AZƏrbaycan elmlər akademiyasi miLLİ MÜnasiBƏTLƏR İnstitutu


Qeyd:  Bu siyahı müvafiq sənədlərə əsaslanaraq Azərbaycan Qaçqınlar



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/14
tarix01.04.2017
ölçüsü2,8 Kb.
#13044
1   ...   6   7   8   9   10   11   12   13   14

 
Qeyd:  Bu siyahı müvafiq sənədlərə əsaslanaraq Azərbaycan Qaçqınlar 
Cəmiyyətində tərtib edilmişdir. 
 

 
201
 
11. 1988-ci ilə qədər indiki Ermənistanda mövcud olan 
azərbaycanlı yaşayış məntəqələri 
 
Amasiya (Ağbaba) rayonu 
1. Oxçoğlu (Voxçi-1991), 2.Güllübulaq, 3.Çaxmax (Kamxut-1991), 4. 
Mağaracıq (Qdaşen-1991), 5.Qaraçanta (Əzizbəyov-1939, Areknadem-
1991), 6.Daşkörpü, 7.İbiş (Yerizak-1991), 8.Qoncalı (Zarişat-1991), 9. İlanlı 
(Çaybasar-1946, Aravet-1991), 10.Düzkənd (Alvar-1991), 11.Qaranamaz 
(Yeniyol-1935, Ağvorik-1991), 12.Göllü (Ardenis-1991), 13.Təpəkənd 
(Berdaşen-1991), 14.Sultanabad (Şurabad , Paqaxş-1991), 15.Balıqlı 
(Zorakert-1991), 16.Öksüz (Darik-1991), 17.Güllücə (Tsaxkut-1991), 
18.Ellərkənd (Lorasar-1991), 19.Çivinli (Yeğnacur-1991), 20.Hozukənd 
(Quzukənd , Qarnariç-1991), 21.Qarabulaq (Şağik-1991). 
Qarışıq yaşayış məntəqəsi: 
22.Amasiya (Hamasa). 
 
 
Noyemberyan rayonu 
1.Yuxarı Körpülü. 
Qarışıq yaşayış məntəqələri: 
2.Debedavan (Baraxlı), 3.Ləmbəli (Baqrataşen-1972), 4.Ayrım sovxoz 
(Btğavan), 5.Aşağı Körpülü (Haxtanaq-1978), 6. Ayrım (qəsəbə  dəmiryol  
stansiyası). 
 
Ararat (Vedi) rayonu 
1. Şidli (Yexeqnavan-1991). 
Qarışıq yaşayış məntəqələri: 
2.Xalisa (Noyakert-1991), 3.Arazdəyən (Yerasx-1968), 4.Şirazlı (Vosketap-
1991), 5.Qaralar (Aralez-1978), 6.Yengicə (Sisavan-1978), 7.Taytan 
(Vanaşen-1978), 8.Kiçik Vedi, 9.Şıxlar (Lusarat-1978), 10.Avşar, 
11.Çimənkənd (Urcadzor-1978), 12.Dəvəli (Ararat şəhəri-1947), 13.Vedi, 
14.Daşdı (Daştakar-1968), 15.Dəvəli kəndi, 16.Armaş, 17.Çəmbərək 
(Surenavan). 
 
Krasnoselo (Çəmbərək) rayonu 
1.Cil, 2.Ardanış, 3.Şorca, 4.Toxluca (Draxtik-1991), 5.Ağbulaq (Axperek-
1991), 6. Gölkənd (Ayqut-1991), 7.Çaykənd (Dprabak-1991), 8.Əmirxeyir 
(Kalavan-1991), 9.Bəryabad (Barepat-1991), 10.Yanıqpəyə (Meşəkənd-
1978), 11. Cıvıxlı, 12.Qaraqaya (Coravank-1991. 

 
202
Qarışıq yaşayış məntəqələri: 
13.Çəmbərək (Krasnoselo), 14.Orconikidze. 
 
Tumanyan (Allahverdi) rayonu 
1. Böyük Ayrım, 2. Bala Ayrım, 3. Yuxarı Axtala. 
Qarışıq yaşayış məntəqələri: 
4. Allahverdi (Mə’dən qəsəbəsi), 5.Şamlıq qəsəbəsi, 6.Aşağı Axtala qəsəbəsi 
(Gümüşxana), 7.Cılız, 8.Axtala dəmiryol stansiyası. 
 
İcevan (Karvansara) rayonu 
1.Göyərçin, 2.Mürteyil (Çiçəkbulaq-1978, Qeğatan-1991), 
3.Haqqıxlı (Vurğun-1978, Hovk-1991), 4.Alaçıqqaya (Alaçux), 5.Ağkilsə 
(Cermakavan-1991), 6.Polad (Xaçardzap-1991), 7.Salah (Akanavank-1991). 
 
Razdan (Axta) rayonu 
1.Dədəqışlaq (Axundov-1939), 2.Təkəlik (Artavaz-1991),3.Qorçulu. 
Qarışıq yaşayış məntəqələri: 
4.Misxana (Hankavan-1949), 5.Çarensavan. 
 
Yeğeqnadzor (Keşişkənd-Mikoyan) rayonu 
1.Qabaxlı, 2.Ələyəz (Yexeqis-1991), 3.Qovuşuq (Yermon-1991), 4.Aysəsi 
(Qızılgül-1946, Arates-1991), 5.Qalaser, 6.Gədikvəng, 7.Qaraqaya, 
8.Güldüzü (Vardahovit-1991). 
Qarışıq yaşayış məntəqələri: 
9.Əməğu, 10.Sallı, 11.Hors, 12.Ağkənd (Ağncadzor-1968), 13.Çivə. 
 
 Mehri rayonu 
1. Nüvədi, 2. Aldərə, 3. Lök (Vartanizor). 
Qarışıq yaşayış məntəqələri
4. Maralzəmi, 5.Lehvaz, 6.Mehri, 7.Astazur (Şivanidzor-1935). 
 
Sisyan (Qarakilsə) rayonu 
1.Qızılcıq, 2.Sofulu, 3.Murxuz, 4.Şıxlar, 5.Ağüdü (Aqitu-1991), 6.Urud 
(Vorotan-1968), 7.Ərəfsə (Arevis-1968), 8.Comərdli (Tanahat-1991). 
Qarışıq yaşayış məntəqələri: 
9.Dəstəkirt, 10.Vağudi, 11.Şəki. 
 
Qafan rayonu 

 
203
1.Gığı, 2.Kirs, 3.Kurud (Kard-1991), 5.Mahmudlu (Çaykənd), 6.Pəyhan, 7. 
Acıbac ( Acabac-1991). 8.Həcəti, 9.Kehpəşin, 10.Aşağı Pürülü, 11. Yuxarı 
Pürülü, 12.Qovşud (Kavçut-1991), 13.Zeyvə (Davidbek-1949), 14.Müsəlləm, 
15. Yuxarı Girətağ,  16.Aşağı Girətağ, 17.Açağu, 18.Dəvrus, 19.Qaradığa, 
20.Xələc, 21.Oxdar, 22.Cıbıllı. 23. Yuxarı Gödəkli, 24. Aşağı Gödəkli, 
25.Bəydaş (Xorcor-1991), 26.Şabadin (Yexeq-1991), 27.Siznək, 
28.Qaraçimən (Diçmayri), 29.Baharlı, 30.Aşağı Daşbaşı, 31.Aşağı Dovruz, 
32.Yuxarı Dovruz, 33.Hünüd, 34.Novruzdar, 35.Qatar, 36.Atqız. 
Qarışıq yaşayış məntəqələri: 
37.Qafan, 38.sarıdərə, 39.Piriman, 40.Sünük sovxozu, 41.Şəhərcik qəsəbəsi. 
 
Gorus rayonu 
1.Şurnuxu, 2.Ağbulaq, 3.Qurdqalaq. 
 
Kalinino (Vorontsovka) rayonu 
1.Qızıldaş (Aruni-1991), 2.Sarıyar (Apaven-1991), 3.Evli (Coramut-1991), 
4.Cücəkənd (Qızılşəfəq-1935), 5.Soyuqbulaq (Paqaxpyur-1991), 6.İlməzli, 
7.Qaraqala, 8.Dəmirçilər (Qoqavan-1991), 9.Qaraisa (Meqahovit-1991). 
Qarışıq yaşayış məntəqələri: 
10.Kalinino qəsəbəsi (Taşir-1991), 11.Novoselçovo, 12.Saratovka, 
13.Privolnı, 14.Kruqloşışka, 15.Medovka, 16.Mixailovka, 17.Petrovka 
(Qurdqala), 18.Blaqodarno, 19.Lorsovxoz. 
 
Qukark (Böyük Qarakilsə) rayonu 
1.Hallavar, 2.Yuxarı Kilsə, 3.Mollaqışlaq (Güllüdərə-1978), 4.Xancığaz 
(Gözəldərə-1940, Ağnavadzor-1991), 5.Arçut, 6.Haydarlı, 7.Aşağı Kilsə. 
Qarışıq yaşayış məntəqələri: 
8.Vartanlı (Şaumyan), 9.Fioletovo, 10.Lermontovo. 
 
Vardenis (Basarkeçər) rayonu 
1.Hüseynquluağalı (Nərimanlı,  Şatavan-1991), 2.Böyük Qaraqoyunlu 
(Əzizli-1935, Norabak-1991), 3.Aşağı  Şorca, 4.Yuxarı  Şorca, 5.Daşkənd 
(Ayrk-1991), 6.Sarıyaqub (Çaxkadzor-1991), 7.Qayabaşı (Qeğamabak-
1991), 8.Qoşabulaq (Şadcrek-1991), 9.Zərzibil (Zərkənd-1935, Kut-1991), 
10.Ağkilsə (Azad-1935), 11.Zod (Cotk-1991), 12.Babacan (Qızılkənd-1978), 
13.Pəmbək, 14.Dərə (Daranek-1991), 15.Şişqaya (Qukariç-1991), 17.Bala 
Məzrə (Pokr Masrik-1991), 18.Qaraiman (Sovetkənd-1978, Kaxank-1991), 
19.Kəsəmən (Bahar-1978, Arpunk-1991), 20.İnəkdağı (Yenikənd-1978, 
Tretuk-1991), 21.Qanlı (Qamışlı-1946), 22.Kərkibaş (Şəfəq-1967, Vanevan-

 
204
1991), 23.Subatan (Qexakar-1991), 24.Canəhməd (Günəşli-1969, Kutakan-
1991), 25.Ağyoxuş, 26.Sətənəxaç (Güney-1935, Arevuni-1991). 
Qarışıq yaşayış məntəqələri: 
27.Yuxarı Zağalı (Ağpradzor-1978), 28.Çaxırlı (Sovetakert-1978, Kaxakn-
1991), 29.Tüstülü (Lusaqunk-1978), 30.Böyük Məzrə (Medz Masrik-1991), 
31.Qızılvəng (Çiçəkli-1940, Makenis-1978), 32.Torf. 
 
Masis (Zəngibasar) rayonu 
1.Zəhmət (Xaçpar-1991), 2.Dostluq (Qaraqışlaq, Ayanist-1991), 3.Dəmirçi 
(Darbnik-1991), 4.Sarvanlar  (Sis-1991), 5.Rəncbər, 6.Zəngilər (Zorak-
1991), 7.Kalinin qəsəbsi (Həbilkənd, Reyhanlı, Seyidkənd-Noramarq-1991). 
Qaraşıq yaşayış məntəqələri: 
8.Yuxarı Necili (Nizami-1978), 9.Aşağı Necili(Sayat Nova-1978), 
10.Rəhimabad, 11.Mehmandar (Hovtaşad-1978), 12.Şöllü (Daşdavan-1978), 
13.Arbat, 14.Uluxanlı (Zəngibasar,Masis-1950) qəsəbəsi. 
 
Əzizbəyov (Paşalı-Vayk rayonu) 
1.Köçbəy (Yeğedzor-1991), 2.Leyliqaçan, 3.Saravan, 4.Axta, 5.Gomur 
(Qomk-1991), 6.Gabud (Kapuyt-1991), 7.Gülüstan (Nor Aznaberd-1991), 
8.Zeytə (Zedea-1991), 9.Terp (Saravan-1960). 
Qarışıq yaşayış məntəqələri: 
10 Kotanlı (Karmraşen -1935), 11.Qndevaz, 12.Horadiz (Oradis-1968). 
 
Spitak (Hamamlı) rayonu 
1.Qursalı, 2.Saral. 
Qarışıq yaşayış məntəqəsi: 
3.Qızılörən (Şenavan-1946). 
 
Stepanavan (Cəlaloğlu) rayonu 
Qarışıq yaşayış məntəqələri: 
1.Rus Gərgəri (Puşkino-1937), 2.Gərgər 3.Kələkürək, 4.Kirov (Xarxar), 
5.Çubuxlu (Kuybışev-1939),. 6.Qara Məmməd (Maksim Qorki-1939). 
 
Artaşat (Qəmərli) rayonu 
Qarışıq yaşayış məntəqələri: 
1.Yamancalı (Desxut-1967), 2.Bayburd. 
 
Abovyan (Ellər) rayonu 
Qarışıq yaşayış məntəqələri: 

 
205
1.Göykilsə (Kaputan-1935), 2.Nurnus. 
Hoktemberyan (Qurduqulu) rayonu 
Qarışıq yaşayış məntəqəsi: 
1. 
 
Bağçalar (Baqaran-1968). 
 
Azərbaycanlılar yaşamış respublika tabeliyində olan şəhərlər: 
1. 
 
İrəvan 
2. 
 
Kirovakan (Vanadzor-1990) 
3. 
 
Hrazdan 
4. 
 
Stepanavan 
5. 
 
Cermuk 
6. 
 
Leninakan (Gümrü-1990). 
 
 

 
206
 
12. Erməni təcavüzü nəticəsində 1988-1994-cü illərdə Azərbaycan 
Respublikasında zəbt edilmiş, dağıdılmış və yandırılmış yaşayış 
məntəqələri və sosial obyektlər 
 
yaşayış məntəqələrinin sayı 900
sosial obyektlər 
məktəb 
uşaq  bağçası 
məktəbdənkənar müəssisə 
texnikum 
ali məktəb 
klub 
kitabxana 
muzey 
kino-qurğusu 
teatr 
məktəbəqədər müəssisə 
poliklinika 
ambulatoriya 
tibb məntəqəsi 
doğum evi 
aptek 
sanatoriya 
turbaza 
məscid 
 4366 
 690 
 280 
 35 
 4 
 1 
 862 
 982 
 13 
 1831 
 2 
 855 
 10 
 159 
 397 
 10 
 76 
 4 
 1 
10
 

 
207
 
13. Azərbaycanlılara qarşı edilmiş vəhşiliklərin açıqlanması və 
erməni terrorizminin qurbanlarının xatirəsinin əbədiləşdirilməsi 
haqqında Azərbaycan Respublikası prezidentinin fərmanı 
 
 
Azərbaycanlılara qarşı iki əsrədək davam edən gizli və açıq soyqırım 
siyasətini qətiyyətlə pisləyərək, Ermənistan Respublikasının son beş ildə 
Azərbaycan Respublikası  ərazisində apardığı e’lan olunmamış müharibənin, 
ölkəmizin dinc əhalisinə qarşı  vəhşiliklərin dərhal dayandırılmasını  tələb 
edərək, erməni terrorizmi və totalitar rejimin özbaşınalığı  nəticəsində 
xalqımıza dəymiş böyük maddi və  mə’nəvi ziyanı, yüz minlərlə günahsız 
insanın məhv və  şikəst edilməsini nəzərdə tutaraq, habelə onların 
tapdalanmış hüquqlarının bərpası və müdafiəsi məqsədi ilə q ə r a r a  a l ı r a 
m: 
 1. 
Azərbaycan xalqına qarşı edilmiş cinayətlərə  və erməni 
terrorizminə görə hüquqi, mə’nəvi məs’uliyyət məsələsinin beynalxalq 
təşkilatlar və dünya ictimaiyyəti qarşısında rəsmi  şəkildə qoyulması  zəruri 
hesab edilsin. 
 Bu 
məqsədlə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə  və 
Xarici  İşlər Nazirliyinə tapşırılsın ki, beynalxalq hüquq normalarına uyğun 
olaraq, göstərilən cinayətlərin törədilməsində, yaxud onlara şərait 
yaradılmasında günahkar şəxslərin və  təşkilatların məs’uliyyətə  cəlb 
olunması, habelə bu cinayətlər nəticəsində  vətəndaşlara dəymiş maddi və 
mə’nəvi ziyanın ödənilməsi haqqında məsələni öyrənsinlər və müvafiq 
təkliflər hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsinlər. 
 1.1. 
Azərbaycan Respublikasının Nazirlər Kabineti, Xarici İşlər 
Nazirliyi, respublikanın xarici ölkələrdəki səfirlikləri və konsulluqları, 
beynalxalq təşkilatlardakı nümayəndəlikləri, AzərTAC, Dövlət Teleradio 
Verilişləri Şirkəti və mətbuat orqanları: 
 Erməni terrorçuları  və imperiya qüvvələri tərəfindən XIX-XX 
əsrlərdə Azərbaycan xalqının başına gətirilmiş müsibətləri və cinayətləri 
bütün dünya ictimaiyyətinə çatdırsınlar, erməni terrorizminin, onun 
azərbaycanlılara qarşı soyqırımı siyasətinin mə’nəvi və hüquqi cəhətdən 
pislənilməsi barədə Azərbaycan Respublikasının mövqeyini xarici dövlətlərə 
bildirsinlər. 
 2. 
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Qaçqınların və 
Məcburi Köçkünlərin  İşləri Üzrə Dövlət Komitəsinə, Dövlət Statistika 
Komitəsinə, Səhiyyə Nazirliyinə, Mədəniyyət Nazirliyinə, Xalq Təhsil 
Nazirliyinə, şəhər və rayon icra hakimiyyəti başçılarına tapşırılsın: 

 
208
 - 
azərbaycanlılara qarşı edilmiş cinayətlər nəticəsində respublikaya 
pənah gətirmiş bütün şəxslərin rəsmi qeydiyyatının keçirilməsini  əlaqədar 
ictimai təşkilatlarla  əməkdaşlıq  əsasında təkmilləşdirsinlər. Vahid forma 
əsasında (beynəlxalq standartlara uyğun olaraq) hər bir şəhər, rayon, kənd və 
qəsəbə  əhatə olunmaqla beynalxalq ictimaiyyətə  təqdim edilmək üçün 
qaçqınların və  məcburi köçkünlərin vahid qeydiyyat kitabını çapdan 
buraxsınlar; 
 - 
qaçqınların və məcburi köçkünlərin vəziyyəti öyrənilməklə onların 
maddi və  mə’nəvi ehtiyaclarının ödənilməsi, mənzil,  əmək, mülk, pensiya, 
ailə, təhsil və digər hüquqlarının tə’min olunması haqqında dövlət proqramı 
işləyib hazırlasınlar və təsdiqə təqdim etsinlər. 
 Qaçqınların və  məcburi köçkünlərin yığcam yaşadıqları  şəhər və 
rayonlarda onlara kömək məqsədi ilə qaçqınlar və  məcburi köçkünlər 
mərkəzləri yaradılsın, bu mərkəzlərə icra hakimiyyəti başçısının  şö’bəsi 
statusu verilsin. Azərbaycan Respublikasının rayonlarda, şəhərlərdə dövlət 
hakimiyyət və idarəetmə orqanları haqqında  əsasnaməyə müvafiq dəyişiklik 
edilsin. 
 3. 
Azərbaycan Respublikasının Xalq Təhsili Nazirliyi və Azərbaycan 
Respublikasının Elmlər Akademiyası bu fərmanda göstərilən məsələlərə 
tə’lim-tədris, elmi-tədqiqat, mədəni-maarif işində diqqəti artırsınlar və 
müvafiq mövzuları  tədris proqramlarına, elmi planlara, muzey-ekspozisiya 
və bədii-sərgi tədbirlərinə daxil etsinlər. 
 3.1 
Azərbyacan Respublikasının Elmlər Akademiyası xalqımızın 
XIX  əsrdən başlayaraq azadlıq mübarizəsini, o cümlədən azərbaycanlıların 
soyqırımını, qaçqınlıq tarixini əsaslı  və kompleks şəkildə araşdırıb 
fundamental elmi tədqiqat işləri hazırlanmasını, onların rus, Qərbi Avropa və 
Şərq dillərində nəşr olunmasını tə’min etsin. 
 3.2 
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi 
azərbaycanlıların soyqırımını, onların milli-azadlıq mübarizəsini  əks etdirən 
“Yaddaş evi” muzeyi təşkil etsin. 
 Bakı  şəhər icra hakimiyyəti başçısı “Yaddaş evi”  muzeyinə bina 
ayrılması məsələsini 1 ay müddətində həll etsin. 
 4. 
Azərbaycan Respublikasının Dövlət Mətbuat Komitəsi 
azərbaycanlıların Ermənistandan kütləvi surətdə qovulmasına həsr olunmuş 
və qaçqınların həyatından bəhs edən illüstrasiyalı albomlar, sənədli elmi-
publisist məcmuələr və başqa ədəbiyyat nəşrini təşkil etsin. 
 5. 
Azərbaycan qaçqınlarının tarixini, erməni terrorizminin və totalitar 
rejiminin günahsız qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə: 

 
209
 5.1 
Bakı  şəhərində keçmiş «26 Bakı komisarı» bağının adı 
dəyişdirilərək “Qaçqınlar meydanı” qoyulsun. Orada yerləşən ictimai-siyasi 
və bədii əhəmiyyətini itirmiş, millətin tarixi yaddaşına zidd olan memorialın 
yerinə 1,5 milyon azərbaycanlı qaçqınlarına həsr olunmuş abidə kompleksi 
ucaldılsın. 
 5.2 
Bakının Dağüstü parkında 1918-ci il soyqırımında həlak olmuş 
18 min azərbaycanlının xatirəsinə həsr edilmiş abidə ucaldılsın. 
 5.3 
Ağdamda Xocalı  şəhidlərinin basdırıldığı  qəbiristanlıqda Xocalı 
faciəsinə  həsr edilmiş memorial abidə  və Xocalı  şəhərində (azad edildikdən 
sonra) tarix-memorial abidə kompleksi yaradılsın. 
 5.4 
Azərbaycan Respublikası dövlət nümayəndələrinin sülh məramı 
ilə uçan vertolyotun salındığı yerdə - Xocavənd rayonunun Qarakənd 
kəndində (azad olduqdan sonra) həlak olmuş dövlət xadimlərinin, millət 
vəkillərinin və başqa şəhidlərin adını əbədiləşdirən və bu faciəni əks etdirən  
abidə qoyulsun. 
 5.5 
Bakı  və Yevlax şəhərlərində terrorçuluq əməlləri nəticəsində 
partladılmış qatar, bərə  və avtobusun həlak olmuş  sərnişinlərinin xatirəsini 
yad edən mərmər lövhələr qoyulsun. 
 6. 
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmanın 5-ci 
maddəsində göstərilən məsələlərə Bakı  şəhər icra hakimiyyəti, Azərbaycan 
Respublikasının Mədəniyyət Nazirliyi və yaradıcılıq təşkilatları ilə birlikdə 
baxsın və onları mövcud qaydalar çərçivəsində (müsabiqə  əsasında, 
ictimaiyyətin və mütəxəssislərin fikri nəzərə alınmaqla) həll etsin. 
 7. 
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, 
1988-ci ildən başlayaraq erməni terrorçuları tərəfindən azərbaycanlılara qarşı 
törədilən cinayətləri öyrənmək və materiallar toplamaq üçün hökumət 
komissiyası yaratsın. 
HÖKUMƏT   KOMİSSİYASI: 
 
- qanunla müəyyən edilmiş qaydada istintaq işlərinin aparılmasına 
kömək edir və öz tərkibində hüquq-mühafizə orqanlarının səlahiyyətli 
işçilərini, peşəkar hüquqşünasları, mütəxəssis-alimləri və ekspertləri 
birləşdirir; 
 - 
cinayətlərin forma və metodlarını, törədilən  şəraiti və amilləri 
örənir; 
 - 
ayrı-ayrı  vətəndaşlara, milli və ictimai mənafeyə  dəyən ziyanı,  
onun həcmini, mövcud beynalxalq qanun-qaydanın pozulma dərəcəsini 
müəyyənləşdirir; 
 - 
toplanmış materialları ümumiləşdirərək türk, ingilis, rus, ərəb 
dillərində  və başqa dillərdə  nəşr olunmasını  tə’min edir və uluslararası 

 
210
vasitələrlə yayır, insan hüquqları ilə  məşğul olan beynalxalq təşkilatlara 
çatdırır; 
 
- öz fəaliyyətini respublika büdcəsindən maliyyələşdirir. 
 8. 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin nəzdində yaradılan 
hökumət komissiyasına, Azərbaycan Respublikasının prokurorluğuna, Milli 
Təhlükəsizlik Nazirliyinə, Ədliyyə Nazirliyinə, Dövlət Mətbuat Komitəsinə, 
Elmlər Akademiyasına və Nazirlər Kabinetini yanında Baş Arxiv İdarəsinə 
tapşırılsın ki, erməni terrorizminin və totalitar rejimin günahsız qurbanları - 
bütün məhkum olunanlar və sair kütləvi represiyalara qalanlar haqqında 
sorğu-informasiya və arxiv mə’lumatlarını açıqlamaq və ictimaiyyətə 
çatdırmaq məqsədi ilə “Azərbaycanlılara qarşı soyqırımı siyasəti (erməni 
terrorizmi qurbanları)” və “Totalitarizm dövrünün repressiyaları” 
mövzularında Azərbaycan Respublikasının rəsmi ağ kitablarını buraxsınlar. 
 
Azərbaycan Respublikasının prezidenti  
Əbülfəz Elçibəy. 
 
Bakı şəhəri, 23 fevral, 1993-cü il. 
 

 
211
 
14. 1948-1953-cü illərdə azərbaycanlıların  
Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi 
surətdə deportasiyası haqqında Azərbaycan Respublikası 
prezidentinin 
 
F Ə R M A N I 
 
 
Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı  məqsədyönlü  şəkildə 
həyata keçirilmiş etnik təmizləmə  və soyqırım siyasəti nəticəsində xalqımız 
ağır məhrumiyyətlərə, milli faciə  və  məşəqqətlərə  mə’ruz qalmışdır. 
Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində 
azərbaycanlılar indi Ermənistan adlandırılan  ərazidən-min illər boyu 
yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi 
qətl və  qırğınlara mə’ruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni 
abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir. 
 SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 nömrəli və 
1948-ci il 10 mart tarixli 754 nömrəli qərarları Azərbaycan xalqına qarşı 
növbəti tarixi cinayət aktı olmuşdur. Bu qərarlar  əsasında 1948-1953-cü 
illərdə yüz əlli mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki dədə-
baba yurdlarından kütləvi surətdə  və zorakılıqla sürgün olunmuşdur. Adi 
hüquq normalarına zidd olan bu qərarların icrası zamanı avtoritar-totalitar 
rejimin mövcud repressiya qaydaları geniş  tətbiq edilmiş, minlərlə insan, o 
cümlədən qocalar və körpələr ağır köçürülmə  şəraitinə, kəskin iqlim 
dəyişikliyinə, fiziki sarsıntılara və  mə’nəvi genosidə dözməyərək həlak 
olmuşlar. Bu işdə erməni şovinist dairələrinin və SSRİ rəhbərliyinin siyasəti 
ilə    yanaşı, o dövrkü Azərbaycan rəhbərliyinin öz xalqının taleyinə zidd 
mövqeyi, soydaşlarımıza qarşı törədilən cinayətlərin təşkilində  və  həyata 
keçirilməsində iştirakı da az rol oynamamışdır. 
 
Təəssüf ki, 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR 
ərazisindən deportasiya olunması faktı ötən 50 il ərzində lazımınca 
araşdırılmamış, bu hadisələrə hüquqi-siyasi qiymət verilməmişdir. 
 Yuxarıda göstəriləni nəzərə alaraq  
QƏRARA ALIRAM: 
 
1. 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR 
ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyanın 
hərtərəfli tədqiq edilməsi, Azərbaycan xalqına qarşı dövlət səviyyəsində 
keçirilmiş bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun 

 
212
beynəlxalq  ictimaiyyətə çatdırılması  məqsədi ilə  aşağıdakı  tərkibdə dövlət 
komissiyası yaradılsın: 
Dövlət komissiyasının sədri : 
Heydər Əliyev  -     Azərbaycan Respublikasının prezidenti 
Dövlət komissiyası sədrinin müavini: 
Artur Rasizadə -   Azərbaycan Respublikasının Baş naziri 
Dövlət komissiyasının üzvləri: 
Ramiz Mehdiyev -   Azərbaycan Respublikası Prezidenti İcra Aparatının 
rəhbəri 
Vasif Talıbov  -   Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri 
İzzət Rüstəmov  -   Azərbaycan Respublikası Baş    nazirinin müavini 
Elçin Əfəndiyev - Azərbaycan Respublikası Baş nazirinin müavini 
Həsən Həsənov  -    Azərbaycan Respublikası xarici işlər naziri 
Namiq Abbasov -    Azərbaycan Respublikasının milli təzlükəsizlik naziri 
Ramil Usubov -  Azərbaycan Respublikasının daxili işlər naziri 
Eldar Həsənov -    Azərbaycan Respublikasının Baş prokuroru 
Südabə Həsənova  - Azərbaycan Respublikası ədliyyə nazirinin birinci 
müavini 
Xanlar Hacıyev -   Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri  
Sirus Təbrizli -   Azərbaycan Respublikasının mətbuat və informasiya naziri 
Vəfa Quluzadə -    Azərbaycan Respublikasının xarici siyasət məsələləri üzrə 
dövlət müşaviri 
Hidayət Orucov -   Azərbaycan Respublikasının milli siyasət məsələləri üzrə 
dövlət müşaviri 
Fatma Abdullazadə - Azərbaycan Respublikası Prezidenti İcra Aparatının 
humanitar siyasət şö’bəsinin müdiri 
Şahin Əliyev  -     Azərbaycan Respublikası Prezidenti İcra Aparatının 
qanunvericilik və hüquq ekspertizası məsələləri 
şö’bəsinin müdiri 
Fuad Ələsgərov -   Azərbaycan Respublikası Prezindenti İcra Aparatının 
dövlət-hüquq şö’bəsinin müdiri 
Yusif Hümbətov -   Azərbaycan Respublikası Prezindenti İcra Aparatının 
ərazi idarəetmə orqanları ilə iş şö’bəsinin müdiri 
Əli Həsənov -        Azərbaycan Respublikası Prezindenti İcra Aparatının 
ictimai-siyasi şö’bəsinin müdiri 
Rafael Allahverdiyev - Bakı şəhər icra hakimiyyətinin başçısı 
Nizami Xudiyev -   Azərbaycan Respublikası Dövlət Televiziya və Radio 
Verlişləri Şirkətinin sədri 
Fəraməz Maqsudov - Azərbaycan Elmlər Akademiyasının prezidenti 

 
213
Anar Rzayev -         Azərbaycan Yazıçılar Birliyinin sədri 
Cəmil Quliyev -     Azərbaycan Elmlər Akademiyası ictimai elmlər 
bölməsinin akadkmik-katibi əvəzi 
İqrar Əliyev -       Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun 
direktoru 
Budaq Budaqov  -     Azərbaycan Elmlər Akademiyası Coğrafiya 
İnstitutunun direktoru 
Ataxan Paşayev -   Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında 
Baş Arxiv İdarəsinin rəisi 
Yusif Yusifov -    N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin 
ümumi tarix kafedrasının müdiri 
 
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmanın icrası ilə bağlı 
məsələləri həll etsin. 
 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin