdür.
ƏBDÜRRƏHMAN İBN ƏVF (32/652
ildə vəfat etmişdir) – Məhəmməd peyğəm-
bərin tanınmış səhabələrindən biri olmuş-
dur.
Müsəlman olmamışdan əvvəl
Əbdül-Kəbə (Kəbənin qulu) adı ilə tanın-
mışdır. Əbdürrəhman ibn Əvf ilk müsəlman-
lardan biri olmuşdur. O, Ərqəmin evindəki
yığıncaqlarda iştirak etmişdir. O, başqa
müsəlmanlar kimi Məkkədə təqib olunduğun-
dan Həbəşistana, sonra isə Mədinəyə hicrət
etmişdir. Hicrət etdikdən sonra Əbdürrəhman
ibn Əvf İslamın güclənməsi üçün əlindən
gələni əsirgəməmişdir. O, müşriklərə qarşı
olan bütün müharibələrdə iştirak etmişdir. 
Məhəmməd peyğəmbərin
vəfatından
sonra öz fəaliyyətini davam edərək xəlifə
Əbu Bəkr və Ömərin yaxın adamlardan biri
olmuş, ölkənin idarə olunmasında onlara
yardımçı olmuşdur. Ömər şəhid edildikdən
sonra o, xəlifəni seçəcək altı nəfərdən ibarət
heyətdə yer almışdır. Onlar özlərindən birini
xəlifə seçməli idilər. Seçki zamanı Əli və Os-
manın namizədliyi irəli sürülmüşdür. Onlar-
dan birinin seçilməsində Əbdürrəhman ibn
Əvf son sözü deməli idi. O, da Osmana
üstünlük vermişdir. Onun səsi seçkini həll
etmiş, beləliklə, Osman İslam xilafətinin
üçüncü Raşidi xəlifəsi seçilmişdir. Əbdürrəh-
man ibn Əvf Mədinədə hicrətin 32-ci ilində
vəfat etmiş və orada torpağa tapşırılmışdır.
ƏBU BƏKR (13/634 ildə vəfat etmişdir)
– Məhəmməd peyğəmbərin ən yaxın dostu,
görkəmli ictimai və siyasi xadim, İslamın
54
ƏBDÜL-MÜTƏLLIB

birinci Raşidi xəlifəsidir.
Məhəmməd
peyğəmbər onu Abdulla, Ətiq və Sıddiq (Ona
Bağlı Olan) adlandırmışdır. O, Təym qəbiləs-
inə məxsus idi. Atasının adı Əbu Hüləfə
Osman, anasının adı isə Ummül-Xeyr Səlma
olmuşdur. 
Əbu Bəkr İslamı ilk qəbul edənlərdən biri
olub, bütün həyatını İslama həsr etmişdir. O,
Fil ilinə (572-ci il) iki il qalmış dünyaya
gəlmişdir. Geyim və parça ticarəti ilə məşğul
olan Əbu Bəkr bu yolla çoxlu sərvət qazan-
mışdır. Əbu Bəkr Məhəmməd peyğəmbərin
yaxın dostu olaraq peyğəmbərin ölümünə
qədər ondan ayrılmamışdır. Məhəmməd
peyğəmbər bir-çox əhəmiyyətli problemlərin
həll olunmasında Əbu Bəkrlə məs-
ləhətləşirdi. Ərəblər onu hətta “peyğəmbərin
vəziri” belə adlandırmışlar. Onlar təxminən
eyni yaşda idilər. 
Əbu Bəkr Məhəmmədin peyğəmbərliyi
əsnasında onun hər bir sözünə inanmış və
onun yanında yer almışdır. Məsələn,
peyğəmbər bir gecə Məkkədən Qüdsə, bu-
radan da göylərə yüksəlməsini (İsra və
merac olayı) bəyan edəndə, Əbu Bəkr
Məhəmməd peyğəmbərin sözlərinə ilk inan-
mış şəxs olduğundan peyğəmbər onu “Sid-
diq” (Sadiq olan) adlandırmışdır. 
Məkkədə olarkən Əbu Bəkr müsəlman ic-
masının inkişafı üçün böyük işlər görmüşdür.
O, yoxsullara yardım edib bütpərəstlər
tərəfindən işgəncələrə məruz qalan Bilal,
Həbbab, Lübeynə, Əbu Fükeyhə, Əmir kimi
kölələri pulla alıb azad etmişdir.
Məkkədə müsəlmanlara qarşı təqiblər
başlayanda Məhəmməd peyğəmbər Əbu
Bəkri  Həbəşistana hicrət edən bir qrup
müsəlmanlarla o ölkəyə göndərmək
istəmişdir. Əbu Bəkr getmək istəsə də, nüfu-
zlu qəbilə başçılarından biri İbn Dükunnə
onu himayəsinə götürdüyünə görə o, bu
fikrindən yayınmışdır.
Məhəmmədin peyğəmbərliyindən 13 il
keçdikdən sonra müsəlmanların Məkkədən
Mədinəyə hicrəti başlanmışdır. Məkkəni so-
nuncu tərk edənlərdən biri də, Əbu Bəkr ol-
muşdur. O, Məhəmməd peyğəmbər ilə
birlikdə Mədinəyə hicrət etmişdir. Onları
izləyən bütpərəstlərdən qorunmaq üçün onlar
yol üzərində yerləşən Saur mağarasına sığın-
mışlar (Quran, 9: 40). 
Məhəmməd peyğəmbər Mədinəyə hicrət
etdikdən sonra Əbu Bəkrin qızı Aişə ilə
evlənmiş və onunla qohum olmuşdur. Eyni
zamanda o, başqa müsəlmanlarla birlikdə ilk
İslam dövlətinin qurulmasında fəal iştirak et-
mişdir. O, Bədr, Uhud, Xəndək, Xeybər,
Hüneyn və digər döyüşlərdə iştirak etmişdir. 
Məhəmməd peyğəmbərin həyatının son-
larında xəstələndiyinə görə, camaat na-
mazına başçılıq etmə işini Əbu Bəkrə
tapşırmışdır. Bu da, Əbu Bəkrin birinci
Raşidi xəlifə seçilməsində həlledici rol oy-
namışdır. Müsəlmanların çoxu onun na-
mazda öndərliyini, dünyəvi işlərdə də öndər
olması kimi başa düşmüşdürlər. 
11/632-ci ildə Məhəmməd peyğəmbərin
vəfatından dərhal sonra Ənsarlar əslən
məkkəli olan Səid oğullarının (Bəni Səid)
yığıncaq yerində səqifədə yığışmışlar. Orada
olanların çoxu xəzrəclilərdən olmuşdurlar.
Onlar öz aralarında böyük nüfuza malik olan
Səd ibn Übeydəni xəlifə seçmək istəsələr də,
bütün bunlardan xəbər tutan Əbu Bəkr Sid-
diq, Ömər ibn Xəttab və Əbu Übeydə Əmir
ibn Cərrah oraya gələrək müzakirələrdə işti-
rak etmişdirlər. Onlar xəlifənin qureyş-
lilərdən
olmasının vacibliyini qeyd
etmişdirlər. Onların səyi nəticəsində orada
yığışan müsəlmanlar Səd ibn Übeydənin
namizədliyini geri götürmüşdürlər. Onlar ən
uyğun namizədin Əbu Bəkr olduğunu qeyd
edərək onu xəlifə seçmişdirlər. Əli ibn Əbu
Talib isə o zaman Məhəmməd peyğəmbərin
dəfn edilməsi işləri ilə məşğul idi.
Beləliklə Əbu Bəkr, 11-ci hicri ilinin 12
Rəbiül-əvvəl ayında ilk Raşidi xəlifə
seçilmişdir. Seçildiyindən iki gün sonra Məd-
55
ƏBU BƏKR 

inə  məscidində xalq onun xəlifəliyini
tanımışdır. Əbu Bəkrin xəlifəliyi yalnız 2 il,
3 ay və 10 gün sürmüşdür. Bu müddətdə o,
Xilafətinin möhkəmlənməsi üçün önəmli ad-
dımlar atmışdır. 
Əbu Bəkr xəlifə seçildikdən sonra Xi-
lafətin dağılmasını istəyən güclər hərəkətə
keçmişdirlər. Onlar Ərəbistanı İslamdan
əvvəlki vəziyyətə qaytarmaq, qəbilə
savaşlarını dirçəltmək niyyətində idilər. Bu
qüvvələr xəlifəyə beyət etməmiş, ölkəyə
zəkat verməkdən imtina etmişlər. Zəkat isə
İslam inancına görə dinin əsaslarından biridir
və mal varlığı olan hər bir müsəlman zəkat
verməkdən məsul idi. Buna görə də bəzi ərəb
qəbilələrinin vergilərdən yayınması RIDD”T
(II) kimi dəyərləndirilmişdir. Bundan başqa
Ərəbistanın müxtəlif bölgələrində
Müseylimə, Tüleyhə, Əsvəd və Səccah kimi
yalançı peyğəmbərlər ortaya çıxmışdır. 
Ölkədəki çətin siyasi duruma baxma-
yaraq, Əbu Bəkr xəlifəliyinin ilk günlərindən
ona qarşı üsyan edənlərlə mübarizəyə
başlamışdır. Onlara kiçik güzəştlərə belə get-
məmişdir. Onun qətiyyətli addımlarının
nəticəsində bütün üsyançılar darmadağın
edilmişdir. Üsyançılara qarşı aparılan uğurlu
siyasətin nəticəsində, Xilafət yenə də xarici
qüvvələrin hücumlarının qarşısını ala biləcək
güclü ölkəyə çevrilmişdir. Düşmənlər
üzərində əldə edilən zəfərlər Xilafətin gü-
clənməsini istəməyən Ərəbistanda üsyan-
çılara yardım edən İran və Bizans
qoşunlarına qarşı İraq və Suriya ərazilərində
savaşa başlamaq imkanını vermişdir. Bu tar-
ixdən başlayaraq müsəlmanlar Xilafətin
genişlənməsi uğrunda savaşlara başlamışdır-
lar. İslam ordusu İraqda iranlıları darmadağın
etmişdirlər. Əbu Bəkrin xəlifəliyinin sonunda
Xilafət ordusu Suriyada irəliləmiş, Yərmuk
çayına yaxınlaşaraq burada Bizans im-
periyasının orduları ilə böyük və həlledici
savaşa başlamışdırlar. Yərmuk döyüşünün ən
qızmar zamanında İslam ordusu Əbu Bəkrin
ölümü xəbərini almışdır. O, Məhəmməd
peyğəmbərin  məzarının yanında torpağa
tapşırılmışdır. Ölümündən əvvəl Əbu Bəkr
ölkə başçılığını ikinci Raşidi xəlifə olmuş
Ömər ibn Xəttaba vəsiyyət etmişdir. Rə-
vayətlərə görə Əbu Bəkr Quranın bir kitabda
toplanması işinə də başlamışdır. O, bu işi
görməyi Məhəmməd peyğəmbərin kati-
blərindən biri olmuş Zeyd ibn Sabitə tapşır-
mışdır. Yığılmış yazılı Quran səhifələri
peyğəmbərin həyat yoldaşı Həfsəyə verilmiş
və bu səhifələr uzun müddət onda qalmışdır.
Xəlifə  Osmanın  dövründə bu səhifələrin
üzərində işləyən Zeyd ibn Sabitin başçılıq et-
diyi heyət, Quranın son variantının işlənib
hazırlanmasında iştirak etmişdirlər. Bu
fəaliyyətin nəticəsində Quran bizim
günümüzə qədər gəlib çata bilmişdir.
Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin