Azərbaycan Dövlət



Yüklə 4,71 Mb.
Pdf görüntüsü
səhifə3/21
tarix24.04.2020
ölçüsü4,71 Mb.
#30961
1   2   3   4   5   6   7   8   9   ...   21
mulki az03032016


Meteoroloji fövqəladə hadisələr: 
 
- 11-12 ballıq fırtına, 12-15 ballıq qasırğa; 
Qasırğa
 
(Tufan)
 - çox şiddətli külək və leysan yağışları ilə səciyyəvidir. O, dəniz və 
quru üzərində atmosferin kəskin dəyişməsi nəticəsində baş verir.    
Fırtınalar (tufan, tayfun) güclü küləklər nəticəsində meydana gələn təbii hadisələrdən 
biridir.  Yağışla  birlikdə  əsən  şiddətli  küləklər  tufan,  quraq  və  yağışsız  havada  əsən 
küləklər isə tayfun adlanır. 
İ
ldırım
 – bulud topalarından elektrostatik yüklərinin boşalmasıdır, ani şimşək, qəfil və 
çox güclü səslə müşayiət olunur. 
İ
ldırım  boşalması  böyük  gərginliyin  yaranması  ilə  xarakterizə  olunur.  Onun 
temperaturu 300 000 dərəcəyə qədər yüksəlir. İldırım vurması zamanı ağac parçalana və 
hətta yana bilər. Ağacın parçalanmasına səbəb ağacın daxilindəki nəmişliyin ani olaraq, 
buxarlanması nəticəsində baş verir. 
İ
ldırımın  birbaşa  insanın  üstünə  düşməsi  ölüm  ilə  nəticələnə  bilər.  Hər  il  dünyada 
ildırım vurmasından təxminən 3000 insan həlak olur. 
İ
ldırım  zərbəsi  adətən  hara  dəyir?  Statik  elektrik  boşalması  müqavimətin  ən  aşağı 
səviyyədə olması nəticəsində baş verir. Beləliklə, ən yuxarı yüksəklikdə olan obyekt ilə 
bulud  topası  arasında  məsafə  azdırsa,  deməli  elektrik  müqaviməti  də  aşağıdır.  Buna 
uyğun olaraq da, ildırım zərbəsi ilk növbədə ən hündürdə olan obyektə (ağac, dirək və s.) 
dəyir. 
Tufan və ildirim baş verdiyi zaman tədbirlər: 
İ
ldırım o zaman təhlükəlidir ki, qığılcımdan sonra göy gurultusu müşahidə olunsun. Bu 
halda dərhal təhlükəsizlik tədbirləri görün. Əgər kənd yerindəsinizsə, pəncərə, qapı, baca, 
ventilyasiya  dəliklərini  bağlayın.  Sobanı  yandırmayın.  Çünki  yüksək  temperaturlu 
qazların  müqavimət  qüvvəsi  aşağı  olur.  Telefon  ilə  danışmayın:  ildırım  bəzən  simlərin 
üzərinə də düşür. 
İ
ldırım  çaxan  zaman  elektrik  daşıyıcılarına,  ildırım  keçiricilərə,  damdakı  novlara, 
antenaya  yaxınlaşmayın,  mümkün  qədər  televizor,  radio  və  digər  elektrik  cihazlarını 
söndürün. 
Ə
gər meşədəsinizsə, meşənin alçaq ağaclıq yerinə sığının. Hündür ağacların, xüsusilə 
ş
am, palıd və qovaq ağacının yanında gizlənməyin. 

Su  hövzəsi,  yaxud  onun  sahilində  dayanmayın.  Sahildən  kənarlaşın,  hündür  yerdən 
aşağı düşün. 
Düzənlikdə  və  ya  daldalanmağa  yer  olmayan  bir  ərazidəsinizsə,  yerə  uzanmayın. 
Bununla bütün bədəninizi elektrik cərəyanının təsiri altında qoyursunuz. Dayaz bir yerdə, 
yarğanda  və  ya  digər  təbii  bir  dərinlikdə  əyləşin,  əlləriniz  ilə  ayaqlarınızdan  tutun.  
 
 
 
 Qasırğa
 - isti iqlim qurşağında, ani təzyiq fərqlərindən qaynaqlanan və sürəti saatda 
100-150 km-ə qədər çata bilən çox şiddətli küləklər.  
Zəlzələdən sonra ikinci yerdədir. 
Küləklər necə yaranır? 
Külək fərqli temperatur mərkəzləri arasında əmələ gələn hava axınıdır. Atmosferdəki 
fərqli  temperaturlar  fərqli  hava  təzyiqləri  əmələ  gətirdiyinə  görə,  hava  davamlı  olaraq 
yüksək təzyiqdən alçaq təzyiqə doğru yer dəyişir. Təzyiq mərkəzləri, yəni atmosferdəki 
temperaturlar  arasındakı  fərq  əgər  çox  olarsa,  hava  axını,  yəni  külək  güclü  olur,  bu  da 
böyük dağıntılara səbəb olan qasırğaları əmələ gətirir. 
Qasırğalar  Asiyanın  cənub  sahillərində  və  Avstraliyanın  Sakit  okean  sahillərində 
Tayfun
 
sayılır.  
Tropik bir siklonun qasırğa olaraq adlanıla bilməsi üçün küləyin sürətinin heç olmasa 
117  km/saat  olması  lazımdır.  Ümumiyyətlə,  qasırğalar  saatda  240  km-dən  sox  surətə 
malikdirlər. Qasırğalar həm də böyük dəniz dalğalarına və dənizin qabarmasına da gətirib 
çıxarır.  Qasırğalarla  birlikdə  yağış  da  gəlir.  Tropik  bir  külək  qurşağının  orta  yağış 
miqdarı 75-150 mm-dir. Belə yağışlar ciddi sellərin meydana gəlməsinə də səbəb olur. 
BMT-ninn  fəlakətlərin  təhlükəsini  azaltma  üzrə  beynəlxalq  strategiya  çərçivəsində 
hazırladığı hesabata görə, 2008-ci ildə daha çox Myanmada baş verən "Nərgiz" qasırğası 
can alıb. Nə az, nə çox, 138 min nəfər həyatdan məhrum olub, yüz minlərlə insan evsiz-
eşiksiz qalıb. "Nərgiz" Myanmaya 4 milyard dollar ziyan vurub.  
 
Leysan yağışlar 
Leysan  -  qısamüddətli  atmosfer  yağıntısı.  Adətən  yağış  halında  qəflətən  düşür. 
İ
ntensivliyi  adətən  1-3  mm/dəq  və  daha  çox  olması  ilə  fərqlənir.  1-2  saat  müddətində 
olur. İldırımlarla və küləyin qısamüddətli güclənməsi ilə müşahidə olunur. 
Yağışlar  nəticəsində  dağ  çaylarında  suyun  səviyyəsi  qalxır  və  əhali  üçün  ciddi 
problemlər yaradır, su kəmərlərini yararsız hala salır, yolları dağıdır və orada nəqliyyatın 
hərəkətinı çətinləşdirir, körpülərə ciddi ziyan dəyir. 
Dünyada ən güclü Leysan Havay adalarında (21 mm/dəq, 1913) olmuşdur. 
Azərbaycanda isə Zaqatala rayonunda (10,7 mm/dəq, 1959) müşahidə edilmişdir. 
 

İ
ri dolu 
Dolu dənələri 1 mm-dən az qalınlığa malik olmayan şəffaf buz qatlarından ibarətdir. 
Dolu  dənələri  həddən  artıq  soyumuş  buludda  təsadüfi  olaraq  donan  ayrı-ayrı 
damcıların yaranması nəticəsində meydana gəlir. Sonradan bu  damcılar onlarla toqquşan 
digər donmuş dənələr hesabına iri ölçülər almağa başlayır. 
Dolu dairəvi və ya qeyri-düzgün formalı buz hissəciyi olub, diametri 5-50 mm, bəzən 
daha  böyük  ölçüdə  ola  bilir.   Ölçüləri  130  mm-dək,  çəkisi  isə  1  kq-a  qədər  olan  dolu 
dənələrinə də  rast gəlmək mümkündür.  
Dolu adətən ilin isti dövrlərində sıx toplanmış bulud topasından yağır. Düşən dolu qatı 
bəzən  bir  neçə  santimetrə  çatır.  Dolunun  yağma  müddəti  isə  bir  neçə  dəqiqədən  yarım 
saata qədər çəkir. Əsasən yağma müddəti 5-10 dəqiqə, bəzi hallarda isə 1 saata qədər çata 
bilər . 
Dolunun vurduğu ziyan. 
Dolu  yağmuru  geniş  ölçüdə  əkinçilik  sahələrinə,  binalara  və  nəqliyyat  vasitələrinə 
zərər  verir.  Dolu  xüsusən   kənd  təsərrüfatına  ciddi  ziyan  vurur.  İnkişaf  etməkdə  olan 
ə
kinçilik  məhsulları  üzərinə  düşdüyü  zaman  dəyən   ziyanın  nəticələri  böyük  olur.  Bu 
ziyanın miqyası dolu dənələrinin iriliyi, sıxlığı və yağma müddəti ilə bağlıdır. 
Dolu  hadisəsi  hər  yerdə  və  hər  mövsümdə,   xüsusilə  yaz  və  yay  mövsümlərində 
müşahidə  olunur.  Dolu  yazda  nə  qədər  gec  yağsa,  zərəri  o  qədər  böyük  olar.  Dolu 
ə
kinlərin məhv olması,  tərəvəz və meyvələrin yararsız vəziyyətə düşməsi ilə yanaşı - iri 
və xırda buynuzlu heyvanların ölümünə də səbəb ola bilir. 
Dolunun  meydana  gətirdiyi  zərərlər  quraqlıq,  sel  kimi  digər  meteoroloji  fəlakətlərdə 
olduğu  kimi  geniş  miqyaslı  olmasa  da,  yetərincədir.  Dolu  bitkilərin  inkişaf  və  böyümə 
mərhələsində  yağdığı  zaman  gənc   çiçək,  yarpaq  və  meyvələri  qoparır  və  məhv  edir, 
ağaclara zərər vuraraq, onların  gələcək illər üçün səmərəsini xeyli aşağı salır. 
 
Quraqlıq 
 
Quraqlıq  -  havanın  yüksək  hərarətinin  və  rütubətinin  aşağı  səviyyəsi  zamanı  uzun 
müddətli  yağışın  yağmaması  nəticəsində  torpaqda  nəmişliyin  ehtiyatının  azalmasına 
səbəb olur ki, bu da məhsuldarlığın azalmasına və ya məhv olmasına gətirib çıxarır.  
Havanın  istiliyi,  quruluğu  buxarlanmanın  səviyyəsini  yüksəldir  (atmosfer  quraqlığı 
ə
mələ  gəlir),  torpaqda  su  ehtiyatı  artmadığı  şəraitdə  su  ehtiyatı  azalır  (torpaq  quraqlığı 
ə
mələ  gəlir.)  Tədricən  çaylar,  göllər,  bulaqlar,  çeşmələr  quruyur  və  hidroloji  quraqlıq 
yaranır.  
 
 
 

Güclü qar. 
 
Qar — çox kiçik buz kristallarından ibarət atmosfer yağıntısı. 
 
 
 
Elektron mikroskop alıtında böyüdülmüş qar dənəcikləri. 
 
Qar, havanın soyuq olduğunu göstərir.  
Güclü,  küləklə  yağan  qar  nəticəsində  yollar  buz  bağlayır,  nəqliyyatın  hərəkətini  iflic 
edir. Yollarda tıxaclar yaranır. Komunal, rabitə xidmətlərin işi pozulur, kənd təsərufatının 
işində çətinliklər əmələ gəlir. 
Elektrik naqillərinin qırılmasına gətirib çıxarır.  
Çoxlu sayda təyyarə reysləri təxirə salınır.  
Çox güclü qar görüntünü məhdudlaşdırır.  Ağaclar zədələnir. 
 
Güclü qar çovğunu 
 
Qar  çovğunu  -  güclü  külək  zamanı  çoxlu  qarın  yağması,  qarın  yer  üzərində  külək 
vasitəsi ilə aparılaraq, yer səthinə çatıb hərəkətsiz qalmasıdır.  
24 m/san-dən çox sürətlə hərəkət edir. Çovğun yerüstü, aşağı və ümumi növlərə ayrılır. 
Yerüstü və aşağı çovğunlar zamanı yeni yağmış qar sovrulur. Ümumi çovğun zamanı isə 
yerdə olan qar sovrulmaqla eyni zamanda qar yağır. 
Ağacların kökündən çıxaraq insanların üzərinə aşma təhlükəsi yarandığından, parklar 
bağlanır, təmir-tikinti işləri dayandırılır. 
Güclü  külək  elektrik  dirəklərini  aşırır,  naqilləri  sıradan  çıxarır,  ağacları  aşırır. 
Kəndlərin  bəzilərində  evlərin  dam  örtüyünü  atır.  Dağlıq  ərazilərində  yerləşən  yaşayış 
məntəqələri isə 10 -25  sm qar yağır. 
Azərbaycanın  şimal  bölgəsinə  ən  çox  qar  Qubanın  Xinalıq  kəndi  ərazisində  yağır. 
Qarın qalınlığının 22 santimetr olduğu bildirilir. Qusarin Dağliqləzə kəndinin ərazisində 
isə  15  santimetr  qalınlığında  qar  yağır.  Şimal  bölgəsində  havanın  temperaturu  10 
dərəcəyə qədər aşağı düşür. 
Şə
ki  ərazisi  də  güclü  qar  yağan  ərazi  hesab  edilir.  Bəzi  dağlıq  hissələrdə  qarın 
hündürlüyü 20 sm-ə çatır. Güclü küləklə müşayiət olunan qar bölgədə bəzi fəsadlara da 
səbəb olur. Regional elektrik şəbəkəsinin məlumatına görə, güclü külək və əraziyə düşən 
yağıntı bölgənin bəzi rayonlarında elektrik xəttlərinin qırılmasına səbəb olur. 
 

 
 
 
 
 

Güclü buzlaşma, donvurma. 
 
Ş
axtalı hava - havanın və torpağın temperaturu 0°S-dən aşağı düşən haldır.   
Buzlaşma  -  donmuş  su.  Qışda  sular  donub  buz  olur.  Buz  bağlamaq  (tutmaq)  -  buzla 
örtülmək,  donmaq.  Suyun  üzü  buz  bağlayır.    Axar  çayları  buz  tutur.  Ətrafda  nə  varsa, 
donub buz bağlayır.  
Buza dönmək:  
1) bərk üşümək, soyuqdan donmaq dərəcəsinə gəlmək; 
2) tamamilə soyumaq.  
İ
nsanlar düşünür ki, qış fəslində əsasən texnogen xarakterli baş verə biləcək fövqəladə 
hallardan  qorunmaq  lazımdır.  Onlar  əsasən  qaz  sobaları  və  elektrikdən  istifadədə 
təhlükəsizlik qaydalarına riayət etməklə öz işlərini bitmiş hesab edirlər. Lakin unutmaq 
olmaz  ki,  texnogen  proseslərlə  yanaşı  təbiətdə  baş  verə  biləcək  hər  hansı  bir  fəlakət 
onların sağlamlığına, həyat və təsərrüfat fəaliyyətlərinə mənfi təsir edə bilər. 
Qış  fəsli  olduğundan  insanlar  soyuq  hava  şəraitində  sırsıra,  sallaq  buzlar,  donma, 
nəqliyyatda  hərəkət  və  digər  təhlükəli  vəziyyətlərlə  rastlaşırlar.  Havanın  kəskin 
soyuması,  şaxtanın  düşməsi  və  qar  örtüyünün  əmələ  gəlməsi  insanların  sağlamlığına 
mənfi təsir edir, onların şikəst olmasına və hətta ölümünə də səbəb ola bilir. 
Qış fəslində ənənəvi xəstəliklərdən (soyuqdəymə, qrip) əlavə müxtəlif qış zədələri də 
geniş  yayılır.  Onların  əksəriyyəti  bilavasitə  sərt  şaxtalarla  əlaqədardır.  Bu  da  sırsıra  və 
sallaq buzlar kimi zədə təhlükəsi yaradan faktorların əmələ gəlməsi ilə müşayiət olunur. 
Bina  və  evlərin  üzərində  sallanan  buz  kütlələri  insanlara  çox  ciddi  zərər  yetirə  bilər, 
hətta  onların  ölümünə  də  səbəb  ola  bilər.  Bunun  qarşısını  almaq  üçün  qış  və  yaz 
aylarında  müntəzəm  olaraq  binaların  damları  vaxtı-vaxtında  təmizlənməlidir.  Əhali  isə 
evlərin  yaxınlığından  keçdikdə  xüsusən  ehtiyatlı  olmalı  və  təhlükəsizlik  qaydalarına 
riayət etməlidirlər. 
Sallaq buzlar qədər sırsıralar da insanların həyatı üçün çox təhlükəli hesab olunur.  
Belə  ki,  sırsıra  döyəclənərək  bərkimiş  və  sürüşkən  səth  və  ya  buz  qatı  əmələ 
gətirməklə qış fəslində baş verən yol-nəqliyyat qəzalarının yaranmasına səbəb olur. 
 
 
 
 
 

Nəzərə alsaq ki, soyuq və şaxtalı havalarda insanların tələsməsi və sürüşkən yerlərdə 
hərəkət  edərkən  yararlı  olmayan  ayaqqabıları  geymələri  müxtəlif  sınıqların,  əzələ 
dartınmalarının və kəllə-beyin travmalarının almaları ehtimalını daha da artırır. 
Qarın  yağması,  külək,  temperaturun  tez-tez  dəyişməsi  və  yolların  buz  bağlaması  qış 
zədələnmələrinin artması üçün münbit şərait yaradır.  
Sallaq  buzun  başınızın  üzərinə  düşməsi  və  ya  sırsıraya  yıxılaraq  başın  zədələnməsi 
beyin silkələnməsinə gətirə bilər.  
Müxtəlif  mexaniki  zədələrlə  yanaşı  qış  sizə  həm  də  aşağı  temperaturun  təsirindən 
termik  zədəni  yetirə  bilər.  Söhbət  donmadan  gedir.  Donma  sizə  yalnız  şaxtalı  hava 
zamanı  deyil,  həm  də  temperaturun  sıfır  dərəcəyə  yaxın  olduğu  halda  belə  zərər  yetirə 
bilər. Bunun üçün bir neçə amilin olması kifayətdir: rütubətli hava, aşağı temperatur və 
soyuq külək. 
Donmaya əsasən ayaq və əl barmaqları, burun, qulaqlar və yanaqlar məruz qalır.  
 
 
 
 

 
 
Hidroloji fövqəladə hadisələr: 
 
Suyun səviyyəsinin qalxması (daşqınlar) və düşməsi. 
Daşqın
-  ərazinin surətlə su qatı ilə örtülməsidir və bu zaman ərazinin xeyli hissəsini 
müəyyən müddətə su basır. Səbəbi adətən, leysan yağışları və qarın surətlə əriməsidir. 
Belə  hal  su  qovşaqları,  su-elektrik  bəndlərinin  zəlzələ,  müharibə,  terror    və  digər 
səbəblərdən  yarılması  nəticəsində  də  baş  verə  bilər  ki,  bu  zaman  xeyli  ərazi,  yaşayış 
məntəqələri su altında qalır. 
Daşqın  çayların  su  rejimində  hər  il  təkrar  olunan  dövr.  Qarın  və  buzların  əridiyi, 
yağışın ən çox yağdığı vaxtda olur. Daşqınlar çay hövzəsinin yerləşdiyi ərazinin fiziki-
coğrafi, iqlim şəraitindən asılı olaraq çaylarda rejim fazasıdır və bu il ərzində əsasən yaz 
və payız fəsillərində baş verir. Müstəsna hallarda ayrı-ayrı dövrlərdə də ola bilər. 
Çayların suyunun artması, səviyyəsinin qalxması, yatağın tamamilə su altında qalması, 
bəzən  də  sahilləri  basması  ilə  səciyyələnir.  Çayların  illik  axımının  60-80%-ə  qədəri 
daşqın dövrünə düşür. 
Sahildən  çıxan  çay  və  ya  dəniz  suyu  qurunu,  ətrafı  basır.    Güclü  yağışlardan  sonra 
çayda daşqın əmələ gəlir. 
Daşqın  zonası  -  çaykənarı  və  ona  bitişik  ərazidə  yerləşən  və  daşqın  nəticəsində  su 
basmasına məruz qalan torpaq sahəsidir. Daşqın zonasını müəyyən etmək üçün əlli ildən 
bir təkrarlanmaq ehtimalı olan daşqın əsas götürülür. 
Daşqın zonalarının hüdudları, sahil mühafizə zolaqları çayın daşqınının gücünə uyğun 
təyin edilir. Bu ərazilərdə təbiətdən istifadəyə və təsərrüfat fəaliyyətinə məhdudiyyətlər 
və  qadağalar  müəyyən  edilərək,  onların  tətbiq  edilməsi  xüsusi  rejimə  uyğun  həyata 
keçirilir. 
Daşqın  zonaları  və  onların  mühafizə  zolaqlarının  hüdudlarında  daşqın  zonası  rejimi 
barədə əhali məlumatlandırılır və ona müvafiq olaraq hər bir zolaqda torpaqdan istifadə 
üzrə tövsiyələr verilir. 
 
Su hövzələrinin daşması.
 
İ
qlim dəyişiklikləri şəraitində Kür və Araz çaylarının Azərbaycandan keçən hissəsində 
suyun  səviyyəsinin  yüksəlməsi  və  daşqınlar  nəticəsində  su  hövzələrinin  mühafizə 
bəndlərinin dağılması ilə əlaqədar yaranmış vəziyyətdir. 

Fəlakət  zonasında  yaranmış  vəziyyət  əhaliyə  ziyan  vuru,  mümkün  ekoloji  qəzalara 
səbəb olur. 
Respublikamızda  aprel-may  aylarında  çayların  daşması  və  mənsəbinin  dəyişməsi, 
böyük  ərazilərin  su  altında  qalması  nəticəsində  münbit  torpaqlara,  eləcə  də  həmin 
ə
razilərin flora və faunasına ziyan dəyir. 
Su  hövzələrindəki  suyun  böyük  miqdarda,  həcmdə  olması  mühafizə  bəndlərinin 
dağılması zamanı ətraf əraziləri su qatı ilə örtür, çoxlu insan və digər canlıların həyatına, 
təbiətə böyük təhlükə yaradır. Yollar dağılır, nəqliyyat tunelləri su ilə dolaraq, keçilməz 
olurlıar.  
 
Yeraltı suların səviyyəsinin qalxması (subasma). 
 
Yer səthindən dərində, süxurların məsamələrində, laylar arasında və başqa boşluqlarda 
yerləşən suya yeraltı su deyili. 
Yeraltı  suların  müxtəlif  növləri  var.  Bunlardan  məsamə  suyu,  məsamə-lay  suyu, 
məsamə-çat-lay suyu, lil suyu, torpaq suyu, arteziyan suyu, vulkanik su, geyzer suyunu 
göstərmak olar. 
Yeraltı  suların  təsnifatı:  Yeraltı  sular  mənşəyinə,  yaşına,  yatım  şəraitinə,  kimyəvi 
tərkibinə və digər xüsusiyyətlərinə görə müxtəlif siniflərə bölünür. 
Atmosfer çöküntülərinin süxurların məsamələri və çatlarından süzülüb, başqa bir layda 
toplanması nəticəsində infiltrasiya sularının yığımı əmələ gəlir.  
Yeraltı suların qalxması nəticəsində subasma əmələ gəlir və həmin fəsadlar daşqınlara 
gətirib çıxarır.  
 
Geoloji fövqəladə hadisələr: 
 
 
Sel 
-  sel  adətən  qəflətən  başlayır.  Güclü  leysan  yağışları,  bəzən  də  qarın  sürətlə 
ə
rinməsi  nəticəsində dağ yamaclarından  axıb tökülən su özü ilə gil, qum, çınqıl, daş və 
hətta qaya parçaları gətirir, qarşısına çıxan hər şeyi- ağacları, binaları, qurğuları dağıdır, 
ə
kin  sahələrini,  körpüləri,  bir  sıra  hallarda  sənaye  və  kənd  təsərrufatı  tikililərini  məhv 
edir.  Selin  başlanmasını  gördükdə,  ərazinin  hündürlüklərinə  qalxmağa  çalışın.  Binada 
olduqda - yuxarı mərtəbələrə, evin damına  qalxın. 
Sel  hadisələrinin  yaranmasına  əsas  səbəb  ərazinin  fiziki-coğrafi  şəraiti,  o  cümlədən, 
oroqrafik-geomorfoloji  quruluşu  -  iqlim,  torpaq,  bitki  örtüyü  və  hidrometeoroloji 
proseslər təşkil edir. Sellər çay suları olan və olmayan dərələrdə qəflətən yağan şiddətli 
yağışlar və ya temperaturun artması ilə qısa müddətdə sürətlə əriyən qar suları hesabına 
yaranır.  Bəzən  faza  rejimi  kimi  baş  verən  daşqınlara  sel  hadisəsi  kimi  baxırlar.  Bu 
düzgün deyil. 
Sel və daşqın hadisələrini fərqləndirmək lazımdır. Daşqınlar çay hövzəsinin yerləşdiyi 
ə
razinin  fiziki-coğrafi,  iqlim  şəraitindən  asılı  olaraq  çaylarda  rejim  fazasıdır  və  bu  il 
ə
rzində əsasən yaz və payız fəsillərində baş verir. Müstəsna hallarda ayrı-ayrı dövrlərdə 
də ola bilər. Sel və daşqın axımlarını fərqləndirən əsas cəhətlərindən biri də odur ki, sel 
axımlarında gətirmə-aşınma materialları daha çox üstünlük təşkil edir və sellərin 1m³ su 
kütləsinin  təxminən  65-70%-i  gətirmə  materialları,  qalanını  su  kütləsi  təşkil  edir. 
Daşqınlarda isə bu əksinədir. 
Sel axımları tərkibindəki maddələrinin həcminə görə 3 yerə bölünür: 
Sulu-daşlı sellər; 
Sulu-palçıqlı sellər; 
Daşlı-palçıqlı sellər. 
 
Sellər növlərinə görə 2 yerə ayrılır: 
- Turbulentli sellər; 

- Strukturlu sellər. 
Turbulentli  sellərdə  gətirmə  materialları  daha  az  olur  (30-40%)  və  sel  axımının 
dağıdıcı təsirinə görə strukturlu sellərə nisbətən zəif olur. 
Strukturlu  sellər  daşlı-palçıqlı  və  ya  sulu-palçıqlı  olmaqla  onların  1m³  kütləsində 
gətirmə materialları daha çox üstünlük təşkil edir. 
 
  
 
 
Torpaq  sürüşməsi
  -  torpağın  alt  və  ya  üst  qatının  müəyyən  qədər  kəskin  yer 
dəyişməsidir.  
Torpaq  sürüşmələri  dağ  süxurları,  torpaq  kütlələrinin  dağ  yamacları,  yarğanlar,  çay, 
göl, dənizlərin sıldırım sahilləri boyu öz ağırlığının təsiri altında sürüşərək yerini aşağıya 
doğru dəyişməsidir.  
Sürüşmənin  xarakteri  və  onun  təhlükəlik  dərəcəsi  yerin  geoloji  qatlarının 
xüsusiyyətlərindən  və  necə  yerləşdiyindən  asılı olur.  Sürüşmələr təbii  hadisələrin və  ya 
insan fəaliyyətinin nəticəsində torpağın yuyulması, yaxud aşınması prosesləri sayəsində 
baş verir və daha çox zəlzələ və fırtına zamanı müşahidə edilir. 
Sürüşmə  kütlələri  müxtəlif  süxurlardan  təşkil  olunur  ki,  onlar  arasında  tarazlığın 
pozulması  davamlığın  zəifləməsinə  səbəb  olur.  Sürüşmələrin  yaranmasına  təbii  və  süni 
(antropogen)  faktorlar  səbəb  ola  bilər.  Təbii  faktorlara  yamaclarda  sıldırımların 
böyüməsini,  onların  torpaqda  olan  əsasının  su  kütlələri  ilə  yuyulmasını, 
seysmik  təkanları, süni  və ya antropogen faktorlara isə yol çəkilməsi zamanı yamacların 
dağıdılması, meşələrin qırılmasını  aid etmək olar.  
Beynəlxalq  statistik  məlumatlara  görə,  sürüşmələrə  80%  antropogen  faktorlar   səbəb 
olur. Sürüşmələr 10° və daha çox bucaq altında olan yamaclarda baş verir. Gilli süxurlara 
malik  zonalarda  isə  həddindən  çox  nəmişlik  hətta  5-7°  bucaq  altında  sıldırım  olduqda 
belə sürüşmələrə gətirib çıxara bilər. 
Sürüşmələr  hadisənin  miqyasına,  baş  vermə   yerinə,  sürüşmə  prosesinin  gücünə, 
mexanizminə və aktivliyinə görə təsnif edilir.  
Miqyasına görə sürüşmələr iri, orta və kiçik həcmli olur. 
İ
ri  sürüşmələr  adətən  təbii  faktorların  təsirindən  baş  verir  və   yamac  boyunca  yüz 
metrlərlə  sahəni  əhatə  edir.  Sürüşmənin  cismi  çox  zaman  öz  monolitliyini  qoruyub 
saxlayır.  
Orta və kiçik həcmli sürüşmələr isə daha kiçik ölçülərdə olur və çox zaman antropogen 
faktorların təsirindən yaranır. 
Sürüşmənin miqyası prosesə cəlb olunan sahə ilə xarakterizə olunur. 
Miqyasına görə sürüşmələr bu cür təsnif edilir: 
 - Nəhəng         - 400 ha və daha çox, 
 - Çox böyük    - 200- 400 ha, 
 - Böyük           - 100-200 ha, 
 - Orta               - 50-100 ha, 
 - Kiçik             - 5-50 ha, 
 - Çox kiçik      - 5 ha 
sahəni əhatə edir.
 
Gücünə  görə  torpaq  sürüşmələri  kiçik,  orta,  böyük  və  çox  böyük  ola  bilir  və  yerini 
dəyişən  süxur 
kütlələlərin  həcmi  ilə
  xarakterizə  olunur.  Bu  kütlələrin  həcmi  100 
kubmetrdən bir milyon kubmetrədək dəyişə bilər.  
Torpaq  sürüşmələri,  sellər  və  uçqunlar  təsərrüfatlara,  tikililərə,  təbii  mühitə  böyük 
ölçüdə  zərər  verməklə  itkilərə  səbəb  olur  və  insan  həyatı  üçün  təhlükə  törədir.  Onların 
ə
sas zədələyici faktorları hərəkət edən və yerini dəyişən dağ süxurlarıdır.  
Onların  təsiri  nəticəsində  binalar,  tikililər  dağılır,  kənd  təsərrüfatı  obyektləri,  meşə 
massivləri süxur layları  ilə örtülür, çayların yataqlarının və təbii landşaftın dəyişməsinə, 
insanların  həlak  olmasına  səbəb  olur.  Bir  çox  hallarda  bu  təhlükəli  geoloji  hadisələr 

dağlıq yerlərində yerüstü nəqliyyat üçün təhlükə yaradır, körpülərin dayaqlarını, relsləri, 
avtomobil  yollarını  zədələyib  dağıdır,  elektrik  və  rabitə   xətlərini,  neft  kəmərlərini, 
hidroelektrik stansiyalarını, yaşayış məntəqələrini sıradan çıxarır. 
Sellər, torpaq sürüşmələri və uçqunların törətdiyi nəticələrin həcmi aşağıda göstərilən 
göstəricilərlə müəyyən edilir: 
- sürüşmə zonasında olan əhalinin sayı; 
- həlak olan, yaralanan və evsiz qalan insanların sayı; 
- təbii fəlakət zonasında olan yaşayış məntəqələrinin miqdarı; 
-  dağılmış  və zədələnmiş  xalq təsərrüfatı  obyektlərinin,  sosial-  mədəniyyət    və  səhiyyə 
obyektlərinin miqdarı; 
- su və süxur kütlələri altında qalmış kənd təsərrüfatı sahələrinin ölçüsü; 
- ölmüş kənd təsərrüfatı heyvanlarının sayı. 
Sürüşmə  və  sel  təhlükəli  zonalarda  yaşayan  əhali  bu  təbii  hadisələr,  onların 
xarakteristikası,  istiqamətləri  haqqında  məlumatlı  olmalıdırlar.  İnsanların  öncədən 
məlumatlandırılması  hadisə  baş  verdikdə  yarana  biləcək  stress  hallarının  və  panikanın 
qarşısını alır. 
Yaranan  təhlükə  haqqında  məlumat  hidrometeoroloji  xidmətlər  və  digər  müvafiq 
qurumlar  tərəfindən  daxil  olur.  Burada  ötürülən  məlumatın  vaxtında  təyinat  yerinə 
çatması  çox  vacibdir.  Əhalinin  xəbərdar  edilməsi  müəyyən  edilmiş  qaydada  sirenlərin, 
radio, televiziyanın köməyi ilə, eyni zamanda regional xəbərdaretmə sistemləri tərəfindən 
həyata keçirilir. 
Sel,  torpaq  sürüşməsi  və  uçqun  təhlükəsi  olduqda  müəyyən  zaman  çərçivəsində 
ə
halinin, kənd təsərrüfatı heyvanlarının və avadanlıqların təhlükəsiz yerə təxliyəsi həyata 
keçirilir.  Öncədən  təxliyə  həyata  keçirilərkən,  tərk  edilən  mənzillərdə  qalan,  özünüzlə 
apara  bilmədiyiniz  qiymətli  əşyaları  nəmişliyin  təsirindən  qorunan  bir  yerdə  qoymanız, 
qapı  -   pəncərələri  kip  bağlamanız  lazımdır.  Elektrik  xətlərini  ayırın,  qaz  və  suyu 
bağlayın, tezalışan və zəhərli maddələri evdən çıxarıb ilk düşən imkanda zirzəmilərdə və 
ayrıca çalalarda basdırın.   
Ə
gər  öncədən  xəbərdarlıq  olmayıbsa,  əhali  baş  verən  təhlükənin  yaxınlaşdığını 
gördükdə evdəki qiymətli əşyalar haqqında düşünməyərək sərbəst surətdə təhlükəsiz yerə 
doğru  hərəkət  etməlidir.  Bu  zaman  yaxınlaşan  təhlükə  haqqında  qonşularınızı  xəbərdar 
etməlisiniz. 
Təhlükədən tez uzaqlaşmaq üçün yaxınlıqda olan təhlükəsiz yerə doğru hərəkət yolunu 
bilmək  lazımdır.  Bu  yollar  təhlükənin  hərəkət  istiqamətini  bildirən  proqnozlar  əsasında 
müəyyən edilir. Yolda hərəkət edərkən xəstə insanlara, yaşlılara, uşaqlara kömək etmək 
lazımdır. 
Torpaq sürüşmələri geoloji fəlakətlərin ən təhlükəli növlərindən biridir.  
1911  -  ci  ildə  Pamir  dağlarında  baş  verən  zəlzələ  böyük  bir  sürüşməyə  səbəb  oldu. 
Nəticədə  2.5  milyard  kubmetr  torpaq  sahəsi  sürüşdü.  Usoy  qışlağı  əhalisi  ilə  birlikdə 
torpaq  kütləsinin  altında  qaldı.  Sürüşmə  kütlələrinin  Murqab  çayının  qarşısını  kəsməsi 
nəticəsində yaxınlıqda olan Saraz qışlağı yeni yaranmış gölün dərinliyində qaldı. Bu cür 
böyük təbii fəlakətlər tez-tez baş verməsə də çox ağır nəticələrə səbəb olur. 
3  aprel  2010-cu  il.  Peruda  400  nəfərlik  kəndin  əhalisi  torpaq  sürüşməsi  nəticəsində 
torpağın altında qaldılar. Kimsə xilas oluna bilib, ancaq əsas əhali uçqunun altında qaldı. 
 
Yüklə 4,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin