Azərbaycan Dövlət İqtisad Universiteti (unec) “Karyera planlanması və inkişafı” kafedrasının müəllimi, Saleh Nazim oğlu Həsənov


İşə düzəltmə şirkətlərinə müraciət



Yüklə 154,69 Kb.
səhifə4/26
tarix30.12.2021
ölçüsü154,69 Kb.
#49250
1   2   3   4   5   6   7   8   9   ...   26
UNEC 1639078055

İşə düzəltmə şirkətlərinə müraciət

Bəzi şirkətlər elanları vasitəsilə iş axtaran bir çox fərqli peşədən olan şəxslərin CV-lərini toplayır və kadrlara ehtiyacı olan iş yerlərinə təqdim edirlər. Bu xidmətlər əsasən iş yerləri üçün üzvlük sistemi vasitəsi ilə və ya qiymətləndirmə üçün təqdim olunan namizəd sayından asılı olaraq ödənilir. Əsasən iş axtaranlar üçün bu şirkətlər vasitəsilə yaradılan CV məlumat bazalarına qeydiyyatdan keçmək və bir CV təqdim etmək heç bir ödəniş tələb etmir.

  1. Təhsil mərkəzlərindəki elan lövhələri

Əsasən yeni məzun işçi cəlb etmək, yaxud yarımştat iş üçün işçi tapmaq üçün universitet, peşə məktəbi və bu qəbildən olan təhsil qurumlarının binalarının elan lövhələrinə iş elanları yerləşdirilməkdədir.

  1. Əmək yarmarkaları

Əmək yarmarkaları dövlətin sosial siyasətinin təzahürlərindən biridir. Əmək yarmarkası iş və işçi axtaranları müəyyən günlərdə görüşdürmək məqsədli tərtib edilir.

Əmək yarmarkasının təşkili məqsədləri aşağıdakılardır:

a) işəgötürənlərə yarmarka iştirakçıları arasından lazımi kadr seçmək, həmçinin işaxtaranlarla birbaşa müsahibələr keçirmək imkanının yaradılması;

b) işsiz və işaxtaran şəxslərin aktiv əmək bazarı proqramları, vakant iş yerləri barədə məlumatlandırılması, iş axtarışı üsulu, əmək bazarında özünü təqdimetmə, peşə istiqamətinin seçilməsi ilə bağlı məsləhətlərin verilməsi.


Əmək yarmarkasının təşkili formaları aşağıdakılardır:

a) iqtisadiyyatın bütün sahələrini əhatə edən peşə və ixtisaslar üzrə ümumi yarmarkalar;

b)ayrı-ayrı regionlar üzrə yerli əmək bazarının tələblərinə uyğun keçirilən mini yarmarkalar;

c)əmək bazarının tələbləri nəzərə alınmaqla, iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə ixtisaslaşmış yarmarkalar.

Yarmarkada işsiz və işaxtaran şəxslərə işəgötürənlərlə bilavasitə təmas yaratmaqla aşağıdakı xidmətlər göstərilir:


  1. Karyera imkanları, əmək bazarı və peşələr haqqında məlumatlar verilir;

  2. Peşə seçiminə istiqamətləndirilir;

  3. Peşə hazırlığına cəlb edilir;

  4. Haqqı ödənilən ictimai işlərə cəlb edilir;

  5. İş yerlərinə göndəriş verilir.





  1. Yüklə 154,69 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin