AZƏrbaycan elmlər akademiyasi miLLİ MÜnasiBƏTLƏR İnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/14
tarix01.04.2017
ölçüsü2,8 Kb.
#13044
1   2   3   4   5   6   7   8   9   ...   14

yerli 
ermənilər 
yerli 
müsəlman-
lar 
köçürülüb 
gətirilən 
ermənilər 
NEHRƏM 
— 193  93 
QARAXANBƏYLİ 
— 81  26 
TUMBUL 
9 62 12 
YARINCA 
13 48  14 
KÜLTƏPƏ 
— 113  37 
QAZANÇI 
10 58  — 
BƏNƏNYAR 
— 72  12 
ƏRƏZİN 
— 61  7 
GÜÜZNÜT 
— 75  19 
NAXÇIVAN şəhəri 
114 392  285 
Ümumiyyətlə, 
Naxçıvan əyalətində 
 
290 
 
1632 
 
943 
Cədvəldən görünür ki, köçürülən ermənilərin  əksəriyyəti müsəlman 
kəndlərində yerləşdirilmişdilər. Ermənilərin qarışıq yaşadıqları kəndlərdə isə 
köçkünləri demək olar ki, yerləşdirməmişdilər. Qriboyedov vəziyyətdən çıxış 
yolu kimi Naxçıvan  əyalətindən 500 erməni ailəsini Dərələyəzə köçürməyi 
təklif edir. Sonralar onun bu təklifi həyata keçmişdi. 
Polkovnik Lazarev xristianların Rusiya ərazisinə köçürülməsinin 
nəticələri haqqında qraf Paskeviç-Erivanskiyə 24 dekabr 1829-cu ildə yazdığı 
yekun hesabatında göstərir ki, köçürmə  işlərinə 26 fevral 1828-ci ildə 
başlanmış və iyunun 11-də başa çatmışdır. Bu müddət ərzində 8249 xristian 
ailəsi (onlardan cəmisi 100-ə  qədəri aysor ailəsi, qalanları ermənilər 
olmuşdur) İrəvan, Naxçıvan və Qarabağ əyalətinə köçürülmüşdür.
3
 Köçürmə 
işlərinə  xəzinədən 16000 çervon və 400 gümüş manat xərclənmişdir. 
                                                           
1
 AKAK, YII cild, sənəd 618. Lakin İ.K.Yenikolopovun "Qriboedov i Vostok" 
əsərində bu qeydlərin Qriboyedova deyil, D.E.Zubareva məxsus olduğu qeyd edilir. 
2
 Yenə orada. sənəd 623. 
3
 Qlinka N.S., göstərilən əsəri, səh.114. 

 
27
Köçmək istəyən 1500 erməni ailəsi isə İranda qalmışdı. Çünki Lazarev onları 
köçürməyə imkan tapmamışdı.
1
  
Ermənilərin köçürülməsi zamanı Lazarevin tabeçiliyinə göndərilən 
erməni zabitləri xüsusilə  fərqlənmişdilər. Knyaz Melikov Üzümçü və onun 
ətrafındakı  kəndlərin, knyaz Arqutinsk-Dolqorukov  Təbriz və  ətraf 
kəndlərin, sonra isə Salmas əyalətinin, kollej assesoru Qamazov Marağa 
xanlığının və Urmiya kəndlərinin, knyaz Şalikov Xoy əyalətində yaşayan 
ermənilərin köçürülməsinə rəhbərlik etmişdilər. 
Qeyd etdiyimiz kimi, İ.Şopen 1829-1832-ci illərdə Erməni 
vilayətində kameral siyahıyaalma keçirmişdi. Onun verdiyi statistik 
mə"lumatlara görə,  İrandan köçürülən ermənilər 366 ailə  tərkibində 1715 
nəfər  İrəvan, 265 ailə  tərkibində 1110 nəfər Naxçıvan və 36 ailə  tərkibində 
182 nəfər Ordubad şəhərlərində yerləşdirilmişdilər. Köçürülən ermənilər 
İrəvan  əyalətinin 119 kəndində, Naxçıvan  əyalətinin 61 kəndində, Ordubad 
dairəsinin 11 kəndində yerləşdirilmişdilər. Ümumiyyətlə,  İrəvan  əyalətində 
4599 ailə  tərkibində 23568 nəfər, Naxçıvan  əyalətində 2137 ailə  tərkibində 
10652 nəfər, Ordubad dairəsində 250 ailə  tərkibində 1340 nəfər erməni 
yerləşdirilmişdir. Nəticədə Erməni vilayətinə 6949 ailə, tərkibində 35560 
nəfər köçürülmüşdü
2
 (Əlavəyə bax). 
Əgər yeni təşkil edilmiş Erməni vilayətində müsəlmanların sayı 
81749 nəfər (16078 ailə) və ermənilərin sayı 25131 nəfər (4428 ailə) 
olmuşdusa,  İrandan erməniləri köçürdükdən onların sayı 60691 nəfərə 
(11377 ailə) çatmışdı. Bununla da ermənilərin sayı 24 faizdən 43 faizə 
qalxmışdı.  Əgər nəzərə alsaq ki, ümumiyyətlə,  İrandan köçürülən 8249 
ailədən 6949-u Erməni vilayətində yerləşdirilmişdir, onda belə  qənaətə 
gəlmək olar ki, yerdə qalan 1300 ailə Qarabağa və  Zəngəzura 
köçürülmüşdür. 
                                                           
1
 Yenə orada, səh. 131. 
2
 Şopen İ., göstərilən əsəri, səh. 636-642. 

 
28
 
4. TÜRKİYƏDƏN ERMƏNİLƏRİN KÖÇÜRÜLMƏSİ 
 
1826-1828-ci illər Rusiya-İran müharibəsində  qələbədən ruhlanan 
rus ordusu 1828-ci il iyunun 14-də Paskeviçin komandanlığı altında Gümrü 
yaxınlığından Arpaçayı 12 minlik qoşunla keçərək Şərqi Anadoluya hücuma 
başlayır və iyunun 23-də Qars qalasını  ələ keçirir. Hücumu genişləndirən 
ruslar iyulun 24-də Axılkələyi, avqustun 15-də Axıskanı, 22-də  Ərdəhanı, 
28-də Bəyazidi tutdular. 1829-cu ilin yazında müharibənin yenidən qızışması 
nəticəsində rus ordusu Ərzurumu, daha sonra Muşu, Oltunu, Bayburdu işğal 
edir. 
Rus ordusunun türk qoşunları üzərində  qələbələrinin təmin 
edilməsində erməni silahlı  dəstələrinin və  Şərqi Anadoluda yaşayan 
ermənilərin böyük rolu olmuşdur. Müharibənin əvvəlində yeni təşkil edilmiş 
Erməni vilayətinin  ərazisində 2800 nəfərdən ibarət piyada və kavaler 
dəstələri təşkil edilmişdir. Bu dəstələr çox zaman rus qoşunlarının önündə 
gedirmişlər.
1
  
Birinci və ikinci Rusiya-İran müharibələri nəticəsində  İrəvan 
xanlığının  ərazisindən qaçqın düşmüş azəri türkləri  Şərqi Anadoluda türk 
paşalıqlarının  ərazilərində  sığınacaq tapmışdılar. Daha öncədən-rusların 
"1801-ci ildə Gürcüstan işğalından sonra Borçalı  və Qazax boyları ilə 
Qarapapaq uruğundan (tayfasından)  gələn tərəkəmə türkləri qaçıb köçərək 
Çıldır və Arpaçayı  kəndlərində yerləşmişdilər".
2
   Rusların  Şərqi Anadoluya 
hücumu zamanı qırğınlara və yenidən köçməyə məruz qalanların əksəriyyəti 
yenə  də azəri türkləri idilər. Bu dəfə onlar Türkiyənin içərilərinə doğru 
köçməyə məcbur olmuşdular. 
Türk tarixçisi Kemal Beydili "1828-1829-cu illərdə Osmanlı-rus 
savaşında  Şərqi Anadoludan Rusiyaya köçürülən ermənilər"  adlı 
araşdırmasında həmin dövrün qaçqınlıq faciəsini rəsmi qaynaqlar əsasında 
belə təsvir edir: "Ərzurumu ələ keçirən ermənilər düşmən önünü beləcə boş 
görüb Bayburda qədər getmiş  və  ətrafdakı  qəzaları da dəhşətə salmışdılar. 
Ətraf  əhali ya ruslara boyun əymək, ya da yollara düşüb sağa-sola 
dağılmaqdaydılar.  Ərzurum və  Ərzincan  ətraf kəndlərində  sığınacaq yerləri 
alan Qars və Axıska mühacirləri bu halı görüncə, Şərqi Qarahisar tərəflərinə 
doğru yönəlməkdəydilər. Minlərlə insanın yollara düşərək təlaş içində köç 
                                                           
1
 Parsamyan V.A., göstərilən əsəri, səh. 57. 
2
 Kirziglu F., Surmelu cukurunda Tuzluca Ayrumlulari. Turk dili dergisi., 1964, 1-ci 
cild, sayı 155, səh.826. 

 
29
etmələrinə  şahid olanların gözlərinə isə bu durum, sanki bunların 
"arxalarından gavur sürüb götürürmüş kimi dəhşətverici" bir şəkildə  təqib 
edilir və  hər tərəfi vahimə içində  tərk edirdilər. Kəlkit,  Şirlan, Gümüşxana, 
Ərzincan, Tercan və Şərqi Qarahisar bölgələrindəki xalq da bu hal qarşısında 
vəsvəsə edərək hər biri bir tərəfə köçməyə və dağılmağa başlamışdır".
1
  
1829-cu ilin avqustunda ruslar Balkan cəbhəsində  İstanbula 
yaxınlaşan zaman II Sultan Mahmud barış istəmiş və sentyabrın 2-də Ədirnə 
müqaviləsi imzalanmışdı. Müqaviləyə görə Axılkələk və Axıska bölgələri 
Rusiyanın tərkibinə keçmiş, işğal edilmiş qalan ərazilərin Türkiyəyə 
qaytarılması qərara alınmışdı. 
Ədirnə müqaviləsinin 13-cü maddəsinə  əsasən, Türkiyənin işğal 
olunmuş  ərazilərində qalan ermənilərə 18 ay müddətində daşınan  əmlakları 
ilə Rusiyanın tabeliyinə keçmək hüququ verilmişdi. Rusların Qars, Ərdahan, 
Bəyazid, Ərzurum və digər bölgələrdən geri çəkilməsi türklərə xəyanət edən 
erməniləri çıxılmaz vəziyyətə salmışdı. Erməniləri bu vəziyyətdən xilas 
etmək üçün rus qoşunlarının komandanlığı onları yeni işğal edilmiş ərazilərə 
köçürməyi və bununla da Türkiyə ilə sərhəd boyu ərazilərdə xristianların say 
üstünlüyünü təmin etməyi qərara almışdı. Bu məqsədlə  də 1829-cu il 
oktyabrın 10-da Paskeviç imperator I Nikolaya yazdığı raportunda göstərirdi: 
"Bəyaziddə 2 min erməni bizim əsgərlərin cərgəsində vuruşmuşdular, 
Ərzurumda xristian əhalisinin böyük hissəsi bizim dini bayramı  qeyd 
etmişlər; Qarsda ermənilərdən ibarət 800 nəfərlik könüllü batalyon təşkil 
edilmişdi, onların ailələrindən 10 min nəfərinin başının üstünü labüd təhlükə 
almışdır. Bu bədbəxt qurbanlara diqqətinizi yönəldin, Rusiyaya göstərdikləri 
məhəbbətə görə Osmanlıların onlardan qisas almasına yol verməyin. 
Ona görə  də  cəsarət edib Əlahəzrət imperatordan mənə bu ailələri 
Gürcüstan və Erməni vilayətlərində yerləşdirmək ixtiyarını verməsini xahiş 
edirəm. 
Zənnimcə, köçürülən hər bir ailəyə orta hesabla 50 gümüş rubl 
kifayət edəcəkdir".
2
  
Noyabrın 18-də  hərbi nazir Çernışev Paskeviçə cavab göndərir ki, 
imperator onun təklifini bəyənmişdir. Bundan sonra Paskeviç dərhal  əməli 
fəaliyyətə keçir. O, dekabrın 3-də Gürcüstan mülki qubernatoruna məktub 
yazaraq göstərir ki, artıq Türkiyə paşalıqlarında yaşayan xristianların 
                                                           
1
 Kemal Beydilli, 1828-1829. Osmanlı - Rus savaşında Doğu Anadoludan Rusiyaya 
Köçürülen Ermeniler, X  T.T.K. konqresinde sunulan tebliğ, Ankara,1986, səh. 384-
385. 
2
 AKAK, VII cild, sənəd 818. 

 
30
Gürcüstana və Rusiyaya mənsub vilayətlərə köçmək istəyən və bunun üçün 
maddi yardım tələb etməyən ailələrinə yola düşmək üçün bilet (vəsiqə) 
verməyi yerli qoşun rəislərinə icazə vermişəm. Bundan istifadə edən bir çox 
ailələr dərhal yola düşürlər. Qars və onun ətrafından köçənlər onların 
yaşadıqları ərazilərin iqlim şəraitinə uyğun olan Ələyəz (Alagöz) ətrafındakı 
boşalmış  kəndlərdə  məskunlaşdırılmışdılar. General Pankratyev Paskeviçə 
xəbər verir ki, Loru dərəsində yerləşmək üçün 95 ailəyə bilet (vəsiqə)/  
vermişdir. General mayor Bereman həmçinin Qarsdan çıxıb Gümrüyə yola 
düşən 400 ailəyə bilet verdiyini bildirmişdi.
1
 Paskeviç  köçürmə  işlərinə  və 
köçürülən ailələrin məskunlaşdırılması  işinə  rəhbərlik etmək üçün xüsusi 
komitə  təsis etmişdi. Komitənin fəaliyyəti üçün 12  maddəlik ümumi 
qaydalar müəyyən etmişdi.

Bu qaydalar aşağıdakılardan ibarət idi: 
1. Köçürülənlər Rusiyanın  ərazisinə daxil olan kimi onların qayğısı üçün 
bütün sərəncamları köçkünlər komitəsi verəcəkdir. 
2. Köçürülmə prosesi sona yetənədək, köçürülənlərin hamısı yaşayış 
yerlərində  məskunlaşdırılanadək, kəndlərdə köçkünlərin təsərrüfat qayğıları 
həll edilənədək komitə öz fəaliyyətini davam etdirməlidir. Bundan sonra Baş 
komandanlıq hesabat verib fəaliyyətini dayandırmalıdır. 
3. Komitə  dərhal Gürcüstanda və digər  əyalətlərdə boş dövlət torpaqları 
haqqında mə”lumat toplamalıdır. 
4. Bütün köçkünlər üç zümrəyə ayrılmalıdırlar: 1) tacirlər və alverçilər, 2) 
sənətkarlar və istehsalın hər hansı növündən baş  çıxaranlar, 3) əkinçilər və 
yaxud kəndlilər. Köçkünlərin məskunlaşdırılması zamanı tacirləri və 
sənətkarların  şəhərlərə  və bu işlə  məşğul olmağa imkan olan yerlərdə, 
kəndliləri isə  kəndlərdə yerləşdirmək, bu zaman iqlim şəraitini və  əvvəlcə 
məskunlaşdıqları səviyyəni nəzərə almaq lazımdır. Yeltzavetopolda (Gəncə), 
digər şəhər və əyalətlərdə boş dövlət evləri vardır, ona görə də sənətkarları və 
tacirləri həmin yerlərdə yerləşdirməyi komitə nəzərdə tutmalıdır. 
5. Köçkünlər Komitəsi Türkiyə  ərazisində köçürülənlərin siyahısını 
hərbçilərdən tələb edən zaman onların haradan köçürüldükləri, hansı  işlə 
məşğul olmaları haqqında məlumat verməyi tələb etməlidir. 
6. Komitə çalışmalıdır ki, köçürülən kəndlər bütövlüklə, bu mümkün 
olmazsa, qonşuluqda yerləşdirilsinlər. 
7. Komitə köçürülənləri lazımi qədər torpaqla təmin etməlidir (hər kənddə 
ailələrin, hər ailədə nəfərlərin sayına mütənasib olaraq). 
                                                           
1
 Yenə orada, sənəd 820. 
2
 Yenə orada. 

 
31
8. Köçürülənlər bütünlüklə dövlət torpaqlarında, əgər kifayət etməsə, kilsə və 
mülkədar torpaqlarında yerləşdirməlidirlər. 
9. Köçürülənlər 6 il müddətinə vergilərdən, 3 il müddətinə torpaq 
mükəlləfiyyətindən azad edilməlidirlər. 
10. Yeni köçürülən xristian kəndlərini müsəlman kəndləri ilə qarışdırmamaq  
onlardan ibarət ayrıca mahallar və dairələr təşkil etmək lazımdır.  
11. Köçürülənləri məskunlaşdırmaq üçün yer seçərkən rahatlığı, gözəlliyi və 
yaxşı suyu olmasının qayğısına qalmaq lazımdır. 
12. Köçürülən hər bir ailəyə orta hesabla 25 rubl gümüş pul həcmində 
köməklik göstərilməlidir.   
Köçkünlərin məskunlaşdırılması zamanı bu təlimata ciddi əməl 
edilmişdi.  İstər indiki Ermənistan və Gürcüstana, istərsə  də Azərbaycanın 
Gəncəbasar və Qarabağ əyalətlərinə köçürülən ermənilər yığcam halda, təbii 
gözəlliyi, yaxşı iqlimi, saf suyu olan dağətəyi rayonlarda və  şəhərlərdə 
yerləşdirilmişdilər. 
1830-cu il yanvarın 22-də Paskeviçin Çernışeva göndərdiyi 
məlumatında göstərilirdi ki, Qars və  ətrafından keçən 2500 ailə onun 
sərəncamı ilə yaşadıqları yerin iqlim şəraitinə uyğun olaraq Ələyəz 
yaxınlığında (Pəmbək distansiyasında) boşalmış kəndlərdə yerləşdirilmişlər.
1
 
 
Türkiyə hökuməti onun ərazisində  pərakəndə halda yaşayan 
ermənilərin ruslar tərəfindən köçürülüb sərhəd boyu ərazilərdə yığcam halda 
yerləşdirilməsindən ehtiyat edirdi. Ona görə  də bu köçürmənin qarşısını 
almaq məqsədilə rusların gəlişi zamanı ermənilərin türklərə etdiyi xəyanəti, 
törətdikləri vəhşilikləri bağışlamaq, onlardan haqq-hesab çökməmək qərarını 
verərək, fevralın 17-də yerlərdəki ermənilərə  “Əfvnamə”lər göndərirlər. 
Lakin  Ərzurum ermənilərinin “qarabaşı” (katolikosu) bu “Əfvnamə”lərə 
rəğmən, etdikləri cinayətlərin ağırlığını  dərk edərək, ruslar geri çəkiləndən 
sonra onlarla haqq-hesab çəkiləcəyinə əmin olduğu üçün köçmək niyyətində 
olduqlarını bildirmişdi.
2
  
Ermənilərin köçürülməsinin qarşısını almaq məqsədilə Türkiyə tərəfi 
işğala məruz qalan, lakin Ədirnə müqaviləsinin şərtlərinə əsasən boşaldılmalı 
olan Ərzurum, Qars, Bəyazid, Ələşgird və s. yerlərə açıq və ya gizli şəkildə 
öz nümayəndələrini göndərmişdi.  Ərzurum ermənilərinin köç işlərinə 
maneçilik göstərildiyi, onların  əmlak və torpaqlarının satılmasına türklərin 
                                                           
1
 Yenə orada, sənəd 821. 
2
 Kemal Beydilli, göstərilən araşdırması, səh.386. 

 
32
əngəl törətdikləri haqda işğal edilmiş ərazilərdə köçürülmə işlərinə rəhbərlik 
edən general Pankratyev Paskeviçə şikayət məktubu göndərmişdi.
1
  
Köçürülən ermənilərin qoyub getdikləri əmlak və ərazilərin satılması 
məsələsini həll etmək üçün Paskeviç mayor Vannikovu Ərzuruma 
nümayəndə kimi göndərmişdi. Lakin ermənilərin sahib olduqları  kəndlərin 
əksəriyyəti bir qədər  əvvəl, yəni müharibə zamanı  təhlükəsiz yerlərə 
köçməyə  məcbur olan və ermənilərin satış yolu ilə aldıqları müsəlman 
kəndlərindən ibarət idi. Təkcə Qars bölgəsində bu yollarla ermənilər 80 
kəndə bütünlüklə, 15 kəndin isə yarısına yiyələşmişdilər. Digər tərəfdən, 
Rusiyanın işğal etdiyi ərazilərdən (əsasən Axılkələk və Axıska 
bölgələrindən) Türkiyəyə qaçan türklərin qoyub getdikləri  əmlak və 
torpaqların satışı müqabilində  vəsaitin onlara çatmaması Rusiya tərəfini 
maraqlandırmırdı. Ona görə  də onlar daşınmaz  əmlaklarını, mülklərini və 
torpaqlarını qoyub gedirdilər. 
Ədirnə müqaviləsində göçürülmə işləri üçün nəzərdə tutulan 18 aylıq 
müddətin başa çatmasının yaxınlaşmasını  və bu işin ləngidiyini görən 
Paskeviç 1829-cu il fevralın 29-da Ərzurum və Qars valilərinə rus və türk 
dillərində  məktub göndərərək bildirir ki, Türkiyədən köçürülən katolik 
ermənilərin təmsilçiləri arximandrit Tatosu, Müğdisi Karapeti  və  Ağacan 
Karapetyanı, frankların təmsilçiləri Ter-Hovanes Matevosovu, Ağacan 
Osipovu və Hakop Hanakovu Ərzuruma göndərmişdir ki, ermənilərin qoyub 
gəldikləri əmlakların,  taxıl sahələrinin və s. satışını təşkil etsinlər.
1
  
Müqavilədə göstərilən müddətin başa çatması  ərəfəsində, yə’ni 1831-
ci il aprelin 3-nə  qədər tərtib edilən sənəddə Türkiyədən köçürülən erməni 
ailələrinin təxmini sayı 
və 
məskunlaşdırıldıqları 
ərazilərin adları 
göstərilmişdir.
2
 Həmin sənədi təqdim edirik: 
 
Haradan 
köçürül-
müşdür 
Köçürülən 
ailələrin 
sayı 
Harada məskunlaşdırılmışdır 
Ərzurumda

7288
1. 5000 ailə Axıskada (paşalığın 
ərazisində) 
Ərdəhandan 
67
2. 1050 ailə Borçalı 
distansiyasında və Zalqa ətrafında 
3. 1305 ailə  Pəmbək və  Şörəyel 
                                                           
1
 Yenə orada, səh. 387. 
1
 Yenə orada, sənəd N 44293 
2
 AKAK, VII cild, sənəd 830. 

 
33
distansiyalarında 
 Qarsdan 
2464
1. 2264 ailə  Pəmbək və  Şörəyel 
distansiyalarında 
2. 200 ailə Talın mahalında 
 Bəyaziddən 
4215
Erməni vilayətində – Göyçə gölü 
ətrafında, Baş Abaranda 
Cəmi 
 
              14044 ailə 
 
Sənədin bu cədvələ  əlavə qeydində göstərilir ki, heç də digər 
yerlərdəki nümayəndələrin hamısı tam və  dəqiq hesabat təqdim etmədikləri 
üçün neçə nəfərin köçürüldüyü göstərilməmişdir. Əgər bir ailədə orta hesabla 
altı  nəfər götürülsə, nəticədə 84 mindən artıq erməni və yunanların 
köçürüldüyü məlum olur. Bəzi erməni tarixçiləri köçürülənlərin 90 mindən 
artıq
1
, bəziləri isə 100 minə yaxın olduğunu göstərirlər
2
.  
Ermənilərin  İrandan köçürülməsi zamanı  fəallıq göstərən hərbçilər 
və din xadimləri mükafatlandırıldıqları kimi, Türkiyədən köçürülmələr 
zamanı xidməti olanlar da mükafatlandırılmışdılar.  
Ərzurumdan ermənilərin köçürülməsi işindəki xidmətlərinə görə 
1830-cu il oktyabrın 20-də arixiyepiskop Karapet 1-ci dərəcəli Müqəddəs 
Anna ordeni ilə  təltif edilmişdi.

Sonralar  İmperator  I Nikolay 1837-ci ilə 
Axıskaya gedərək Karapetlə görüşmüş, həmin xidmətinə görə ona öz 
minnətdarlığını bildirmişdi.
4
  
İmperatorun fərmanı ilə 1831-ci il aprelin 24-də Türkiyədən 
köçürülən ermənilərin təsərrüfat ehtiyaclarını ödəmək üçün verildiyi vaxtdan 
4 il keçəndən sonra, 6 il müddətinə faizsiz olaraq qaytarmaq şərti ilə 
xəzinədən 380 min gümüş rubl ayrılmışdı.
5
  
Ümumiyyətlə, 1828-29-cu illər Rusiya-Türkiyə müharibəsindən 
sonra İ.Şopenin Erməni vilayətində (keçmiş İrəvan və Naxçıvan xanlıqlarının 
ərazisində) apardığı siyahıyaalınmanın nəticələrinə görə, vilayətin  ərazisinə 
21666 nəfər (3682 ailə) erməni, 324 nəfər (67 ailə) yezidi kürdlərinin 
köçürüldüyü göstərilir, Köçürülən ermənilər Qırxbulaq, Sürməli, Talın, 
                                                           
1
 Parsamyan V,A., göstərilən əsəri, səh. 66. 
2
 Hovannesiyan R., Armenia on the Road to Independence, Los Angeles, 1976, səh. 
9. 
3
 Собрание актов..., I hissə, səh.59. 
4
 Езов Г.А., göstərilən əsəri, səh. CXXXIX. 
5
 Собрание актов..., I hissə, səh. 304-305. 

 
34
Körpübasar, Abaran, Dərəçiçək və Göyçə mahallarının 129 kəndində 
yerləşdirilmişdilər.
1
  
İndiki Ermənistan  ərazisinin  Şörəyel və Loru-Pəmbək bölgələri 
1801-1805-ci illərdə Gürcüstana birləşdirildiyindən Erməni vilayətinə daxil 
edilməmişdi. 1829-cu ilə  qədər, yəni Rusiya-Türkiyə müharibəsindən sonra 
ermənilərin rəsmi köçürülməsinə qədər Şörəyel-Pəmbək distansiyasına 1536 
ailə (5425 nəfər kişi cinsi) köçürülmüşdü. Sonra isə Türkiyədən 3148 ailə 
(10575 nəfər kişi cinsi) köçürülmüşdü. 1832-ci ilin sonu, 1833-cü ilin 
əvvəlində Türkiyədən Zalqaya köçürülən ermənilərdən 182 ailə (674 nəfər 
kişi cinsi) yenidən  Şörəyel-Pəmbək distansiyasına köçürülmüşdülər. 
Köçürülənlərin arasında 169 yunan və 963 nəfər erməni katolikləri  
(frankları) var idi.
2
 Şörəyel-Pəmbək bölgəsində 100-ə yaxın kənddə 
Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdilər.  Şörəyel bölgəsinin 
(Gümrü  ətrafı – indiki Axuryan rayonu) əhalisinin vaxtilə Türkiyədən 
köçürülən ermənilərdən ibarət olması haqqında Z.Balayan «Ocaq» kitabında 
yazır: «Demək olar ki, bu bölgənin bütün əhalisi Qars, Van, Muş  və 
Bidlisdən, Qərbi Ermənistanın bir çox əyalətlərindən olan bədbəxt 
qaçqınlardan ibarətdir. Hesablanmışdır ki, vaxtilə Axuryan rayonunda 
(keçmiş Düzkənd rayonu) Qərbi Ermənistanın 80-dən artıq yaşayış 
məskənindən türk yatağanından (əyri qılıncından) xilas olan ermənilər gəlib 
məskunlaşmışlar».
3
 Z.Balayan bu bölgəsnin əhalisinin bütünlüklə Türkiyədən 
gələn ermənilərdən ibarət olmasını qeyd etməklə, həmin  ərazidə vaxtilə 
türklərin məskunlaşmış olduğunu bilavasitə təsdiq etmiş olur.  
İndiki Ermənistan  ərazisinə ermənilərin kütləvi axını 19-cu əsrin 
əvvəllərində baş verən Rusiya-İran, Rusiya-Türkiyə müharibələrindən sonra 
da davam etmişdir. Həmin dövrdə ermənilərlə yanaşı yezidi kürdlər də gəlib 
indiki Ermənistan  ərazilərində yerləşmişdilər. 1834-cü ilin məlumatına görə 
İrəvan  əyalətində  Bəyaziddən gəlmiş 1000 nəfər (təqribən 300 ailə) yezidi 
kürdləri məksunlaşmışdılar.
4
  
Ələyəz dağının  ətəyində bir sıra boşalmış türk kəndlərində  də 
Türkiyədən gələn yezidi kürdləri məskunlaşmışdılar. Yezidi kürdləri 1839-cu 
ildə Mirək, Quruboğaz, Carcarçı, Çobangərəkməz kəndlərində, sonralar isə 
                                                           
1
 Шопен И., göstərilən əsəri, səh. 636-642. 
2
 Обозрение Российских владений за Кавказом в статистическом, 
этнографическом, топогрфическом и финансовом отношениях, СПб, 1836, II 
hissə, səh. 302-304. 
3
 Балаян З., Очаг, Ирəван, 1984,səh. 273. 
4
 Обозрение Российских владений за Кавказом, СПб, 1836, IV hissə, səh. 270. 

 
35
Pəmbək, Qundaxsaz, Böyük Camışlı, Kiçik Camışlı və Korbulaq kəndlərində 
yerləşmişdilər. Nəhayət, yezidi kürdləri 1877-ci ildə Bağdad, Dolu-Taxt və 
Kiçik Cəngi kəndlərində  gəlib yerləşmişdilər.
1
 Sonralar  Ermənistanın rəsmi 
dairələri tərəfindən adları  dəyişdirilən, lakin əsasən bu kəndləri  əhatə edən 
Araqats rayonu təşkil edilmişdir. 
Türkiyədən köçürülən yunanlar isə  əsasən  Şörəyel-Pəmbək 
distansiyasının Alakilsə, Bayandur, Sisimədən kəndlərində  və Gümrüdə 
yerləşdirilmişdilər. Sonralar yunanlar Ermənistanda tamamilə 
assimilyasiyaya uğrayaraq tədricən erməniləşmişlər. 
* * *  
Ümumiyyətlə, 1826-1828-ci illər Rusiya-İran və 1828-1829-cu illər 
Rusiya-Türkiyə müharibələrindən sonra Erməni vilayətinə  (İrəvan və 
Naxçıvan xanlıqlarının  ərazisinə)  İran və Türkiyədən 57266 nəfər erməni 
(10631 ailə) köçürülmüşdü. Köçürülmələrdən  əvvəl həmin  ərazidə  cəmisi 
25131 nəfər (4428 ailə) erməni yaşamışdır. Müharibələrin nəticəsində İrəvan 
və Naxçıvan xanlıqlarının ərazisindən türklərin xeyli hissəsi qaçqın düşmüş, 
orada yalnız 81749 nəfər (17078 ailə) müsəlman qalmışdı. Köçürmələrdən 
sonra isə ermənilər 82397 nəfər (15059 ailə) təşkil etmiş, nəticədə 
müsəlmanları sayca üstələmişdilər.
2
  
Lakin hələ 19-cu əsrin  əvvəlində Rusiyanın müəyyən dairələri rus 
ordusunun Zaqafqaziyada işğal etdiyi ərazilərdə erməniləri deyil, məhz rus 
koloniyalarının-kazakların, malakànların, duxoborların və s. 
yerləşdirilməsinə üstünlük verirdilər. Bu məqsədlə bir neçə layihə 
hazırlanmışdısa da, sonralar icrası  təxirə salınmışdı. N.N.Şavrov Rusiyanın 
Zaqafqaziyadakı müstəmləkəçilik siyasəti haqqında yazır: «Biz 
müstəmləkəçilik fəaliyyətimizə Zaqafqaziyada rusların deyil, bizə yad olan 
xalqların yerləşdirilməsindən başladıq... 1826-28-ci illər müharibəsinin 
qurtarmasından sonrakı iki il ərzində 1828-ci ildən 1830-cu ilədək 
Zaqafqaziyaya 40 min İran və 84 min Türkiyə erməniləri köçürmüş və onları 
Yelizavetpol (Gəncə) və  İrəvan quberniyalarının  ən yaxşı dövlət 
torpaqlarında yerləşdirmişdik ki, orada erməni  əhalisi cüz’i  idi. Onları 
həmçinin Tiflis quberniyasının Borçalı, Axıska və Axılkələk qəzalarında 
yerləşdirdik, onların yerləşdirilməsi üçün 200 min desyatindən artıq dövlət 
torpağı ayrılmış, 2 milyon rubldan artıq məbləğdə müsəlmanlardan xüsusi 
mülkiyyət torpaqları satın alınmışdı. Yelizavetpol quberniyasının dağlıq 
                                                           
1
 Материалы для изучения экономического быта государственных крестьян 
Закавказского края, Tiflis, 1885, I cild, I buraxılış, səh. 4. 
2
 Şopen İ., göstərilən əsəri, səh. 642. 

 
36
hissəsi (Dağlıq Qarabağ, Xanlar və  Şəmkir rayonları  nəzərdə tutulur – 
müəllif.) və Göyçə gölünün sahili həmin ermənilərlə  məskunlaşdırılmışdı. 
Nəzərə almaq lazımdır ki, 124 min rəsmi köçürülən ermənilərlə yanaşı, 
qeyri-rəsmi  şəkildə köçənlər də çox olmuşdur və ümumiyyətlə, köçənlərin 
sayı 200 min nəfərdən xeyli artıqdır.
1
  
Ermənilərin indiki Ermənistan  ərazisinə axını 1877-1878-ci illər 
Rusiya-Türkiyə müharibəsindən sonra bir daha güclənmişdi. 90-cı illərdə 
Türkiyədə baş verən erməni üsyanları  nəticəsində 400 minə yaxın erməni 
yenə də Qafqaza köçüb gəlmişdi. 
N.Şavrov qeyd edir ki, 20-ci əsrin əvvəlində Zaqafqaziyada yaşayan 
1300000 ermənidən bir milyonu yerli əhali deyil, rusların vasitəsilə 
məskunlaşdırılmışdı.

 
Daha sonralar, Sovet hakimiyyəti illərində xarici ölkələrdə yaşayan 
100 mindən artıq erməni Ermənistana köçüb gəlmişdi.  
Bütün qeyd edilənlərdən o nəticəyə  gəlmək olar ki, indiki 
Ermənistanda yaşayan ermənilərin sələflərinin demək olar ki, hamısı vaxtilə 
Cənubi Azərbaycandan və sonralar Türkiyədən, son dövrlərdə isə xarici 
ölkələrdən – əsasən Suriyadan, Yunanıstandan, Livandan, Bolqarıstandan, 
Rumıniyadan köçüb gələnlərdən ibarətdir. 
                                                           
1
 Шавров Н.Н., Новая угроза русскому делу в Закавказье: предстоящая 
распродажа Мугани инородцам, СПб, 1911,səh. 63. 
2
 Yenə orada, səh. 64. 

 
37
 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin