Azərbaycan Dövlət İqtisad Universiteti (unec) İl 9, Cild 9, yanvar-mart 2021


  1 докторант, АГАУ  1 mammadovniyaz@mail.ru  Резюме



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə127/163
tarix07.01.2024
ölçüsü5,01 Kb.
#206388
1   ...   123   124   125   126   127   128   129   130   ...   163
UNEC-2021-məqalələe


1
докторант, АГАУ 
1
mammadovniyaz@mail.ru 
Резюме 
В исследовании подчеркивалась важность исследования домохозяйств, особен-
но актуальность исследования источников дохода домохозяйств в горных и 
предгорных районах.
Ядром исследования является изучение источников дохо-
да от сельскохозяйственной деятельности домохозяйств в горных и предгорных 
районах Азербайджана и Грузии. Была предоставлена информация о выборе 
домохозяйств для обследования в обеих странах и методологии проведения 
обследования на выбранных участках.
При этом на основе данных, полученных 
в результате обследования, рассчитывались показатели доходов, расходов и 
рентабельности домохозяйств по видам сельскохозяйственной деятельности.
Также предусмотрен расчет прибыли по соответствующим сельскохозяйствен-
ным деятельностям.
В результате сравнительного анализа были выявлены фак-
торы, влияющие на доход домохозяйств обеих стран от сельскохозяйственной 
деятельности.
В статье выявляются причины низких и высоких доходов из 
различных источников, а также исследуются возможности увеличения доходов 
домохозяйств.
По полученным результатам были внесены соответствующие 
предложения. 
Ключевые слова: 
домохозяйства, сельское хозяйство, доход, прибыль, расходы, 
уровень рентабельности. 
 
Giriş
Əhalinin həyat səviyyəsi və ev təsərrüfatlarının tədqiqi müxtəlif iqtisadi-statistik he-
sablamalarda: Ümumi Daxili Məhsulun hesablanmasında və onun bölüşdürülməsində, 
N.N.Məmmədov: Ev təsərrüfatları gəlirləri: kənd təsərrüfatı fəaliyyətinin sahələri üzrə gəlirlərin 
təhlili 


140 
əhalinin real gəlirlərinin və istehlak qiymətləri indeksinin hesablanmasında, minimum 
istehlak səbətinin hesablanmasında və yoxsulluq səviyyəsinin ölçülməsində, kənd 
təsərrüfatı məhsullarının istehsalı və istifadə olunması balansının tərtib edilməsində, 
Milli Hesablar Sisteminin ev təsərrüfatları bölməsində bu göstəricilər geniş istifadə 
olunur. Əhalinin həyat səviyyəsi və ev təsərrüfatlarının tədqiqi Dünya Bankının meto-
dologiyasına və Avropa Statistika Təşkilatının Avropa Birliyi ölkələri üçün tövsiyə 
etdiyi Avropa Uyğunlaşdırılmış Vaxtdan İstifadə Sorğusu metodologiyasına əsasən 
həyata keçirilir.
Əhalinin həyat səviyyəsinin tədqiqi “Azərbaycanda statistik işlərin 
reqlamenti”nə uyğun olaraq dövlət statistika orqanları tərəfindən aparılır [1].
 
Ev təsərrüfatları tədqiqatı təkcə ev təsərrüfatlarının fəaliyyətini deyil, həmçinin bu 
fəaliyyətin nəticəsində formalaşan ev təsərrüfatlarının büdcələrinin strukturunu, quru-
luşunu və ona təsir edən amilləri öyrənir. Ümumiyyətlə ev təsərrüfatlarının tədqiqi öz 
xarakterinə görə müxtəlif istiqamətli və çoxşaxəlidir. Onun əsas vəzifəsi istehlak qiy-
mətləri indeksinin hesablanması zamanı istifadə olunan mal, məhsul və xidmətlərin 
çəki göstəricilərinin əldə edilməsi və milli hesablar sistemində ev təsərrüfatları bölmə-
si hesablarının tərtib edilməsi üçün göstəricilərin alınmasından ibarətdir. Ənənəvi 
büdcə tədqiqatı həm də əhalinin maddi rifah durumuna görə bölünməsi, yoxsulluğun 
səviyyəsi və ərzaq malları istehlakı haqqında statistik məlumatların mənbəyidir. Eləcə 
də, bu tədqiqat istər coğrafi, istər demoqrafik, istərsə də ənənəvi amillərin təsiri ilə 
müxtəlif fəaliyyət sahələrinin ev təsərrüfalarının büdcəsinin formalaşmasında hansı 
çəki nisbətinə malik olduğu və bu büdcəyə necə və hansı formada təsir etdiyini müəy-
yən etməyə imkan verir. 
Sözsüz ki, son zamanlar geosiyasi aləmdə və dünya iqtisadiyyatında baş verən hadi-
sələr istər Azərbaycanda, istərsə də dünyada ev təsərrüfatları və onların büdcələrinə 
öz təsirini göstərməkdədir və bundan sonra da göstərəcəyi istisna deyil. Belə ki, dünya 
əhalisinin və bunun müqabilində ev təsərrüfatlarının sürətlə artması fonunda onların 
yeni yaşayış sahələri ilə təmin olunması, artan qida və digər istehlak tələbatlarının 
ödənilməsi bütün dünya ölkələrinin, dövlətlərin qarşısında duran ən ümdə məsələ-
lərdən biridir. 
Ev təsərrüfatlarının tədqiqi həm “perspektiv” əhali və ev təsərrüfatlarının sayını müəy-
yən etməyə imkan verir, həm də bu artımın müqabilində ev təsərrüfatlarının istehlak 
tələbatının və sosial-iqtisadi vəziyyətinin hansı istiqamətdə dəyişdiyini müəyyənləş-
dirməyə şərait yaradır. 
Bu fikirlər bizə ev təsərrüfatlarının ölkə iqtisadiyyatında əhəmiyyətini və dövlətin 
iqtisadi siyasətinin təməlində ev təsərrüfatlarının sosial vəziyyətinin durduğunu qeyd 
etməyə imkan verir. 
Ev təsərrüfatı büdcəsi əsasında ailə, yaşayış məntəqəsi, region və respublika üzrə, habelə 
sahələr, bölmələr, fəaliyyət növü və s. üzrə mühüm iqtisadi göstəriciləri hesablamaq 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin