Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti Milli Aviasiya Akademiyası



Yüklə 333,35 Kb.
səhifə2/4
tarix11.10.2023
ölçüsü333,35 Kb.
#153978
1   2   3   4
elektrik olcmeleri Q

Təcrübənin aparılması.

Bütün idarəetmə orqanlarının başlanğıc vəziyyətdə (qoşulmamış halda) olmasından və stendin panelində birləşdiricilərin olmamasından əmin olun.

      1. Şək.1.1. – də verilən sxemi yığın.




Şəkil 1.1.
Multimeter – etalon ampermetr, PA2 – yoxlanılan cihaz, ИП – tədqiq edilən cihazdır.



      1. Stendi işə salmazdan əvvəl LATR (laboratoriya avtotransformatoru) çevricisini başlanğıc vəziyyətə (10V) gətirin.

      2. Dəyişən rezistoru R13 maksimal müqavimətə kökləyin.

      3. «СЕТЬ» (“Şəbəkə”) tumbleri vasitəsilə stendi işə salın, daha sonra sxemin qida tumbleri S7-ni və S6 tumblerini qoşun.

      4. LATR çevricisi vasitəsilə gərginliyin qiymətini (LATR şkalasında 20V-a qədər) (kəmiyyətə PV2 voltmetri nəzarət edir) ölçülən cərəyan qiymətini alanadək dəyişin, cərəyanın sonrakı artımı isə R13 dəyişən rezistoru vasitəsilə təmin edilir.

      5. Hesabat üçün lazım olan sayda ölçmə nəticələrini qeyd edin.

      6. Işi sona çatdırdıqda bütün avadanlıqları başlanğıc vəziyyətinə gətirin (ardıcıl olaraq S7, S6, “Şəbəkə”).




    1. Təcrübi nəticələrin emalı.

      1. Ölçmə nəticələrinə əsasən bir neçə nöqtədə mütləq xətanı təyin edin.

      2. Yoxlanılan ampermetrin gətirilmiş xətasını təyin edin.

      3. Yoxlanılan ampermetrin dəqiqlik sinfini təyin edin və həmin cihazın şkalasında göstərilən dəqiqlik sinfi ilə müqayisə edin.




    1. Özünü yoxlama sualları.

      1. Etalon və yoxlanılan ampetrmerlərin dəqiqlik siniflərinin nisbəti necə olmalıdır?

      2. Ölçmə cihazının şkalasında 1,0 ifadəsi vardır. Bu ifadə nəyi bildirir?

      3. Ölçmə vasitəsinin yoxlanılması dedikdə nə başa düşülür?

      4. Dəqiqlik sinifi 1,5; 2,5 olan ampermetrin yoxlanılması üçün hansı dəqiqlik sinfinə malik olan cihaz etalon kimi seçilə bilər?

      5. Maqnit-elektrik sistemli cihazların şkalasının ifadəsini göstərin?





Yüklə 333,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin