Azərbaycan Dövlət Turizm Agentliyi Mingəçevir Turizm Kolleci Tələbə: Fuad Quluyev Qrup: tb 6 Fənn


Ekskursiya rəhbərinin peşəkarlığı



Yüklə 11,93 Kb.
səhifə2/3
tarix24.12.2023
ölçüsü11,93 Kb.
#193099
1   2   3
FUAD BƏLƏDÇİLİYİN ƏSASLARI...

3.Ekskursiya rəhbərinin peşəkarlığı Ekskursiya rəhbərinin peşəkarlığı mücərrəd bir anlayış deyildir. Peşəkarlıq konkret mövzu üzərində qurulmuş və konkret qrup üçün hazırlanmış ekskursiyaların keçİrilməsində özünü göstərır. Yaranmış bəzi situasiyalarda məhz ekskursiya
rəhbərinin peşəkar ustalığı tez və düzgün çıxış yolu tapmağa kömək edir. Ekskursiya zamanı bələdçi bütün turistlərə qarşı daim diqqətli olmalıdır. Onun davranış tərzi də peşəkarlıq anlayışına təsir edir.
Bələdçi ekskursantlarla söhbət edərkən özünü
necə aparması, xarici görünüşü və geyimi ilə diqqəti cəlb edir. Bələdçinin lazım gəlmədiyi halda ucadan danışması, ifrat dərəcədə jestlərdən istifadə etməsi, həmsöhbətinin sözünü kəsməsi, sərt ifadələr işlətməsi, kiməsə kobud şəkildə irad
tutması, lazımsız şəkildə ifrat kosmetikadan istifadəsi yolverilməzdir. Bütövlükdə, bələdçinin davranışı onun ümumi mədəniyyətinin bir təzahürüdür. Bələdçi ekskursiya zamanı qarşıya çıxan problemləri səbr və təmkinlə qarşılamalıdır. Belə ki, ekskursiyanın əvvəlində bələdçi onu bürüyən həyəcanı dəf etməyi bacarmalıdır.
Bələdçinin öz gücünə inamsızlığı, mövzunu zəif bilməsi, ekskursiyaya
hazır olmaması və digər amillərdən yarana bilər. Çox zaman da məsuliyyət hissi bələdçidə həyəcan doğurur. Bu isə əslində müsbət haldır və ekskursiya rəhbərinin hazırlığından, peşəkarlığından xəbər verir. Bələdçi ekskursiyanın mövzusu üzərində həyəcan keçirdiyi üçün qısamüddətli problemlə qarşılaşa bilər. Digər tərəfdən, bələdçidən asılı olmayaraq mövcud olan bəzi maneələr, məsələn, ekskursiya avtobusundakı bəzi problemlər, sürücünün marşrutu yaxşı bilməməsi, səs-küy bələdçinin işinə təsir edə bilər.
Ümumiyyətlə, bu və digər maneələr ekskursiya rəhbərinə ekskursiyanı yüksək səviyyədə
keçirməyə mane olur, ekskursantların diqqətini yayındırır. Davranış normaları hər bir insanda, xüsusilə, bələdçidə daha çox dəyərləndirilir. Bələdçinin yüksək mənəvi dəyərlərə
malik olması, ekskursiya zamanı verilə bilən mövzuya aid olmayan suallara kəskin reaksiya verməməsi, özünün üstünlüyünü nümayiş etdirməməsi, suallara təmkinlə, səbirlə
cavab verməsi tələb olunur.
Bələdçinin temperamenti onun xarici aləmin təsirlərinə
həssaslığını ifadə edir. Yüksək temperamentli bələdçi emosional təsir gücünə malik ekskursiya keçirə bilər. Bələdçi öz təqdimatında bunları həyəcanla, obrazlı ifadə edə və turistlərin diqqətini daha çox cəlb edə bilər. Məsələn, Naxçıvan şəhərindəki Xatirə muzeyində aparılan ekskursiya zamanı, xüsusən, əcnəbi turistlərə 1990-cı ildə Sədərəyin er- məni təcavüzündən müdafiəsi zamanı şəhid olmuş Azərbaycan vətəndaşlarına aid eksponatlar təqdim olunarkən bələdçinin ortaya qoyduğu hiss və həyəcan onlara güclü təsir edə bilər..Və nəhayət, ekskursiyalar zamanı bələdçinin xarici
görünüşü mühüm rol oynayır. Təmiz, səliqəli və zövqlə geyinmiş bələdçi, bir şəxsiyyət kimi turistləri cəlb edir, onun nüfuzunu artırır və ona hörmətlə yanaşılmasını təmin edir.

Yüklə 11,93 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin